Zengezur a5 Layout 1



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə25/42
tarix16.08.2018
ölçüsü0,95 Mb.
#63627
1   ...   21   22   23   24   25   26   27   28   ...   42

“Azerbaycan Dergisi”nin  yanvar-mart 1978-ci il tarixli sayında
“Merhum Ahmet Ural Bey” başlığı ilə ömür yoluna həsr edilmiş yazı ver-
ilmişdir.
Maraqlı məqam bir də odur ki, Ahet bəy də, digərləri də hamısı
tərcümeyi-hallarında özlərini Zəngəzurlu saymış və bunu doğum yeri
olaraq qeyd etmişlər.
Mir Əhəd Ağanın böyük oğlu Çingiz Əhədiyyə, qızı Pərcan
xanım, Şenasi, kiçik oğlu Yetkin Uraldır. Babalarının vətəninə sevgilərini
ürəklərində saxlayır, yaşadır və övladlarına ötürürlər. Yetkin Ural İstan-
bulda tanınan əczaçı həkimdir, dəfələrlə Bakıya gəlib, qohumlarını arayıb
tapıb, dar gündə ehtiyacı olanlara həyan olub. Xələcli qohumlarını tez-
tez Türkiyəyə dəvət edirlər, görüşür ki, qohumluq bağları itməsin, davam
etsin. Nəslin bir qolu bu kök üstə bitir, qol-qanad atır: Seyid Həsən-Seyid
Abbas-Məşədi Teymur-Mir Əhəd və Türkiyədə yaşayan övladları.
Bu kitab üzərində işləyəndə Zəngəzur elinin ürəyimə yaxın olan
yetirmələri, tanınan ziyalıları ilə əlaqə saxladım, köməklərini istədim.
Türk, Azərbaycan tarixinin bir çox ən sirli səhifələrini özünəməxsus mü-
drikliklə açmağa nail olan dəyərli dostum Razim Əliyev nişan verdi ki,
sənin köhnə dostun Xələc məktəbinuin direktoru Çingiz İsa oğlu
Salmanov təzə kitab yazıb orda Əhəd Ural haqqında məlumat var. Çingiz
müəllim mətbəədən təzəcə çıxmış “Xələc iman yeri, möcüzələr ocağıdır”
kitabını dərhal mənə göndərdi. Türkiyə mənbələrindən Ahet Ural
haqqında məlumatlarımı bir az da dolğunlaşdırdı bu kitabdakı 2 səhifəlik
yazı ilə.
Xələcli seyidlərin bir üzvü Mir Mehdi Ağa da Qafanın Şəhərcik
kəndində məktəb müdiri işləyib, Xalq yazıçıları Süleyman Rəhimov, Əli
Vəliyev, Budaq Heydərov kimi isimlərə dərs verib. Əli Vəliyev onun
haqqında deyib:-Mir Mehdi dəniz idi, dərs deyəndə elə coşub çağlayırdı
ki,  heyf, elə insanlardan...S. Rəhimov Qubadlıdakı yubiley mərasimində
çıxışında onu belə tərifli sözlərlə xatırlayıb deyib:-Mir Mehdinin Azər-
baycanda tayı-bərabəri yox idi. Ancaq belə dəyərli insanlar bolşeviklər
gələn kimi ya terrorla qətlə yetirildi, ya sürgünlərdə çürdü, ya da baş
götürüb vətəndən qaçdılar. Mir Mehdinin də taleyinə İran yazıldı, qısa za-
manda elminin, ağlının zəkasının nuru şah sarayına çatdı, çağırdılar,
danışdırdılar, Şaha təqdim etdilər, vəzifə verdilər, qabiliyyətin görüb irəli
çəkdilər-Mir Mehdi Ağa Şahın müşaviri, ən yaxın məsləhətçilərindən olur,


yollar naziri vəzifəsinə qədər yüksəlir. Nümayəndə heyətinin tərkibində
gizli adla Bakıya gəlir, qonşu kənddən olan yaxşı tanıdığı (Əyinlə Xələc
bitişik idi) Süleyman Rəhimovu gizlincə tapır, bir tərəfə çəkib özünü
tanıdır, ancaq adının, bu görüşün gizli saxlanmasını istəyir, qohum-qar-
daşdan xəbər tutur, təhlükə yaratmamq üçün onları aramadığını söyləyir.
İrana keçmədən əvvəl inandığı adamlarla vida görüşündə deyibmiş- Bu
dövlət bir küpədir; üstü bal, ortası yağ, altı zibildir. Balı bəh-bəhlə kef
çəkə-çəkə yeyəcəklər, yağa çatanda da vəziyyətləri pis olmayacaq, zibilə
enəndə bir-biri ilə boğuşacaqlar, didəcəklər bir-birin, başları öz haylarına
qarışacaq, bir də görəcəklər it də gedib, ip də, tifaqları dağılıb. Bu
hökumət belə gedişlə 60-70 il ancaq davam edə biləcək. Bu kommunist
biletlərin gəzdirməyə xəcalət çəkib cırıb atacaqlar, qoyub qaçacaqlar.
Uşaqlarınızı oxudun, elmli olsunlar, qarşıdan yaxşı günlər gələcək, o günə
hazır olsunlar ki, ölkə başsız qalmasın. Bu söhbətləri çox adam övlad-
larına danışıb, çox yaddaşlarda özünə yer eliyib qalıb. Deyilənə görə
İranın Əlyazma fondlarında Mir Mehdi Ağanın nəşr edilməmiş xeyli
yazıları durur.
1993-cü ilin Novruz bayramında bu soyun çox hörmətli davamçısı
Seyid Şüşə oğlu Nadirlə sorağını aldığı atasının izi ilə Tehrana gedir, atabir
qardaş-bacıları ilə görüşür, atalarının Behişti-Zəhradakı qəbrini ziyarət
edirlər, ruhuna “Yasin” oxuyub bağışlayırlar. Babalarının vəsiyyətlərini
onlara çatdırırlar; Mir Mehdi Ağa vəfatından əvvəl “Şurəvi”də yaşayan
övladları üçün ayrıca ev alıb qoyubmuş, deyibmiş ki, Sovetlər yaxın vaxt-
larda dağılacaq, ordakı övladlarımla bir-birinizə qovuşacaqsınız, bu onlara
əmanətimdir...Türkiyədəki qohumlar da gəlib Tehranda bir-birin tapırlar,
Vətəndən pərən-pərən salınmış, perik düşmüş nəsil uzun ayrılıqdan sonra
qovuşur bir-birinə. 
Qazi İbrahimlə Sərkar Qönçə eşqi
Bu yazılar üzərində işləyəndə doğulub böyüdüyüm, 31 avqust
1993-cü ilə -işğala qədər yaşadığım Qubadlının Diləli Müskanlı kəndinin
(mən 8 il Saray kəndimə bitişik bu məktəbdə oxumuş və 1 il də müəllimlik
etmişəm) qocaman sakini Ənvər dayının illər öncə Sumqayıtda bir yas
məclisində söylədiyi əhvalat yadıma düşdü. 


Adları bir daha dəqiqləşdirməyi bu kəndin sakini rayon İcra
Hakimiyyətində işləyən milli düşüncəli eloğlum və qohumum Novruz
Hüseyin oğlu Abdullayevdən xahiş etdim, onun mənə yazdığını məktubu
kiçik redaktə ilə təqdim edirəm.
...1918-ci ildə Qafqaz İslam Ordusu Nuru Paşa komandanlığında
Azərbaycanı xilas etməyə gələndə bir bölüyü də bizim kənddə qalmalı
olur, əsgər yığıb öyrədirlər. İbrahim əfəndi adında bir cəsur türk əsgəri
bizim nəsildən Sərkar Abdullanın qızı Qönçəyə aşiq olur,  bir-birinə könül
verən cütlük el adəti, şəriət qaydasıynan evlənirlər. 2 də övladları olur.
Maraqlıdır ki, sərkar bu tayfanın ancaq kişilərinə deyilərmiş (elə indinin
özündə də bu kəndin “sərkar”lıları hamısı bəllidir), ancaq tayfasının adın
ucaldan qoçaqlığına, namus-ismətinə görə Qönçəyə də el arasında Sərkar
Qönçə deyərmişlər. 
Türklər qardaşlıq, müsəlmanlıq borcun yerinə yetirilər, Bakını,
digər yerləri azad edib minlərlə günahsız insanı labüd ölümdən xilas
edirlər. Ancaq Bolşevik Rusiyası yenidən vəba kimi Azərbaycana,
Qafqaza dönmüşdü, hər yerdə rus casusları türk əsgərlərin axtarırdılar.
İbrahim əfəndi övladlarını, çox sevdiyi Qönçəsini də götürüb labüd
ölümdən xilas olmaq üçün Anadoluya dönməyə məcbur olur. 
El-oba yığışıb yola salırlar. Qönçə üzüntülü ayrılığın sonunda
üzün kəndinə, doğma, əzizlərinə tutur deyir:-"Ya qismət bir də görüşək,
görüşməyək, ancaq hər axşam gün batandan sonra görükən o sarı ulduza
baxıb məni xatırlayarsınız, mən də neçə ki canımda can var, nəfəsim
gedib-gəlir, üzümü o ulduza tutub sizi yada salacam, bu yurdumu xatır-
layacam..."
Qönçə gedəndən sonra kiçik qardası Əmiraslanın qızı olur, onun
adın da Qönçə qoyurlar....
Sonra Türkiyədən onların övladlarının yaxşı sorağı gəlmişdi,
tanınmış insan olmuşdular, ancaq sovetin vaxtıydı, axtarıb tapan olmadı.
Bu əhvalat da el-obanın yaddaşındadır, hələ də danışırlar; həmən
İbrahim bir axşam qapılarına gələn bir cöngəni pəyəyə salır, gecənin bir
aləmi Qönçəni yuxudan durğuzur, gətirir pəyəyə, deyir ehtiyacım var, bu
cöngəni kəsib ətin aparıb bir yerə verib gələcəm. Qönçə baxır ki, dana
dopdoğmaca qardaşının malıdı. Dinmir, kömək eliyir, kəsib, soyurlar,
kisələrə yığıb atın belinə yükləyirlər, İbrahim harasa aparır, sübh açıl-
mamış da qayıdıb gəlir evinə. Üstündən 1 il keçir. Bir axşam İbrahim


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə