Zengezur a5 Layout 1



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə39/42
tarix16.08.2018
ölçüsü0,95 Mb.
#63627
1   ...   34   35   36   37   38   39   40   41   42

və qızıl şəhərini azad edə bilməsəniz, Qafqaz türkləri və Türküstan müsəl-
manlarının ürəyinə sancılmış xəncərin üzərinə “Heyif ki, türk bizə
köməyə gəlmədi“ cümləsi yazılacaq. Qafqaz fəryad edəcək, Türküstan
ağlayacaq. Əgər siz bu böyük İslam şəhərini azad edə bilməsəniz, Allah
deyənləri ortadan qaldırmaq istəyən düşmənlər qabaqdan və arxadan sizi
əhatə edəcək və qıcanmış dişlər yeni zülmlər üçün alovlanmış olacaqdır.
Əgər siz dəmir quyulardan dünyaya sərvət axıdan bu hərb şəhərini azad
edə bilməsəniz, tarix qarşısında utanaraq yerə baxacaqsınız. Və bütün
dost-düşmən ölkələrdə ən kiçik evdə, ən işsiz adamların belə, dillərinin
əzbəri olan Bakı şəhəri uğrunda savaşın pərişanlığı türklərin pərişanlığı
ilə sona çatacaqdır. Düşmənlər böyük və çox böyük bir zəfərin açarını ələ
keçirdiklərini, bəlkə də bir az haqlı olaraq, elan edəcəklər. Dostlar isə belə
bir itki üçün peşmanlıqlarını gizlətməyəcəklər və bizi kədərləri ilə məhv
edəcəklər.
Ey türk əsgəri! Əgər sən bu şəhəri almasan, Bakıda sənin üçün
hazırlanan süfrələr qonaqsız qalacaq, sənin üçün tikilən geyimi düşmənin
geyinəcək. Sənin üçün verilən qurbanlar qəbul edilməyəcək, sənin üçün
kəsilən qurbanlar düşmənə qalacaqdır. Əgər sən bu şəhəri ala bilməsən,
İslam gəlinlərinin duvaqlarını kafirlər yırtacaq, yenə mübarək İslam qanı
qırmızı şərablar kimi vəhşi işgəncələrin yolunda axacaqdır. Sənin zəfərin
üçün dua edən əlləri zalımlar kəsəcəkdir. Əgər sən bu şəhəri ala bilməsən,
qadınlar saçlarını yolacaq, ağlını itirəcəkdir. İndiyə qədər axan qanlar boş
yerə axmış olacaq, sən də bu toz-torpaqlı yerlərdə pərişan və səfil ola-
caqsan, türkün gözlərini çıxarıb iplərə düzən düşmənləri şənləndirəcəksən.
Fəqət sən, ey türk əsgəri! İngilislərin gücünü öz gücünlə Çanaqqalada dar-
madağın etdin. Ən böyük döyüş gəmilərinin böyük mərmilərinə sinə
gərdin. Quttuləmmarədə 14000 əsir götürdün. Qarsendəki düşmənin çox-
unu, erməniləri, bəlkə, Azərbaycandan, Qarsdan bəri qabağına qataraq bu
şəhərə qədər sıxışdırdın. Türk adını yüksəldən Çanaqqala, Quttuləmmarə,
Qalisiya, Rumıniyadan sonra Qafqaz gələcək və Bakı şəhəri də igidlik
tacının bir almaz qaşı olacaqdır. Al Bakını! Vətənə bir almaz ərməğan et!“
Azərbaycan türkünün bu hayqırtıları cavabsız qala bilməzdi. 8 minlik Os-
manlı qüvvələrinə 6 min nəfərlik Azərbaycan hərbi birliklərinin də
qatıldığı ikinci hücum 14 sentyabr 1918-ci il tarixində saat 02:00-da
başladı. Birinci müdafiə xətti 03:00-da, ikinci müdafiə xətti saat 06:00-
da ələ keçirildi. Salxana və Səlyan kazarmalarından hücuma keçməyə


hazırlaşan düşmən top atəşi ilə dar-
madağın olundu. 15 sentyabr günü saat
15:00-a qədər davam edən əməliyyat
nəticəsində Bakıda müdafiə olunan er-
məni və rusların müqaviməti tamamilə
qırıldı. 36 saat davam edən ikinci Bakı
hücumunu gerçəkləşdirən 5-ci Qafqaz
diviziyası və 15-ci piyada diviziyasının
ümumi itkisi 1000 əsgər idi. Azərbaycan birlikləri isə 11 şəhid və 44 yaralı
itki vermişdilər. 
Türk əsgərlərinin qəhrəmanlığını, Azərbaycan sevgisini ingilis
qioşunlarının Bakıdakı komandanı belə xatırlayır: "İnanmaq mumkun
deyil. Cəbhəmizin ən guclu xətti turklər tərəfindən ələ kecirilmişdi. Həm
də turklərin hucuma kecəcəyinin butun birliklərə xəbər verilməsinə bax-
mayaraq, işğal edildi. İnanmaq cətin olsa da, movcud vəziyyət belə idi.
Cəbhədəki butun ustunluklərin bizim tərəfimizdə olmasına baxmayaraq,
hucumun ilk anlarında darmadağın olan hərbi quvvələrimizin artıq nəsə
edə biləcəyinə umid qalmamışdı. Bu vəziyyətdə uzərimizə duşən əsl vəz-
ifə, geri cəkilmək və duşmənin hərəkət surətini azaldaraq, hərbi bir-
ləşmələri yenidən nizamlamaq idi". (General Denstervil, Britaniya
İmperatorluğu, Bakı və İran, s. 263)
Bakının işğaldan azad edilməsi ilə onilliklər boyu müstəqil-
liyindən məhrum qalmış Azərbaycan Cümhuriyyəti 15 sentyabrda öz pay-
taxtına qovuşmuş oldu. Bir unudulmaz müqəddəs məqam da onda idi ki,
Bakının azad olunması mübarək bir günə - Qurban bayramına təsadüf et-
mişdi. 
Azərbaycan Cümhuriyyətinin Baş naziri Fətəlixan Xoylu 1918-ci
il, 19 sentyabrda Nuru Paşaya müraciət ünvanladı: “Qafqaz İslam Ordusu-
nun Komandanı Səadətli Nuru Paşa cənablarına! Komandanlığınız altın-
dakı cəsur türk əsgərimiz tərəfindən Azərbaycanın paytaxtı olan Bakının
düşməndən təmizlənməsi münasibətilə millətim şəxsinizə və dünyanın ən
cəsur və soylu əsgəri olan türk oğullarına minnətdar olduğunu ərz etməklə
iftixar duyuram“.
Və bir də heyf ki, 15 Sentyabr günü milli bayramlarımız sırasında
öz layiqli yerini tutmayıb hələ, Bakıda hələ də Ənvər Paşanın, Nuru
Paşanın adına bir küçə, xiyaban, abidə yoxdur, təəssüflər...


Azərbaycanın Türkiyəyə əbədi  bir vəfa borcu var
Dünya güclərinin, hətta bir blokda hərbi-siyasi müttəfiq olduqları
Almaniyanın da bütün təzyiqlərinə baxmayaraq, Anadolu Mehmetciyi ilə
Azərbaycan əsgəri Bakının işğaldan azad edilməsi ilə 100 ildən artıq
müstəqilliyindən məhrum qalmış Azərbaycan Cümhuriyyəti 15
sentyabrda öz paytaxtına qovuşmuş oldu, Anadolu Mehmetciyi ilə Azər-
baycan əsgəri çiyin-çiyinə döyüşürdü. Bunu da unutmayaq: Türk qoşun-
ları Bakıya Guney Azərbaycanın ermənilərin bir gündə 10 min günahsız
adamı tarixdə misli görünməmiş amansızlıqla qırdıqları Urmiya, Xoy,
Təbrizi ingilis işğalçılarından tamam təmizləyib gəlmişdi! Dağıstan
müsəlmanlarının cağırışları ilə 13 oktyabr 1918-ci ildə Qafqaz İslam Or-
dusu Komandanı Nuru Paşa, Quzey Qafqaz Cümhuriyyəti Ordusu Ko-
mandanı Yusuf İzzət Paşa və Quzey Qafqaz Cümhurbaşqanı Abdülməcid
Cermoy Dərbənddə bir araya gəlib şəhərin bürclərinə Quzey Qafqaz
Cümhuriyyətinin yeddi ulduzlu bayrağını ucaltdılar. Türk əsgəri Bakıdan
sonra həm də Dərbəndi azad edərək Qafqazda rus işğalına qarşı ən böyük
mücadiləni vermiş Şeyx Şamilin də arzu-istəyini yerinə yetirmiş oldular.
Bakıda, Təbrizdə, Dərbənddə Türkə yenilən həm də bir ovuc ermənini
silahlandırıb qızışdırıb əliyalın müsəlman turk əhalisinin üstünə saldıran
Rusiya, Böyük Britaniya, Avstraliya, Kanada, Yeni Zelandiya... idi. Xis-
lətində həmişə xainlik, məkr gizlənən erməni tarix boyu rus, ingilis, fran-
sızın əlində alət, zopa olub-həm özlərinə, həm də Türkə saysız bəlalar
gətiriblər. Osmanlı ordusunun Qafqazda başladığı möhtəşəm hərbi, siyasi,
milli dövlət quruculuğu işlərini İstanbuldan gələn acı bir xəbər alt-üst etdi:
Qafqaz İslam Ordusu “Devlet-i Aliyə”nin imzaladığı “Mondros
Mütarekesi” nin tələbi ilə geri cağırıldı. Qəhrəman Nuru Paşa bir müddət
daha Qarabağda qalıb rus qırmızı bolşevik ordusuna qarşı üsyanlar təşkil
etdi, lakin sonucda çarəsizcəsinə Anadoluya döndü. Geridə Türk
mehmetciyinin əziz xatirələri əbədi olaraq yaddaşlarda qaldı. Qafqaz
müsəlmanları hər zaman bir qurtuluş simvolu olan Nuru Paşanı və əlbəttə,
bu Qurtuluşun ideya rəhbəri olan Ənvər Paşanı rəhmətlə anmaqda davam
edəcəklər.
…Məhəbbət qarşılıqlı olanda əsil xoşbəxtlik və səadətə apara bilir.
Azərbaycanın başbilənləri nə qədər ağır günlərdə olsa da, həmin dövrlərdə
ölüm-qalım savaşı aparan Osmanlıya, Anadoluya öz əsgəri və maddi


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə