ZəNGƏzur köÇ, deportasiYA, soyqirimi



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə65/73
tarix08.09.2018
ölçüsü2,28 Mb.
#67134
1   ...   61   62   63   64   65   66   67   68   ...   73

 
 203
 
Bu iclasda bir nəfər də olsa azərbaycanlı, müsəlman yox idi. Əsas 
məqsəd  də  Azərbaycanla  Osmanlını  bir-birindən  ayırmaq, 
Ermənistan 
ərazisini 
genişləndirmək 
idi. 
Zəngəzurun 
Azərbaycandan  zorla  qoparılaraq  Ermənistan  SSR-ə  verilmiş 
hissəsində  Qafan,  Gorus,  Sisyan  və  Mehri  rayonları  yaradıldı. 
Nəticədə  Naxçıvan  digər  Azərbaycan  torpaqlarından  ayrı  salındı. 
Zəngəzurun Azərbaycanda qalan hissəsində isə Zəngilan, Qubadlı, 
Laçın rayonları yaradıldı. Zəngəzurun 4505 kvadrat kilometrlik bir 
hissəsi itirildi. [227]. 
Ermənistanın  sovetləşməsindən  sonra  Zəngəzurda  milli  toq-
quşmalar müəyyən qədər səngisə də, bolşevik Rusiyasının təzyiqi, 
məkrli  planları,  sırf  xristian  təəssübkeşliyi,  ermənipərəstliyi, 
imperiya  maraqları  və  “sapı  özümüzdən  olan  baltaların”  şərəfsiz 
xəyanətləri nəticəsində bu əzəli Azərbaycan torpağının Ermənistana 
verilməsi  istiqamətində  atılmış  addımlar  sonralar  da  ardıcıl  olaraq 
addım-addım  davam  etdirildi.  Qəzanın  sovetləşməsi  və  yuxarı 
hissəsinin  Ermənistanın  tərkibinə  daxil  edilməsi  burada  yaşayan 
azərbaycanlı  əhaliyə  qarşı  ayrı-seçkilik  siyasətinin  yeni  forma  və 
məzmunda  davam  etməsinə  də  şərait  yaratdı.  Ermənistan  SSR 
rəhbərliyi tərəfindən müxtəlif bəhanələrlə azərbaycanlı qaçqınların 
öz  doğma  yerlərinə  qayıtmalarına  nəinki  imkan  verilmədi,  əksinə, 
qəzada  sayları  xeyli  azalmış  azərbaycanlıların  sıxışdırılmasına 
başlandı. Ermənilər zaman-zaman Zəngəzurun Azərbaycan SSR-də 
qalmış  Laçın,  Qubadlı,  Zəngilan  rayonlarına  da  iddialar  irəli 
sürmüş,  müəyyən  dərəcədə  buna  nail  də  olmuşdular.  Arxiv 
materiallarının təhlili göstərir ki, bu ərazi mübahisələrinin heç biri 
bircə  dəfə  də  olsun  Azərbaycan  SSR-in  xeyrinə  həll  olunmayıb. 
Məsələn,  Şuşa  qəzası  torpaq  şöbəsinin  müdiri  Roqozinin  26  iyul 
1923-cü  il  tarixli  məruzəsində  göstərilirdi  ki,  Zəngəzur  və  Şuşa 
qəzalarının tərəkəmələri arasında sərhəd mübahisəsinin həlli zamanı 
silahlı  toqquşma  baş  verməsin  deyə,  20  yaylaq  ermənilərə 
verilmişdir.  Məruzədə  göstərilirdi  ki,  «bu  hal  tamamilə  qeyri-
normal idi, belə ki, sərhəd məsələsinin həll olunmaması səbəbindən 
qara qüvvələr bulanıq suda balıq tuturlar və əhalini qızışdırırlar və 


204 
bununla  da  ermənilərlə  müsəlmanlar  arasında  milli  ədavətin 
yaradılmasına səbəb olurlar» [230]. 
Erməni  məkrinin  təsiri  altında  yeni  inzibati  vahidlik-Mehri 
rayonunun  yaradılması  adı  altında  Zəngilan  rayonunun  daha  üç 
kəndi-Nüvədi, Ərnəzir və Tuğut Ermənistana verilmişdi. XX əsrin 
əvvəlində  ssenarisi  cızılmış  planın  tam  icrası  əsrin  sonunda  SSRİ 
adlandırılan “xalqlar həbsxanasına” çevrilmiş Rusiya imperiyasının 
açıq hərbi-siyasi dəstəyi ilə tam reallaşdırıldı. 
1988-ci  ildə  ermənilərin  «Qarabağ»  fitnəkarlığı  həm  də  Er-
mənistan SSR-də yaşayan azərbaycanlıların öldürülməsi və kütləvi 
deportasiyası  ilə müşayiət olundu. Ermənistan SSR-dən ilk qaçqın 
dalğası  1987-ci  il  fevral  ayının  sonu  -  martın  əvvəllərindən 
başlayaraq Zəngəzurun Sisian, Qafan, Gorus, Mehri rayonlarından, 
demək  olar  ki,  bütün  azərbaycanlı  əhalisi  öz  doğma  yurdlarından 
deportasiyasına  başlandı.  1991-ci  ilin  avqustunda  Zəngəzurun 
azərbaycanlılar  yaşayan  sonuncu  -  Mehri  rayonunun  Nüvədi 
kəndinin  əhalisinin  qovulması  ilə  Zəngəzur  bölgəsinin  türk-
süzləşdirilməsi  prosesi  başa  çatdırıldı.  Qarabağ  müharibəsi  isə 
1988-ci  il  noyabrın  24-də  Zəngəzurun  Qubadlı  bölgəsinin  Eyvazlı 
kəndinin  erməni  silahlı  qüvvələri  tərəfindən  talan,  qarət  edilib 
tamam yandırılıb xarabalığa çevrilməsi ilə başlamışdı [128]. 
1918-1920-ci illərdə Zəngəzurun demoqrafik vəziyyətinin də-
yişməsinə, Qərbi Zəngəzurun Ermənistana birləşdirilməsinə gətirib 
çıxaran faciəli proseslər: hərbi, siyasi, idari, mənəvi-psixoloji və s. 
çox az fərqlə 1992-1993-cü illərdə yenicə müstəqilliyini əldə etmiş 
Azərbaycan  Respublikasında  təkrar  olundu.  Zəngəzurun  tək  bir 
erməninin də yaşamadığı Laçın, Qubadlı, Zəngilan rayonları Dağlıq 
Qarabağ  və  ətraf  rayonlarla  birlikdə  Azərbaycandan  qoparıldı. 
Rusiya  Federasiyası  ordusunun  fəal  hərbi-siyasi  dəstəyi,  birbaşa 
iştirakı  ilə,  ABŞ,  Fransa,  Böyük  Britaniya  və  digər  aparıcı 
dövlətlərin siyasi yardımı ilə Ermənistan silahlı qüvvələrinin 1993-
cü il oktyabrın 29-da Zəngilan rayonunu işğal etməsi ilə tarixi Zən-
gəzur  torpaqlarının  azərbaycanlı  əhalidən  təmizlənməsi  və 


 
 205
 
Ermənistan  Respublikasının  nəzarətinə  keçməsi  prosesi 
tamamlanmış oldu [233].
 
BMT  Təhlükəsizlik  Şurasının  müvafiq  qətnamələrində  də 
Ermənistanın  işğalı  tanınır  və  nəticələrinin  aradan  qaldırılmasının 
vacibliyi  tələb  edilir.  Azərbaycan  xalqı  və  onun  hökuməti  dünya 
güclərinin hərbi - siyasi havadarlığı, fəal dəstəyi ilə reallaşdırılan bu 
təcavüz aktı ilə heç zaman barışmamış və barışmayacaqdır [234]. 
 


206 
 


 
 207
 
4.4.  Zəngəzur  bölgəsində  demoqrafik  təkamül,  köç,  deportasiya, 
soyqırımı və işğal tarixinin icmalı (XIX -XX əsr) 
 
Azərbaycan  XIX  əsrin  ilk  otuzilliyində  romanovlar  Rusiyası 
tərəfindən  işğalı  və  işğaldan  sonrakı  müstəmləkə  əsarəti  dövründə 
Vətənimiz  çox  ciddi  sosial-iqtisadi,  ictimai-siyasi  və  b. 
təbəddülatlara  məruz  qalmışdır.  Hələ  işğalın  gedişində  və  ondan 
dərhal  sonra  imperiyanın  yeni  «cızılmış»  sərhədləri  boyunca 
cənubdakı  iki  müsəlman-türk  səltənəti  –  Qacarlar  və  Osmanlı 
səltənətləri  ilə  Quzey  Azərbaycanın  müsəlman  əhalisi  arasında 
xristian əhalisindən «sanitar kordonu» yaratmaq, rus-Qacar və rus-
Osmanlı  müharibələrinin  gedişində  öz  satqın  xislətlərinə  sadiq 
qalıb,  əsrlər  boyu  yaşadıqları  ölkəyə  xəyanət  etmiş  erməniləri 
Tehran və İstanbul hökumətlərinin haqlı cəzasından qurtarmaq üçün 
çar  Rusiyası  erməniləri  kütləvi  şəkildə  Osmanlı  və  Qacar 
ərazisindən Şimali Azərbaycana köçürüb onları bu ölkənin aborigen 
türk-müsəlman əhalisinin ən yaxşı torpaqlarında yerləşdirərək həm 
də  özünə  sadiq  xristian  dayağı  yaratmaq  siyasətini  yürütmüşdür. 
Nəticədə  bütövlükdə  Quzey  Azərbaycanın,  habelə  onun  ayrı-ayrı 
bölgələrinin, o cümlədən Zəngəzurun demoqrafik durumunda köklü 
mürtəce dəyişikliklərin əsası qoyulmuşdur. 
Çar işğalları ərəfəsində və onun gedişində Qarabağ xanlığının, 
daha  sonra  isə  əsasən  Qarabağ  əyalətinin,  eləcə  də  Zəngəzur 
bölgəsinin  əhalisi  haqqında  XIX  əsrin  əvvəllərinə  aid  məlumatlar 
son  dərəcə  kasaddır.  Bəzi  məlumatlara  görə:  “1805-ci  ildə 
Qarabağın  əhalisi  10  min  100  nəfər  idi,  onlardan  10  mini 
azərbaycanlı, cəmi 100-ü isə erməni olub” [236]. Ancaq bu rəqəmi 
təsdiq edən digər etibarlı mənbə olmadığı üçün doğruluğuna hökm 
vermək,  fikrimizcə,  yanlış  olardı.  Həm  də  Qarabağda  yaşayan 
xristian  albanların  da  çoxu  tədricən  ya  türkləşmiş,  ya  da 
erməniləşmişdi. 
«Qarabağ  əyalətinin  təsviri»nə  görə,  1823-cü  ildə  Zəngəzur 
bölgəsinin  əsas  hissəsini  özündə  birləşdirmiş  Sisian  mahalının 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə