ZəNGƏzur köÇ, deportasiYA, soyqirimi



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə62/73
tarix08.09.2018
ölçüsü2,28 Mb.
#67134
1   ...   58   59   60   61   62   63   64   65   ...   73

194 
borcu  idi.  Azərbaycan  Xalq  Komissarları  Sovetinin  sədri 
N.Nərimanov  23  mart  1921-ci  il  tarixdə  Ataturkə  yazdığı 
məktubunda  böyük  səmimiyyət  və  hörmət  hissi  ilə  etiraf  edirdi: 
"Paşam, 1918-ci ildə siz bizi mütləq bir ölümdən qurtardınız!" [152, 
s.124-127]. 
Osmanlı-türk ordusunun Bakı ilə yanaşı, onlarla şəhidin qanı 
bahasına  azad  etdikləri  Dərbənd,  Mahaçqalanı  dünya  güclərinin 
təzyiqi  ilə  məcburiyyət  qarşısında  tərk  etməsinin  doğurduğu 
mənəvi-psixoloji  sarsıntılılar  barədə  şahid  türk  zabitlərinin  çox 
sayda  xatirəsi  yazıya  alınıb.  Onlardan  biri-15-ci  piyada  diviziyası 
komandanı  Süleyman  İzzət  bəy  qəhrəman  Mehmetçiyin 
Dərbənddən  çıxmağını  belə  təsvir  edir:  “Dərbəndin  istiqanlı 
insanları heyətimizlə qucaqlaşaraq, dostcasına vidalaşırdılar. Qatar 
yerindən  tərpənəndə  stansiyadakı  camaat  ağlayaraq,  dəsmal 
yelləyərək  bizi  yola  salırdılar.  Stansiyadan  çıxanda  hamımızda  bir 
hüzn  var  idi.  Təxminən  bir  ay  əvvəl  Dərbəndə  hücum  edərkən 
düşmənin zirehli qatarından açılan ani atəş nəticəsində burada 56-cı 
alayın  1-ci  batalyonundan  25  nəfər  şəhid  vermişdik.  Ertəsi  gün 
mühasirə  ilə  Şimali  Qafqazın  qapısı  olan  bu  türk  qəsəbəsini  ələ 
keçirmişdik  və  cümə  namazını  qədim  məsciddə  xalq  ilə  birlikdə 
qılmışdıq.  Şimali  Qafqaz  Respublikasının  istiqlalını,  düşmənin 
güclü  hücumunu  geri  oturdarkən,  burada  elan  etmişdik.  Bunları 
düşünərək  mütəəssir  və  pərişan  bir  halda  Xaçmaza  daxil  olduq. 
Burada  camaatla  birlikdə  bizi  qarşılayan  azərbaycanlılardan  bir 
minbaşı, ağlayaraq bunları söylədi: "Sizlər buralara qədər gəldiniz. 
Bizə  yardım  edərək  bizi  Dövlət  sahibi  etdiniz.  İndi  bizləri  qoyub 
gedirsiniz. Ancaq kimlərin ümidinə qoyub gedirsiniz ?!" [262]. 
Xristian  gürcülər  almanların,  ermənilər  əvvəl  ingilislərin, 
ardınca rusların timsalında özlərinə “dayı”- arxa, dayaq tapmışdılar. 
Təəssüf  ki,  Osmanlı  Türkiyəsi  Qafqaz  türklərinə  sahib  durmaqda 
sonadək  dirəniş  göstərə  bilməyib  1918-20-ci  illərdə  əvvəlcə 
İngiltərə,  Fransa,  ABŞ-ın,  1920-ci  ildən  sonra  isə  bolşevik 
Rusiyanın Cənubi Qafqaz planlarının icraçısına çevrildi.  
 


 
 195
 
4.3.  Rus-bolşevik  işğalı  və  Qərbi  Zəngəzurun  Ermənistana 
verilməsi 
 
Azərbaycan  bolşeviklərinə  Zəngəzur  və  Qarabağdan  ağır 
miras  qalmışdı,  mövcud  real  vəziyyət  də  Zəngəzurun  böyük  bir 
hissəsinin  Azərbaycandan  qoparılmasına,  Qarabağda  erməni 
muxtariyyətinin  yaradılmasına,  əsrin  sonlarında  Azərbaycanın  hə-
min  faciələri  bir  daha  yenidən  daha  ağır  şəkildə  yaşamasına  – 
ermənilərin  və  havadarlarınım  planlarının  reallaşmasına  təməl 
zəmin hazırlamışdı. 
Azərbaycanın  sovet  hökuməti  30  sentyabr  1920-ci  ildə 
RSFSR  ilə  hərbi-iqtisadi  ittifaq  haqqında  müqavilə  bağlayarkən 
birgə sosializm quruculuğu, sovet Rusiyası rəhbərliyinin təzyiqi və 
s.  mülahizələri  əsas  tutmaqla  yanaşı  həm  də  öz  ərazisinin 
bütövlüyünün  təmin  olunmasına  da  ümid  bəsləmişdi.  Mübahisəli 
məsələləri  həll  etmək  üçün  bir  sıra  yeni  təkliflər  irəli  sürülmüşdü 
[187,  s.33-35].  Bütün  bunlarla  yanaşı,  Sovet  Rusiyası  ilə 
Ermənistan  arasında  da  belə  bir  müqavilənin  layihəsi  hazırlanırdı. 
Layihədə  Azərbaycanın  milli-dövlət  mənafelərinə  ciddi  qəsdlər 
edilərək  onun  tarixi  torpaqları  olan  Zəngəzur  və  Naxçıvanın 
Ermənistana  verilməsi  planlaşdırıldı.  Bu  zaman  Rusiya  hökuməti 
belə  saxta,  yalançı  müddəalarla  çıxış  edirdi  ki,  «...məlum  siyasi 
şəraitdə Ermənistan bizə lazım ola bilər», «yalnız Sovet hakimiyyəti 
Azərbaycanın  ərazi  bütövlüyünü  təmin  edə  bilər»,  «yalnız  Sovet 
hakimiyyəti  Zəngəzuru  Ermənistana  qaytara  və  Azərbaycanı 
Qarabağa muxtariyyət verməyə məcbur edə bilər” [138, s.243]. 
İrəvandakı  danışıqlar  tərəfləri  gələcək  sülh  müqaviləsini 
tanımağa məcbur edən protokolun imzalanması ilə qurtardı. Həmin 
sazişlə də Ermənistan Qarabağdan imtina etməli, ancaq Zəngəzur və 
Naxçıvanı  almalı  idi.  Göründüyü  kimi,  işlər  İ.V.Stalinin 
«Azərbaycanın  fatehi»  adlandırdığı  Q.Orconikidzenin  «əvvəlcə 
Naxçıvanla Zəngəzurun Ermənistana keçməsinə nail olmaq və sonra 
da  Azərbaycanı  Dağlıq  Qarabağa  muxtariyyət  verməyə  vadar 
etmək» planına uyğun gedirdi. Bu, həm də Türkiyə ilə Azərbaycan 


196 
arasında  birbaşa  əlaqəni  kəsmək  məqsədi  daşıyırdı.  Doğrudur, 
AK(b)P  MK  Siyasi  Bürosu  və  RK(b)P  MK  Qafqaz  Bürosunun 
İ.Stalin,  Q.Orconikidze,  Qabrielyan,  B.Leqran,  Ə.Qarayev  və  b. 
iştirakı ilə keçirilən birgə iclasında Rusiya ilə Ermənistan arasındakı 
müqavilənin  şərtlərinə  toxunularkən  belə  bir  ikiüzlü,  aldadıcı, 
şirnikləndirici qərar da qəbul edilmişdi: «Naxçıvan və Zəngəzurun 
Ermənistana  verilməsi  haqqında  təklif  olunan  maddə  nə  siyasi,  nə 
də strateji cəhətdən sərfəli deyildir və yalnız lap son halda baş tuta 
bilər» [138, s.244]. 
İ.Stalinin Bakıda AK (b)P MK və Bakı komitəsinin 1920-ci il 
9  noyabr  tarixli  birgə  plenumunda  –  RK(b)P  MK  Qafqaz  Bürosu, 
Azərbaycan  İnqilab  Komitəsi,  Bakı  Soveti  və  s.-nin 
nümayəndələrinin  iştirakı  ilə  birgə  «Zəngəzur  məsələsi»nin  müza-
kirəsi zamanı söylədiyi aşağıdakı sözlər də fikrimizə əsas ola bilər: 
«əgər  Zəngəzur  və  Naxçıvanın  kimə  məxsus  olmasını  bilmək 
istəyirlərsə,  onları  Ermənistanın  indiki  hökumətinə  vermək  olmaz, 
orada  Sovet  hökuməti  yaranarsa  vermək  olar».  Onun  belə  bir 
mövqeyini bir sıra digər mülahizələrlə yanaşı, həm də «Mən Azər-
baycanın  müstəqilliyinin  tərəfdarı  deyiləm.  Kommunistlərin  bir 
hissəsinin digərindən müstəqilliyi ola bilməz» kimi məkrli və eyni 
zamanda cəfəng tezislə izah etmək mümkündür [69, s.36]. «Parçala 
-  hökm  sür»  kimi  qədim  latın  tezisini  öz  siyasətlərinin  əsas 
elementlərinin  birinə  çevirmiş  Rusiya  bolşevikləri  Azərbaycan-Er-
mənistan  münasibətlərində  çox  vaxt  birmənalı  şəkildə  erməniləri 
dəstəkləyirdilər.  Zəngəzurun  bir  hissəsinin  Ermənistana 
verilməsində  aşağıdakı  iclasın  da  böyük  «xidməti»  olmuşdur. 
AK(b)P MK Siyasi  və  Təşkilat bürolarının 30.XI.1920-ci il tarixli 
birgə  iclasının  qəbul  etdiyi  «tarixi»  qərarlara  aydınlıq  gətirmək 
məqsədilə  orada  iştirak  edənlərin  tərkibinə  də  mütləq  diqqət 
yetirilməlidir.  Q.Orconikidze,  Sarkis-S.Ter-Danielyan,  Y.Stasova, 
Q.Kaminski, N.Nərimanov, Ə.Qarayev, M.Hüseynov və b. iclasda 
3-cü  məsələ  kimi  «Ermənistan  İnqilab  Komitəsinin  Ermənistanda 
Sosvet hakimiyyətinin elan olunması haqqında teleqramı» müzakirə 
edilmiş  və  qərar  çıxarılmışdı  [69,s.184].  Həmin  qərarın  «v» 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə