Zeynalova lalə VĠdadġ qızı “Audit xidməti sahibkarlığın növü kimi”



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə24/32
tarix25.05.2022
ölçüsü1,48 Mb.
#87892
1   ...   20   21   22   23   24   25   26   27   ...   32
audit-son

Vəzifələrin bölgüsü 
Bu zaman, vəzifələr, şirkətin fərqli əməkdaşları arasında elə 
bölünür ki, bir proses bir neçə əməkdaşın nəzarətindən keçir. Vəzifə bölgüsünə 
nümunə kimi, aşağıdakıları qeyd etmək olar, 

Hər hansı bir malı sifariş edən və bu sifarişi təsdiq edən işçi eyni şəxs olmur, 

Sifarişi təsdiq edən və aylıq üzləşmə aktlarını tərtib edən işçi eyni şəxs olmur, 

Sifarişləri fiziki olaraq qəbul edən şəxs, sifarişi verən şəxs eyni olmur və s. 
Bu şərtlər daxilində, prosesin bir neçə işçi tərəfindən yoxlanılması nəticəsində, 
oğurluq və ya səhvin olması ehtimalı da azalır. 
Təsdiq, icazə hüququ və nəzarət 
– Bu proses zamanı, işçilərə müəyyən 
əməliyyatların icrası üçün yazılı olaraq məhdud səlahiyyətlər verilir. Bu zaman, 


65 
səlahiyyətlərindən qırağına çıxan şəxslər asanlıqsa aşkarlanaraq, qarşısı alınır. Buna 
nümunə kimi, aşağıdakıları qeyd etmək olar, 
Struktur rəhbərləri, əvvəlcədən müəyyən olunmuş nominal manat dəyərindən artıq 
xərclər üçün, rəhbərliyin yazılı təsdiqini əldə etməlidir. Xərclərə nəzarət olduğundan, 
lazımsız xərclərin azalmasına da imkan yaranır və oğurluğa cəhd məhdudlaşır. 
Fiziki cəhətdən aktivlərin qorunması
– Avadanlıq, inventar, pul və digər dəyərli 
aktivlərin tutulduğu yerlərə olan girişin məhdudlaşdirilması. Buna nümunə kimi, 
aşağıdakıları qeyd etmək olar: 

Pul vəsaitlərinin bağlı kassada saxlanması, 

İnventar otağına olan qapının kilidlənməsi və s. 
Əgər hadisə baş verərsə, baş vermiş hadisəni aşkarlamaq üçün olan nəzarət sistemləri 
də hazırlanmalıdır. Bunu səbəbi, gələcəkdə ola biləcək təkrar səhvlərin qarşısını 
almaq və günahkar şəxsləri cəzalandırmaqdır. Aşağıda qeyd olunan üsullar buna 
nümunə ola bilər: 
Təhlillərin aparması
– Bu zaman, rəhbərlik, carı məlumatlarla büdcəni və əvvəlki 
dövrləri müqayisə edir, gözləntilərdən qırağa çıxan rəqəmləri araşdıraraq nə dərəcədə 
realistik olmasına qərar verir. Məsələn, nəqliyyat xərcləri nəzərdə tutulduğundan artıq 
olduğu müəyyən olarsa, bu yeyintinin əlaməti ola bilər. 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə