ZəNGƏzur köÇ, deportasiYA, soyqirimi


Partiyası  Mərkəzi  Komitəsi  tərəfindən  1921-ci  ilin



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə64/73
tarix08.09.2018
ölçüsü2,28 Mb.
#67134
1   ...   60   61   62   63   64   65   66   67   ...   73

200 
Kommunist  Partiyası  Mərkəzi  Komitəsi  tərəfindən  1921-ci  ilin 
yanvarında Bakıdan Zəngəzura göndərilmiş, əsas məqsədi bölgənin 
tamamilə Ermənistana birləşdirilməsinin məqsəduyğunluğunu  yerli 
əhaliyə izah etmək olan, yalnız ermənilərdən ibarət: Arsen Karuns, 
Qriqoriy  Qilabyanı,  Arşak  Balayan,  Baxşı  Aruşanov,  Qukas 
Yuzbaşyev  “məxfi  işçilər”in  göndərdikləri  məruzədə  [58,  iş.136] 
Qəza  İnqilab  Komitəsinin  sədri  Xudabaxış  bəy  Sultanovun,  qəza 
milis  idarəsinin  rəisi  Aslan  bəy  Sultanovun  onların  fəaliyyətinə 
imkan  vermədikləri,  həbs  etdikləri,  öldürmək  istədikləri, 
Sultanovların  daşnaklarla  əlaqələri,  ingilislərin  tərəfində,  rusların 
əleyhinə olduqları və s. barədə məruzə tərtib edib göndərmiş, Aslan 
bəy Sultanov haqqında isə “sərrast atıcı, erməni xalqının düşməni” 
epitetlərini yazmağı da unutmamışdılar [58, iş.136]. 
Zəngəzur  qəzası  yerli  kommunist  partiyasının  məsul  katibi 
olan  Nəzər  Heydərovun  mərkəzə  ünvanladığı  28  aprel  1921-ci  il 
tarixli  məktubu  da  eynilə  həmin  ruhda  yazılmışdır:  “...qəza 
hakimiyyətinin  başında  kommunist  partiyasının  üzvü  olmayan 
Sultanovlar  dayanırsa,  o  zaman  qəza  hakimiyyətinin  idarə 
olunmasında  başıpozuqluq  və  hərc-mərclik  yaranır,  kommunistləri 
isə tezliklə ölüm gözləyir. Mərkəzdən təcili kömək gəlməzsə qəzada 
sovet hökumətinin sonu olacaq!” [57, iş 96]. 
1921-ci ilin aprel ayında daşnaklar Qubadlı rayonunu Gorusla 
birləşdirmək üçün Eyvazlı kəndində gizli konfrans təşkil etmiş, may 
ayında  daşnaklar  200  nəfərlik  silahlı  quldurla  Tarovlu  (Qubadlıda 
kənd  –  H.A)  və  Zeyvəyə  (Qafanda  kənd  –  H.A)  hücum  etmiş, 
Zəngəzur  qazısı  Bəhlul  Behcət  və  Qoçu  Təhməzin  rəhbərliyi  ilə 
qəza  inqilab  komitəsinin  yerləşdiyi  Xanlıqda  (Qubadlıda  kənd  – 
H.A)  antisovet  üsyan  qaldırılmışdı.  Yerli  kommunistlər  hər  dəfə 
ümid  yeri  kimi  real  güc  olan  Aslan  bəyi  köməyə  çağırmışdılar. 
Məhz onun başçılığı ilə 1921-ci ilin iyunun 5-də Zəngəzur mahalı 
daşnaklardan  birdəfəlik  təmizləndi  və  orada  sovet  hakimiyyəti 
quruldu.  Ardınca  kiçik  qruplar  şəklində  yeni  hökumətə  qarşı 
mübarizə aparan qaçaqlar da zərəsizləşdirildi. 


 
 201
 
Ancaq  artıq  Mərkəz  Zəngəzurun  Ermənistana  birləşdirilməsi 
barədə  qərar  vermişdi  və  bu  qərarın  icrasına  maneə  olan  hər  kəs 
aradan götürülürdü. Zəngəzurda real güc, nüfuz, etimad sahibi olan, 
bununla  birlikdə  həm  də  bölgənin  tamamilə  qoparılaraq 
Ermənistana  birləşdirilməsi  qarşısında  ən  böyük  maneə  olan 
Sultanovların  vəzifədən  götürülməsi  lazım  idi.  Yerli 
kommunistlərin  Ermənistan  Kommunist  Partiyası  Mərkəzi 
Komitəsinə  müraciəti  əsasında  İrəvandan  Nəriman  Nərimanovun 
adına gələn tələb dərhal eynilə icra olunması üçün N.Nərimanovun 
dərkənarı  ilə  Xalq  Daxili  İşlər  Komissarı  Həmid  Sultanova 
tapşırılır. 28 mart 1921-ci il tarixli, 477 №-li həmin məxfi məktubda 
yazılmışdı: 
“Ermənistan KP MK-nin sədri sizdən xahiş edir ki, təcili ola-
raq Zəngəzur mahalının Azərbaycan hissəsinin Qubadlı qəzasından 
aşağıdakı əksinqilabçılar təcili olaraq geri çağırılsın: 
1)  Xudabaxış  bəy  Sultanov  (İnqilab  komitəsinin  sədri),  2) 
Aslan bəy Sultanov (qəza milis idarəsinin rəisi), 3) Behbud bəy Sul-
tanov  (istintaq  komissiyasının  üzvü),  4)  İsrafil  bəy  Sultanov  (baş 
milis  işçisi,  yəni  qəza  milis  idarəsinin  cinayət  axtarış  şöbəsinin 
rəisi),  5)  İsfəndiyar  bəy  Hocaxanski  (qəza  milis  idarəsinin  sahə 
müvəkkilləri şöbəsinin rəisi). 
Zəngəzurun  bütün  məsul  şəxslərinin  və  şəxsən  mənim 
xahişimə  əsasən  yenidən  İnqilab  Komitəsinin  aşağıdakı  tərkibdə 
təşkil olunmasını təklif edirik: 
İnqilab  Komitəsinin  sədri  Nəzər  Heydərov,  onun  yoldaşları 
Oruc  Babayev,  katib  Canbin  Möminov,  milis  rəisi  Əli  Şərifov. 
Onlar Xalq Daxili İşlər Komissarlığının mandatları ilə təmin edilsin 
və  yoldaş  Baqramova  verilsin  ki,  adları  çəkilən  yoldaşlara  təqdim 
etsin.  
Əsli  ilə  düzdür.  MK  Dəftərxana  müdiri  A.  Karinçova”  [27, 
iş.150]. 
Əlavə  etməliyik  ki,  Nəzər  Heydərov  uzun  illər  məsul 
vəzifələrdə,  o  cümlədən  1949-1954-cü  illərdə  respublikanın  2-ci 
adamı-Azərbaycan  SSR  Ali  Soveti  Rəyasət  Heyətinin  sədri,  SSR 


202 
Ali  Soveti  Rəyasət  Heyəti  sədrinin  müavini  olub[154].  İrəvanın 
digərlər namizədləri də Azərbaycanda uzun illər məsul vəzifələrdə 
işləyiblər. 
Daşnak silahlı dəstələrinə, ermənilərin Zəngəzuru bütünlüklə 
ilhaq  etmək  niyyətlərinə  qarşı  olan  həmin  vətənsevər  insanların 
hamısı,  ailələri,  doğmaları  sonralar  repressiyalara,  terror,  sürgün, 
həbslərə  məruz  qalmışdılar.  Həbs  edilən,  xalq  düşməni  adı  ilə 
güllələnən,  sürgün  edilən  hər  kəsin  ardınca  ailələləri,  qohumları, 
bəzən nəsilliklə, bütöv el-obaları da sürgün edilirdi. Bu da bölgənin 
demoqrafik  vəziyyətinə  ciddi  təsir  edirdi,  yəni  əhalinin  nisbətən 
mübariz, gözüaçıq, təhsilli, dünyagörüşlü, imkanlı şəxslərinin fiziki 
məhvi sonrakı sosial vəziyyətə, əhalinin etnik durumuna da mənfi 
təsir göstərirdi. 
Zəngəzurda sovet rejiminin qurulması və onun bir hissəsinin 
Ermənistanın tərkibinə daxil edilməsi burada yaşayan azərbaycanlı 
əhaliyə  qarşı  ayrı-seçkilik  siyasətinin  yeni  forma  və  məzmunda 
davam  etməsinə  şərait  yaratdı.  Ermənistan  rəhbərliyi  tərəfindən 
müxtəlif  bəhanələrlə  azərbaycanlı  qaçqınların  öz  doğma  yerlərinə 
qayıtmalarına  nəinki  imkan  vermədi,  əksinə,  qəzada  sayları  xeyli 
azalmış  azərbaycanlıların  hər  tərəfdən  sıxışdırılmasına  başlandı. 
Zəngəzurda  yerli  azərbaycanlıların  zorla  öz  evlərindən  qovulması 
və onların yerinə gəlmə ermənilərin yerləşdirilməsi davam etdirildi. 
M.Ə.Rəsulzadə  AXC  Parlamentinin  son  iclasında  demişdi: 
«Nikolay Rusiyası ilə Lenin Rusiyasının fərqi bircə onların rənglə-
rindədi,  birincinin  zənciri  qaraydı,  ikinci  qırmızı»  [227]. 
N.Nərimanovun  Moskvaya  göndərdikləri  10  iyul  1920-ci  il  tarixli 
bir  teleqramda  qeyd  olunurdu  ki,  «Zəngəzur  və  Qarabağın 
daşnaklara  verilməsi  xəyanət  kimi  dəyərləndiriləcək...  Qarabağ  və 
Zəngəzur məsələsində Mərkəzi xəbərdar etmək istəyirik ki, Qırmızı 
ordunun  tabeliyində  olan  Azərbaycanı  ermənilərə  və  gürcülərə 
paylamaqla onu rəzil yerinə qoymasın» [227]. 
1921-ci ilin 3 iyununda RK[b]P MK Qafqaz Bürosu Stalinin 
iştirakı ilə iclas keçirib məxfi qrifli - Zəngəzur məsələsini müzakirə 
etdi, Zəngəzurun Ermənistana birləşdirilməsi barədə qərar çıxarıldı. 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə