Zeynalova lalə VĠdadġ qızı “Audit xidməti sahibkarlığın növü kimi”



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə25/32
tarix25.05.2022
ölçüsü1,48 Mb.
#87892
1   ...   21   22   23   24   25   26   27   28   ...   32
audit-son

ÜzləĢmə aktları
– Fərqli mənbələrdən olan məlumatlar üzləşdirilir, fərqlər müəyyən 
edilir və zərurət yaranarsa araşdırılır. Məsələn, şirkətin öhdəliyi olan müəssisələrlə 
üzləşmə aktları göndərərək, daxili rəqəmlərlə üzləşdirilir. Ortaya çıxan fərqlər 
araşdırılır. 
Fiziki yoxlama
– Bu zaman, aktivlər fiziki olaraq sayılır, fərqlər olarsa, araşdırılır. 
Fiziki yoxlama planlaşdırılmış, və ya planlaşdırılmamış olar bilər. Bu zaman, 
rəhbərlik tərəfindən təyin olunmuş şəxslər, aktivlərin fiziki olaraq yoxlamasını həyata 
keçirir. Məsələn, xəzinədarlıq ilə əlaqəsi olmayan şöbənin əməkdaşları, xəzinədə olan 
nağd vəsaiti sayaraq, maliyyə uçotu ilə üzləşdirir. Ortaya çıxan fərqlər araşdırılır. 
Audit
– Daxili və ya xarici 


66 
Daxili Nəzarət sistemi şirkətdə davamlı şəkildə aparılan bir prosesdir. Nəzarət 
mexanizmlərinin işləməsi üçün xüsusi ilə rəhbərlik tərəfindən bu siyasətə əməl 
olunması şərtdir. Nəzarətsiz buraxıldığı halda, xərclər, şirkətin mənfəətini yeyə, hətta 
şirkətin zərərlə işləməsinə gətirib çıxara bilər. 
Bank işinin və siyasətinin ümumi strateji istiqamətlərinin, o cümlədən daxili 
nəzarət siteminin yaradılması və həyata keçirilməsi, habelə bank əməliyyatlarının 
düzgün və səmərəli aparılması üçün bankın Müşahidə şurası və İdarə Heyəti 
məsuliyyət daşıyır. Bankın Maliyyə-təftiş komissiyası isə bankın qanunlara, normativ 
aktlara, habelə bankın özünün siyasətinə və qaydalarına əməl edilməsini təhlil etmək 
məqsədilə, onun əməliyyatlarının müntəzəm auditinin keçirilməsi üçün məsuliyyət 
daşıyır. Daxili audit, həmçinin bank aktivlərinin təhlükəsizliyini təmin edən müvafiq 
nəzarət mexanizmlərinin adekvatlığını, yaxud mövcudluğunu, bankın səhmdarlara, 
nəzarətedici orqanlara və ictimaiyyətə təqdim etdiyi dövri hesabatların dəqiqliyini, 
tamlığını və dürüstlüyünü təsdiq etməlidir. Daxili nəzarət mexanizmləri bank 
fəaliyyətində potensial səhvlərin, nöqsanların və itkilərin vaxtında aşkar edilməsi və 
qarşısının alınmasının, bank risqlərinin minimum endirilməsinin mühüm vasitəsidir. 
Daxili nəzarət mexanizmlərinin yaradılması bank əməliyyatlarının etibarlılığı, 
təhlükəsizliyi, səmərəliliyi və qanunvericiliyə uyğunluğunu təmin etmək üçün 
zəruridir. Hər bir bank öz fəaliyyətində daxili nəzarət mexanizmlərinin adekvatlığını 
təmin etmək məqsədilə aşağıdakı əsas prinsipləri və qaydaları rəhbər tutmalıdır: 
a) Mükəmməl təşkilati struktur; 
b) Zəruri siyasət və uçot qaydaları; 
c) Aktivlərin qorunması üçün tədbirlər; 
d) Daxili audit üzrə səmərəli proqram.
Hər bir bankda rəhbərlik maliyyə hesabatlarının Maliyyə Hesabatlarının 
Beynəlxalq Standartlarına uyğun hazırlanması və düzgün təqdim edilməsi, həmçinin 
fırıldaqçılıq və ya səhv nəticəsində yaranmasında asılı olmayaraq əhəmiyyətli səhvlər 


67 
olmayan maliyyə hesabatlarının hazırlanması üçün rəhbərliyin lazım bildiyi daxili 
nəzarət üzrə məsuliyyət daşıyır. Auditorun vəzifəsi aparılan audit əsasında maliyyə 
hesabatları üzrə rəy ifadə etməkdir. Biz ―Kapital Bank‖ ASC-nin maliyyə 
hesabatlarını təhlil edəcəyik. Bank auditi beynəlxalq audit standartlarına uyğun 
olaraq aparmışıq. Bu standartlar etik normalara riayət etməyi və auditin 
planlaşdırılması və aparılmasını maliyyə hesabatlarında əhəmiyyətli səhvlərə yol 
verilmədiyinə kifayət qədər əmin olacaq tərzdə həyata keçirməyi tələb edir. Auditə 
maliyyə hesabatlarında göstərilən məbləğlər və açıqlamalar barədə audit sübutunun 
əldə edilməsi üçün prosedurların həyata keçirilməsi daxildir. Seçilmiş prosedurlar 
bizim mühakiməmizdən, eləcədə fırıldaqçılıq və ya səhv nəticəsində yaranmasından 
asılı 
olmayaraq 
maliyyə 
hesabatlarında 
əhəmiyyətli 
səhvlər 
riskinin 
qiymətləndirilməsindən asılıdır. Bu risklər qiymətləndirilərkən auditor müəyyən 
şəraitdə münasib olan audit prosedurlarının işlənib hazırlanması məqsədilə maliyyə 
hesabatlarının hazırlanması və düzgün təqdim edilməsinə aid olan daxili nəzarət 
elementlərini nəzərə alır, lakin bu zaman müəssisənin daxili nəzarət sisteminin 
səmərəliliyi haqqında rəy bildirmək məqsədini güdmür. Aşağıdakı cədvəldə Kapital 
Bankın müstəqil auditorun hesabatı gösərilmişdir 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə