Zeynalova lalə VĠdadġ qızı “Audit xidməti sahibkarlığın növü kimi”



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə26/32
tarix25.05.2022
ölçüsü1,48 Mb.
#87892
1   ...   22   23   24   25   26   27   28   29   ...   32
audit-son

Cədvəl 6.Hesabat(18,22) 
 
 
 
 
 
 
2014
2013 
2012 
Aktikvlər 
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri 
389,313 
259,829 
317,061
 
Kredit təşkilatlarından alınacaq məbləğlər 
30,342 
43,958 
13,075
 
Satış üçün mövcud olan investisiya qiymətli 
kağızlar 
32,786 
27,435 
79,997
 
Müştərilərə verilmiş kreditlər 
877,798 
688,808 
660,172
 
Asılı müəssisəyə investisiya 
789 
711 
962
 


68 
Əmlak və avadanlıqlar 
23,039 
18,253 
20,075
 
Qeyri-maddi aktivlər 
2,738 
2,599 
2,893
 
Digər aktivlər 
19,327 
12,568 
8,572
 
Cəmi aktivlər 
1,375,343 
1,054,161 
1,103,870 
Öhdəliklər
Müştərilər qarşısında öhdəliklər 
607,195 
423,825 
 
574,902
 
Azərbaycan Respublikasının Mərkəzi Bankı və 
dövlət təşkilatları qarşısında öhdəliklər
199,727 
260,158 
374,729
 
Kredit təşkilatları qarşısında öhdəliklər 
83,230 
21,102 
13,863
 
Buraxılmış borc qiymətli kağızlar 
148,184 
133,040 
_
 
Cari mənfəət vergisi öhdəlikləri 
16,690 
2,567 
3,453
 
Təxirə salınmış mənfəət vergisi 
1,253 
4,706 
1,081
 
Digər öhdəliklər 
24,705 
30,942 
21,902
 
Cəmi öhdəliklər 
1,080,984 
876,340 
989,930 
Kapital 
Səhmdar kapitalı 
185,850 
80,000 
 
50,000
 
Əlavə ödənilmiş kapital 
20,870 
20,870 
20,870
 
Binalar üçün yenidən qiymətləndirmə ehtiyatı 
756 
756 
320
 
Bölüşdürülmüş mənfəət 
85,982 
75,275 
42,286
 
Cəmi kapital 
294,359 
177,821 
113,940 
Cəmi öhdəliklər və kapital 
1,375,343 
1,054,161 
1,103,870 
(Mənbə ―Kapital Bankın rəsmi saytı) 
2014-cü il Azərbaycanın aparıcı kommersiya banklarından biri olan Kapital 
Bank üçün uğurlu və əlamətdar illərdən biri kimi yadda qaldı. Cədvəl 7-də, bankın 
dinamik inkişafı onun səhmdarlarının 2013-cü ildə qəbul etdiyi yeni uzunmüddətli 
inkişaf strategiyasına uyğun olaraq özündə əsasən keyfiyyət, şəffaflıq və mənfəətlilik 
dəyərlərini ehtiva edən ciddi islahatlara əsaslanmışdır. Bununla yanaşı, bank 2014-cü 


69 
ildə məhsul portfelinin zənginləşdirilməsi istiqamətində də əsaslı işlər aparmışdır. 
Tarixən real sektorun maliyyələşdirilməsi sahəsində güclü olan Bank keçən il demək 
olar ki, əsas fokusunu pərakəndə bankçılığın inkişafına yönəldərək nəzərəçarpacaq 
irəliləyişə nail olmuşdur. Bankın ötən il üçün maliyyə göstəricilərini təhlil etdikdə il 
ərzində görülmüş işlərin böyük uğurlarla nəticələndiyini müəyyən etmək olar. 
2014-cü ilin yekunlarına görə, Bankın cəmi aktivləri 1,375 mlrd. manat təşkil 
etmişdir ki, bu da 2013-cü ilin yekunları ilə müqayisədə 321 mln. manat və yaxud 
31% çoxdur. Müqayisə üçün bildirək ki, ötən il Azərbaycanın bank sektorunda 
aktivlərin orta artım tempi 24% olmuşdur. Aktivlərin strukturunda əsas maddə kimi 
Bankın kredit portfeli 189 mln. manat və yaxud 27,5% artaraq 878 mln. manata 
çatmışdır. Bankın əmanət portfeli bu ilin əvvəlinə 607 mln. manat təşkil etmişdir 
(183 mln. manat və yaxud 43% artım). 
2014-cü ildə Bankın kapitallaşma göstəricisi də əhəmiyyətli dərəcədə artmışdır. 
Belə ki, ilin sonuna qurumun nizamnamə kapitalı 2,3 dəfə artaraq 186 mln. manata, 
məcmu kapitalı isə 66% artaraq 294 mln. manata çatmışdır. Bu isə Azərbaycan 
Respublikasının Mərkəzi Bankının kommersiya bankları qarşısında məcmu kapitalla 
bağlı qoyduğu minimal tələbdən (50 mln. manat) təxminən 5 dəfə çox olmaqla, 
bankın yüksək səviyyədə kapitallaşdığını, öz müştəriləri qarşısında öhdəlilərini 
istənilən şəraitdə tam yerinə yetirə biləcəyini göstərir. Bununla bağlı, ―Fitch‖ 
Beynəlxalq Reytinq Agentliyi 2014-cü ildə Bankda baş verən davamlı inkişaf 
prosesləri və güclü kapitallaşma ilə əlaqədar Kapital Bankın dayanıqlıq reytinqi ―b‖ 
səviyyəsinə qədər yüksəltmişdir. 
Kapital Bank 2014-cü ildə ölkənin gəlirli banklarının siyahısında ən üst 
pillələrdə qərarlaşmışdır. Hesabat ilində bankın faiz gəlirləri 2 dəfə artaraq 128 mln. 
manat, qeyri-faiz gəlirləri isə 65 mln. manat təşkil etmişdir. Nəticədə Kapital Bank 
2014-cü ildə özünün tarixi rekorduna imza ataraq 68 mln. manat mənfəət əldə 
etmişdir. Onu da qeyd edək ki, bu göstərici 2013-cü ilin müvafiq göstəricisindən 2 
dəfə çoxdur. 


70 
2014-cü ildə Bank əsasən parəkəndə bank xidmətlərinin inkişafı istiqamətində 
fokuslansa da, iqtisadiyyatın real sektorunun maliyyələşdirilməsinə də böyuk önəm 
vermişdir. Bank ötən il ərzində ölkədə sahibkarlığın inkişafına 355 mln. manat vəsait 
ayırmışdır. Eyni zamanda 2014-cü ilin sonuna Kapital Bankın Sahibkarlığa Kömək 
Milli Fondunun vəsaitləri hesabına real sektora ayırdığı kreditlərin ümumi portfeli 47 
mln. manat təşkil etmişdir. Verilmiş kommersiya kreditləri iqtisadiyyatın müxtəlif 
sektorları, o cümlədən tikinti, istehsal, ticarət, xidmət və s. fəaliyyət göstərən kiçik və 
iri biznes təmsilçilərinin inkişafına yönəldilmişdir. 
Pərakəndə bankçılıq sektoruna gəlincə isə, Bank il ərzində məhsul və 
xidmətlərin kəmiyyət və keyfiyyətinin artırılmasında ciddi irəliləyişə nail olmuşdur. 
Xüsusilə Bankın kredit və əmanət məhsullarının çeşidi artırılmış, müştərilərin istək 
və sorğularına cavab verən mütəmadi kampaniyalar həyata keçirilmişdir. 2014-cü ilin 
noyabr ayında isə Bank özünün yeni məhsulu olan Kapital kart taksit kartını 
müştərilərinə təqdim etmişdir. İstifadə olunan kredit limitinin əlavə faiz 
hesablanmadan hissə-hissə ödənilməsi prinsipinə əsaslanan bu məhsul qısa müddətdə 
populyarlıq qazanaraq hazırda bu seqmentdə ən dinamik inkişaf edən brendlərdən 
birinə çevrilmişdir. 
İstənilən biznesdə strateji hədəflərə çatmaq üçün əsas sayılan amillərdən biri 
kimi daxili nəzarət sisteminin beynəlxalq aləmdə qəbul olunmuş standartlara uyğun 
yaradılması və bu sahədə uğur qazanmış aparıcı dövlətlərin təcrübəsindən istifadə 
olunması vacibdir. Qeyd etmək lazımdır ki, Azərbaycan sığorta bazarında da ildən-ilə 
artan rəqabət muhiti şirkətlər tərəfindən təqdim olunan məhsulların çeşidinin və 
xidmət keyfiyyətinin artırılması ilə yanaşı, şirkətlərin daxilində güclü korporativ 
strukturun və daxili nəzarət sisteminin formalaşmasını da tələb edir. Xüsusilə qeyd 
etmək lazımdır ki, ―Risklərin qiymətləndirilməsi və idarə olunması prosesi‖ daxili 
nəzarət sisteminin əsas 5 tərkib hissəsindən biri hesab olunur ki, bunlara da nəzarət 
mühiti və şirkətin korporativ mədəniyyəti, risklərin qiymətləndirilməsi və idarə 
olunması prosesi, informasiya və kommunikasiya sistemləri, nəzarət proseduraları və 
monitorinq sistemi daxildir. Daxili Nəzarət sistemi şirkətdə davamlı şəkildə aparılan 


71 
bir prosesdir ki, bu da özündə həm nəzarət obyektlərini, həm də nəzarət subyektlərini 
birləşdirir. Beynəlxalq təcrübə göstərir ki, daxili nəzarət sisteminin effektiv fəaliyyəti 
üçün onun əsas iştirakçılarının, o cümlədən menecmentin, funksional nəzarətin, daxili 
auditin və risklərin idarə olunması bölməsinin parallel olaraq öz funksiya və 
səlahiyyətləri 
çərçivəsində 
fəaliyyət 
göstərməsi 
vacib 
hesab 
olunur. 
Onu da qeyd etmək lazımdır ki, şirkətlərdə hətta daxili nəzarət sisteminin əsas 
iştirakçılarından hesab olunan daxili audit bölməsinin fəaliyyətinin son illərdə daha 
çox risk yönümlü audit istiqamətində aparılması beynəlxalq maliyyə institutları 
tərəfindən tələb kimi qoyulub. Eyni zamanda, korporativ idarəetmədə daha bir 
prinsipə əməl olunması da vacib hesab olunur ki, bu da ilkin olaraq risklərin idarə 
olunması bölməsi tərəfindən müxtəlif xarakterli risklərin müəyyən olunması və 
onların tənzimlənməsi üzrə nəzarət mexanizmlərinin yaradılmasına təkan verməsi, 
sonrakı mərhələdə isə daxili nəzarət sisteminin digər əsas iştirakçısı sayılan daxili 
audit 
tərəfindən 
yaradılmış 
nəzarət 
mexanizmlərinin 
adekvatlığının 
qiymətləndirilməsidir.
Ümumiyyətlə, dünya iqtisadiyyatının qloballaşması fonunda ―Risklərin İdarə 
Olunması‖ bölməsi korporativ idarəetmənin tərkib hissəsi kimi nəinki təkcə maliyyə 
sektorunda, hətta iqtisadiyyatın digər sektorlarında da yaranmaqda davam edir. 
Hazırda dünyada baş verən bütün iqtisadi proseslər onu göstərir ki, böyük biznes 
qurumları rəqabətli biznes mühitində davamlı fəaliyyət göstərmək, biznesi inkişaf 
etdirmək və ya şirkətin maliyyə stabilliyini qoruyub saxlamaq üçün müxtəlif sayda 
kompleks tədbirlər proqramı işləyib hazırlayırlar. O cümlədən, biznes qurumları 
tərəfindən bütün daxili və xarici amillərin təsirindən doğan risklərin vaxtında aşkar 
edilməsi və həmin risklərin rasional idarə olunması məqsədilə daxili nəzarət 
mexanizmlərinin yaradılmasına hər il milyonlarla vəsait sərf olunur.
Şirkətlərdə mövcud güclü daxili nəzarət sisteminin vacibliyi ilə bağlı bir 
araşdırma faktını qeyd etmək yerinə düşər. Belə ki, tədqiqatçı şirkətlərin biri 
tərəfindən aparılan araşdırmada 17 ölkədə 20 müxtəlif sahələrdə fəaliyyət göstərən 
140 böyük həcmli şirkətlər sorğuya cəlb olunub və respondentlər əsasən şirkətin 


72 
daxili nəzarət sisteminin əsas iştirakçılarından ibarət olub (daxili audit rəhbərləri, 
risklərin idarə olunması bölməsinin rəhbərləri, maliyyə nəzarətçiləri və s.).Nəticəyə 
uyğun olaraq, respondentlərin 75%-i daxili nəzarət sisteminin gücləndirilməsi üçün 
investisiyaların artırılmasınınplanlaşdırıldığını qeyd ediblər. 
Bir sıra aparıcı ölkələr tərəfindən 1990-2005-ci illər ərzində daxili nəzarət 
sisteminin rolunu gücləndirən və səlahiyyətlərini genişləndirən müxtəlif normativ 
sənədlər qəbul edilib. Buna misal olaraq, ABŞ-da ―Sarbanes-Oxley Akt‖ (2002), 
Böyük Britaniyada ―Cadbury Report‖ (1991), ―Greenbury Code‖ (1995), ―Combined 
Code‖ (1998-2003), ―Turnbull Report‖ (1999) kimi sənədlər qəbul edilib. Bu 
sənədlər bu gün də öz aktuallığını saxlayır və beynəlxalq aləmdə nümunəvi sənədlər 
kimi tanınmaqdadır.
Hazırda Azərbaycanın maliyyə bazarının ildən-ilə inkişaf etdiyini, qlobal dünya 
iqtisadiyyatına uğurlu inteqrasiyasını nəzərə alsaq, qeyd edə bilər olar ki, Azərbaycan 
bank sistemi digər iqtisadi institutlardan fərqli olaraq göstərilən sahədə, o cümlədən 
korporativ idarəetmənin tətbiqində və daxili nəzarət sisteminin təkmilləşməsində 
daha proqresivdir. Göstərilən tələblərin yerinə yetirilməsi istiqamətində Mərkəz Bank 
tərəfindən hazırlanmış və tətbiq olunan normativ sənədləri təqdirəlayiq hesab etmək 
olar. Ümid edirik ki, yaxın gələcəkdə sığorta şirkətləri də qabaqcıl təcrübələrin tətbiq 
olunması, ciddi instisuonal dəyişikliklərin aparılması, o cümlədən mükəmməl 
korporativ idarəetmə sisteminin yaradılması üçün bütün mövcud resurslardan 
səmərəli istifadə edəcək.

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə