ZəNGƏzur köÇ, deportasiYA, soyqirimi



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə63/73
tarix08.09.2018
ölçüsü2,28 Mb.
#67134
1   ...   59   60   61   62   63   64   65   66   ...   73

 
 197
 
bəndində  yazılmışdı:  “Sovet  Azərbaycanı  ilə  Sovet  Ermənistanı 
arasında heç bir sərhəd mövcud deyildir”. İclasın və qərarın, demək 
olar  ki,  başlıca  məqsədi  onun  mərkəzi  bəndində  («q»)  öz  əksini 
tapmışdı.  Orada  deyilirdi  ki,  Zəngəzur  və  Naxçıvan  Ermənistana 
keçir.  Digər  bəndlərdə  isə  yazılırdı:  d)  Qarabağın  dağlıq  hissəsinə 
öz müqəddəratını təyin etmək hüququ verilir; e) Sovet Azərbaycanı 
Sovet Ermənistanı ilə qırılmaz hərbi və təsərrüfat ittifaqı bağlayır (o 
cümlədən,  neft  haqqında  göstərilsin).  «J»  və  «İ»  bəndlərində  isə 
N.Nərimanova bütün bunlar barədə Bəyanat hazırlamaq və onu Ba-
kı Sovetinin plenumunda elan etmək tapşırılırdı [69, s.184]. 
Azərbaycanın  ərazi  bütövlüyünə  edilən  daha  bir  qəsdin  - 
Zəngəzurun  ermənilərə  verilməsi,  əslində  isə  «bağışlanması» 
istiqamətində  daha  bir  addım  1920-ci  il  dekabrın  1-də  atıldı  [69, 
s.36]. Həmin gün Bakı  Sovetinin Ermənistanda  Sovet hakimiyyəti 
qurulması  münasibətilə  keçirilən,  təntənəli  «tarixi»  iclasında 
N.Nərimanov  xüsusi  bəyanatla  çıxış  etdi.  «Sovet  Azərbaycanı 
Ermənistan  və  Zəngəzurda  ən  yaxşı  yoldaşlarımızın  - 
kommunistlərin  günahsız  qanını  tökmüş  və  tökən  daşnakların 
hakimiyyətinə  qarşı  əməkçi  erməni  xalqının  mübarizəsinə  yardım 
göstərərək  elan  edir  ki,  bundan  belə  heç  bir  ərazi  məsələləri 
əsrlərdən bəri qonşu olan iki xalqın: ermənilərin və müsəlmanların 
bir-birinin  qanını  tökməsi  üçün  səbəb  ola  bilməz;  Zəngəzur  və 
Naxçıvan  qəzalarının  ərazisi  Sovet  Ermənistanın  bölünməz  ərazi-
sidir;  Dağlıq  Qarabağın  əməkçi  kəndlərinə  isə  öz  müqəddəratını 
təyin  etmək  hüququ  verilir,  Zəngəzurun  hüdudlarında  bütün  hərbi 
əməliyyatlar dayandırılır; Sovet Azərbaycanın qoşunları isə buradan 
çıxarılırlar». Burada daha sonra qeyd edilirdi ki, Sovet Azərbaycanı 
malik olduğu tükənməz sərvətlərin - neft, kerosin və digər məhsul-
ların  qapılarını  Sovet  Ermənistanı  üçün  geniş  açır.  Bu  Bəyanatla 
Azərbaycan  torpaqlarının  Ermənistana  verilməsi  ilə  bağlı  bəzi 
mövqe  və  mülahizələri  də  bilmək  maraqlı  və  faydalı  olardı.  Bakı 
Sovetinin  həmin  iclasının  yekdilliklə  qəbul  olunan  qətnaməsində 
«Nərimanovun Bəyanatı»nın tamamilə bəyənildiyi bildirilir və onun 
«...Ermənistanla  müsəlman  dünyası  arasındakı  çoxəsrlik 


198 
düşmənçilik  və  qanlı  müharibələri  birdəfəlik  aradan  qaldırmaqla 
Güney Qafqaz və bütün Şərq xalqlarının tarixində yeni səhifə açdığı 
qeyd edilirdi» [69, s.185]. 
Çoxlu arxiv sənədlərinin də təsdiqlədiyi kimi, torpaqlarımızın 
parçalanması  və  paylanmasında  əsas  rol  oynayanlardan  biri  olan 
İ.Stalin  bu  hadisəni  belə  «izah»  etmişdi:  «Dekabrın  1-də  Sovet 
Azərbaycanı  mübahisəli  vilayətlərdən  könüllü  olaraq  əl  çəkir  və 
Zəngəzur, Naxçıvan, Dağlıq Qarabağın Sovet Ermənistanına veril-
məsini  elan  edir».  Bakı  Sovetinin  həmin  iclasındakı  çıxışında 
«əzabkeş  erməni  xalqının»  Sovet  hakimiyyətinin  bayrağı  altına 
gəlməsini  alqışlayan  Q.Orconikidze  bu  bəyanatı  «bəşəriyyət 
tarixində  nümunəsi  olmayan  mühüm  əhəmiyyətli  tarixi  akt»  kimi 
qiymətləndirmişdi.  Həmin  çıxışında  o,  Azərbaycanın  strateji 
bölgələrinin əhəmiyyətini azaldaraq demişdi: «Zəngəzur, Naxçıvan 
və  Qarabağ  ruslar  üçün  heç  nə  deməkdir.  Zəngəzur  məhsulsuz 
dağlardır, taxılı yox, suyu yox, Naxçıvan bataqlıq və malyariyadan 
başqa bir şey deyildir, Qarabağda da heç nə yoxdur. Və budur yol-
daş  Nərimanov  deyir:  «Onları  özünüzə  götürün.  Bu  məhsulsuz 
torpaqları  Ermənistan  üçün  götürün».  Sanki  Sovet  Azərbaycanı 
artıq yükdən xilas olur» [69, s.37-38]. Q.Orconikidze elə həmin gün 
PK(b)P  MK  Qafqaz  Bürosunun  üzvü-erməni  kommunistlərinin 
liderlərindən  biri  olan  Nazaretyana  məlum  Bəyanat  barədə  xəbər 
yetirdikdə  o,  «mətbuatda  «Bərəkallah,  azərbaycanlılar!»-  deyə  car 
çəkməyə başlayacağıq  - cavabını vermişdi. Q.Orconikidze 1920-ci 
il  dekabrın  2-də  Bakıda  verdiyi  məlumatda  V.Leninə  və  İ.Stalinə 
«Azərbaycan artıq dünən Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağın 
Sovet  Ermənistanına  verilməsini  rəsmən  bəyan  etmişdir»  xəbərini 
çatdırmışdı [69, s.185]. 
Məhəmməd Əmin Rəsulzadə o vaxt Azərbaycan torpaqlarının 
ermənilərə  verilməsinin,  «bağışlanmasının»  gələcəkdəki  acı 
nəticələrini görərək yazırdı: «Ermənistanda dəxi bolşevik hökuməti 
təsis edər-etməz rus siyasəti Nəriman bəyin səxavətkar ağzı ilə iki 
gün  əvvəl  müdafiə  eylədiyi  Zəngəzur  ilə  Naxçıvan  qəzasını  təntə-
nəli bir sürətdə Ermənistana hədiyyə etdi» [137, s.52-53]. 


 
 199
 
Azərbaycan  rəhbərliyinin  az  öncə  sadalanan  beynəlmiləlçi 
güzəştləri  və  10.VI.1920-ci  il  tarixli  ilkin  sazişlə  hədəfə  alınanlar 
RSFSR-lə  Sovet  Ermənistanı  arasındakı  hərbi-siyasi  müqavilə  ilə 
möhkəmləndirildi  və  gerçəkləşdirildi.  Həmin  sazişin  3-cü  mad-
dəsində yazılırdı ki, «Rusiya sovet hökuməti İrəvan quberniyasının, 
Zəngəzur  qəzasının  Ermənistan  SSR  ərazisinin  tərkibinə  daxil 
olmasını  mübahisəsiz  tanıyır».  Bununla  da  Rusiya-Ermənistan 
münasibətlərində  mühüm  məsələlərdən  ən  başlıcası  -  Azərbaycan 
torpaqları ətrafındakı növbəti sövdələşmə o mərhələ üçün bu şəkildə 
yekunlaşdırıldı [144,s.277]. 
AK(b)P  MK  Siyasi  və  Təşkilat  bürolarının  1921-ci  il  12 
yanvar  tarixli  iclasında  «Zəngəzurun  müsəlman  hissəsinin  inzibati 
cəhətdən təşkili»haqqında qərar çıxarıldı qalmışdılar [249]. Qərarda 
Zəngəzur  bölgəsini  2  yerə:  Qərbi  Zəngəzur  qəzası  və  Şərqi  - 
əhalisinin guya kürdlərdən ibarət olmasına görə Kürdüstan qəzasına 
bölünmüşdü  və  kargüzarlıq  sənədlərdə  də  Kürdüstan  yazılırdı. 
1923-1929-cu illərdə mövcud olmuş Kürdüstan qəzasının təşkili də 
növbəti  bir  xəyanət  idi  və  bölgənin  gələcəkdə  bütünlüklə 
Ermənistana  birləşdirilməsi  üçün  Mərkəz  tərəfindən  düşünülmüş 
plan idi [249]. Nəticədə Zəngəzur qəzasının 6.742 kvadrat verstlik 
ərazisindən 3.105 kv. versti Azərbaycan SSR-in tərkibində qalmış, 
3.637  kv.verstlik  hissəsi  -  4505  kvadrat  kilometr  ərazisi 
Ermənistana verilmişdi [249]. 
Tarixi  Azərbaycan  torpaqları  hesabına  Ermənistan  dövləti 
yaratmaq  fikirlərində  israrlı  olan  kommunist  libasına  girmiş 
daşnaklar  mərkəzdəki  havadarlarının  fitvası  ilə  yerlərdə  bu  planın 
reallaşması,  daha  çox  torpaq  ələ  keçirilməsi  üçün  bütün 
imkanlardan  bacarıqla,  görünməmiş  xəyanət,  məkr,  hiylə  ilə  səy 
göstərirdilər.  Onlara  köməkçi  isə  həm  də  Zəngəzurdakı  yerli 
müsəlman  kommunistlər  idi.  Milli  düşüncə,  vətən,  torpaq 
təəssübündən uzaq, nökərçilik psixologiyası ilə ömür sürən, keçmiş 
acı  günlərinin  əvəzini  çıxmağa  çalışan  danosbaz  vəzifə  hərisləri, 
burnundan uzağı görməyən “sapı özümüzdən olan baltalar” erməni 
planlarının  həyata  keçirilməsində  alətə  çevrilmişdilər.  Azərbaycan 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə