Zengezur a5 Layout 1



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə36/42
tarix16.08.2018
ölçüsü0,95 Mb.
#63627
1   ...   32   33   34   35   36   37   38   39   ...   42

dəqiq coğrafiyasına qədər hamısı kitabda yerbəyer, adbaad göstərilir.
Qaçaq Nəbinin qaçaqçılıqdan əvvəlki həyatı (“ Yurdu”, “Nökərçilik”,
“Ailə vəziyyəti, “Qaçaqçılıq və onun ümumi səbəbləri, “Xalq Qaçaq
Nəbiyə nə cür baxırdı”, “Qaçaq Nəbinin 1-ci dəfə tutulması”, “Qaçaq
Nəbinin 2-ci dəfə tutulması”, “Həcərin 1-ci dəfə tutulması” və s.) sadə,
aydın, dəqiq boyalarla göstərilir.
Xalq qəhrəmanının və Həcərin fiziki görkəmi, boy-buxunu
(təəssüf ki, bizim kinoda gördüyümüz, yaddaşımızda da çox zaman eləcə
canlanan Nəbi-Həcərin tamam əksi olan!) canlı təsvirlə oxucu gözləri
önündə canlanır: ”Nəbi gödək boylu, yığcam cüssəli, zirək və yüngül
hərəkətli bir oğlan idi. Nəbi qorxu nə olduğunu bilməzdi, onun bütün
hərəkətləri mətin və qüvvətli bir iradənin səmərəsi idi. Həcər qarayanız,
yəni qaraya yaxın qarabuğdayı rəngdə çöhrəyə malik sağlam bədənli
xoşsima bir qadın idi.”
Nəbinin mənəviyyatını, əxlaqi keyfiyyətlərini səciyyələndirən
sətirlər də inandırıcıdır, çünki bu xarakterlər bir çox konkret hadisələrdə
özünü büruzə verir: “Nəbi öz hərəkətlərində namus və iffətli olub ondan
xalqın əxlaqına və qeyrətinə toxunan bir əməl çıxarmazdı. O, qadına hör-
mət barəsində çoxdan çox ehtiyatlı idi, qadına toxunmazdı. Yoldaşlarına
qarşı çox diqqətcil və qayğı göstərən idi. Nəbi öz yoldaşlarına gizli
oğurluğu qadağan etmişdi, onun bütün qarətləri müəyyən bir məqsədlə
olurdu. O yolları kəsərək hər gələn-gedəni soymaq işindən uzaq idi.
Təsadüfi yol kəsmək onların işi deyildi”.
Bəhlul Behcət bu xalq qəhrəmanlarının milli, etnik kimliyinə dair
yer alan mübahisələrə, guya onların kürd olmasına dair yazılanlara
məqamında dürüst qiymət, dəqiq bilgi verərək yazır: “Aşağı və Yuxarı,
hər iki Mollu türk qövmünə mənsubdur”.
İrandan Şuşaya qaçaq mal daşıyan tacirlərə 10 il mühafizlik,
bələdçilik, nökərçilik etmiş etibarlı, qorxubilməz kəndçi balası Nəbinin
danışığı da sadə, təbiidir, dialekt, şivə sözləri müəllifdə olduğu kimi
saxlanıb:” Nəbi atlılara tərəf çağırıb dedi:-ey binamuslar, yenə
düşmüsünüz Mahmudun dalına şotdadırsınız. Adınızı bəy qoyub camaatı
yığıb tökürsünüz mənim üstümə...Adə, ay kürd, mənə güllə atmasanız da,
o dılğır bəylərə də qoşulmayın! Nəbi bu davada divan atlısını çox
kürşütdü” və sair.
Təkcə Qaçaq Nəbi (1850-96) ömrünə yox, həm də bütövlükdə


XIX əsr Qarabağ-Zəngəzur tarixinə, coğrafiya, etnoqrafiya, məişətinə
güzgü tutan bu kitabın mətnini hazırlayan və ön sözün müəllifi professor
İsrafil Abbaslı ilə elmi redaktor və naşir tarix elmlər namizədi Əlağa
Cəfərova nəcib əməllərinə, zəhmətlərinə görə təşəkkürlər düşür.
Qaçaq Nəbiyə xalq məhəbbətinin səbəbi
Bəhlul Bəhcət həm də Nəbinin şəninə xalqın qoşduğu çox sayda
şeirlərin də ilk toplayıcısı olub, bu qəhrəmanların xalq tərəfindən bu qədər
çox sevilməsini, adına çox miqdarda şeir, mahnıların qoşulmasını da həm
igidliyi, həm də kəndlilərə qəlbən yaxınlığı, xeyirxahlığı ilə bağlayır;
...kasıb bir ailə var-yoxunu satıb nişanlı tək oğluna verir ki, gedib Şuşadan
sevgilisinə toy hədiyyələri alıb gətirsin, toy günü də təyin olunub, qayı-
danbaş yolda oğrular oğlanı yağmalayır, ailənin başçısının ümidi tək
Nəbiyədir, dağlara çıxır, Nəbini tapır, əhvalatı danışır, Nəbi, Həcər so-
nuncu pul, qızıllarını kişiyə verir, toya qalan 3 günü də oğrunun tapıl-
masına sərf edir, oğruları tapıb şey-şüylərlə birlikdə haqlı cəzalarını
almaları üçün toy gedə-gedə əlləri bağlı pristavın yanına göndərir....onun
üstünə göndərilənlərin bir çoxu aldanmış, şirnikləndirilmiş kəndli cavanlar
olardı, Nəbi həmişə tapşırarmış ki, onların atların vurun, özlərin yox
...qəndi, çayı, duzu müsəlman kəndlərinə ermənilərdən 5-6 qat baha satan
erməni tacirlərinin İrandan gətirdikləri qaçaq malının bir hissəsini alıb
Padar düzündə aclıq çəkən kasıb camaata payladır...Yüzbaşının öz nəfinə
yığdığı vergini camaata paylayıb yüzbaşının möhürü ilə borclarını tamam
ödədiklərinə dair sənədlərin yazıb verir...Atları tara düşüb qalanda bir neçə
gün pay-piyada yol gedirlər, kasıb insanlar öz atların onlara vermək
istəyəndə deyir: “Əgər mən camaat atı aparsaydım, bu qədər yolu buray-
acan piyada gəlməzdim, sizin atınız mənə lazım deyil. Siz mənə mülkədar
atlarının yerin göstərin”.
Müasir tariximizdən çox da uzaq zamanda durmayan bu qəhrə-
manının dəstəsindəkilərin sayı heç zaman 20 nəfərdən artıq olmayıb, lakin
bu qaçaq dəstəsinin sayca 10-20 dəfə artıq düşmən üzərində qələbələrinin
birinci uğuru onların qoçaqlıq, igidliyində, digəri xalqın onlara arxa,
dayaq durmasında (“Nəbi Dəmirçilərli Bədəl Şəfi oğlunun evində”,
“Nəbinin kəndlilərlə səmimi əlaqəsi” və s.), Nəbiyə Osmanlıdan hədiyyə


göndərilmiş “Aynalı” tüfəngi, Rüstəmbəyovun ilxısından seçdiyi cins
Bozatında idisə, o biri yandan da Nəbinin dəfələrcə sınaqdan keçirdiyi
savaş, döyüş taktikasında idi: “Nəbinin hərəkət və fəaliyyəti üçün dağlıq
yerlərdə olub ətrafında möhkəm sığınacaq rolun oynayan qayalar və
dağlar olan ərazilər əlverişli idi, açıq və düzənlik yerlərdə qalmaq Nəbi
üçün heç əlverişli deyildi, qorxulu idi....Qaçaq Nəbinin üsyançı bir qaçaq
olduğu o qədər mühüm əsaslara şamildir ki, onun kimi ikinci bir Nəbini
Azərbaycan məmləkətində xatırlamaq çətindir. O çar hökumətindən
qaçmışdı. Ona Naxçıvanda baş verən bir olay üstündə haqsız yerə 8 il ka-
torqa cəzası verilib Şuşaya aparılarkən sıldırım dağ keçidindən qolubağlı
üzüaşağı özünü atmışdı. Onun qaçmasına səbəb şəxsi arzu və fərdi cinayət
üstündə olmamışdı.”
Nəbi hərəkatının motivi və mahiyyəti
Son abzasa bunları da əlavə edək: ”Qazaxda, Gəncədə, Qarabağda,
Bakıda bir çox mahallarda çar hökumətinin dəhşətli qanunlarına qarşı eti-
razlar, üsyanlar olsa da, onların qaçaqlıq dövrü və göstərdikləri
fəaliyyətləri Nəbinin qaçaqçılıq hərəkatında olan hadisələri bir yekun
olaraq nəzərdən keçirdikdə çar hökuməti Azərbaycanı işğal etdikdən ta
son mərhələsinədək onun kimi bir qaçaq gözə çarpmayacağı aydın olacaq,
kəmiyyət və keyfiyyətcə heç biri Qaçaq Nəbinin fəaliyyət və hərəkatına
bənzəməyir....Çar hökuməti Qafqazı işğal etdikdən ta Qaçaq Nəbinin za-
manınacan Nəbiyə oxşar bir qaçaqçılıq hərəkatı görməmişdi. Qaçaqlar
çox olmuşdusa da, Nəbi kimi mütəşəkkil və çox uzun zaman davam gətirə
biləni olmamışdı. Qaçaq Nəbidən başqa bu qədər mütəşəkkil başqa heç
bir qaçaqlıq fəaliyyətini təsəvvür etmək imkanı yoxdur. Belə qüvvətli və
mütəşəkkil hərəkat və bununla bərabər tutduğu yol və gözlədiyi məqam
olduqca xarakterik bir hərəkat ancaq Nəbiyə məxsusdur”. Nəbinin əsil
düşmənlərinin urus, naçalnik, pristav, saldat, kazak, erməni olduğu xalqın
ona qoşduğu mahnılarda da öz əksini tapıb:
Qazamata çəkib urus hasarı,
Dörd yanı çevrəmə qurulub barı.
Nəbinin sədası düşüb hər yana,
Naçalnik, pristav oldu yan-yana.
Qazamatın yanı tökmə qaladı,


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə