ZəNGƏzur köÇ, deportasiYA, soyqirimi



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə66/73
tarix08.09.2018
ölçüsü2,28 Mb.
#67134
1   ...   62   63   64   65   66   67   68   69   ...   73

208 
xəzinə  torpaqlarında  203,  Bərgüşad  mahalının  torpaqlarında  146, 
Püsyan mahalında isə 887 ailə qeydə alınmışdır [210, s. 41]. 
Qarabağ  xanlığının  ləğvindən  sonra  sonuncu  Qarabağ  xanı 
Mehdiqulu  1822-ci  ildə  müstəmləkəçi  rejim  tərəfindən  Şuşadan, 
Qarabağdan  qaçmağa  vadar  edilmişdir.  O,  Qacarlar  İranına 
qaçarkən  yerli  əhalinin  bir  hissəsini  də  özü  ilə  aparmağa  nail  ola 
bilmişdir.  1828-1829-cu  illərdə  Qarabağ  əyalətinə  köçürülüb 
gətirilmiş  16-17  min  nəfərlik  erməni  köçkünlərinin  müəyyən 
hissəsinin Zəngəzurda  yerləşdirilməsi ilə burada köklü demoqrafik 
dəyişikliklərin əsası qoyulmuşdur. Doğrudur, Qacaqlar səltənətinin 
Qaradağ,  Gərməli,  Xoy  və  Səlmas  bölgələrindən  ermənilərin 
köçürülməsinədək  də  Zəngəzurun  Mehri,  Sisian  (Əhlətyan, 
Pirnəkan,  Şinətağ  v.b.  kəndlərdə)  yerli  xristian  əhalisi  yaşayırdı, 
ancaq onlar alban əsilli idilər və onları erməni saymaq düzgün deyil. 
Yeni  gətirilən  köçkünlər  isə  Zəngəzur  bölgəsinin  Bələk,  Məzrə, 
Şələk, Qarakilsə, Əlili, Əngəlyurd, Quşçutəzəkənd, Qafan, Uz və b. 
kəndləri  və  sahələrində  məskunlaşdırılırdılar.  Bir  qədər  sonra 
bölgəyə az sayda rus əhalisi də köçürüldü. Onlar Sisianın Bazarçay 
kəndində məskunlaşdırılmışdılar. 
Erməni köçləri sonralar da davam etmişdir. Belə ki, 1874-cü 
ilin  kameral  siyahıyaalmalarının  məlumatlarına  görə  Zəngəzur  qə-
zasının 168 xəzinə kəndindən artıq 42 kənd sırf erməni, 1 kənd rus, 
5  kənd  isə  əhalinin  qarışıq  yaşadığı  kəndlər  idi.  Yeni  qəza  xəzinə 
kəndlərinin az qala ⅓ hissəsinə yaxını qeyri-müsəlman kəndlərinin 
payına düşürdü. Həmin il qəzada qeydə alınmış 8563 həyətdə cəmi 
20516 nəfər yaşayırdı. 
1874-cü  ilin  məlumatına  görə,  qəzadakı  138  sahibkar 
kəndindən 28-i erməni, 4-ü isə qarışıq əhalili kənd idi. 1884-1885-ci 
illərdə,  Cənubi  Qafqaz  xəzinə  kəndlilərinin  iqtisadi  məişətinin 
öyrənilməsi  üçün  aparılmış  tədqiqatların  nəticəsinə  görə  isə, 
Yelizavetpol  quberniyasının  Zəngəzur  mahalının  dörd  sahəsində  – 
Mehri,  Qafan,  Zəngəzur  və  Sisian  sahələrində  293  yaşayış 
məntəqəsi qeydə alınmışdır ki, bunlardan da 49-u [16%-i] erməni, 
1-i rus, 7-si [3%-i] isə qarışıq əhalili kəndlər idi [205, 1 c., s.24-27]. 


 
 209
 
XIX  əsrin  80-ci  illərinin  ortalarında  qəzada  qeydə  alınmış 
10828  həyətdə  birləşmiş  70015  nəfər  əhalinin  artıq  36%-ni 
ermənilər,  63%-ni  isə  müsəlmanlar  təşkil  edirdilər.  1886-cı  il  ailə 
siyahıyaalmalarına  görə  Zəngəzur  qəzasında  əhalinin  53,3  faizini 
müsəlmanlar, 46, 3 faizini ermənilər təşkil edirdi [38, v.3-4]. 
Qəzadakı  326  kəndin  yalnız  81-də  ermənilər  yaşayırdı  [115, 
s.23]. 
Digər  mənbədə  göstərilir  ki,  1  yanvar  1886-cı  il  tarixinə 
Yelizavetpol  quberniyası  əhalisinin  qəzalar  üzrə  bölgüsündə 
Zəngəzurun sahəsi 6 644 verst, əhalisi 96 902 nəfər olmuşdur [230]. 
S.Zelinskiyə  görə,  1886-cı  ildə  qəzada  olan  161  dövlət 
kəndindən 111-i müsəlman, 49-u erməni kəndi idi. Əhalinin 38 712-
i müsəlman, 30 850-i erməni idi [186,s.31]. 
1890-cı ildə  Zəngəzur qəzasındakı 326 kənddə  19447 həyət, 
123997 nəfər əhali qeydə alınmışdır [190, s.10-11]. 
Romanovlar  səltənətinin  bütün  mövcudluğu  dövründə 
aparılmış çoxsaylı və çoxçeşidli  əhali və b. sayımlar içərisində ən 
mükəmməli,  sistemlisi  və  daha  çox  məlumatvericiliyi  ilə  seçilən 
1897-ci  il  əhali  sayımının  nəşr  edilmiş  nəticələrində  də  Zəngəzur 
qəzasının demoqrafik durumu haqqında maraqlı, əhatəli məlumatlar 
vardır [120, s.10] 
Çar  II  Aleksandrın  1867-ci  il  9  dekabr  tarixli  fərmanı  ilə 
Yelizavetpol  quberniyası  yaradıldıqda,  Yelizavetpol  qəzası  Tiflis 
quberniyasından alınaraq onun tərkibinə verildi, yeni Qazax qəzası 
təşkil  edildi.  Qafqaz  təqviminin  məlumatına  görə,  qəzanın  ərazisi 
8726,0  kv.verst  idi  [87].  Qəzada  214746  nəfər  əhali  yaşayırdı. 
Onların 191096 nəfəri yerli sakinlər, 23650 nəfəri müvəqqəti yaşa-
yanlar  idi  [168].  Həmin  qaynağın  məlumatına  görə,  1897-ci  ildə 
ümumi  ərazisi  38 782,5  kv. verst  olan  Yelizavetpol  quberniyası  8 
qəzaya  bölünürdü.  Quberniyanın  üç  qəzasının  mərkəzi  şəhərləri 
Yelizavetpol, Nuxa və Şuşa olub, qalan qəzalarınınkı isə iri yaşayış 
məskənləri  –  «mesteçko»  idi.  Haqqında  bəhs  edilən  dövrdə  bizim 
tədqiq  etdiyimiz  Zəngəzur  qəzasının  ərazisi  6 829,7  kv. verst  idi, 
qəza mərkəzi Gorus kəndi idi. Quberniyada qeydə alınmış 878 415 


210 
nəfər  əhalidən  137 871  nəfəri  Zəngəzur  qəzasında  yaşayırdı  [191, 
s.30-31]. 
1897-ci  ildə  bu  qəzada  qeydə  alınmış  əhali  içərisində  1783 
nəfər xarici dövlət təbəəsi və 1623 nəfər müvəqqəti məskunlaşmış 
əhali olmuşdur [190, s.1]. 
1897-ci  ilin  digər  məlumatına  görə,  142  min  nəfərlik  qəza 
əhalisinin  71,  2  mini  müsəlman,  63,  6  mini  erməni,  1 807-i  kürd, 
1236-ı digər (rus, ukraynalı, alman, dağıstanlı idi [79, s.80]. 1897-ci 
ildə  ermənilərin  böyük  əksəriyyəti  artıq  «yerli  əhali»  qrupuna  aid 
edilirdi. 
XIX  əsrin  90-cı  illərinin  ortalarında  xarici  havadarlarının 
qısqırtması  ilə  Anadoluda  qaldırılmış  erməni  qiyamları  Osmanlı 
hakimiyyəti tərəfindən qətiyyətlə yatırıldıqda Cənubi Qafqaza yeni 
erməni qaçqın kütlələri yönəlmiş və onların da əksər hissəsi yenə də 
Azərbaycan  torpaqlarında  –  İrəvanda,  Naxçıvanda,  Qarabağda, 
habelə Zəngəzurda yerləşmişdi. 
1901-ci  ildə  qəzada  294753  nəfər  əhalinin  197066-ı 
müsəlman (67 faizi), 97204-ü erməni-qriqoryan (32,9 faizi), 483-ü 
digər millətlər idi [150, s.275]. 
1905-ci il yanvarın 1-nə olan məlumata görə, qəzada 151140 
nəfər yaşamışdır ki, onlardan 77.433 nəfərini türklər, 66181 nəfərini 
ermənilər, 6655 nəfərini kürdlər, 785 nəfərini ruslar və 76 nəfərini 
Avropa xalqlarının nümayəndələri təşkil etmişdilər[239]. 
1908-ci  ildə  Yelizavetpol  quberniyası  üzrə  statistik 
məlumatlarda Zəngəzur qəzası əhalisinin 294 min 753 nəfər olduğu 
göstərilir. Bunlardan 197 mini müsəlman, 97 mini erməni idi. 
Qəzada mövcud olan 406 kənddən 314-də müsəlmanlar, 92-
də  ermənilər  yaşayırdılar.  XX  əsrin  əvvəllərində  xristian 
imperiyasının hərtərəfli dəstəyi şəraitində Şimali Azərbaycanda kök 
salmış  ermənilər  «Qoy  özümə  yer  eləyim,  gör  sənə  neylərəm!»  – 
prinsipini rəhbər tutaraq hakimiyyət orqanlarının cinayətkar fəaliy-
yətsizliyi,  bəzi  hallarda  isə  açıq-aşkar  xristian  təəssübkeşliyindən 
faydalanaraq, Quzey Azərbaycanın İrəvan, Naxçıvan, Bakı, Gəncə, 
Qarabağ  və  b.  bölgələri  kimi  Zəngəzurda  da  bu  torpaqların  tarixi 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə