ZəNGƏzur köÇ, deportasiYA, soyqirimi



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə58/73
tarix08.09.2018
ölçüsü2,28 Mb.
#67134
1   ...   54   55   56   57   58   59   60   61   ...   73

 
 181
 
göstərib),  Müsavatın  5-ci  Başqanı  Zəngilanlı  Dr.Mehmet  Azər 
Aran,  Qubadlıdan  AXC  Parlamentinin  üzvü,  yüzbaşı  Baba 
Məmmədov, Xələcli azadlıq mücahidi, maarifçi Əhəd Ural, Goruslu 
müsavatçı,  diplomat  Taki  Aran  və  onlarla  başqa  dəyərli 
şəxsiyyətlər,  ailəliklə,  nəsilliklə,  bütöv  kəndlər  (Qubadlıdan 
Xocahanskilər,  Zəngilandan  baharlılar  və  s.)  rus-erməni 
terrorçularının təqiblərindən sağ qalmaq üçün Anadolu torpaqlarına 
üz  tutublar.  Bu  məşhurlar  təkcə  özləri,  ailələri  ilə  yox,  bəzən 
nəslinin böyük bir hissəsi ilə köçüb Anadolu-Türkiyə torpaqlarında 
yaşamışlar  [152,  s.  39-41].  Sovet  Rusiyası  mühacirlərin  ölkəyə 
qayıdışına da qadağa qoymuşdu. 
Azərbaycanlıların  Anadoluda  məskun  olduqları  ellər  ən  çox 
Qars, İğdır və Ağrı vilayətləridir. Türkiyə mənbələrinə əsasən, Qars 
şəhər  mərkəzinin  35-40  faizi,  Qarsın  qərbindəki  Başgədiklər 
bələdiyyəsi  və  kəndlərində  yaşayanların  əsas  hissəsi,  şərqindəki 
Akyaka  qəsəbəsinin  80 faizi,  Arpaçayın  isə  yarısı  azərbaycanlıdır. 
Digora bağlı 2 azərbaycanlı kəndi var. Qarsın Selim, Sarıkamış və 
Kağızman  qəsəbələrində  də  xeyli  azərbaycanlı  yaşayır.  Qars 
bölgəsində  yaşayan  əhalinin  ümumilikdə  25-30  faizi 
azərbaycanlıdır.  İğdırda  15-20  il  öncəsinə  qədər  əhalinin  80  faizi 
azərbaycanlı idi, kürdlərin artımı ilə bu rəqəm nisbəti indi 60 faizə 
enib.  Şəhər  mərkəzində  azərbaycanlı  60,  Tuzluca,  Aralık, 
Karakoyunlu  kimi  iri  kənd,  Türkiyə  Cümhuriyyəti  Baş  Dövlət 
Arxivləri Müdirliyinin nəşrlərində, eləcə də bir çox mənbələrdə son 
iki əsrdə  əslən Azərbaycan türkü olan  200-dən  çox tanınmış, ölkə 
tarixində iz qoymuş insanın adı çəkilir, haqqında bilgi verilir [152, 
s. 39]. 
Onların  bir  çoxunun  təxəllüsündə  Qarabaği,  Zəngəzurlu 
sözləri həkk olunub, o cümlədən 4 general, 5 albay-polkovnik, 25-
dən çox professor, doktorun adı çəkilir. Rusiya-Osmanlı savaşları, 
Birinci  Cahan  Savaşı,  İstiqlal,  Qurtuluş  mücadiləsi  illərində  azəri 
türkləri də mübarək qanlarını mürəkkəb, süngülərini isə qələm edə-
rək cani-könüldən özlərini bu torpaqların doğmaca övladları saymış, 


182 
Türkiyədə milli mücadilə tarixinə qızıl səhifələr yazmışlar [173, s. 
24-26]. 
Azərbaycanlılar  Ağrının  Taşlıçay  qəsəbəsində-ilçəsində 
əhalinin  yarısını  təşkil  edir.  Vilayətdə  azı  5  faiz  əhali 
azərbaycanlıdır.  Türkiyənin  qərbindəki  şəhərlərdə  XX  əsrin 
əvvəllərində  köçüb  gəlmiş  çox  sayda,  İstanbulda  ən  azı  300  min 
azərbaycanlı yaşayır [152, s. 41]. 
Onlarla  sənəddən  görünür  ki,  Qafqazdan  Osmanlıya  pənah 
gətirənlərin  müvəqqəti  yerləşməsi  üçün  yatacaq,  yeyəcək  guşələri 
ayrılmış, yerli dini icmalar, imkanlı şəxslər maddi yardımlar, ianələr 
vermişlər. Qarabağ və Zəngəzurdan gələn mühacirlərin Van, Adana, 
Diyarbəkir, Bitlis, Ərzincan və digər vilayətlərə yerləşməsi, onların 
məsrəflərinin ödənilməsi üçün Dahiliyə Nəzarəti, Maliyyə Nəzarəti, 
Mühacirlərin  İslamiyə  Komisyonu  Sədarəti  kimi  qurumların 
raportları,  qaimələri,  təlimatları  arxivlərdə  qalmaqdadır.  Məsələn, 
onlardan birində - Maliyyə Nəzarəti İdarəsinin 28 oktyabr 1901-ci il 
tarixli  təzkirəsində  yazılır:  «Rusiyanın  Gəncə  vilayətinə  bağlı 
Cəbrayıl qəzası xalqından köç edib Vandan Diyarbəkirə gələn 480 
nəfərlik  mühacirlərin  bahar  mövsümünə  qədər  məsrəfləri  ödənsin 
[152, s. 45]. 
Yaxud  Mamuratülaziz  vilayətində  tikilən  evlərə  Qarabağlı 
mühacirlərin  yerləşdirilməsi  izni  verilmişdir  [19  noyabr  1906]. 
Maraqlı  haldır  ki,  İran  hakimlərinin  Qarabağda  törətdikləri 
vəhşiliklər  barədə  də  Osmanlı  sultanlarına  şikayətlər  göndərilib, 
yardım  istənilib.  Başqa  bir  sənəddə  Qarabağlı  mühacirlər  Van 
valiliyinə  onların  İranın  Köhnə  şəhəri  ətrafında  var-yoxlarının 
əllərindən alınması barədə şikayətlərinin araşdırılması üçün 7 aprel 
1903-cü il tarixdə Sədarətin adından Osmanı konsulluğuna təlimat 
verilmişdir [152, s. 46]. 
Ancaq məsələnin digər tərəfləri də vardır, Osmanlı dövləti ilə 
AXC,  Türkiyə  Cümhuriyyəti  ilə  Azərbaycan  SSR  arasında 
münasibətlərə  birtərəfli  yanaşma  ilə  tarixi  həqiqətlərin  bütün 
aspektlərini  üzə  çxarmaq  mümkünsüzdür,  hərtərəfli  araşdırmalara 
ehtiyac vardır. İrəvan və Zəngəzurun ermənilərə verilməsində  


 
 183
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


184 
Osmanlı dövlətinin müəyyən hərbi dairələrinin, nüfuz, ixtiyar 
sahibi  olan  bəzi  xadimlərinin  «xidmətləri»ni  nəzərdən  qaçırmaq 
olmaz» [100]. 
V.Qafarovun 
1917-1922-ci 
illərdə 
Türkiyə-Rusiya 
münasibətlərində Azərbaycan məsələsinə dair sanballı tədqiqatında 
[100] bu məsələlər geniş tədqiq olunmuşdur. 
Ermənistan  Milli  Şurasının  rəhbərləri  Azərbaycan  Milli 
Şurasına müraciət edərək Aleksandropolun (Gümrünün – H.A.) türk 
ordusu tərəfindən tutulduğunu qeyd edir və İrəvanın siyasi mərkəz 
kimi  ermənilərə  güzəştə  gedilməsi  məsələsini  müzakirə  etməyi 
təklif edirlər. Baş nazir Fətəlixan Xoyskinin hər iki respublikanın və 
Milli  Şuranın  elan  olunduğu  günün  səhərisi  Ermənistan  hökuməti 
başçısının  məktubuna  verdiyi  cavabla  bağlı  onun  AXC-nin  xarici 
işlər  naziri  M.Hacinskiyə  1918-ci  ilin  mayın  29-da  göndərdiyi 
məktubunda  yazırdı:  «Biz  ermənilərlə  bütün  mübahisələri 
qurtarmışıq  və  onlar  bizim  ultimatumumuzu  qəbul  edəcəklər  və 
müharibə  qurtaracaqdır.  Biz  İrəvanı  ermənilərə  güzəştə  getdik» 
[100,  s.164].  Tərbiyə,  humanizm,  insanlıq,  təmiz  əxlaq 
mücəssəməsi  olan  AXC  liderlərinin  erməni  məkrinə  belə 
sadəlövhlüklə  inanması,  belə  aldanışları  sonra  da  davam  etdi. 
Ermənilər  heç  mürəkkəbi  qurumadan  Batumdə  imzaladıqları 
müqavilələrin  bütün  bəndlərini  pozdular,  inadkar,  iyrənc 
hərəkətlərini  daha  çirkin  həyasızlıqla  davam  etdirdilər.  Batum 
danışıqlarının lap başlanğıcındaca, həqiqətən də, Osmanlı Türkiyəsi 
«erməni təhlükəsini» özündən uzaqlaşdırmaq üçün gələcək erməni 
dövlətinin  Azərbaycan  ərazisində  yaradılması  siyasətini  yeritdiyi 
məlum oldu [8]. Bununla bağlı olaraq, Batum konfransında aparılan 
danışıqların  gedişi  barədə  danışıqlarda  iştirak  edən  Azərbaycan 
nümayəndə  heyətinin  üzvü  Nəsib  bəy  Usubbəyov  Zaqafqaziya 
seyminin  sabiq  üzvlərinin  27  may  1918-ci  il  tarixli  fövqəladə 
iclasında  məlumat  verdi.  Batumdan  yenicə  qayıdan  Nəsib  bəy 
Usubbəyov  fövqəladə  iclas  iştirakçılarına  bildirdi  ki,  «Türkiyə 
nümayəndə heyətinin fikrinə görə Zaqafqaziyanın tərəqqisi üçün ən 
başlıca təminat Zaqafqaziya xalqlarının həmrəyliyi və birliyidir ki, 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə