ZəNGƏzur köÇ, deportasiYA, soyqirimi



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə60/73
tarix08.09.2018
ölçüsü2,28 Mb.
#67134
1   ...   56   57   58   59   60   61   62   63   ...   73

188 
olurdu [255]. Ermənistanm isə Gürcüstanla birbaşa əlaqəsi kəsilirdi 
və  o,  Osmanlı  dövləti  ilə  Azərbaycan  arasında  bir  ada  şəklində 
qalırdı.  Batumdakı  Azərbaycan  və  Ermənistan  nümayəndələri 
arasında,  eyni  zamanda  Osmanlı-Azərbaycan-Erməni  üçtərəfli 
danışıqlanda  ərazi-sərhəd  məsələləri  ilə  bağlı  müzakirələr  aparıldı 
və  razılıq  əldə  edildi  ki,  Azərbaycan  “Aleksandropol  quberniyası” 
hüdudlarında erməni dövlətinin yaradılmasına razıdır. İrəvam siyasi 
mərkəz  kimi  Ermənistana  güzəştə  getmək  məcburiyyətində  olan 
Azərbaycan  nümayəndələri  şəhəri  bu  şərtlə  güzəştə  getməyə  razı 
oldular ki, ermənilər Yelizavetpol qubemiyasımn bir hissəsinə, yəni 
Qarabağın dağlıq hissəsinə olan iddialarmdan imtina etsinlər [255]. 
İrəvan  mərkəz  olmaqla  ətraf  Azərbaycan  ərazibrində  erməni 
dövlətinin  yaradılması  müqabilində  erməni  tərəfı  Azərbaycan  və 
Osmanlı  imperatorluğu  qarşısında  bir  sıra  öhdəliklər  yerinə 
yetirməyi öz üzərinə götürdü və  bunlar Osmanlı imperatorluğu ilə 
yeni  yaradılan  Ermənistan  Respublikası  arasında  imzalanan  30-31 
may  və  4  iyun  1918-ci  il  tarixli  protokol  və  müqavilələrdə  təsbit 
edildi. 
Bütün  bunların  qarşılığında  ermənilər  üzərlərinə  aşağıdakı 
öhdəlikləri götürmüşdülər: 
1.  Ermənilərlə  müsəlmanlar  arasında  düşmənçilik  aradan 
qaldırılacaq  və  erməni  tərəfi  Stepan  Şaumyanla  əlaqəyə  girib 
Bakının müsəlman əhalisinin təhlükəsizliyini təmin edəcək, bununla 
azərbaycanlılara qarşı kütləvi qırğınların qarşısı alınacaqdır. Erməni 
tərəfinin  üzərinə  götürdüyü  bu  öhdəlik  Osmanlı  imperiyası  ilə  ye-
nicə yaradılmış Ermənistan Respublikası arasında 1918-ci il iyunun 
4-də  Batumda  bağlanmış  «Sülh  və  Dostluq»  müqaviləsində  təsbit 
olundu.  Batum  müqaviləsinin  11-ci  maddəsinə  əsasən  Ermənistan 
Respublikası  hökuməti  erməni  silahlı  qüvvələrinin  ən  tez  bir 
zamanda Bakıdan çıxarılması üçün bütün qüvvələrini səfərbər edə-
cəyini öhdəsinə götürdü. 
2. Erməni tərəfi öhdəsinə götürdü ki, Azərbaycan qəzalarında 
erməni  silahlı  birləşmələri  tərəfindən  müsəlmanlara  qarşı  həyata 
keçirilən kütləvi qırğınlar dayandırılacaqdır. 


 
 189
 
3.  Ermənistan  hökuməti  İrəvanda  və  yeni  yaradılan  erməni 
dövlətinin  digər  ərazilərində  müsəlmanların  sərbəst  dini  ibadət, 
mədəniyyət,  siyasi  və  ana  dilində  təhsil  almaq  hüquqlarını  təmin 
etməyi öhdəsinə götürdü. 
4.  Batum  danışıqları  zamanı  əldə  olunmuş  razılığa  əsasən 
ermənilər Azərbaycana qarşı ərazi iddialarından imtina edəcəkdilər. 
5.  Bundan  başqa,  İrəvan  və  ətrafındakı  torpaqların  verilməsi 
müqabilində  ermənilər  Azərbaycanla  vahid  konfederativ  dövlətdə 
birləşməli idilər. 
Lakin  İrəvanı  və  digər  əraziləri  alandan  sonra  ermənilər 
öhdəliklərindən  imtina  etdilər  və  Azərbaycan  torpaqlarının  işğalı 
prosesini davam etdirdilər. 
1918-ci il mayın 29-da 9 min kvadrat kilometrlik Azərbaycan 
torpağında yaradılmış Ermənistan dövləti sonradan digər ərazilərin 
işğalına  başladı:  1920-ci  ilin  dekabrından  başlayaraq  10  il  ərzində 
Moskvanın  birbaşa  köməyi  ilə  Zəngəzur  qəzasından  405.000 
desyatin (4414,5 km
2
), Qazax qəzasından 535096 desyatin (5832,82 
km
2
), Naxçıvan MSSR-dən 657 km
2
, Cəbrayıl qəzasından Nüvədi, 
Eynəzir  və  Tuğut  kəndlərini  əhatə  edən  Azərbaycan  torpaqları 
Ermənistan  ərazisinə  qatıldı.  Sovet  rejiminin  sonrakı  illərində  də 
Ermənistan  ərazisi  Azərbaycan  torpaqları  hesabına  daha  da 
genişləndirildi və 29,743 km
2
-ə çatdırıldı [8].
 
Akademik  Yaqub  Mahmudov  qeyd  edir  ki,  ermənilər 
məqsədlərinə  nail  olduqdan  sonra  üzərilərinə  götürdükləri  bütün 
öhdəlikləri  birtərəfli  qaydada  pozdu,  işğalçılıq  siyasətini  davam 
etdirdilər:  «Beləliklə,  İrəvan  və  ətrafındakı  Azərbaycan 
torpaqlarının  ermənilərə  verilməsi  barədə  həm  Batum 
müqavilələrinin  müvafiq  maddələri,  həm  də  Azərbaycan  Xalq 
Cümhuriyyəti Milli Şurasının 29 may 1918-ci il tarixli qərarı öz hü-
quqi qüvvəsini itiribdir [8]. 
Y.Mahmudovun  fikrincə,  bu  səbəblərə  görə  də  AXC  Milli 
Şurasının İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə 
verilməsi  haqqındakı  qərarına  yenidən  baxılmalı,  həmin  qərar 


190 
qüvvədən  salınmalı  və  Azərbaycan  xalqının  İrəvan  və  ətrafındakı 
torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır. 
AMEA  A.A.Bakıxanov  adına  Tarix  İnstitutunun  doktorantı 
Ruhəngiz  Kərimli  yazır:  «Razılaşaq  ki,  Türkiyə  Cümhuriyyətinin 
yaranması  bilavasitə  Azərbaycan  Cümhuriyyətinin  bolşeviklər 
tərəfindən istilasına bağlıdır. Çünki məhz qarşılıqlı razılıq əsasında 
XI  Qırmızı  Ordu  Azərbaycana  daxil  oldu  və  bir  daha  Azərbaycan 
sərhədlərini  tərk  etmədi....1920-ci  ildə  Atatürkün  Azərbaycan 
Cümhuriyyətinin  xarabalıqları,  Azərbaycan  əsgərinin  qanı 
üzərindən  bazarlaşmasına,  Türkiyə  Respublikasının  qurulmasına 
obyektiv  hal  kimi  baxan,  Azərbaycanın  müstəqilliyini  Türkiyə 
cümhuriyyətinə  «peşkəş»  eləmək  arzusunda  olanlara»  da  bu  yazı 
layiqli cavabdır [98]. 
1920-ci  illərdə  Zəngəzurun  yarıdan  çox  qərb  hissəsinin 
Azərbaycandan  qoparılıb  Ermənistana  birləşdirilməsinə  bu  amilin 
də  mühüm  təsiri  olmuşdur.  Dövrün  hadisələrinin,  Türkiyə-Rusiya, 
Türkiyə-Azərbaycan münasibətlərinin Zəngəzurun dağlıq hissəsinin 
itirilməsində,  əhalisinin  soyqırımı  və  deportasiyasında  böyük 
təsirini  nəzərə  alaraq,  həmin  mövzuda  ətraflı  danışmğı  gərəkli 
sayırıq.  Həm  də  ona  görə  ki,  tarixşünaslığımızda  bu  istiqamət  az 
öyrənilmiş,  yaxud  Türkiyə  və  Atatürk  şəxsiyyətinə  sevgidən, 
ehtiramdan dolayı bu məsələlərdən yan keçilmişdir. 
Son  illər  türk  tarixşünaslığında  Türkiyə  Cümhuriyyətinin 
qurucu  lideri  Atatürk  tez-tez  Azərbaycanı,  Dağıstanın  Dərbənd  və 
Gürcüstanın  Batum  bölgəsini  Rusiyaya,  Kıbrıs,  Mosul,  Kərkükü 
ingilislərə satmaqda ittiham edilir. Ancaq bunun Osmanlı dövlətinin 
varisi  olan  Türkiyə  Cümhuriyyətini  qoruyub  saxlamaq  niyyəti  ilə 
məcburiyyət  qarşısında  edildiyinə  dair  arqumentlər  də  gətirilir 
[242]. 
Birinci iddianı irəli sürənlərin əllərinə Türkiyə Böyük Millət 
Məclisinin  sədri  M.K.Atatürkün  imzası  ilə  Moskva  Hökumətinə 
yazılı şəkildə göndərilən birinci Təklifnaməsidir. Sənəddə deyilir: 
„1- Emperyalist Hükümetler aleyhine 26 Nisan 1920 harekatı 
ve  bunların  tahakküm  ve  esareti  hakkında  bulunan  mazlum 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə