Zengezur a5 Layout 1



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə38/42
tarix16.08.2018
ölçüsü0,95 Mb.
#63627
1   ...   34   35   36   37   38   39   40   41   42

bir-bir aradan götürülür, ən etibar etdiyi Şahhüseynin şəxsən İran
şahzadəsi Əmir Bahadırın elçisi ilə gizli görüşü təşkil edilir, xan titulu,
bir neçə kəndi torpağı qarışıq ona verən imzalı fərmanı göstərilir, rus
çarının qızıl medalı, hərbi rütbə, vəzifə vəd olunur. 15 ildən çox
ələkeçməz, gülləbatmaz dağlar qartalına çevrilən Nəbi İranla Türkiyə
arasındakı bir kənddə tələyə düşür. “Qaçaq Nəbi ilə açıqdan açığa
mübarizədə aciz qalmış çar hökuməti məmurları, xüsusilə də Zəngəzur
mahalı naçalniki Səlim bəy yeni iş üsulu fikirləşib Nəbini tamam yox
etmək, ya da onun qüvvəsini zəiflətmək qəsdinə düşmüşdü. Bu üsul Nəbi
ilə yoldaşları arasında fitnəkarlıq törətməkdən ibarət idi. Nəbi də, Həcər
də Şahhüseynin düşdüyü fikirdən xəbərdar ola bilməzdi. Belə xəyanət on-
ların xəyalına da gələ bilməzdi.... Məşədi Paşanın Dəhvardəyirman
kəndində həmişə düşdükləri evdə qonaq olur, gecə xeyli keçənədək onu
qonaq saxlayır, gecə vaxtı burdan çıxıb Larni kəndinə yollanırlar. Şah-
hüseynin arxadan atdığı güllələr gecənin qaranlığında Nəbinin həyatına
son qoyur. Nəbinin ömrünün 46-cı baharı, gecə saat 2 radələri idi...Həcər
onu nahaq yerə evdə gözləyirdi. Həcər o gecə sabahadək yatmadı, Nəbini
gözlədi, amma Nəbi gəlmədi. O artıq yox idi.” (səh 225).
Ortada olan fakt budur ki, Azərbaycan xalqı heç bir qəhrəmanına
Nəbi, Həcər qədər sevgi göstərməyib, 140 ildən çoxdur Vətənimizin
cənubunda, şimalında, Kərkükdə, Anadoluda ən çox sevilən, oxunan, din-
lənilən populyar xalq mahnılarından bir çoxunda Qaçaq Nəbi ilə Həcər
vəsf edilir (ən böyük xanəndəmiz Xan Şuşinskidən başlamış, Kamil
Cəlilov, Aşıq Əsəd, ustad ozan Nevid Müsmirədək) və “Qaçaq Nəbinin
tarixi”ndən görünür ki, bu sevginin həqiqətən də real tarixi, mənəvi kök-
ləri var. Belə ümumxalq sevgisi hər kəsə nəsib olmur.
Və bir də dünya qaçaqçılıq tarixində bənzər nümunəsi olmayan
Qaçaq Nəbi ilə Həcərin Azərbaycanın heç yerində abidəsi yoxdur, təkcə
Qubadlıda vardı, 20 ildir ora da yoxdur...Elin bu günündə gələydin, Nəbi!
(bu məqalə Bəhlul Behcətin “Qaçaq Nəbinin tarixi” kitabına yazılmış Son
Sözdür)
Hacı NƏRİMANOĞLU,
“Zəngəzur” Cəmiyyətləri Birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin
üzvü


“TURAN Aşiqləri” kitabı çapdan çıxdı 
18.11.2011,  mediaforum.az
“Zəngəzur” Cəmiyyətləri Bir-
liyinin sədri yazıçı - jurnalist Hacı
Nərimanoğlunun “TURAN
Aşiqləri” kitabı çapdan çıxıb. 
2011-ci il Türkiyə
Cümhuriyyətinin qurucusu Mustafa
Kamal Atatürkün 130, Turan amalı
ilə yaşayıb mücadilə aparmış
mütəfəkkir, şair, sosioloq Ziya
Göyalpın 135, Osmanlı imperatorluğunun sonuncu hərbi naziri, Turan
idealı uğrunda mücahid və şəhid olan Ənvər Paşanın 130, 93 il əvvəl
Azərbaycanın rus-ingilis-erməni işğalından qurtuluşunu gerçəkləşdirən
sərkərdə, Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın 122-ci
doğum ilidir.
"Media forum" saytı xəbər verir ki, geniş oxucu auditoriyası üçün
nəzərdə tutulan “TURAN Aşiqləri”nin dörd bölümündə ayrı-ayrılıqda bu
şəxsiyyətlərin ömür yolları, fəaliyyətləri, ideyaları, Azərbaycana, türk
dünyasına sevgiləri, türk xalqlarının birliyi, gələcəyi uğrunda mücadiləsi
əksini tapıb.
Müəllif kitabda belə bir fikri əsaslandırmağa çalışıb ki, Azərbay-
canın coğrafi-siyasi subyekt, müstəqil dövlət olaraq bu gün müasir dünya
xəritəsində öz yerini tutmasında hər üç paşanın və onların fikir, məfkurə
babası olan Ziya Göyalpın xidmətləri olub.
Hacı Nərimanoğlu “TURAN Aşiqləri”nin ön sözündə qeyd edir
ki, Türkiyə Cümhuriyyətinin 88-ci və Azərbaycanın dövlət müstəqilliyinin
bərpasının 20-ci ildönümündə həyatları Türkiyə və Azərbaycanın, türk
ulusunun azadlığı, istiqlalı, birliyi uğrunda çarpışmalarda keçən insanların
mübarizə dolu ömür yollarına kitab həsr edilməsi tamamilə təbiidir. Müəl-
lif vurğulayır ki, “TURAN Aşiqləri” kitabı Türkiyə-Azərbaycan qar-
daşlığını bu günkündən daha üstün görmək arzusu ilə yazılıb.


Rəcəb Tayyib Ərdoğan Bakıda “Rəcəb Tayyib Ərdoğan”ın müəl-
lifi ilə görüşmüşdür
Bakı, 28 iyul 2011
(AzərTAc). Türkiyənin
Baş naziri iyulun 27-də
Bakıya səfəri zamanı
ölkəsinin səfirliyində
“Rəcəb Tayyib Ərdoğan”
kitabının müəllifi jurnalist
Hacı Nərimanoğlu ilə görüşmüşdür. 
Baş nazir dost və qardaş Azərbaycanda onun ömür yolundan,
siyasi fəaliyyətindən, bütün sahələrdə genişlənməkdə olan Türkiyə-Azər-
baycan əlaqələrindən bəhs edən nəfis tərtibatlı kitabın nəşrindən məm-
nunluğunu söyləmiş, müəllifə təşəkkürünü bildirmişdir. 
H.Nərimanoğlu yurdsuzluq ağrı-acılarının ifadəsi olan
“Qubadlısız 16 il” kitabını da Baş nazirə təqdim etmiş, Azərbaycan
xalqının Qarabağ münaqişəsinin həllində Türkiyə Cümhuriyyətindən daha
böyük dəstək gözlədiyini vurğulamışdır. 
Baş nazir Rəcəb Tayyib Ərdoğan müəllifin hədiyyə etdiyi kitabları
oxuyacağını, şəxsi kitabxanasında əziz xatirə kimi saxlayacağını
bildirmişdir. Yurd-yuvasından ayrı düşmüş insanların ağrı-acılarını yaxşı
anladığını deyən Baş nazir vurğulamışdır ki, Türkiyə bundan sonra da hər
zaman Azərbaycanın yanında olacaqdır. 
Rəcəb Tayyib Ərdoğan hər ailədə 3 uşaq görmək istəyinin eynilə
Azərbaycana da aid olduğunu vurğulamış, bu öyüdünün ailə həyatı quran
gənclərə çatdırılmasını istəmişdir. 
O, H.Nərimanoğlunu şəxsi qonağı kimi Türkiyəyə dəvət etmişdir. 
`“Rəcəb Tayyib Ərdoğan” kitabının nüsxələri Türkiyə nümayəndə
heyətinin üzvlərinə də təqdim olunmuşdur. 


15 SENTYABR: Anadolu və Qafqaz türklərinin əbədi qar-
daşlıq günü
15 sentyabr 2012, www.publika.az
...8 minlik Osmanlı qüvvələrinə 6 min nəfərlik Azərbaycan hərbi
birliklərinin də qatıldığı ikinci hücum 14 sentyabr 1918-ci il tarixində saat
02:00-da başladı. Türk Qafqaz İslam Ordusunun Gəncədən üzübəri
qarşısına keçən təpədən dırnağadək silahlanmış seçmə rus-erməni birlik-
lərini darmadağın edərək coşqun əhvali-ruhiyyə ilə günbəgün Bakıya
doğru yaxınlaşması Bakıda öz qanlı hakimiyyətini qurmuş bolşevik-daş-
nak hökumətini həm qorxudur, həm də müdafiə tədbirlərini artırmağa
sövq edirdi. Bu zaman Şaumyanın başçılıq etdiyi bolşevik-daşnak
hökumətini sevindirən hadisə baş verdi: general Denstervillin komandan-
lığı ilə 1500 əsgərdən ibarət 39-cu ingilis briqadası 4-7 avqust 1918-ci
ildə Ənzəlidən gəmi ilə Bakıya gəlib çatdı. İşğalçı qüvvələr bununla xeyli
güclənmiş oldular. Türk Ordusunun birinci Bakı hücumu ərəfəsində
qüvvələr nisbəti işğalçı yadellilərin xeyrinə idi. Şiddətli top atəşinin
köməyi ilə avqustun 5-də saat 04:25-də başlanan hücum qarşısında er-
məni, rus və ingilislər çox güclü müqavimət göstərdilər. Ancaq türk
qoşunlarının getdikcə şiddətlənən hücumu bu müqaviməti qırmağa başladı
və düşmən birlikləri hissə-hissə geri çəkilməyə məcbur oldu. Lakin türk
qoşunları əvvəlcədən davamlı hücum üçün kifayət qədər top mərmisi
hazırlanmadığına görə düşmən əks-hücumla türk birləşmələrinı Bakıdan
4 kilometr məsafədə yerləşən Bibiheybət-Biləcəri dəmir yolunun qərbinə
doğru çəkilməyə məcbur etdi. 5 avqust döyüşündə düşmən ölü və yaralı
olaraq, 2000, türklər isə 9-u şəhid olmaqla 19 yaralı zabit, 139-u şəhid ol-
maqla 444 əsgər itki vermişdilər. Hücumun dəf edilməsi düşmən cəb-
həsində ruh yüksəkliyinə səbəb oldu. Bakının müsəlman türk əhalisi
şəhərin alınması işinin uzanmasından ciddi narahat olaraq, türk əsgər-
lərinin ruh yüksəkliyini qaldırmaq və onları daha da cəsarətləndirmək
üçün avqustun 10-da türk əsgərlərinə müraciət hazırladı.
Müraciətdə deyilirdi:
“Neft və milyonlar səltənəti adlanan Bakının qapıları önündə neçə
gündür qələbə quşunun qanadlarını tutmaq istəyən türk ordusuna. Bu
gözəl şəhəri azad edə bilməsəniz, türkün və onun ordusunun şərəfini indi
dayandığınız xəndəklərin içində basdırmış olacaqsınız. Əgər siz bu sərvət


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə