Zeynalova lalə VĠdadġ qızı “Audit xidməti sahibkarlığın növü kimi”



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə9/32
tarix25.05.2022
ölçüsü1,48 Mb.
#87892
1   ...   5   6   7   8   9   10   11   12   ...   32
audit-son

ġərtsiz müsbət rəy 
auditorun və ya auditor təşkilatının iqtisadi subyektləri mü-
hasibat uçotu və mühasibat (maliyyə) hesabatının doğru və etibarlı olmasına dair fikri 
göstərməklə, bildirilir ki, maliyyə sənədləri müəssisə tərəfindən qəbul olunmuş 
mühasibat uçotu prinsiplərinə əsasən tərtib edilmiş və bu qaydalar Azərbaycan 
Respublikasında mühasibat uçotu, hesabatı və digər hüquqi aktların təbəqələrinə 
uyğundur. 
Beləliklə, auditor iqtisadi subyektə şərtsiz müsbət rəyi o zaman verir ki, əgər 
aparılan yoxlama nəticəsində auditor qəti müəyyən etmişdir ki, sifarişçinin maliyyə 
hesabatı, mühasibat uçotunun dövrü düzgün olan göstəriciləri əsasında tərtib 
olunmuş, iqtisadi subyektdə mühasibat uçotunun təşkili və aparılması müəyyən 
olunan prinsiplərə, tələblərə və qəbul olunmuş uçot siyasətinə cavab verir, büdcəyə 
və digər fondlara ödəmələr vaxtında və düzgün hesablanıb icra olunmuşdur, daxili 
nəzarət etibarlıdır və mühasibat (maliyyə) hesabatı bütün təsərrüfat-maliyyə 
fəaliyyətini əhatə edir. 


21 
ġərti müsbət rəy 
-məhdudiyyəti olan rəydir. Şərti müsbət rəy formasında 
auditor (auditor təşkilatı) təqdim etdiyi rəydə müəyyən əməliyyatların düzgün icra 
olunmadığını qeyd etməklə göstərir ki, hesabat dövrü ərzində müəssisənin bütün 
aktiv, pasivlərinin və təsərrüfat-maliyyə fəaliyyətinin uçot və hesabat göstəriciləri 
Azərbaycan Respublikası qanunculuğunun tələblərinə uyğundur. Bununla yanaşı 
ayrı-ayrı uçot əməliyyatlarında buraxılmiş səhvləri, amartizasiya hesabatlarındakı 
yanlış əməliyyatların olmasını, bəzi təsərrüfat əməliyyatlarının uçotda düzgün 
müxabirləşmə verilməməsinə və sair nöqsanlara görə audit yoxlaması nəticəsi şərti 
müsbət rəylə rəsmiləşdirılır. 
Auditorhesabatlara dair rəy verməkdən İmtina edərsə, o təqdim etdiyi arqu-
mentlər əsasında yoxlama nəticəsi haqqında rəy hazırlanmanın mümkün olmadığını 
göstərir. Auditor yaranmış şəraitlə əlaqədar olaraq göstərir ki, müəssisədə aparılan 
mühasibat uçotu və hesabatı əməliyyatları onun hesabat dövründə aktiv və passivinin 
maliyyə-təsərrüfat nəticəsində düzgün əks olunmasını tə'min etmir. 
Auditor rəy verməkdən imtina etdikdə, bunu lazımi səviyyədə əsaslandırmalı və 
müəyyən olunmuş ciddi nöqsan, çatışmamazlıqları göstərməklə, təqdim olunmuş 
hesabatın etibarlı olmadığını müəyyənləşdirir. Auditor rəy verməkdən imtina edərkən 
göstərir ki, auditin aparılması zamanı faktların yoxlamasının qeyri-mümkünlüyü 
müəyyən olunmuşdur. 
Auditor rəyi iki nüsxədən ibarət tərtib olunur, onlardan biri təsərrüfat 
subyektinin rəhbərinə, digəri isə auditor təşkilatında qalır. 


22 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə