ZəNGƏzur köÇ, deportasiYA, soyqirimi



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə67/73
tarix08.09.2018
ölçüsü2,28 Mb.
#67134
1   ...   63   64   65   66   67   68   69   70   ...   73

 
 211
 
sahibləri,  aborigen  sakinləri  olan  türk-müsəlman  əhalisinə  qarşı 
görünməmiş  vəhşiliklər  törətdilər.  Bu  qanlı-qadalı  illərdən  sonra 
Zəngəzur  qəzasının  əhalisi  təbii  artım,  inzibati-ərazi  dəyişiklikləri 
hesabına artmaqda davam etmişdir. 
1910-cu ildə 187 851 nəfərə, Birinci dünya savaşı ərəfəsində 
isə 220 186 nəfərə çatmışdı. Bu dövrdə müsəlman əhalisi Zəngəzur 
qəzasında başlıca demoqrafik toplum olaraq qalmaqda idi. Belə ki, 
müsəlmanların  sayı  təxminən  132  min  nəfər  olduğu  halda, 
ermənilərin sayı 87 min nəfər, rusların sayı isə cəmisi 1,7 min nəfər 
təşkil edirdi [192, s.118-120]. 
1917-ci  ilə  aid  statistik  məlumatlara  görə,  Zəngəzurda  azər-
baycanlılar 123085 (55 faiz), ermənilər isə 99257, (44,3 faiz) təşkil 
edirdi [136, s.11]. 
1917-ci  ildə  qəzanın  109  kəndi  dağıdılmış,  qəzanın  şərq 
bölgələrində  yaşayan  müsəlman  əhalisinin  sayı  çəkisi  xeyli  azal-
mışdı [43, s.18-19]. 
1918-1919-cu  illərdə  daşnak  Ermənistanın  təcavüzü 
nəticəsində qəzada 10 min nəfərdən çox müsəlman qətlə yetirilsə də, 
yenə əhalinin yarıdan çoxu müsəlman türklər idi. 1920-ci ildə Zən-
gəzur  qəzasına  daxil  olan  Qafan,  Gorus,  Sisyan,  Mehri,  Zəngilan, 
Qubadlı  və  Laçın  rayonları  2233  təsərrüfatı  birləşdirmiş,  224197 
nəfər əhalisi olmuşdur, əhalinin 70 %-i Azərbaycanlı idilər. 
Zəngəzur  torpaqlarının  xeyli  hissəsinin  Azərbaycandan 
qoparılıb  alınması  sovet  Rusiyasının  əli  ilə  reallaşdırıldı, 
Zəngəzurdan  Azərbaycan-türk  əhalisinin  sonuncu  nəfərədək 
qovulması  isə  1991-ci  ildə  çağdaş  Rusiyanın  hərtərəfli  şəkildə 
dəstəklədiyi müasir daşnak quldurları tərəfindən həyata keçirildi. 
Təəssüf ki, bu qanlı soyqırımı və deportasiya tarixini bu gün 
də  bir  sıra  rus  alimləri  görməməzliyə  vurur,  ermənilərə  xristian 
təəssübkeşliyini  davam  etdirir,  keçmiş  SSRİ  və  Rusiya 
Federasiyasının bəzi hərbi-siyasi  strukturlarının  Azərbaycana qarşı 
ədalətsiz,  qeyri-humanist,  sivil  dünya  qaydalarına  daban-dabana 
zidd  siyasətinə  haqq  qazandırmağa  çalışırlar.  Bu  üzdəniraq 
alimlərin  Rusiyada  nəşr  etdirdiyi  kitab  və  məqalələrdə  erməni 


212 
separatçılarının  mənfur  məqsədlərinə  «elmi-tarixi»  informasiya 
dəstəyi göstərilir. Təqdirəlayiq haldır ki, AMEA Tarix İnstitutunun 
əməkdaşları öndə olmaqla, tarixçi alimlərimiz tərəfindən belələrinə 
fakt və sənədlərlə, lazımı tutarlı cavab verilir [5]. 
Ermənilərin Zəngəzurda törətdikləri qanlı qırğınlar, soyqırımı 
və deportasiya erməni müəlliflərinin əsərlərində də faktlarla təsdiq 
və  etiraf  olunmuşdur.  1920-ci  ildə  isə  ermənilər  fəhlə  və 
kəndlilərinin  may  qiyamının  yatırdılmasından  sonra  daşnaksutyun 
«müsəlmanlar bizim düşmənimizdir» şüarı  altında azərbaycanlı və 
kürd kəndlərini bombalayaraq sadə insanları məhv etdi [200, s.101].
 
Tanınmış 
erməni 
tarixçisi 
T.Haçikoğlyan 
Sovet 
Ermənistanının Qızıl Ordu tərəfindən tutulmasının 10-cu ildönümü 
münasibətli  ilə  nəşr  etdirdiyi  kitabçasında  bu  dövrdə  erməni 
xalqının törətdikləri vəhşilikləri belə təsvir edirdi: «Şərəfsiz daşnak 
«cümhuriyyəti»nin  qısa  dövründə  Azərbaycan,  Gürcüstan  və 
Türkiyə ilə aparılan döyüşlərdə daşnakların qanlı əlləri ilə minlərlə 
türkü məhv etdikləri, kəndlərini yandırıb külə çevirdikləri Zəngəzur
Şərur, Dərələyəz, Meğri, Ağbaba, Zəngibasar, Böyük Vedidəki türk 
kəndlərində yaşanan vəhşiliklər, qətliamlar, soyğunçuluqlar hələ də 
yaddaşlardan  silinməyib....Əsgərlərdə  yaltaqlıq,  keyfiyyətsizlik, 
çalıb-çapmaq,  başqasının  hesabına  yaşama,  günahsız  və  çarəsiz 
insanları  öldürmə  psixologiyası  kök  atmışdı»  [218,  s.4-6].  Erməni 
vəhşiliyini  erməni  şahidlər  özləri  də  yazır,  etiraf  edir,  bu 
qətliamlardan dəhşətə gəlirdilər. 
1918-1920-ci  illər  hadisələrinin  Cənubi  Qafqazda  yerli 
əhalinin  etnik  tərkibinə  təsirini  Zəngəzur  qəzasının  nümunəsində 
apardığı  tədqiqatlarla  izləyərək  şərh  edən  rus  tədqiqatçı 
N.Q.Volkova  yazırdı: “1897-ci ildə 137, 9 min əhalinin 71,2 mini 
(51,7%)  azərbaycanlılar,  63,6  mini  (46,2%)  ermənilər,  1,8  mini 
(1,3%)  kürdlər  olmuşdur.  1922-ci  ilin  siyahıya  alınmasına  görə, 
Zəngəzurda cəmi 65, 5 min nəfər yaşayırdı ki, bunun da 56,9 mini 
(89,5%)  erməni,  cəmi  6,5  mini  (10,2%)  azərbaycanlı  idi»  [181, 
s.13]. 


 
 213
 
1917-1920-ci  illərdə  Zəngəzurda  10  mindən  çox  müsəlman 
azərbaycanlı  soyqırımına  məruz  qalmış,  50  mindən  çox 
azərbaycanlı bütün var-yoxunu itirərək qəzadan deportasiya edilmiş
sonradan onların yalnız 5 mini öz vətəninə dönmüşdü. 1917-ci ildə 
Zəngəzur  qəzasında  123085  nəfər  təşkil  edən  azərbaycanlıların 
1926-cı  il  siyahıyaalınma  göstəricilərinə  görə  sayı  təxminən  2,5 
dəfə azalmışdı [138, s.243-244]. 
Zəngəzurun demoqrafik vəziyyətinə təsir göstərən amillərdən 
biri də ağır maddi çətinliklər üzündən əhalinin bir hissəsinin çörək, 
dolanışıq ardınca Bakıya köçməsi ilə bağlı idi. Məs, Zəngəzurun ən 
böyük  kəndlərindən  olan  Xinzirək  kəndində  1886-cı  il  siyahıya 
alınmasına  görə  620  ailə  yaşamışdı.  1903-cü  il  siyahıya  alın-
masından  məlum  olur  ki,  bu  kəndin  987  kişi,  305  qadın  sakini 
Bakının Qaraşəhər hissəsinə köçüb yaşamışdı [139, s.92-93]. 
Tədqiqatımız Zəngəzur bölgəsini əhatə etsə də, bu yarımfəslin 
sonunda  çar  Rusiyasının  Qafqaz  işğalının,  müstəmləkəçi  imperiya 
siyasətinin  nəticəsi  olan,  XIX  əsrin  sonları  və  1920-ci  illərdə 
bütünlüklə  Azərbaycan  ərazisində  azərbaycanlı-tük  və  erməni 
əhalisinin say nisbətinin, demoqrafik təkamülünün dəyişməsini əks 
etdirən rəqəmlərlə diqqətə çatdırmağı, bununla rus-erməni işğalının 
təkcə  Zəngəzura  yox,  bütövlükdə  ölkəmizə,  xalqımıza  gətirdiyi 
faciələrin miqyasını, müdhiş mənzərəsini yaratmağı gərəkli sayırıq. 
1897-ci  ildə  Azərbaycanda  «müsəlmanların»  sayı  1.375  min 
nəfər, ermənilərin sayı isə 299 min nəfər idi. 1917-ci ilin sonunda 
«müsəlman»ların sayı 1.830 min nəfər, ermənilərin sayı isə Rusiya 
ordusunda müharibədə iştirak edən erməni əsgərləri ilə birlikdə 390 
min  nəfərdən  çox  deyildi.  1918-1921-ci  illər  ərzində  baş  verən 
kataklizmlər  nəticəsində  Azərbaycanda  «müsəlman»ların  sayı 
azalaraq  1.550  min  nəfər,  ermənilərin  sayı  isə  250  min  nəfər 
olmuşdur.  Üstəlik  onu  da  qeyd  edək  ki,  sayını  1.550  min  nəfər 
müsəlman  əhalisinin  təxminən  50-100  min  nəfərini  həmin  illərdə 
daşnak  Ermənistanından  qaçqın  düşmüş  azərbaycanlılar  təşkil 
edirdi.  1917-ci  ilin  sonunda  indiki  Ermənistan  ərazisində  310  min 
nəfər azərbaycanlı yaşayırdısa, 1922-ci ildə həmin ərazidə cəmi 83 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə