Zengezur a5 Layout 1



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə42/42
tarix16.08.2018
ölçüsü0,95 Mb.
#63627
1   ...   34   35   36   37   38   39   40   41   42

dəratını təyin etmək hüququ verilir...”. Azərbaycan hökuməti Zəngəzuru
Ermənistana bağışlamaqla yanaşı o günlərdə aclıq burulğanında boğulan
ermənilərə 200 milyon manatlıq kredit (“başlıq pulu”) də vermiş, ərzaq,
yanacaq da göndərmişdi.
1933-cü ildə Ermənistan SSR-in ərazisi rayonlara bölündü və
Zəngəzur adı xəritədən birdəfəlik silindi.
QƏHRƏMANLAR UNUDULMUR
14 Dekabr Milli Qəhrəman Əliyar Əliyevin doğum
günüdür, yaşasaydı, 55 yaşı tamam olacaqdı. O,
Qarabağ müharibəsi tarixinə şərəfli səhifələr yazmış
qəhrəmanlarımızdan biridir. 
Bununla bağlı  “Zəngəzur” Cəmiyyətləri Birliyinin
sədri Hacı Nərimanoğlu demişdir:
Əliyar Əliyevin rəhbərlik etdiyi alayın topçuları
Xocalı qırğınından bir neçə gün sonra yuxarıların əmri
olmadan Gorusun altını üstünə çevirmiş, ...Moskva və
Yerevan KİV-i bu hücum zamanı 336 nəfərin
öldürüldüyünü yazmışdı. Bununla bağlı Ermənistanda
üç gün matəm elan edilmişdi, Yerevanda keçirilən mit-
inqlərdə Əliyar Əliyevə və 3 döyüşçüsünə ölüm hökmü
çıxarılmışdı. 1992-ci ilin aprel ayının 16-da “Qara
bəbir” ləqəbli Suriya ermənisi Karlenin başçılığı ilə xaricdə xüsusi hazırlıq
keçmiş 50 nəfərlik diversiya qrupu Lalazar körpüsünü partladıb
Qubadlının sərhəd kəndlərinin rayon mərkəzi ilə əlaqəsini kəsmək, strateji
yüksəklikləri ələ keçirmək üçün hücuma keçmişdi. Kəşfiyyat məlumatları
nəticəsində bundan xəbər tutan və onların yolunu gözləyən Əliyar Əliyev
və döyüşçüləri onları mühasirəyə alaraq dəstəbaşıları da daxil, 11 düşmən
əsgərini məhv etmiş, həmin meyitləri bizim əsirlərə dəyişmişdilər. 1991-
ci ilin may ayında Qubadlının Yuxarı Cibikli kəndi, 1992-ci ilin oktyabr
ayının 12-də isə bu rayonun Topağac-Başarat yüksəkliyi uğrunda gedən
döyüşlərdə də onun rəhbərlik etdiyi alay düşməni ağır itkilərə məruz qoy-
muşdu. 1992-ci ilin iyun ayının 24-də Qubadlı rayon mərkəzini bombala-
mağa uçan üç vertolyotu vurub salan da Əliyar Əliyevin döyüşçüləri


olmuşdu. Gorusun Şurnuxu kəndindəki postu darmadağın etmiş Əliyar
Əliyev və döyüşçüləri 20 rus və erməni silahlısını canlı olaraq ələ keçir-
mişdi. Onlar işğalın son günlərinədək Qafan-Gorus yolunu nəzarətdə
saxlamağı da bacarmışdılar. Əliyar Əliyev 1992-ci ilin payızında 40
könüllü döyüşçü ilə birlikdə işğal altındakı Laçının 40-a qədər kəndini 4
gün ərzində ermənilərdən azad edərək partizan müharibəsinin nə qədər
effektli olduğunu bir daha sübut etmişdi. 1992-ci il oktyabrın 3-də Əliyar
Əliyev və sürücüsü Əlisadət Ağayev Laçın rayon mərkəzindən iki kilo-
metr məsafədə şəhid oldular. Əliyar Əliyev Azərbaycan Dövlət Bədən
Tərbiyəsi İnstitutunda oxuduğu, Saransk Dövlət Universitetində müəllim
işlədiyi illərdə dəfələrlə klassik güləş üzrə respublika, ümumittifaq və
beynəlxalq yarışların qalibi olmuşdu, məşhur pəhləvan və məşqçi idi,
onun 8 yetirməsi respublika və SSRİ çempionu olmuş, biri isə olimpiya
yığma komandasına üzv seçilmişdi. “Məhsul” idman cəmiyyətinin
Qubadlı şöbəsinin sədri olan Əliyar Əliyev Qarabağ müharibəsi başlanan
günlərdən respublikada yaranan ilk könüllülər batalyonunu qurmuşdu.
Eyni zamanda o, həmişə ön cərgədə vuruşan döyüşçü, sərrast atıcı, kəş-
fiyyatçı, partizan idi. Dəfələrlə qonşu bölgələrdə gedən ağır döyüşlərdə
də iştirak etmişdi, çünki onun üçün bu Vətənin hər qarışı əziz idi.
14.12.2011, mediaforum.az, qhtxeber.az, musavat.com
Türkiyədə “Zəngəzur” Cəmiyyətləri Birliyinin nümayəndəliyi
yaradılmışdır
Bakı, 14 yanvar  2011  (AzərTAc). AzərTAc xəbər verir ki, nü-
mayəndəliyin  rəhbəri  Türkiyədəki Giresun Universiteti tarix bölməsinin
rəhbəri, professor Aygün Attar nümayəndəliyin  təyin edilmişdir. Məqsəd
Azərbaycan həqiqətlərinin qardaş ölkədə təbliği, Türkiyənin qeyri-
hökumət təşkilatları ilə əlaqələrin daha da genişləndirilməsidir. 
Nümayəndəliyin təşəbbüsü ilə Türkiyənin bir neçə şəhərində 20 Yanvar
və Xocalı faciələrinin ildönümüləri ilə bağlı tədbirlər keçirilmişdir.


12 mart – Qaçaq Nəbinin xatirə günü! 
“115 il əvvəl – martın 12-də Azərbaycan
xalqının yetirdiyi ən məşhur qəhrəmanlardan
olan Qaçaq Nəbi xəyanətlə qətlə yetirilib.
Qaçaq Nəbi 46 illik ömrünün tam 13 ilini əlində
silah, vəfalı ömür-gün yoldaşı Həcərlə birlikdə
fasiləsiz olaraq rus-erməni, fars zülmünə qarşı
mücadilə aparıb. Bu qoşa ad həm Azərbaycanın
qəhrəmanlıq salnaməsinə, həm də dünya
qaçaqçılıq hərəkatı tarixinə şərəflə yazılıb,
ümumxalq sevgisinin, qorxmazlıq, cəsarət, şücaət, əyilməz iradənin
simvoluna çevrilib”. Zəngəzur Cəmiyyətləri Birliyinin sədri Hacı Nəri-
manoğlunun “Media forum”a açıqlamasında deyib.
Hacı Nərimanoğlu Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan
milli istiqlal mücadiləsi” adlı əsərindən sitat gətirir: “Zəngəzur və Naxçı-
vanda qorxmadan partizan müharibəsi aparan Qaçaq Nəbi Gəncə vilayəti,
Zəngəzur qəzasının Aşağı Mollu kəndində (indiki Qubadlı) anadan ol-
muşdu. Yeddi nəfərdən ibarət ailəni atası çətinliklə dolandırırdı.
Günlərin birində 16 yaşlı Nəbinin atasını bəy döyür. Bunu görən Nəbi
bəyin üzərinə atılaraq onunla savaşır. Bəyin şikayətinə əsasən Nəbi həbs
olunur. O, həbsdən qaçaraq həmfikirlərini ətrafına toplayır. Rus çar re-
jiminə və onun Azərbaycandakı əlaltıları olan bəylərə qarşı mübarizəyə
başlayır.
Nəbinin arvadı Həcər xanımla yanaşı baldızı Mehri xanım da bu
mübarizədə yaxından iştirak edir. Nəbi həbsxanadan qaçdıqdan sonra çar
idarəsinin Azərbaycandakı əlaltıları olan mülkiyyət sahibi xan və bəylərin
zülmündən cana gələn kəndlilərdən əli silah tutan bir hissəsi onun ətrafına
toplanır. Nəbinin əsas düşmənləri çar rejimi, xanlar və bəylər idi. O bu
mübarizədə kasıbları və onların hüquqlarını müdafiə edirdi. Nəbinin
mübarizə apardığı ərazi Zəngəzur və Naxçıvan vilayətləri idi. İstismarçı
imperializmə və rus çar rejiminə qarşı mübarizə aparan qaçaqlara xalq
yaxından köməklik edir, onlarla fəxr edirdi. Xalq onları ərzaqla təmin edir,
yeri gəldikdə gizlədirdi”.
Rəsulzadənin yazdığına görə, 1896-cı ilin mart ayında Nəbi Kər-
baladan dönərkən Türkiyə ilə İran sərhəddi arasında olan Larni kəndində


rus casuslarının əvvəlcədən hazırladığı pusqunun qurbanı olub.
Hacı Nərimanoğlu bildirib ki, Bəhlul Bəhcətin “Qaçaq Nəbinin
tarixi vəsiqə və sənədlər üzrə” adlı tədqiqat əsəri 77 illik arxiv qaranlığın-
dan sonra yaxın günlərdə işıq üzünə çıxıb: “Qaçaq Nəbinin həmyerlisi,
müasiri, onu və dəstəsindəkilərin əksəriyyətini şəxsən yaxından tanıyan,
görüşüb söhbətləşən, ilahiyyatçı, tarixçi, folklorşünas alim, Zəngəzurun
sonuncu qazısı Bəhlul Bəhcətin 1934-37-ci illərdə qələmə aldığı 290
səhifəlik “Qaçaq Nəbinin tarixi” vəsiqə və sənədlər üzrə” adlı tədqiqat
əsəri yaxın günlərdə işıq üzü görəcək. Tədqiqat əsərindəki ayrı-ayrı
başlıq-bölümlər Qaçaq Nəbinin düşmənlərinə, kimlərlə savaşmasına,
mübarizə yoluna güzgü tutur. Bəhlul Bəhcət İrəvan və Tiflis arxivlərindən
əldə etdiyi məxfi yazışmalardan da nümunələr gətirir, Nəbinin artıq 3 im-
peratorluğu rahatsız etdiyini, başağrısına çevrildiyini faktlarla göstərir”.
Hacı Nərimanoğlu onu da qeyd edib ki, kitabın müəllifi Bəhlul Bəhcət
1934-38-ci illərdə “Azərnəşr”də və Az.RAİ-nin ədəbiyyat bölməsində
çalışıb, “Quran”ı, “Şahnamə”ni ilk dəfə orijinaldan dilimizə tərcümə edib,
Məhəmməd Peyğəmbərin və ailəsinin tarixi və digər fundamental
tədqiqatları tamamlayıb, Hüseyn Cavid, Salman Mümtaz, Əli Nəzmi,
Əhməd Cavad kimi müasirləri ilə sıx ünsiyyətdə olub. 15 mart 1938-ci
ildə NKVD üçlüyünün qərarı ilə güllələnib.
Zəngəzur Cəmiyyətləri Birliyinin sədri əlavə edib ki, Qaçaq Nəbi
ilə Həcərin Azərbaycanın heç yerində abidəsi yoxdur: “Qubadlıda vardı,
18 ildir Qubadlı da yoxdur”.
Zəngəzurluların etirazı və gözləntiləri
26.01.2012 
“Zəngəzur” Cəmiyyətləri Birliyi Fransa Senatının uydurma “er-
məni soyqırımı”nı inkar edənlərin cəzalanmasını nəzərdə tutan qanunu
ilə bağlı bəyanat qəbul edib. 
Bəyanatda deyilir: “Türk xalqı tarixin heç bir dönəmində heç bir
xalqa qarşı soyqırım həyata keçirməmiş, əksinə zaman-zaman soyqırıma,
etnik təmizlənmə və zorakı deportasiyalara məruz qalmışdır. Bütün siyasi
fəaliyyəti boyu türk, müsəlman xalqlarına qarşı qərəzi, nifrəti, aşağılayıcı 


münasibəti ilə bədnam şöhrət qazanmış Fransa Prezidenti Sarkozi
demokratiyanın beşiklərindən olmuş ölkəsinin tarixinə qara damğa vuran
bu qanunu şəxsi mənfəətləri naminə ciddi-cəhdlə qəbul etdirmişdir. Bu
qanun həm də sivil dünyanın ən üstün kriterləri sayılan insan hüquqlarının,
fikir, düşüncə, söz, şəxsi mövqeyini ifadə etmə, hadisələrə fərqli yanaşma
azadlığının kobud şəkildə pozulmasının, hətta, ölkəsinin Konstitusiyasının
bir çox müddəalarının ayaqlar altına salınmasının, hər hansı bir məhkəmə
instansiyasında baxılmamış və haqqında qərar qəbul edilməmiş hadisəyə
parlament səviyyəsində hüquqi, siyasi don geydirmək cəhdinin eybəcər
təzahürü olmuşdur.
Fransa Senatı bu qanunun qəbulu ilə ölkəsinin imicinə sağalmaz
ləkə vurmuş, həm də ATƏT-in Minsk Qrupunda həmsədr dövlət olaraq
öz obyektivliyini, ədalətliliyini, tərəfsizliyini də, mənəvi haqqını da itir-
mişdir. Bu Qanunun qəbulu bir daha Türkiyə, Azərbaycan və digər türk
dilli ölkələrin birlik və bərabərliyinin, beynəlxalq aləmdə söz, nüfuz sahibi
ola bilməsinin zəruriliyini mühüm vəzifə kimi gündəmə gətirir. 
İnanırıq ki, Azərbaycan Hökuməti Fransa Senatının qəbul etdiyi
bu qanunun ölkəmizin 20 ildən bəri həllini gözləyən ən ümdə Dağlıq
Qarabağ probleminin həllinə göstərəcəyi ciddi maneçilikləri gərəyincə
qiymətləndirərək Fransanın həmsədrliyindən imtina edilməsi ilə bağlı
lazımi tədbirləri görəcək, bu ölkə ilə siyasi, iqtisadi, ticarət əlaqələrinə
yenidən baxacaq, indiki sınaq zamanında tarixin ən çətin dövrlərində
xalqımızın yeganə etibarlı dostu, arxa və dayağı olmuş qardaş Türkiyə ilə
birlikdə olduğunu real həyatda sübut edəcəkdir.” 
“Zəngəzur” Cəmiyyətləri Birliyinin bəyanatı: “Dövlət və qeyri-
hökumət təşkilatları işğal altındakı Dağlıq Qarabağ və ətraf rayonlarda
ermənilərin kütləvi şəkildə məskunlaşdırılmasına qarşı etiraz səsini
ucaltmalıdır.”
Son zamanlar Azərbaycan, Ermənistan və digər ölkələrin KİV-
lərində Azərbaycanın işğal altında olan Laçın, Zəngilan, Qubadlı və Kəl-
bəcər rayonlarında ermənilərin məskunlaşdırılması, bu bölgələrdə
müxtəlif təyinatlı infrastrukturların inşası ilə bağlı yayılan informasiyalar


xeyli  artmışdır. Xüsusilə ərəb ölkələrində baş verən hadisələrdən,
hakimiyyət dəyişikliklərindən sonra ermənilərin Dağlıq Qarabağ və ətraf
rayonlara köçü daha intensiv xarakter almışdır. Bu işdə bir sıra xarici
ölkələrdə yaşayan erməni iş adamları fəallıq göstərir, həmin bölgələrə iri
həcmdə investisiyalar qoyur, kreditlər verilir, müxtəlif cəlbedici tədbirlər
həyata keçirirlər. Narahatlıq yaradan amil həm də odur ki, artıq bu
məskunlaşdırma Dağlıq Qarabağın hüdudlarından kənardakı bölgələrə
keçirilmişdir, bu bölgələrdə şəhərtipli iri yaşayış məskənləri salınır və bir
sıra dövlətlər də buna açıqdan açığa ya seyrçi qalır, yaxud dəstək verirlər.
Bununla birlikdə azərbaycanın toponimləri, yer adları da dəy-
işdirilərək erməniləşdirilir, tərk edilmiş yaşayış yerlərinin, tarixi
mədəniyyət abidələrinin izi itirilir, zəngin təbii ehtiyatları istismar edilərək
talanıb Ermənistana və beynəlxalq arenada ona havadarlıq edən böyük
dövlətlərin hərbi, siyasi, biznes nümayəndələrinə milyonlar qazandırır. 
Yayılan məlumatlarda vurğulanır ki, Murov dağlarından Araz
çayına qədər ərazilərin bərpası və məskunlaşdırılmasını Ermənistan
hökuməti və erməni diasporu özünün birinci dərəcəli strateji vəzifəsi elan
etmişdir, bu məsələ birbaşa Ermənistan Hökumətinin planlı proqramları,
qərarları ilə tənzimlənir. ATƏT-in 2005-ci ildə təşkil olunmuş Fak-
taraşdırıcı Missiyası da Ermənistanın işğal altındakı ərazilərdə qanunsuz
məskunlaşdırma həyata keçirdiyi barədə faktları təsdiqləmişdi. Lakin in-
formasiyalarda 7 il əvvəl açıqlanan əhali sayının indi ikiqat artdığı
bildirilir.
İşğal altındakı ərazilərdə məskunlaşdırmanın həyata keçirilməsi
Ermənistanın da 1993-cü ildə qoşulduğu 12 avqust 1949-cu il tarixli
Mülki Əhalinin Müharibə Zamanı Müdafiəsinə aid Dördüncü Cenevrə
Konvensiyası və ona əlavə protokollara, eləcə də hərbi konfliktlər zamanı
mədəni dəyərlərin qorunması haqqında 1954-cü il Haaqa Konvensiyasına
ziddir.  
Qubadlı rayonu, Saray kəndi
Mirlər kəndindən görünüşü


“Zəngəzur” Cəmiyyətləri Birliyi bununla
bağlı ciddi narahatlığını bildirir, dövlət, qeyri-
hökumət təşkilatlarını, kütləvi informasiya va-
sitələrini Ermənistanın bu istiqamətdəki
fəaliyyətlərinə qarşı daha fəal mövqe tutmağa,
öz etirazlarını beynəlxalq qurumlara
bildirməyə çağırır. Çünki belə hallara qarşı
seyrçi münasibət, laqeydlik, sözdən əməli
hərəkətə keçmək üçün qətiyyət
göstərilməməsi təcavüzkar dövləti daha da şirnikləndirir, planlarını
maneəsiz reallaşdırmağa həvəsləndirir.
Unutmayaq ki, Dağlıq Qarabağ və ətrafındakı rayonlara qayıdışın
uzandığı hər il bizi o torpaqlardan daha çox aralayır, uzaq salır, erməniləri
daha artıq həvəsləndirir, beynəlxalq güclərə isə sadəcə seyrçi mövqedə
qalmaları üçün əlavə stimul verir.  
butov.az, 08.10.2012
Zəngəzurda doğuldular, Anadoluda əbədiyyətə qovuşdular"
kitabı nəşr ediləcəkdir
Bakı, 27 oktyabr 2012 (AzərTAc). “Zəngəzur” Cəmiyyətləri Birliyi
Türkiyə arxivlərindən Zəngəzur mahalında doğulmuş, təqiblərdən, labüd ölümdən
qurtulmaq üçün Anadolu torpaqlarına köçüb yaşamağa məcbur olan, burada
əbədiyyətə qovuşan bir çox tanınmış şəxsiyyətlər, onların Azərbaycanda və
Türkiyədəki fəaliyyətləri barədə maraqlı materiallar, fotosənədlər əldə etmişdir.
Birliyin sədri Hacı Nərimanoğlu AzərTAc-a bildirmişdir ki, bu
şəxsiyyətlər arasında nəqşibəndi təriqətinin şeyxi, filosof şair Mir Həmzə Seyid
Nigari, onun həyatdan vaxtsız köçmüş çox istedadlı şair oğlu Siraci, Azərbaycanın
ilk hərbi naziri, Qarabağın general-qubernatoru Xosrov bəy Sultanov, xalq qəhrə-
manı Sultan bəy Sultanov, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü,
mühacir yazıçı-jurnalist, naşir Mirzə Sadıq Axundzadə, ötən əsrin əvvəllərində
fəaliyyət göstərmiş Müsavat Partiyasının 5-ci başqanı, tibb professoru, polkovnik
doktor Mehmet Azər Aran, 30-cu illərədək əlində silah bolşeviklərə qarşı döyüşmüş
hüquqşünas Əhəd Unal, diplomat, Azərbaycan Kültür, Milliyyətçilər, Yardım
dərnəklərinin qurucu rəhbərlərindən olmuş Taki Aran və başqaları vardır.
Yaxın günlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-
Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Zəngəzur”
Cəmiyyətləri Birliyi tərəfindən toplanmış materiallardan ibarət "Zəngəzurda doğul-
dular, Anadoluda əbədiyyətə qovuşdular" adlı kitab nəşr ediləcəkdir.


Ədəbiyyat
“Osmanlı belgelerinde Karabağ”, 660 səhifə, İstanbul 2009,
“Azerbaycan belgelerinde ermeni sorunu (1918-20)”, 682 səhifə, Ankara
2001
Dr.Sebahattin Şimşirin “Azerbaycanlıların Türkiyede siyasi ve kültürel
faaliyetleri (1920-1991)”,
Tahsin Demirayın "Canlı Tarihler"
Qarabəkir K. İstiqlal hərbimiz. İstanbul, 1938. 
Türk Dili ve Edebiyatı Ansiklopedisi, Dergâh Yay. Cilt 7, İstanbul, 1990. 
Kösoğlu, N. Türkiye Dışındaki Türk Edebiyatları Antolojisi, Azerbaycan
Türk Edebiyatı, Cilt 3, Kültür Bakanlığı Yayınları. Ankara, 1993
Osmanı devleti ile Azerbaycan Türk hanlıkları arasındakı münasibetlere
dair arşiv belgeleri” (1575-1918), Ankara, 1993
Rahimzade İbrahim “Fethi Gence”
Kösoğlu, N. Türkiye Dışındaki Türk Edebiyatları Antolojisi, Azerbaycan
Türk Edebiyatı, Cilt 3, Kültür Bakanlığı Yayınları. Ankara, 1993
Pərvanə Bayram Seyyid Mir Hamza Nigari’nin Anadolu ve Azerbaycan’-
dakı devamcıları 
Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti (sənədlər toplusu). VI
cilddə 
Ziya Bünyadov  “Azərbaycan Atabəylər dövləti”
Səbahəddin Eloğlu “Zəngəzur hadisələri”
Ənvər Çingizoğlu “Xosrov bəy Sultanov”, “Sultanlıq soydan gələr”
“Azərbaycanlıların soyqırımı və deportasiyası” 
Ziyadxan Nəbibəyli “Sultan bəy və Xosrov bəy qardaşları”
Musa Urud “Zəngəzur”
Nəzər Heydərov "Zəngəzur dağlarında"
İ.Musayev “Azərbaycanın Naxçıvan və Zəngəzur bölgələrində siyasi
vəziyyət və xarici dövlətlərin siyasəti (1917-1921)”
“Heydər Əliyev və “Cağ” Öyrətim” 
İbrahimov Z. İngilis-amerikan müdaxiləsinə qarşı Azərbaycan xalqının
mübarizəsi. B., 1950 Azerbaycan dergisi üzerine bir inceleme 
Alı Çelebioğlu Yahya Çelebi; Seyid Nigârî, Xaki-Payin-Taci-serim, Azer-
baycan Neşriyyatı, Bakı, 2004, 
Köçerli, Firudin Bey; Azerbaycan Edebiyatı, Cilt 1, Bakı, 1981. 


Mehemmedcelil, Mehemmed; Xelil, Fariz; Mövlane İsmayıl Siraceddin
Şirvani, Adiloğlu Neşriyatı, Bakı, 2003. 
İbrahimli X. Azərbaycan siyasi mühacirəti. B., 1996. Bünyadov Z. Qır-
mızı terror. B., 1993 Fərəh Hüseyn “Osmanlı-Səfəvi müharibəsi 1578-
1590”, Bakı-2008
Fəxrəddin Kırzıoğlu “Osmanlıların Qafqaz ellərini fəth etməsi (1451-
1590)” 
www.azertag.com
www.turansam.org
www.azerbaycankulder.org
www.resulzade.org
www.kultur.gov.tr  
Mövzu, başlıq düzümü:
I Fəsil
Əlimiz çatmayan, səsimiz yetməyən ulu yurd-Zəngəzur
( Tarixi icmal )     
Osmanlı İmperiyasının çöküşü, Birinci Dünya savaşı və Zəngəzur 
Osmanlıda “erməni genosidi” yalanı rus və amerikalı şahidlərin gözü ilə 
Bunlar Amerika ingilislərinin yazdıqlarıdır
“İngilis barmağı” Zəngəzurda
Zəngəzur qırğınları
“Yalvarıram, təcili tədbirlər görün... Zəngəzur sarıdan başınız sağ olsun,
heç olmasa Qarabağı xilas edin...”
AXC Hökuməti bu qırğınların qarşısını vaxtında ala bilərdimi?!
Zəngəzurun Ermənistana verilməsi
Nərimanovun Bəyanatı
Naxçıvan və Qarabağ...
II Fəsil
Zəngəzurdan Anadoluya köçlər
I Köç: Osmanlı-Səfəvi savaşları
II Köç: Çar Rusiyasının işğalı
III Köç: Erməni daşnak-rus bolşevik zülmü
IV Köç: İşğal
Anadolu dar gündə azəri türklərinə qucaq açmışdı


Azərbaycanlıların Anadoluda məskun olduqları ellər
Türkiyə mənbələrində Azərbaycan
III Fəsil
Anadolu torpaqlarında əbədi uyuyan tanınmış Zəngəzurlular
Nuru ilə Amasyanı rövnəqləndirən  Şeyximiz - Mir Həmzə Seyid Nigari 
Urudda doğuldu, İstanbulda əbədiyyətə qovuşdu
Müsavatın 5-ci Başqanı: Zəngilanlı Dr.Mehmet Azer Aran 
Zəngəzurun igid oğlu Baba Yüzbaşı: Vətən, sən nə yaman şirin
şeymişsən!
Goruslu azadlıq mücahidi
Xələcli istiqlalçı Əhəd Ural 
Qazi İbrahimlə Sərkar Qönçə eşqi
Qarsda torpağa qarışan Xalq Qəhrəmanı Sultan Bəy
Ruhu Qarabağda, cismi Trabzonda: Azərbaycanın ilk Hərbi naziri 
Xosrov bəy Sultanov 
Xosrov bəyin nəticəsiz qalan israrlı təkidləri: 
“...geciksək, Zəngəzur və digər qəzaları itirəcəyik”
Süleyman Dəmirəl Sisianlıdırmı?!
Zəngəzurlu Baharlılar
Türk əsgərləri Azərbaycanda bolşeviklərə qarşı mübarizədə
IV Fəsil
Məramımız fəaliyyətimizdə
“Zəngəzur” Cəmiyyətləri Birliyi müsabiqəyə yekun vurdu: Xosrov bəy
və Sultan bəy haqqında kitab çıxdı 
Zəngəzurun sonuncu Qazısı Bəhlul Behcətin “Qaçaq Nəbinin tarixi”
kitabı nəşr edildi
“TURAN Aşiqləri”- Atatürk, Ziya Göyalp, Ənvər Paşa və Nuru Paşanın
ömür yolunu əks etdirən kitabdır
“Zəngəzur” Cəmiyyətləri Birliyinin sədri Bakıda Rəcəb Tayyib Ər-
doğanla görüşmüşdür
15 SENTYABR: Anadolu və Qafqaz türklərinin əbədi qardaşlıq günü 
Əziz yadigar. Nuru Paşanın babam Hacı Fətəli Əfəndiyə əmanəti
Zəngəzur torpaqlarının böyük bir hissəsinin Ermənistana bir-
ləşdirilməsindən 90 il ötür.


Qəhrəmanlar unudulmur. Milli Qəhrəman Əliyar Əliyev
Türkiyədə “Zəngəzur” Cəmiyyətləri Birliyinin nümayəndəliyi
yaradılmışdır
12 mart – Qaçaq Nəbinin xatirə günüdür 
Zəngəzurluların etirazı və gözləntiləri
“Zəngəzur” Cəmiyyətləri Birliyinin bəyanatı: “Dövlət və qeyri-hökumət
təşkilatları işğal altındakı Dağlıq Qarabağ və ətraf rayonlarda ermənilərin
kütləvi şəkildə məskunlaşdırılmasına qarşı etiraz səsini ucaltmalıdır.”


“Bütöv Azərbaycan” qəzetinin redaksiyasında yığılmış, 
dizayn, redaktə və korrektə edilmişdir.
Çapa imzalanmışdır: 25.10.2012
Format: 60x90 ş.ç.v. 1/16
Tiraj: 2000 ədəd
“YEK Production” Şirkətinin mətbəəsində çap edilmişdir.
Tel/Faks: 492-57-74
www.yekpro.com

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə