Zeynalova lalə VĠdadġ qızı “Audit xidməti sahibkarlığın növü kimi”



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə32/32
tarix25.05.2022
ölçüsü1,48 Mb.
#87892
1   ...   24   25   26   27   28   29   30   31   32
audit-son

Tədqiqatın praktiki əhəmiyyəti
.
Tədqiqat işində təklif olunan tədbirlər audit sisteminin təşkili, fəaliyyət risklərinin 
azaldılması və düzgün monitorinqi üçün böyük imkanlar yaradır. 
Tədqiqatın elmi yeniliyi: 
Tədqiqatın elmi yeniliyi kimi aşağıdakılardan 
ibarətdir: 
-Müasir biznesdə auditin tətbiqinin nəzəri aspektləri müəyyənləşdirilmişdir; 


85 
- Azərbaycanda auditin xidmətinin formalaşması və inkişafının konseptual əsasları 
izah edilmişdir; 
 
-Auditin xidmətinin təşkili və yekun hesabatların rəsmiyyətə salınması yolları 
göstərilmişdir; 
- Audit sisteminin səmərəliliyinin qiymətləndirilməsində reytinq göstəriciləri təhlil 
edilmişdir;
- Bank sistemində auditin təşkili üzrə idarəetmə alətlərinin qiymətləndirilmişdir; 
- Audit sisteminin təkmilləşdirilməsi istiqamətləri göstərilmişdir. 
Dissertasiya iĢinin strukturu: 
Dissertasiya işi Giriş, 3 Fəsil, Nəticə və 
Ədəbiyyat siyahısından ibarətdir. 
Sonda aşağıdakı nəticə və təkliflər verilmişdir: 
Müasir dövrdə idarəetmə sistemində nəzarət elə bir sahədir ki, ondan geniş istifadə 
edilməsi əsasında ölkə iqtisadiyyatının hansı sahəsindən asılı olmayaraq, istər 
müəyyən müəssisə və şirkətin təsərrüfat-maliyyə fəaliyyətinə aid olsun, istərsə də 
dövlət quruluşu və iqtisadiyyatı ilə əlaqədar məsələlər olsun, ondan istifadə olunması 
ilə mövcud fakt və dəqiq vəziyyət araşdırıla və öyrənilə bilir, fəaliyyətin daha da 
inkişafı, təkmilləşməsinə dair düzgün, real qərarlar qəbul edilməsinə əsas verir. 
Müasir şəraitdə ölkə iqtisadiyyatının inkişafında audit nəzarətinin xüsusi 
əhəmiyyəti və rolu qeyd olunmalıdır. Hazırda bütün dünya öikələrində audit xidməti 
geniş şəkildə inkişaf etmiş və iqtisadiyyatın bütün sahələrində özünün nəzarətedici 
mövqeyini əsaslı şəkildə möhkəmləndirmişdir. Qərb ölkələrində auditin 150-ildən 
artıq inkişaf tarixi vardır. 
Ümumiyyətlə, dünya öikələrində audit fəaliyyətinin əsaslı inkişafı audit üzrə 
transmilli şirkət və firmaların yaradılmasına, onların fillallarının təşkilinə imkan 
vermişdir. Firmaların auditor xidmətləri çox yüksək səviyyədə qiymətləndirılır. 
Bunun nəticəsidir ki, 1988-ci ildə dünya ölkələrində olan auditor firmalarının gəliri 
6,5 milyon ABŞ dolları həcmində olmuşdur. 


86 
Qeyd etmək lazımdır ki, mühasib-auditorlar Böyük Brilaniyada XIX əsrin 
ortalarında fəaliyyətə başlamışdır. 1862-ci ildə İngiltərədə, 1867-ci ildə Fransada və 
1937-ci ildə ABŞ-da auditin labüdlüyü haqqında qanun qəbul edilmişdir. 
Azərbaycan Respublikası iqtisadiyyatının hazırkı inkişaf mərhələsi nəzarət 
sisteminin daha da genişlənməsi və onun bütün imkanlarından tam istifadə edilməsini 
qarşıya qoyur. Respublikamızda ixtisaslaşdırılmış müstəqil nəzarət funksiyasını 
yerinə yetirən audit xidmətindən daha geniş və səmərəli istifadə olunmalıdır. 
Onu da nəzərə almaq lazımdır ki, audit üzrə Beynəlxalq Sıandartların müəyyən 
etdiyi qaydalara görə bütün dünya ölkələrində hər bir müəssisə və şirkətin illik 
mühasibat uçotu və hesabatı audit yoxlamasından keçdikdən, ona audit rəyi 
verildikdən sonra həmin hesabat ölkənin maliyyə vergi orqanları və kənar şəxsləri 
tərəfindən hesabat hüququnda qəbul olunur. Audit yoxlamasından keçməyən 
mühasibat hesabatı qanuni hesabat kimi qəbul oluna bilməz.
Auditor müəssisə təsərrüfat- maliyyə fəaliyyətini yoxlamaq və onun 
göstəricilərinin etibarlı olduğunu muəyyən etməklə yanaşı, xərclərin düzgün sərf 
olunması,mənfəətin artırılması və təsərrüfat fəaliyyətinin yaxşılaşdırılması üçün 
konkret tədbirlər planı tərtib edir. Auditi müəyyən mənada sahibkarlıq fəaliyyətinin 
ekspertizası adlandırmaq olar. Göstərilən vəzifənin həlli auditorun iqtisadi subyekt ilə 
bağladığı müqavilə əsasında yerinə yetirilir. Ona görə də auditor yüksək biliyə malik 
olan mütəxəssis olmaqla yanaşı, səriştəli və müstəqilliyini tə'min etmə xarakterinə 
malik olan şəxs olmalıdır. 
Azərbaycan Respublikası iqtisadiyyatının hazırkı inkişaf mərhələsi nəzarət 
sisteminin daha da genişlənməsi və onun bütün imkanlarından tam istifadə edilməsini 
qarşıya qoyur. Respublikamızda ixtisaslaşdırılmış müstəqil nəzarət funksiyasını 
yerinə yetirən audit xidmətindən daha geniş və səmərəli istifadə olunmalıdır. 
Onu da nəzərə almaq lazımdır ki, audit üzrə Beynəlxalq Sıandartların müəyyən 
etdiyi qaydalara görə bütün dünya ölkələrində hər bir müəssisə və şirkətin illik 
mühasibat uçotu və hesabatı audit yoxlamasından keçdikdən, ona audit rəyi 


87 
verildikdən sonra həmin hesabat ölkənin maliyyə vergi orqanları və kənar şəxsləri 
tərəfindən hesabat hüququnda qəbul olunur. Audit yoxlamasından keçməyən 
mühasibat hesabatı qanuni hesabat kimi qəbul oluna bilməz.
Auditor müəssisə təsərrüfat- maliyyə fəaliyyətini yoxlamaq və onun 
göstəricilərinin etibarlı olduğunu muəyyən etməklə yanaşı, xərclərin düzgün sərf 
olunması,mənfəətin artırılması və təsərrüfat fəaliyyətinin yaxşılaşdırılması üçün 
konkret tədbirlər planı tərtib edir. Auditi müəyyən mənada sahibkarlıq fəaliyyətinin 
ekspertizası adlandırmaq olar. Göstərilən vəzifənin həlli auditorun iqtisadi subyekt ilə 
bağladığı müqavilə əsasında yerinə yetirilir. Ona görə də auditor yüksək biliyə malik 
olan mütəxəssis olmaqla yanaşı, səriştəli və müstəqilliyini tə'min etmə xarakterinə 
malik olan şəxs olmalıdır. 
Azərbaycan Respublikasında auditor fəaliyyətinin təşkili və onun həyata 
keçirilməsi respublikanın 16 sentyabr 1994-cü il tarixli «Auditor xidməti haqqında» 
Qanunun qəbul olunması ilə başlanmışdır. Həmin Qanuna əsasən Azərbaycan 
Respublikasının Auditorlar Palatası yaradılmışdır. Auditorlar Palatası respublikada 
auditor xidmətinin dövlət tənzimlənınəsini və inkişafını təşkil edən, mülkiyyətçilərin 
əmlak hüquqlarını, dövlətin və təsərrüfat sistemlərinin, auditorların mənafelərini 
müdafiə edən, sərbəst auditorların və auditorlar təşkilatlarının fəaliyyətinə nəzarət 
edən müstəqil maliyyə orqanıdır. 
Azərbaycanda audit fəaliyyəti ilə bağlı hazırki vəziyyət qeyri-adekvatdır və 
mühüm dəyişikliklər tələb edir. Adekvat qanunvericilik strukturunun qəbul edilməsi 
Azərbaycanda audit fəaliyyətinin təkmilləşdirilməsinə dair əsas addımdır. 
Azərbaycanda düzgün audit sisteminin qurulması ilə bağlı problemlər sadəcə daha 
mükəmməl qaydalarının qəbul edilməsi ilə həll edilə bilməz. Buna səbəb 
Azərbaycanda qaydaların tətbiqinə müvafiq orqanların adekvat nəzarətinin, o 
cümlədən şirkətlər tərəfindən qabaqcıl təcrübələrin tətbiqinin kifayət qədər güclü 
olmamasıdır. 


88 
Qeyd edək ki, ölkədə fəaliyyət göstərən səhmdar cəmiyyətlərində daxili 
nəzarət sistemi müasir prinsiplər əsasında qurulsa da mövcud prinsiplər idarəetmənin 
subyektləri arasında keyfiyyətcə yeni qarşılıqlı münasibətlərə əsaslanmır və ölkədə 
korporativ idarəetmə sahəsində mövcud qanuvericiliyin səviyyəsi beynəlxalq 
standartlara cavab vermir. Fikrimizcə bu sahədə səviyyəsinin aşağı olmasının əsas 
səbəblərindən biri də bu sahədə ixtisaslı mütəxəsislərin olmaması və müəssisə 
rəhbərlərinin audit fəaliyyətinə investisiyanın cəlb edilməsi əhəmiyyətini başa 
düşməməsidir.
Son illərdə səhmdar cəmiyyətlərini ölkənin iqtisadi inkişafında rolunun artması 
bu sahədə yaranan problemlərin həllini tələb edir ki, bu problemlərdən biri də audit 
fəaliyyətinin səviyyəsi ilə əlaqədardır. Bu baxımdan audit fəaliyyətinin mahiyyətinin 
öyrənilməsi, sənayedəki səhmdar cəmiyyətlərində korporativ idarəetmə sahəsində 
mövcud problemlərinin aşkar edilməsi və bu problemlərin həlli yollarının müəyyən 
edilməsinin böyük əhəmiyyəti vardır. Audit müəssisənin fəaliyyətində maraqlı olan 
subyektlər arasındakı təşkilati-iqtisadi, hüquqi və idarəetmə münasibətləri sistemi əks 
etdirir. Belə münasibətlər sisteminin inkişafı müəssisənin sahibləri və onun 
fəaliyyətinin maraqlı tərəflərin mənafələrinin nəzərə alınması səviyyəsindən asılı 
olur. 
Hazırda kapitalın cəlb edilməsi və kredit resurslarından fəal istifadə olunması, 
Azərbaycanda fəaliyyət göstərən şirkət və təşkilatların çox aktual mövzusudur.
Kapitala olan yüksək tələbatı nəzərə alaraq, şirkətlər öz investisiya cəlbediciliyinin 
təmin edilməsi üçün bir çox tələbləri ödəməlidirlər. Onlar vergi və nizamlanan 
orqanları ilə qarşılıqlı qüsursuz tarixə , səhmdarların şəffaf tərkibinə, vaxtında və 
düzgün hesabatlara və əlbəttə, yaxşı təşkil edilmiş keyfiyyətli korporativ idarəetməyə 
malik olmalıdırlar. Məhz bu meyarlar şirkətlərə, kreditlər, investorlar, eləcə də 
birbaşa investisiyalar cəlb edilməsinə kömək edəcək, bu da öz növbəsində kapital 
bazarına 
çıxmaq 
imkanı 
verəcək. 
Əvvəllər 
investorlar 
şirkətlərin 
rəqabətqabiliyyətliyini, maliyyə vəziyyətini daha çox diqqət mərkəzində 
saxlayırdılarsa, hazırda korporativ idarəetmə indeksi daha aktual məsələyə 


89 
çevrilmişdir və ona görə də investisiya cəlb etməyə çalışan şirkətlər ilk öncə 
korporativ idarəetmə sistemlərini təkmilləşdirməyə çalışmalıdırlar. 
Qeyd edək ki, son illər dünya iqtisadiyyatında audit fəaliyyətinin əhəmiyyəti 
davamlı olaraq artır. Xüsusilə, inkişaf etmiş qərb ölkələrində baş vermiş irimiqyaslı 
böhran şirkətləri bu sahəyə diqqət ayırmağa sövq etmişdir. Əvvəllər investorlar 
şirkətlərin rəqabətqabiliyyətliyini, maliyyə vəziyyətini daha çox diqqət mərkəzində 
saxlayırdılarsa, hazırda korporativ idarəetmə sisteminə uyğun auditin təşkili indeksi 
daha aktual məsələyə çevrilmişdir və ona görə də investisiya cəlb etməyə çalışan 
şirkətlər ilk öncə korporativ idarəetmə sistemlərini təkmilləşdirməyə çalışmalıdırlar. 
Dünya iqtisadiyyatına sürətlə inteqrasiya edən ölkələrdə yerli şirkətlərin beynəlxalq 
miqyasda rəqabətqabiliyyətliyini artırmaq, idxalatçı ölkədən ixracatçı ölkəyə 
çevrilmək, ölkənin investisiya cəlbediciliyini artırmaq istiqamətində aparılan dövlət 
siyasətini daha səmərəli təşkil etmək məqsədilə böyük institutlar yaradılır. 
Şirkətin rəhbərliyi (məsələn,müşahidə şurası) işçilər və menecment üçün audit 
fəaliyyətinin vacibliyini vurğulamalıdırlar. Azərbaycanda audit fəaliyyətinin
təkmilləşdirilməsinə dair təkliflər: 

Yüksək ixtisaslı kadrlar hazırlanmalıdır; 

Dövlət və qeyri-dövlət təşkilatları öz audit fəaliyyətlərini bu sahə üzrə 
qüvvədə olan hüquqi aktlara uyğun qurulmasının təmin edilməsi üçün daha çox 
səy göstərməlidirlər; 

Bank və qeyri-bank sektorundakı açıq səhmdar cəmiyyətləri audit fəaliyyətinin 
yaxşılaşdırılmasını öz fəaliyyətində prioritet elan etməlidirlər; 

Səlahiyyətlər şirkətdaxili qayda, prosedur və digər sənədlərlə dəqiq müəyyən 
edilməli və işçilərin həmin sənədlərlə yazılı qaydada tanış olması təmin 
edilməlidir; 


90 

Stimullaşdırıcı tədbirlər həyata keçirilməlidir; 

Yeni texnologiyaya uyğunlaşmanı həyata keçirmək üçün müvafiq proqram 
təminatlarından istifadə olunmalı, şirkətin yeni texnologiya avadanlıqları ilə təchiz 
olunması təmin edilməli, bu sahə üzrə beynəlxalq əməkdaşlıq inkişaf 
etdirilməlidir; 

beynəlxalq əməkdaşlıq inkişaf etdirməlidir.
Hazırda Azərbaycanın maliyyə bazarının ildən-ilə inkişaf etdiyini, qlobal 
dünya iqtisadiyyatına uğurlu inteqrasiyasını nəzərə alsaq, qeyd edə bilər olar ki
Azərbaycan bank sistemi digər iqtisadi institutlardan fərqli olaraq göstərilən sahədə, o 
cümlədən audit fəaliyyətinin tətbiqində və daxili nəzarət sisteminin təkmilləşməsində 
daha proqresivdir. Göstərilən tələblərin yerinə yetirilməsi istiqamətində Mərkəz Bank 
tərəfindən hazırlanmış və tətbiq olunan normativ sənədləri təqdirəlayiq hesab etmək 
olar. Ümid edirik ki, yaxın gələcəkdə sığorta şirkətləri də qabaqcıl təcrübələrin tətbiq 
olunması, ciddi instisuonal dəyişikliklərin aparılması, o cümlədən mükəmməl 
korporativ idarəetmə sisteminin yaradılması üçün bütün mövcud resurslardan 
səmərəli istifadə edəcək.

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə