Zengezur a5 Layout 1



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə31/42
tarix16.08.2018
ölçüsü0,95 Mb.
#63627
1   ...   27   28   29   30   31   32   33   34   ...   42

1919-cu il tarixdə Milli Şuraya göndərdiyi “Qarabağda ingilis siyasəti ilə
əlaqədar olaraq yaranmış vəziyyət və onun düzəldilməsi üçün zəruri təd-
birlər” adlı məlumat-məruzəsi,  eləcə də Andranikin 1918-ci il sentyabrın
4-də Zəngəzura ayaq basdığı gündən tökdüyü qanlar, məqsədi, hərəkət
planları barədə qəza rəisi Məlik Namazəliyevin Gəncə, ardınca da Bakıya
göndərdiyi onlarla məktub, teleqram da Milli Şuranı, AXC Hökumətini
lazımi zamanda qətiyyət, siyasi iradə, cəsarətli hərəkətə keçməyə sövq
edə, inandıra bilmədi. Hələ üstəlik 1918-ci ilin qanlı mart qırğınlarından
sonra da, hətta Nuru paşa komandanlığında Bakının işğaldan azad
edilməsindən sonra  belə ermənilərin həyasızlıqla AXC-nin Bakıdakı
bütün hökumət strukturlarında möhkəmlənmək, parlamentdə daha çox yer
tutmaq səylərinə nəinki gərəkən cavab verilmədi, hətta süst biganəliklə,
sanki heç nə olmamış kimi ermənilərin Bakıda yenidən qol-qanad aç-
malarına imkan yaradıldı. Daşnak erməni ordusunun əsas pul kisəsindən
biri Bakıda yaşayan, mart qırğınlarının, Nuru Paşa qoşunlarına qarşı
müqavimətin təşkilatçılarından olan general Baqratuni idi. 
Xosrov bəy həmin günlərdə israrla xarici emissarlarının köl-
gəsində Qarabağda lövbər salmış Erməni Milli Şurasına və onların hi-
mayəsindəki silahlı dəstələrə 6 gün ərzində tabeliyindəki hərbi hissələri
ilə birlikdə Qarabağ və Zəngəzurun hüdudlarından çıxması barədə ulti-
matum verilməsini, yuxarı Qarabağ ərazisindəki əslində mövcud olan ik-
ihakimiyyətliyə son qoyulmasını,  imtina edib çıxmadıqları təqdirdə,
AXC–nin hərbi hissələrinin təxirə salınmadan Zəngəzura yeridilməsinə
icazə və kömək istəyirdi, İranla sərhəd bölgələrində boş-boşuna dayanmış
600 nəfərlik top-tüfəngli hərbçilərin bu məqsədlə onun sərəncamına
göndərilməsini rica edirdi, xəzinədən ayrılmış pulun, hərbi geyimlərin
hələ də gəlib çatmadığını yazırdı, erməni silahlı qüvvələrinin Laçında ağır
itkilərə məruz qalmasından sonra bir daha müvazinətini düzəldə
bilmələrinə imkan verməmək üçün bunun vacibliyini əsaslandırırdı və
İrəvandan Azərbaycan torpaqlarının qəsbinə planlanan, uzağa hesablanan
hərbi yürüşlərinin qarşısının  alınmalı olduğun yazırdı, təhlükə barədə
dönə-dönə xəbərdarlıq edirdi: “...geciksək, Zəngəzur və digər qəzaları
itirəcəyik, Azərbaycanda hərc-mərclik yaranacaq”-deyirdi. O, ingilislərin
təşəbbüsü və vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında imza-
lanan müqavilələrin ermənilərin xeyrinə olduğunu, bununla vaxt
qazandıqlarını, imkan düşdükcə öz bəd əməllərini davam etdirəcəklərini,


AXC hərbi dəstələrinin Şuşa və Laçından (Abdallar) çıxarılmasının
yolverilməz olduğunu, ingilis siyasətinin Zəngəzur və Qarabağı Azərbay-
candan qoparmağa yönəldiyini, iki qonşu xalq arasında münasibətləri həd-
siz kəskinləşdirdiyinə dair sənədlər, sübutlar, müraciətlər göndərirdi,
əvəzində isə AXC  Bakıdan İrəvana, Tiflisə, Amerika, İngiltərə, Fransa,
İtaliyanın hərbi və diplomatik missiya başçılarına xahişlər, dişsiz xəbər-
darlıqlar, ard-arda nəticəsiz qalan notalar göndərirdi. 
Xosrov bəyin tələblərinin nə qədər düzgün olduğunu zaman göstərdi,
onun tələbləri, mövqeyi qəti idi, vətənini, millətini, dövlətini sevən bir
hərbçinin siyasi iradəsinin həyat, mücadilə amalı idi, yeganə doğru yol
idi:
1.Qarabağ və Zəngəzur məsələsinin həllində ingilis köməyindən
qətiyyətlə imtina edilməlidir, 
2. İngilislər Qarabağ və Zəngəzur məsələsinin həllində bizə yalnız
maneçilik yaradırlar,
3. Məcburi tədbirlər görülmədikcə ermənilər Azərbaycan
hakimiyyətinə tabe olmayacaqlar,
4. Bu problem həllini tapmadıqca əhali hökumətin gücsüz
olduğuna inanacaqdır. Bu isə həmin bölgələrdən əlimizi tamam üzmək
deməkdir.
Xosrov bəy məsələnin həllinin yolun da göstərirdi:
1. Təxirə salmadan hərbi hissələri Zəngəzura yeritmək, er-
mənilərin İrəvandan Zəngəzura, Azərbaycanın digər bölgələrinə hərəkə-
tinin qarşısını almaq,
2. Dağlıq Qarabağa Azərbaycanın hakimiyyətini tanımaq barədə
ultimatum vermək və altı gün vaxt qoymaq
3. Bütün ermənilərə Azərbaycan rayonlarından getməyi təklif
etmək, ultimatum dövründə onlarla hər cür danışıqları kəsmək, ultimatum
bitdiyində dərhal hərbi əməliyyatlara başlamaq və bütün məsuliyyəti er-
məni başçılarının üzərinə qoymaq... 
Xosrov bəy “İttihad” partiyasının qurucu rəhbərlərindən idi, Os-
manlıda  bu partiyanın rəhbəri Hərbi nazir Ənvər Paşa idi, Xosrov bəy
Ənvər Paşanın erməni məsələsini necə həll etdiyini də gözəl bilirdi; er-
məni durduqca problem duracaq, erməni məsələsini həll etməyin yeganə
yolu ermənilərdən azad olmaqdır.
Tarixi şans bir dəfə verilir, sən ondan yararlanmadınsa, qarşındakı


yararlanacaq, Zəngəzur ortada qalıb sahibini gözləyən ov kimi idi, birinci
kim götürdüsə onundu... 
Ruhun bizi bağışlamasın, Xosrov bəy, qarşında üzümüz qara,
başımız aşağıdır. Sən nə qədər uzaqgörən insan imişsən! Budur 20 ildir
sənin tələblərinə, çağırışlarına, hay-həşirinə əməl edilmədiyinin ağrısını
bu dəfə daha ağır yük altında çəkirik...
Xosrov bəy 28 may 1918-ci ildə Tiflisdə Hərbi nazir vəzifəsini
qəbul edərkən Milli Şura qarşısında 3 vəzifəni yerinə yetirəcəyini  bu sıra
ilə elan etmiş və bundan ötrü Hökumətin yardımını istəmişdi: “erməni
hərəkatı ilə mübarizə və bu hərəkatın tamamilə məhv edilməsi, qayda-qa-
nunun bərpa olunması, məcburi köçkünlər arasında gəzən epidemiyalarla
mübarizə, onlara yardım”. Ancaq erməni məsələsində tutduğu qətiyyətli
mövqenin nəticəsi olaraq Xosrov bəy tezliklə istefaya getməyə məcbur
qaldı və Rusiyada ali hərbi təhsil almış general yeni hökumətdə Əkinçilik
naziri postuna və Qarabağın general-qubernatorluğuna təyin edildi. Bu
qeyrətli, vətənsevər insan son gücünə qədər ermənilərin Şuşa da daxil,
Qarabağın dağlıq hissəsinə girməsinə, Zəngəzur qırğınlarının burda təkrar
olunmasına imkan vermədi, gücü, qüvvəsi yalnız bura qədər yetdi.
Qarabağın general-qubernatoru Xosrov bəyin 1919-cu il aprelin 2-də
AXC Nazirlər Şurasının sədrinə məktubda yazırdı ki, general-quberna-
torluğun hüdudlarında siyasi məsuliyyəti mən daşıdığım halda hərbi
hissələrin mənə tabe olmaması, lazımi zamanda silahlı qüvvələrin
gücündən istifadə etmək hüququndan, həm də hökumətlə teleqraf, rabitə
əlaqəsi, xüsusən zəruri hallarda Hərbi nazirlə əlaqə  qurmağımın qeyri-
mümkünlüyü bölgəni böhranlı vəziyyətə salıb, faktik olaraq iki-
hakimiyyətlilik hökm sürür, ingilis missiyası öhdəsinə götürdüyü
missiyanı yerinə yetirmir, ermənilərlə, ingilislərlə apardığımız danışıqlar
heç bir nəticə vermir, ermənilərin hərəkətlərindən görünür ki, onlar güclü
hazırlıq aparırlar. Qanuna görə general-qubernatorun hakimiyyəti Baş ko-
mandanın hakimiyyətinə bərabər tutulur, ona görə də hərbi hissələr onun
tabeliyinə keçməlidir. Cavab gəlmir, Xosrov bəy yenidən yazır:
”...Qarabağda erməni məsələsinin dinc yolla həlli üçün hərbi hissələrin
mənə tabe edilməsinin zəruriliyi haqqında dəfələrlə verdiyim bəyanata
baxmayaraq indiyə qədər cavabsız qalmışdır. Mənim tərəfimdən
bildirilmişdir ki, bu cür  tabe edilmə qətiyyən mövcud qanunlarla zid-
diyyət təşkil etmir. Məsələnin bütün vacibliyinə və təxirəsalınmazlığına


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə