ZəNGƏzur köÇ, deportasiYA, soyqirimi



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə10/73
tarix08.09.2018
ölçüsü2,28 Mb.
#67134
1   ...   6   7   8   9   10   11   12   13   ...   73

32 
hamısında  bölgənin  Azərbaycan  mədəniyyətinin  qədim  beşiklərin-
dən biri olduğu fikri təsdiq edilir. 
Axtarış və tapıntılar mübahisəsiz şəkildə bölgədə Xocalı-Gə-
dəbəy mədəniyyəti ilə yaşıd olan eyni maddi mədəniyyətinin yayıl-
dığını  təsdiq  edilir.  Azərbaycan  elminin  inkişafına  böyük  töhfələr 
vermiş  İ.İ.Meşşaninov  və  V.M.Sısoyev  1927-ci  ildə  Laçın  rayonu 
ərazisində küp qəbirlərin olduğunu müəyyən etmişlər. 1944-cü ilin 
sentyabrında Qubadlıya qısamüddətli səfər zamanı arxeoloq İ.Cəfər-
zadə və memar İ.Şeblıkin Əliquluuşağı kəndinin ətrafında siklopik 
tipli üç qala aşkara çıxarmışdılar. Ermənistanın ölkəmizə qarşı növ-
bəti təcavüzü zamanı – çağdaş Qarabağ müharibəsi illərində – 1992-
ci ildə Zəngilan rayonunun Qurudərə Həştab kəndi yaxınlığında əs-
gərlər səngər qazarkən içində tunc əşyalar olan qəbir yeri aşkar et-
mişdilər. Arxeoloq T.R.Əlizadə bu ərazidə tədqiqatlar apararaq e.ə 
VI-IV  əsrə  aid  quş,  ilan  başlı  bilərzik,  muncuq,  əqiq,  cam  və  sair 
tapmışdır [82, s.82]. 
Antik dövr e.ə. IV əsrdən eramızın II əsrinədək bir dövrü əha-
tə edir. Bu dövr ümumiyyətlə, Cənubi Qafqaz bölgəsindəki rəqabət 
üçün özünəməxsus tarixi mərhələdir. Antik müəlliflərin əsərlərində 
nəinki Zəngəzur haqqında, eləcə də Cənubi Qafqaza dair pərakəndə, 
bəzən  isə  çox  əhəmiyyətli  məlumatlar  öz  əksini  tapmışdır.  Antik 
dünya  Cənubi  Qafqaz  haqqında  çox  dumanlı  təsəvvürə  malik  idi. 
Bu dövrün tarixçiləri Cənubi Qafqazın ərazilərində yaşayan tayfalar 
barədə müxtəlif məlumatlar vermişlər. Əvvəlcə Sisakan və Sünik, X 
əsrdən başlayaraq Zəngəzur adlanan bölgənin coğrafi hüdudları ki-
mi, siyasi  tarixi də zamanın ağrılı-acılı kəşməkəşlərinə məruz qal-
mışdır. I Şapurun (971-272) «Kəbəyi-Zərdüşt» adlı kitabəsində Cə-
nubi Qafqaz ölkələri sırasında Zəngəzurun adı müstəqil ərazi vahidi 
kimi qeyd olunmuşdur [221, s.154]. 
Azərbaycanın tarixşünaslığının banisi sayıla biləcək alban ta-
rixçisi Musa Kalankaytuklu «Alban tarixi» əsərində Zəngəzur ərazi-
sini  «Sisakan»  və  «Sünik»  adlandırmışdır.  Zəngəzurun  ən  qədim 
adının Sünik olması bir çox mənbələrlə əsaslandırılır və bu adın mə-


 
 33
 
nasının qədim türk tayfası olan sakların həmin ərazidə yaşaması ilə 
bağlı olduğu göstərilir [166, s.23]. 
Aparılmış tədqiqatlar,  əldə  edilmiş məlumatlar  əsasında belə 
bir qənaətə gəlmək olar ki, Zəngəzur adı bu bölgə üzərində orta əsr-
lərdə  formalaşmış  bir  toponimdir.  Bu  mahalın  yerli  əhalisi  əsasən 
türk  sakları  və  onların  törəmələridir.  Bu  fikir  Urud  kəndində  son 
vaxtlara qədər saxlanılan orta əsr müsəlman qəbiristanlığında qəbir 
daşlarındakı yazılarda bir daha təsdiqini tapmışdır. 
Görkəmli Sovet şərqşünası – medievisti N.B.Piqulevskayanın 
topladığı  qaynaqlardan  məlum  olur  ki,  Suriya  tarixçi  alimi  Zaxari 
Ritor 555-ci ildə yazırdı: «... Arran (Albaniya) diyarının öz dili, din-
dar  və  xaç  suyuna  salınmış  xalqı,  fars  şahının  tabeliyində  olan 
hökmdarı vardır. Sisqan (Syuni) həmçinin özünəməxsus dili və din-
dar  xalqı  olan  diyardır,  lakin  orada  bütpərəstlər  də  yaşayır»  [213, 
s.24].
 
Görkəmli  Azərbaycan  tarixçi-etnoloqu,  tarix  elmləri  doktoru 
Qiyasəddin Qeybullayevin araşdırmalarından da aydın olur ki, tarixi 
Zəngəzurun tərkibində iri yaşayış məskənlərindən olmuş Zəngilanın 
adına monqol dövrü mənbələrində təsadüf olunur və bölgənin tarixi-
nin işıqlandırılmasına imkan yaradır. Həmdullah Qəzvini bu toponi-
mi  «Zəngiyan»  şəklində  verir  və  onun  məlumatı  söhbətin  məhz 
Zəngəzur  Zəngiyanından  getdiyini  göstərir.  H.Qəzvini  yazırdı: 
«Zəngiyan bir neçə kənddən ibarətdir və hal-hazırda Mərdan Hakim 
dairəsinə  daxildir.  Araz  çayı  üzərindəki  Xudafərin  körpüsü  həmin 
hüduddadır. Körpünü hicri 15-ci ildə Məhəmməd peyğəmbərin tə-
rəfdarlarından Bəkr ibn Abdulla (Allah ona rəhmət eləsin və nəvaziş 
göstərsin)  tikdirmişdir».  Müəllifin  Mərdan  Hakim  barədəki  məlu-
matı da diqqəti cəlb edir və Zəngilanın lokalizasiyasına yardım edir: 
«Mərdan  Hakim  vilayətdir.  Kəvani,  Kəlalə  və  Cirm  onun  böyük 
kəndlərindəndir. Məhsulu taxıl, üzüm və yaxşı meyvədən ibarətdir. 
Bəzi  əraziləri  Araz  çayının  sahilindədir.  Divana  çatacaq  gəlirləri 
8.700 dinardır» [105, s.90-91]. 
Bu  bölgənin  ən  iri  yaşayış  məskənlərindən  birinin  adına  – 
«Qafan» toponiminə X əsr ərəb müəllifi Əbu Düləfin II risaləsində 


34 
təsadüf olunur. Tiflisdən Ərdəbilə  yola düşdüyünü xəbər verən bu 
ərəb müəllifi, Qafan, Xaçın və s. dağlardan keçərək getdiyini yazır 
və sadaladığı dağlarda qoturluğu müalicə edən isti bulaqların oldu-
ğunu bildirir. Ərəb və İran dövlətlərinin arxivlərində də Sünik, Qa-
panat, Sisian və X əsrdən başlayaraq Zəngəzur mahalı haqqında də-
yərli məlumatlar vardır.  Qədim tarixi mənbələr  Sünikdə xristianlı-
ğın Ermənistandan əvvəl yayıldığını göstərir, 72 müqəddəs həvari-
dən ikisinin – Faddey və Varfolomeyin missioner fəaliyyəti nəticə-
sində  burada  müxtəlif  xristian  məbədlərin  tikildiyi  qeyd  olunur. 
Mənbənin  müəllifi  müəyyən  dərəcədə  erməni  xristian  ənənəsinə 
meyil göstərmişdir. Əvvəla, Aran müstəqil dövlət idi. Sünik ilə qon-
şuluqda Ermənistan deyilən dövlət yox idi. Bildiyimiz kimi, IV əsr-
dən sonra ta XX əsrədək erməni dövləti olmayıb. Ermənilər bir qə-
dər indiki Türkiyə, Suriya, İraq və İran ərazisində yaşayırdılar [67, 
136].  V  əsrdən  etibarən  xristianlığa  qarşı  mübarizəyə  başlamış  II 
Yəzdəgirdin  hakimiyyəti  dövründə  (438-457)  Albaniya  ilə  yaxşı 
münasibətlər olsa da, bir qədər sonra – 463-cü ildə müstəqil alban 
dövləti ləğv edilmiş və ölkə 30 il sasanilərin təyin etdiyi mərzbanlar 
tərəfindən idarə olunmağa başlamışdı. III Vaçaqan hakimiyyətindən 
(493-510)  Mehranilərin  dövləti  yaranana  qədər  Albaniyada  Sasani 
əsarəti  davam  etmişdi.  Albaniyada  bu  zaman  xaçpərəstlər  azlıq 
təşkil edirdi, əhalinin əsas qismi əski dini etiqadlarını saxlayırdı. 
Böyük İpək yolunun bir qolu Zəngəzurdan keçdiyi üçün ma-
hal  artıq  böyük  hərbi-strateji  və  iqtisadi  əhəmiyyət  kəsb  etmişdi. 
Zəngəzur Cavidan, Cavanşir, Babək dövründə xürrəmilər hərəkatı-
nın, ərəblərə qarşı savaşların əsas mərkəzi, 30 ildən artıq sürən qanlı 
döyüşlərin  məkanı  olmuşdur.  Bu  məkan  həm  də  çox  ziddiyyətli, 
mürəkkəb, rəngarəng dini-ideoloji axınların çulğalaşdığı, qovuşdu-
ğu bir bölgə idi. Burada növbənöv din və təriqətlərə aid neçə-neçə 
abidələr, o cümlədən bütpərəst, tanrıçılıq, xristianlıq, müsəlman və 
s. abidələri bölgənin vaxtilə yaşadığı hərbi-siyasi-dini-sosioloji və s. 
hadisə və proseslərin izlərini özündə saxlamaqdadır. Ərəblər məhz 
Cənubi  Azərbaycan-Naxçıvan-Biçənək-Gorus-Laçın-Bərdə  istiqa-
məti ilə hərəkət edərək  o vaxt Alban, Arran adlanan Şimali Azər-


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə