ZəNGƏzur köÇ, deportasiYA, soyqirimi



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə59/73
tarix08.09.2018
ölçüsü2,28 Mb.
#67134
1   ...   55   56   57   58   59   60   61   62   ...   73

 
 185
 
buna nail olmaq üçün Azərbaycan tərəfi ermənilərə müəyyən qədər 
ərazi güzəştə getməlidir». Onu da qeyd etmək lazımdır ki, Türkiyə-
nin  hakim  siyasi  dairələrində  Cənubi  Qafqazda  erməni  dövləti 
yaradılması məsələsində fikir ayrılığı vardı. Sədrəzəm Tələt paşa və 
hərbi  nazir  Ənvər  paşa  Cənubi  Qafqazda  erməni  dövləti 
yaradılmasının  əleyhinə  idilər  və  bu  məsələdə  «çibanı  kökündən 
təmizləmək»  tərəfdarı  idilər.  Bu  mümkün  olmadıqda  Türkiyə  ilə 
Azərbaycan arasında «Ermənistanın çox zəif və yaşaya bilməyəcək 
bir dövlət şəklində təşəkkül etməsini» təklif edirdilər. Lakin, Tələt 
paşa və Ənvər paşadan fərqli olaraq, Batum danışıqlarında Türkiyə 
nümayəndə  heyətinə  başçılıq  edən  Dövlət  Şurasının  sədri  və 
Ədliyyə  naziri  Xəlil  bəy  Menteş  və  Osmanlı  Orduları  Qafqaz 
Cəbhəsinin komandanı Ferik Mehmed Vehib paşa Cənubi Qafqazda 
Azərbaycan  torpaqları  hesabına  ermənilərə  dövlət  yaratmaq 
tərəfdarı  idilər.  Onlar  güman  edirdilər  ki,  bununla  ermənilər  həm 
Anadoludan  uzaqlaşdırılacaq,  həm  Türkiyə-erməni  münasibətləri 
biryolluq  nizama  salınacaq,  həm  də  «erməni  məsələsi»  ilə  bağlı 
Türkiyəyə  qarşı  beynəlxalq  qınağa  son  qoyulacaqdır.  Batumda 
danışıqlar  aparan  Azərbaycan  nümayəndələri  M.H.Hacınski  və 
M.Ə.Rəsulzadə də hələ 1918-ci il mayın 23-də Ənvər paşaya xüsusi 
müraciətnamə  göndərmişdilər.  Azərbaycan  tərəfi  belə  bir  təkliflə 
çıxış  edərkən  inanırdı  ki,  bu  güzəşt  müqabilində,  yəni  ermənilərə 
Azərbaycan  torpaqları  hesabına  «kiçik  bir  kanton»  yaradılacağı 
halda ermənilərin Türkiyə ərazilərindən Azərbaycan torpaqlarına, o 
cümlədən  Bakıya  axınının  qarşısı  alınacaq,  ermənilər  Azərbaycan 
xalqına  qarşı  soyqırımlarını  dayandıracaqlar  və  bir  daha  ölkəmizə 
qarşı  ərazi  iddiaları  irəli  sürməyəcəklər.  Azərbaycan  tərəfi  güman 
edirdi  ki,  bu  addım,  həm  də,  böyük  dövlətlər  tərəfindən  rəğbətlə 
qarşılanacaqdır [255]. 100 il əvvəlin hadisələrinə baxdıqda bir daha 
Osmanlının  hərbi  naziri,  böyük  turançı,  Azərbaycanın  da  əvəzsiz 
dostu  olan  Ənvər  paşanın  müdrikliyinin,  uzaqgörənliyinin  şahidi 
oluruq.  İrəvan  və  Zəngəzurun  taleyində,  yəni  ermənilərə 
verilməsində  həlledici  rol  oynamış  bu  sənədlərə  nəzər  yetirək. 
Ənvər  paşa  27  may  1918-ci  il  tarixində  Vehib  paşaya  göndərdiyi 


186 
teleqramında  çox  sərt  bir  şəkildə  ermənilərə  torpaq  verilməsinə 
qarşı  çıxırdı.  O,  yazırdı:  “Xəlil  bəyin  teleqramından  anlaşıldığına 
göгə,  ermənibr  bizdən  kaybetdikbri  ərazilərə  müqabil  Cənubi 
Qafqaz müsəlmanlarına aid ərazidən bir qisim almaq istəyirbrmiş və 
müsəlmanlar da buna muvafakat edəcəklərmiş. Мəncə bu tamamilə 
yanlışdır.  Əgər  bu  gün  Qafqazda  beş-altı  yüz  min  əhalisi  olan  və 
kafı  miqdarda  əraziyə  malik  kiçik  bir  Ermənistan  təşəkkül  edərsə, 
gələcəkdə əmrləri Amerikadan alaraq, о tərəfdən gələn ermənilərə 
bu  hökumət  milyonlarla  əhaliyə  sahib  olacaqdır.  Və  bizim  üçün 
şərqdə bir Bolqarıstan daha yaranar ki, bu da bizim üçün Rusiyadan 
daha  zərərli  bir  düşmən  olar.  Çünki  ermənilərin  bütün  mənafe  və 
əməlləri  bizim  məmləkətimizdədir.  Dolayısıyla,  bu  təhlükəni 
indidən  ortadan  qaldırmaq  üçün  ermənilərin  kiçik  bir  hökumət 
halında  belə  təşəkkül  etməməsini  və  müsəlmanlarla  gürcülər 
arasmda, bizim qüvvətlərimizin yardımı və təsirinin ən çox olduğu 
bu dövrdə bölüşdürülməsini, müsəlmanların ermənilərə heç bir haqq 
və  ərazi  verməmələrini  təmin  etməyi  və  bununla  yanaşı  bu  gün 
ermənilərin  əlində  oian  müsəlmanların  yaşadıqları  İrəvan  kimi 
məntəqənin  belə  müsəlmanlar  tərəfındən  işğal  edilərək,  bu  surətlə 
nıüsəlmanlar  yaşayan  yerləri  ermənilərin  əlindən  qurtarılmasına 
xüsusi bir cəhd göstərilməsini üstün tuturam. Mənafeyimizə ən çox 
uyğun  olan  bu  şəkil  gerçəkləşməzsə,  onda  ermənilərə  də  bir 
mövcudiyyət  verilməsi  qaçılmaz  olar.  Belə  olan  təqdirdə, 
ermənilərin gələcəkdə vücud bularaq yaşamayacaq surətdə olduqca 
çox  zəif  bir  halda  bırakılmalarına  çalışmaq  lazımdır.  Həm 
hökumətimizin,  həm  də  Qafqazdakı  müsəlmanlaıın  indiki  və 
gələcəkdəki  mənafeləri  ancaq  bu  surətlə  təhlükədən  qurtarıla 
bilər...” [255]. 
Açıq-aydın göründüyü kimi, Ənvər paşa da Tələt paşa ilə eyni 
mövqedən  çıxış  edərək,  Qafqazda  erməni  dövlətinin  yaranmasına 
imkan  verməmək,  ermənilərin  yaşadığı  əraziləri  Azərbaycanla 
Gürcüstan  arasında  bölüşdürmək  və  müsəlmanlann  məskunlaşdığı 
əraziləri  ermənilərdən  təmizləmək  istəyirdi.  Bu  mümkün  olmadığı 
təqdirdə,  Ənvər  paşa  yaranacaq  erməni  dövlətinin  yaşamayacaq 


 
 187
 
dərəcədə olduqca zəif bir şəkildə təşkil edilməsini vacib sayırdı və 
qətiyyətlə İrəvanm ermənilərə verilməsinə qarşı çıxırdı. 
Xəlil bəy və Azərbaycan nümayəndələri eyni mövqedən çıxış 
edərək bildirirdi ki, kiçik bir ərazidə də olursa olsun erməni dövləti 
yaradılmalıdır  və  bölgədə  səpələnmiş  halda  olan  ermənilər  bu 
dövlətdə  yerləşdirilməlidir.  O,  Tələt  paşaya  göndərdiyi  28  may 
1918-ci  il  tarixli  şifrəli  teleqramında  yazırdı:  “...Vehib  paşa 
həzrətbri ... Gümrüdə beş min evdən yalnız iki yüz evin müsəlman 
olduğunu  və  Aleksandropol  sancağında  iki  yüz  əlli  min  erməni 
bulunduğunu və bizə ilhaqdan sonra nə yolda idarə edib biləcəyində 
çaşqm  bulunduğunu  söylədi.  Yüzdə  səksən  beşi  erməni  olan 
Axalkələk  qəzasıyla  digər  yerlərlə  bərabər  olduqca  dağlıq  və  sarb 
bir  məmləkətdə  dörd  yüz  minə  yaxm  erməni  başımıza  alıyoruz 
deməkdir.  İnşaallah  sonunu  xeyirli  etsin.  Rus  ermənilərinin 
bizimkilərin  tərbiyəçisi  və  müəllimi  olduğunu  da  nəzəri-diqqətə 
alıram.  Hərhalda  çox  xətalı  bir  yolu  təqib  etməkdə  olduğumuzda 
israr  ediгəm.  Ermənilərin  Bolqarıstana  bənzədilməsi  fərqli 
müqayisədir.  Bolqarıstan  Avropada  və  Istanbul  yolunun 
üzərindədir.  Böyük  Slavyan  ailəsinin  cüzi  və  böyük  bir  siyasət 
pişdarıdır  və  bizi  İstanbula  doğru  sıxışdıraraq  arxasmı  böyük 
xristian  dövlətlərinə  istinad  etdirmişdir.  Asiyada  və  böyük  türk 
dövlət  və  millətlərin  əhatəsində  qalacaq  olan  ermənilərin 
qonşularına  tabe  olmaqdan  başqa  çarəsi  yoxdur.  Bu  günkü  yarım 
tədbir həm bizi, həm də Qafqazı yakacakdır və bəlkə məsələni daha 
da  çətinliyə  yuvarlayacaqdır...”[255].  Batumdakı  türk  heyətinin 
mövqeyinə  görə  yaradılacaq  erməni  dövləti  Eçmiədzin  və  Yeni 
Bəyazid qəzalarından ibarət olmalı idi. Bu durum qarşısmda Ənvər 
paşa  Batuma  göndərdiyi  29  may  tarixli  təlimatında  Osmanlı 
dövlətinin  mərkəzi  Gəncə  olan  hökumətlə  (Azərbaycanla)  birbaşa 
sərhədinin  olmasının  vacibliyini  bildirirdi.  Ənvər  paşanın 
mövqeyinə  görə,  Qarakilsənin  (Zəngəzurun  Sisian  bölgəsi) 
şimalından  da  Osmanlı  dövlətinin  Azərbaycanla  birbaşa  sərhədi 
olmalı  idi.  Belə  olan  təqdirdə  Osmanlı  dövlətinin  bir  tərəfdən 
Naxçıvandan, digər tərəfdən də Qarakilsədən Azərbaycanla sərhədi 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə