Zeynalova lalə VĠdadġ qızı “Audit xidməti sahibkarlığın növü kimi”



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə6/32
tarix25.05.2022
ölçüsü1,48 Mb.
#87892
1   2   3   4   5   6   7   8   9   ...   32
audit-son

Auditin formaları 
Audit 
– mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və 
maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır.
Auditor
– bu qanuna uyğun olaraq sərbəst auditorlar və audit təşkilatlarıdır.
Auditor fəaliyyəti
– bu Qanunun 4.3-cü maddəsində nəzərdə tutulan fəaliyyət 
sahəsidir;
Audit subyektləri
– mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq 
Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən, auditdən istifadə edən 


14 
bütün hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul 
olan fiziki şəxslər(fərdi sahibkarlar);
Məcburi audit
– Qanunvericiliyə görə illik maliyyə hesabatlarını dərc etdirməli 
olan audit subyektləri üçün, habelə qanunvericilik aktları ilə bilavasitə nəzərdə 
tutulmuş hallarda və ya səlahiyyətli dövlət orqanının müvafiq qərarına əsasən həyata 
keçirilən audit;
 
Auditor fəaliyyəti, sahibkarlıq fəaliyyəti olmaqla sifarişçi ilə bağlanmış 
müqavilə əsasında iqtisadi subyektin təsərrüfat-maliyyə fəaliyyətini əhatə edən 
mühasibat (maliyyə) hesabatı göstəricilərini mühasibat sənədlərini vergi deklara-
siyası, maliyyə öhdəçiliklərini yoxlamaq və digər xidmətlər göstərmək vəzifəsini 
yerinə yetirir. Audit iqtisadi subyektin maliyyə göstəricilərinin etibarlilığını 
yoxlamaqla yanaşı, onun təsərrüfat fəalyyətinin daha yüksək səviyyədə qurulması, 
idarə edilməsi və məsrəflərin məqsədəuyğun sərf olunması ilə mənfəətin 
yüksəldilməsinə dair optimal təkliflər hazırlayır. Bununla əlaqədar olaraq bir qayda 
olaraq auditi sahibkarlığın ekspertizası adlandırırlar. 
Qərb ölkələrinin geniş şəkildə inkişaf etdiyi bazar iqtisadiyyatı ölkələrində 
Auditor nəzarəti daxili və kənar auditə ayrılır. 
Daxili audit idarəetmə nəzarəti sisteminin ayrılmaz və mühüm elementi olmaqla 
müstəqil, təminatverici və məşvərəqətçi fəaliyyətidir. Daxili audit müəssisədə şəffaf 
informasiya mühili yaratmaqla, onun fəaliyyətinin daha dərin və əsaslı təhlilinə, daha 
səmərəli fəaliyyət sistemi yaratmağa şərait yaradır. Dünyanın bir sıra ölkələrində 
daxili audit ölkə iqtisadiyyatı üçün məcburi hesab olunaraq bütün tabeçiliyində 
müəssisə olan birliklərdə təşkil olunur. 
Daxili audit müəssisə tərkibində müstəqil struktur bölməsi və ştat vahidi kimi 
fəaliyyət göstərir və daxilı nəzarət orqanı olmaqla, yalnız müəssisənin rəhbərinə və 
ya direktorlar şurasına tabedir, onun müəyyən etdiyi məsələlərı araşdıraraq nəticələri 
haqqında yalnız ona hesabat və informasiya verir. 
Daxili auditin təfəb olunan şəkildə təşkil olunması müəssisənin tərkibində 
fəaliyyət göstərən digər bölmə və şöbələri, maddi-məsul şəxslərin öz xidməti və-


15 
zifələrinin yerinə yetirilməsi məsuliyyətini artırmağa, təsərrüfat əməliyyatlarının 
icrasında neqativ halların qarşısının alınmasında mühüm rol oynayır. Bununla 
yanaşı daxili audit audit üçün bir sıra əsaslı məsələlərdə informasiya mənbəi 
olmaqla, mövcud qanunçuluğun gözlənilməsində böyük əhəmiyyəti vardır. 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə