Zengezur a5 Layout 1


Əziz yadigar. Nuru Paşanın babam Hacı Fətəli Əfəndiyə



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə41/42
tarix16.08.2018
ölçüsü0,95 Mb.
#63627
1   ...   34   35   36   37   38   39   40   41   42

Əziz yadigar. Nuru Paşanın babam Hacı Fətəli Əfəndiyə
əmanəti
Ağlım kəsəndən evimizdə az qala pıçıltıyla qulağımıza deyilən bu
sözlər beynimə həkk edilmişdi: ana babalarımız Türkiyəyə köçüb getdilər,
burda qala bilmədilər, qalsaydılar hamısın ya gülləliyəcəkdilər, ya da
sürgünə göndərəcəkdilər. Artıq heç nə öyrənə bilmirdim. Evimizin üstü
qamışla örtülü idi, altında gizlədilmiş taxta yeşiklərin içi Hacı Fətəli
babamdan qalma Quran, əlyazma, Türkiyə və Ərəbistandan gətirmə nəfis
cildli kitablarla dolu idi, ildə bir neçə dəfə atam, anam xəlvətcə çıxıb
yeşik, bağlamaların üstün açıb kitabları havaya verir, nəmin, tozun alıb
yenə də yerinə düzüb üstün örtürdük. Sovet KQB-sinin qorxusu cana,
qana işləmişdi. Ancaq Allaha, UluYaradana inam, iman bundan daha üstün
idi; yaxın, uzaq kəndlərdən, qonşu rayonlardan cümə günləri gəlib məh-
ləmizdəki məscidin daş-divarını öpə-öpə, dəstamaz alıb Quran götürüb
namaz qılması, üz-gözlərindən yağan mutluluq uşaq yaddaşımda,
hafizəmdə əbədi həkk olub. Yaşlılardan dəfələrcə eşitmişdim; Nuru Paşa
bax orda atdan düşdü, Hacı babanı sinəsinə sıxdı, bir yerdə gəlib taxtın
üstündə oturdular, yaxın kəndlərdən axın-axın gələn insanları salamladı,
sonra dəstamaz alıb namaza durdular. 
Ağdaşın Qumlax kəndində yaşayan anamın doğmaca dayısı, 89-
cu il mayın 4-də 90-ı bir xeyli keçib dünyadan köçən ağzı dualı, namaz-
oruclu Veysəl babamdan dəfələrcə eşitmişdim bu söhbəti: baban Hacı
Fətəli Əfəndi həm azuqə, həm də silah-sursat almaqdan ötəri qızıl-gümüş
nəyi vardısa Nuru Paşaya verdi, ağzı bağlı toxuma bəzəkli torbasıynan
bir yerdə, bu gözlərimnən gördum, onlara mən qulluq edirdim, aftafa-
ləyən gətirdim, namazdan sonra eyvandakı taxtımızın üstündə yanaşı otur-
muşdular, çay-çörək yeyib içdilər, gedəndə də hamının gözünün
qabağında başından qotazlı qırmızı fəsin çıxardıb qoydu Hacafəndinin
başına, indiki kimi gözümün qabağındadı. Evinizdə durur həmən o fəs.
Hacı Əfəndi (Hacafəndi) 2 dəfə Həcc ziyarətində olub-şura hökuməti
gələnə qədər və sonra. Birinci gedib-gəlməyi uzun çəkmişdi - ordan gəlib
bir müddət də Türkiyədə ali dini təhsil alıb, gəlib həmin vaxtlar tək Şirvan
mahalında yox, bütün Azərbaycanda məşhur olan Ağdaşın Zeynəddin mə-
drəsəsində, bir müddət də Ağdam, Bərdədə imamlıq-əfəndilik edib, yaşlı
adamlardan Babandan dərs, izin alanlardan sağ qalanlar var, bura da gəlib


gedirlər hələ də. Burda və ətraf  bölgələrdə
onun yolunda hər cür əzab-əziyyətə qatlaş-
mağa hazır olan yetirmələri çox olub. Mən
biləni Baban Nuru Paşa ilə İstanbuldan tanış
idilər, çünki çox mehriban görüşdülər, həm
də başının dəstəsi ilə birbaşa bizə gəlmişdi.
Kommunistlərə, sovet hökumətinə qarşı
Cihad Bəyannaməsini də o vaxt Qazı Bəhlul Behcətlə Hacı Fətəli bir
yerdə bizim məsciddə azmışdı, Hacı baban Zəngəzur, Qarabağdan üzübəri
ta bu Şirvan torpaqlarına qədər çox iş görmüşdu Allah yolunda, adamlar
gecələr əl-ayaq yığışandan sonra xəlvət gəlirdilər cümə namazlarına-Hacı
imam dururdu, Türkiyədə də bilirdilər ki, belə bir adamları var burda...
Hacı babamın əmisi Hümbətalı Əfəndi həm də ana tərəfdən (Laçının Ci-
cimli kəndindən) baba saydığımız Şeyx Mir Həmzə Əfəndinin ən sadiq
müridlərindən olmuş, Laçından Kürdəmirə, Qazaxa getmiş, İrandan
Türkiyəyə keçib Elazığda, Amasyada bütün ömrünü nəqşibəndi təriqətinin
bu böyük şeyxinə xidmətə, nəqşibəndiliyin yayılmasına həsr etmiş, elə
Türkiyədə də  Amasyada da dəfn olunmuşdur.
Nuru Paşa adı o zamandan həkk olmuşdu yaddaşıma. Çox təsirli,
ibrətlidi ki, yaşı 93-ü keçən o qotazlı fəs bizim evdə babamın Məkkədən
gətirdiyi, Quran, torpaq, qara uzun təsbeh kimi hər zaman ən əziz, müqəd-
dəs tutya kimi saxlanıb, bu gün də 83 yaşlı dədəm Hacı Nərimanın
sandığında durur. ( “Qubadlısız 16 il” kitabından - H.Nərimanoğlu,
“Nurlan”, 2009) 
Zəngəzur torpaqlarının böyük bir hissəsinin Ermənistana bir-
ləşdirilməsindən 90 il ötür.
“Zəngəzur” Cəmiyyətləri Birliyinin sədri Hacı Nərimanoğlu
“Media forum” saytına bildirib ki, 1921-ci il iyulun 20-də Ermənistan
Xalq Komissarları Sovetinin qərarı ilə bu respublikada Sisian, Qafan,
Gorus və Meğri rayonlarından ibarət “Zəngəzur” adı ilə 9-cu qəza təşkil
edilib. Bu qərar Zəngəzurda müsəlmanların kütləvi qətlə yetirilməsinə
başlanandan sonra Naxçıvan və Qarabağa pənah aparmış əhalinin öz yurd
yerlərinə qayıdışının qarşısını almaq üçün qəbul olunub. Bununla da er-


məni daşnaklarının başladığı işi erməni kommunist bolşevikləri başa çat-
dırmağa nail olublar. Zəngəzurun itirilməsi ilə Azərbaycanın ərazi bütün-
lüyü də pozulub, Naxçıvanın Azərbaycanla quru əlaqəsi kəsilib, eyni
zamanda Azərbaycanın Türkiyə ilə quru sərhədinin sahəsi xeyli daralıb.
Zəngəzurun Ermənistana birləşdirilməsinin tarixinə ekskurs edən Hacı
Nərimanoğlu xatırladıb ki, hələ sovet Ermənistanı qurulmamışdan qabaq
erməni generalı Andronik öz qoşunları ilə Zəngəzurda 115-dək müsəlman
türk-kürd kəndini yağmalayaraq dağıtmış, 70 kəndin əhalisini qismən
məhv edərək Gorusu mərkəz seçib özünü “Zəngəzur qubernatoru” elan
etmişdi. Erməni daşnakları Əsgəran qalası, Şuşa da daxil olmaqla bütün
Qarabağa nəzarəti ələ keçirib “Qarabağ Respublikası” yaratmışdı. Bakı
Soveti isə Şaumyanın əlində idi. Məqsəd Naxçıvanla Şuşa arasında
yaşayan müsəlman əhalini qırıb bu əraziləri boşaltmaq, həmin ərazilərin
yeni yaradılacaq Ermənistan Respublikasına qatılmasına zəmin hazırla-
maq, Zəngəzur və Qarabağdakı erməni qoşunlarının birləşib Gəncəyə
hücum etməsinə şərait yaratmaq, Azərbaycan Milli Şurasını - Azərbaycan
Xalq Cümhuriyyətini beşikdəcə boğmaq, Bakıya tərəf hərəkətə başlayıb
üzübəri gələn Bakı sovetinin hərbi hissələri ilə birləşib “Böyük Er-
mənistan” ideyasını reallaşdırmaq idi.
Bu planı xalq qəhrəmanı Sultan bəyin Laçın bölgəsində An-
dronikin qoşunlarına vurduğu sarsıdıcı zərbə pozdu, Nuru paşa koman-
danlığında Qafqaz İslam Ordusunun hərbi yardımı ilə Azərbaycan Xalq
Cümhuriyyəti milis və hərbi dəstələri də Qarabağdakı erməni silahlılarına
ağır zərbə vurdular. Lakin Zəngəzur və Qarabağda erməni mövcudluğuna
son qoymaq mümkün olmadı.
Xalq Cümhuriyyətinin süqutundan sonra Sovet Azərbaycanında
Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabrın 30-da keçirilən
Azərbaycan K(b)P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul
etdiyi qərarı və ertəsi gün Nəriman Nərimanovun verdiyi bəyanatla həll
olundu. Leninin “Zaqafqaziyanın fatehi” adlandırdığı Serqo Or-
conikidzenin “bəşəriyyət tarixində nümunəsi olmayan mühüm
əhəmiyyətli tarixi akt” və “Azərbaycan artıq yükdən xilas olur” kimi
təhqiramiz bədnamlıqla dəyərləndirdiyi həmin qərarda deyilirdi: “Sovet
Azərbaycanı ilə Sovet Ermənistanı bir-biri ilə qırılmaz tellərlə bağlıdır,
bu iki xalq arasında heç bir sərhəd mövcud deyil, Zəngəzur və Naxçıvan
Ermənistana verilir, Dağlıq Qarabağın əməkçi kəndlilərinə öz müqəd-


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə