Zengezur a5 Layout 1



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə34/42
tarix16.08.2018
ölçüsü0,95 Mb.
#63627
1   ...   30   31   32   33   34   35   36   37   ...   42

igidləri idi. Döyüşkənliyi ilə birlikdə zəkalı insanları da dövlətin güc və
nüfuzunun möhkəmlənməsində mühüm rol oynayırdı. Ağqoyunlulara
məğlub olduqdan sonra bu tayfa mənsubları Böyük Moğol İmperiyasının
başçısı, Teymurləngin nəvəsi  Zəhirəddin Babura ( 1483- 1530) qoşularaq
Hindistana getmiş, orada 175 il sürən Qütbşahlar Dövlətini qurmuş, Əmir
Teymur nəslindən olan  xanımlarla ailə qurub hakimlik, sərkərdəlik, baş
vəzirlik etmişlər. Türkmənistan Prezidenti Səfərmurad Niyazov da baharlı
tayfasından idi. Orta Asiya respublikalarında bu tayfaya mənsub xeyli
tanınmış insan var. 
Zəngəzurlu baharlıların bir çox məşhurları olub; Məhəmməd Xan
Baharlı ( XVI əsr),  şair, ictimai xadim, “Qarabağnamə” müəllifi” Mirzə
Vəli Baharlı (XVIII əsr), coğrafiyaşünas, dövlət xadimi Məhəmmədhəsən
Baharlı (XX əsr), Azərbaycan xalqının böyük məhəbbətini qazanmış dax-
ili işlər naziri, Şəhid general Məhəmməd Əsədov. 
Qarabağ xanlığı dövründə Zəngəzur qəzasına daxil Zəngilanın Ba-
harlı, Şayıflı, Çöpədərə və digər bir neçə kəndinin idarəsi baharlılara məx-
sus olub. 
Zəngilandakı Bəsitçayın Arazboyu Baharlı kəndindəki Çinar
meşəsi Kanadadan sonra dünyanın 2-ci ən böyük Çinar meşəsi, nadir
təbiət möcüzəsi idi.  
Xocahanskilər
Zəngəzur qəzasının Bərgüşadla Həkərinin qovuşduğu bol sulu,
gen tarlalı, üzü Araza-Güney Azərbaycana  baxan Xocahan kəndini iki
əsrdən artıq Cəfər bəy soyundan olan xocahanskilər idarə edib burda
yaşayırdılar. XVIII əsrin birinci yarısında Qarabağı işğal edən Osman-
lıların təbəəliyini qəbul etsələr də, sonradan Səfəvilərin Osmanlılara qarşı
savaşlarında bu dəfə də onlara qarşı vuruşublar. Bu soyun yetirmələri
Mirzə bəy (həcc ziyarətində olubmuş), Fəttah bəy, Şəfi bəy, Fətəli bəy,
Mirzəli bəy, Musa bəy, Dünyamalı bəy Xocahanın kənxudaları olublar,
bir çoxu mədrəsə təhsili görüb, Məmmədhəsən bəyin Əfəndilər kəndində
də torpağı, mülkü olub. Teymur bəy Ordubadda təhsil alıb Yelizavetpol
quberniya dəftərxanasında xidmət edib, 1916-cı ildən ədliyyə pristavı
təyin edilib.  Çox qəribədir ki, bu nəslin çoxsaylı övladlarının bir hissəsi


Osmanlı, digəri Səfəvi qoşunlarının tərkibində vuruşmuş, bəlkə də qabaq-
qənşər döyüşmüş, bir qismi İrana, bir qismi Anadoluya köçüb getmişlər.
Qalanları dədə-baba mülklərini idarə edib, kəndxudalıq ediblər. Hər iki
dövlətin sərhədinə yaxın Zəngəzur mahalında bu taleyi yaşayan nəsillər
çox olmuşdur.
T
ürk əsgərləri Azərbaycanda bolşeviklərə 
qarşı mübarizədə 
Qafqaz İslam Ordusu “Mudros sazişi”nə əməl edərək Azərbay-
candan çıxdıqdan sonra komandan Nuru Paşa bir neçə silahdaşı ilə bir-
likdə Azərbaycanı bolşeviklərlə üzbəüz qoyub tərk etmədilər.
Bakını xilas edən Nuru Paşa  1920-ci ildə 3 iyunda Şuşada üsyan
qaldırıb Şuşanı bolşeviklərdən aldı, İnqilab Komitəsi üzvlərinin hamısını
tutub qazamata saldı, 10 gün sonra ruslar güclü qüvvə ilə hücuma keçdilər,
qırğına yol verməmək üçün Nuru Paşa Arazı keçib İrana, ordan Türkiyəyə
getdi. İkinci Dünya Savaşında Almaniyada əsir azərbaycanlıları xilas
etmək üçün çox çalışdı. Bu Qafqaz fatehi, Azərbaycan xilaskarı igid
sərkərdə ölkəsini Qərbin silah asılılığından qismən qurtarmaq amacı ilə
İstanbulda özü qurduğu bir silah anbarında törədilən terror aktı nəticəsində
35 işçisi ilə birlikdə 2 mart 1949-cu il saat 17.10-da yaşamını itirdi. 
Bolşeviklərə qarşı bir üsyanı da Şəkidə Nuru Paşa əsgəri Əb-
dülqadir qaldırmışdı. Üsyançılar Şəki şəhərini tutmuş, siyasi məhbusları
azad etmiş, poçt-teleqrafı ələ keçirmiş və şəhər 7 gün üsyançıların əlində
qalmışdı. Sovet qırmızı ordusunun gücü ilə üsyan amansızlıqla
yatırılmışdı. Üsyan yatırıldıqdan sonra qırmızı cəlladlar Baş Göynüyə
böyük bir silahlı dəstə göndərmişlər. Dəstənin rəhbəri Qongin və onun
köməkçisi Novruzov familiyalı bir erməni olmuşdur. Üsyanda iştirak
etmiş onlarla göynüklü güllələnərək kütləvi məzarlıqda dəfn olunmuşdur.
Güllələnənlər arasında üsyanın rəhbəri Əbdülqadir də var idi. Güllələnmə
zamanı əlləri qandalı, yaralı Əbdülqadir əmrlərə tabe olmayıb, üzünü di-
vara dirəməyib, sinəsini qabağa verib, son nəfəsdə də qürurunu saxlayıb.
Rus əsgərinin açdığı atəş üç dəfə boşa çıxır. Bu vəziyyəti görən erməni
komandir öz tapançası ilə Əbdülqadirə bir neçə dəfə atəş açır. Əbdülqadir
dilində Quran ayələri üzü qibləyə yerə yıxılır. Bura yığışan camaat Əb-
dülqadiri kütləvi məzarlıqda dəfn olunmasına imkan vermir və onu kütləvi
məzarlığın yaxınlığında ayrıca dəfn edir.


IV Fəsil
Məramımız fəaliyyətimizdə
“Zəngəzur”un yeni sədri seçilib
12 may 2010, mediaforum.az
Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü Hacı Nəri-
manoğlu “Zəngəzur” Cəmiyyətləri Birliyi İdarə Heyətinin sədri seçilib. 
1992-ci ildə yaradılmış bu Birliyin ilk sədri tanınmış dövlət və ic-
timai xadim, Azərbaycan SSR Nazirlər Sovetinin sədr müavini olmuş
Kamran Hüseynov, ondan sonrakı 2-ci sədr isə uzun illər rəhbər vəz-
ifələrdə ləyaqətlə çalışmış, çox hörmətli, dəyərli insan, respublika Ali
Sovetinin deputatı olmuş Tofiq Mehdiyev idi. 
Yeni kitablar xalqımızın qəhrəmanlıq 
tarixini əks etdirir
Bakı, 8 sentyabr 2011 (AzərTAc). "Zəngəzur” Cəmiyyətləri Bir-
liyinin dəstəyi ilə Zəngəzurun sonuncu qazısı, 37-ci il repressiyasının qur-
banı, ədəbiyyatşünas alim Bəhlul Bəhcətin 1930-cu illərdə yazdığı “Qaçaq
Nəbinin tarixi vəsiqə və sənədlər üzrə” və tarix elmləri doktoru, professor
Ziyadxan Nəbibəylinin “Sultan bəy və Xosrov bəy qardaşları” kitabları
nəşr edilmişdir. 
"Zəngəzur” Cəmiyyətləri Birliyinin sədri Hacı Nərimanoğlu Azər-
TAc-a bildirmişdir ki, oxucular ilk dəfə olaraq bu kitablardan XIX əsrin
son onilliyində Qaçaq Nəbinin başçılığı ilə rus çarizminə və xalqın qanını
soran zülmkarlara qarşı aparılmış partizan müharibəsindən, 1918-20-ci
illərdə Zəngəzur və Qarabağda misli görünməmiş qətliamlar törədən er-
məni nizami ordusunu məhv edib bütün silah-sursatını ələ keçirən Sultan
bəyin və onun qardaşı-Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri,
Gəncə və Qarabağın general-qubernatoru Xosrov bəy Sultanovun
göstərdikləri şücaətlər barədə elmi-tarixi mənbələrə istinadla detallı bil-
gilər alacaqlar. 


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə