Zeynalova lalə VĠdadġ qızı “Audit xidməti sahibkarlığın növü kimi”


Əsas vəsaitlərin uçotunun və saxlanmasının auditi



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə11/32
tarix25.05.2022
ölçüsü1,48 Mb.
#87892
1   ...   7   8   9   10   11   12   13   14   ...   32
audit-son

2.2. Əsas vəsaitlərin uçotunun və saxlanmasının auditi 
Əsas vəsaitlər hər bir müəssisənin maddi-texniki bazasının əsasını təşkil 
etməklə, onun fəaliyyətində mühüm rol oynayır. Sərbəst bazar iqtisadiyyatını keçidlə 
əlaqədar olaraq əsas vəsaitlərin uçotunun təşkilində və saxlamasında əsaslı dəyişiklər 
baş vermişdir. Bu dəyişikliklər xüsusilə əsas vəsaitlərin tərkibi və quruluşunda, 
onlara köhnəlmə (amartizasiya) hesablanmasında, uzunmüddətli investisiya 
qoyuluşunun uçotunda, əmlakın kirayə və lizinq qaydasında istifadə olunımasının 
uçotunda, əsas vəsaitlərin yenidən qiymətləndirilməsində, əsas fondların satışı 
uçotunda əks olunmuşdur. 
Beləliklə əsas vəsaitlərin audit yoxlamasında "göstərilən məsələlərə xüsusi 
diqqət verilməlidır. Əsas vəsaitlərin auditində mühüm vəzifə - auditin tərkibinin 
düzgün forma-laşması, əsas vəsaitlərin hərəkətinin tam və həqiqi vəziyyətinin 
müəyyənləşdirilməsi və onların dəyərinə köhnəlmə (amartizasiya) hesablanmasını 


27 
əsaslı müəyyən etməkdir. 
Əsas vəsaitlər üzrə audit aparılmasında əsas informasiya mənbələri, onların ilkin 
sənədlər üzrə daxil olması, çıxması, müəssiədaxili hərəkəti, təmiri, amartizasiya 
hesablanması və münasibat uçotu göstəriciləri üzrə sintetik və analitik uçot 
məIumatlarıdır. 
Əsas vəsaitlərin uçotu vəziyyəti yoxlanılarkən auditor analitik uçotun düzgün 
aparılmasına dair qəti nəticəyə gəlməlidir. Bununla əlaqədar olaraq bütün əsas 
vəsaitlərin müəyyən maddi-məsul şəxslərə təhkim olunması, son inventarlaşmanın 
düzgün aparılması və yoxlama nəticəsinin uçotda əks olunması və əsas vəsaitlərin 
hərəkəti və uçot göstəriciləri üzrə yazılışların düzgünlüyü yoxlanılmalıdır. Auditor 
əsas vəsaitlərin inventar kartlarının vaxtında və bütün rekvizitləri üzrə 
doldurulmasına diqqət verməlidir. 
Əsas vəsaitiərin qorunub saxlanılmasında inventarlaşmanın keyfiyyətlə 
aparılması çox vacibdir. Ona görə də auditor nəzarətində inventarlaşmanın vaxtında 
və onun keyfiyyətli keçirilməsinə, onun nəticələrinin mühasibat uçotunda düzgün əks 
olunması əsaslı səviyyədə yoxlanılmalıdır. Bunu yoxlamaqla auditorda 
inventarlaşmanın düzgün aparılması nəticələrinə dair fikirlər yaranması və auditor 
riskinin azalmasına şərait yaradır. 
Əsas vəsaitiərin daxil olması əməliyyatlarını yoxlayarkən tikliən obyektlərin 
iqtisadi cəhətdən vacibliyi, onun kapital qoyuluşu planına daxil olunması, lazımi 
maliyyə vəsaiti ilə təmin olunması və layihə-smeta sənədlərinin olmasının 
müəyyərnləşdirilməsidir. Eyni zamanda alınmış əsas vəsaitlərin alınmasına tələbat 
olması, müəssisəyə vaxtında, düzgün mədaxil olunmasında sənədləşdirilməsinin və 
real qiymətləndirilməsini müəyyənləşdirilməsı çox vacibdir. 
Müəssisəyə daxil olan təzə əsas vəsaitlər onun qurulması, daşınma, qurulma 
xərcləri daxil olunmaqla ilkin dəyəri ilə əks olunur. İşləmiş əsas vəsaitlər alınarkən 
daşınma və quraşdırma xərcləri daxil olmaqla alış dəyəri ilə, yəni alış sənədində əks 
olunmuş qiymətlə əks olunur. 
Əsas vəsaitlərin tam və vaxtında mədaxil olunmasi 01 №-li «Əsas vəsaitlər», 08 


28 
№-li «Kapital qoyuluşu», 60 №-li «Malsatan və podratçılarla hesablaşmalar» və s. 
hesablarda əks olunmuş likin sənədlərin öyrənilməsi əsasında müəyyən olunur. 
Bunların əsas informasiya mənbələri əsas vəsaitlərin qəbul-təhvil aktı, müəssisədaxili 
vəsaitlərin yerdəyişməsi qaimələri, təmirdən keçmiş obyektlərin qəbul-təhvil aktı, 
inventarlaşma aktları, inventar kartları və digər sənədlər aiddir. 
Əvəzsiz olaraq başqa müəssisədən daxil olmuş əsas vəsaitlərin daxil olması 
yoxlanılarkən, həmin obyektlərin veriləmsi ilə əlaqədar ikitərəfli qəbul-təhvil aktının 
tərtib olunması, onların texniki xarakterislikası və vaxtında mədaxil olunmaqla, 
müəyyən maddi-məsul şəxsə təhvil verilməsi müəyyən olunmalıdır. 
Sənədİi audit yoxlaması ilə əsas vəsaitlərin silinməsi də ətraflı əhatə 
olunmalıdır. Hər bir əsas vəsaitin silinməsinin mövcud qanunvericiliyə uyğun olaraq 
sənədləşdirilməsi, həmin əməliyyatın mühasibat uçotunda düzgün əks olunması 
yoxlanılmalıdır. Əsas vəsaitin silinməsinin düzgün və vaxtında sənədləşdirilməsi 
sintetik və analitik uçot üzrə sənədlər əsasında yoxlanılması və ləğv olunma aktı ilə 
rəsmiyyəyə satılması müəyyən olunmalıdır. 
Müəssisəyə məxsus olan əsas vəsaitlərin satışı və sair xaric olmaları (ləğvi, 
silinməsi, əvəzsiz olaraq verilməsi və s.) prosesləri haqqında məlumatları ümumləş-
dirmək, eləcə də onların satışdan olan maliyyə nəticələrini müəyyənləşdirmək üçün 
mühasibat uçotu hesablar Planında 47 Ne-li «Əsas vəsaitlərin satışı və sair xaric 
olmaları» hesabı nəzərdə tutulmuşdur. Göstərilən hesabın debetində xaric olmuş əsas 
vəsaitlərin ilk dəyəri, həmçinin əsas vəsaitlərin xaric olması (binaların, qurğuların və 
avadanhqların sökülməsi və s.) ilə əlaqədar xərclər də əks etdirilir. 
47 №-li «Əsas vəsaitlərin satışı və sair xaric olmaları» hesabının kreditində xaric 
olınmuş əsas vəsait obyektlərinə xaricolma vaxtınadək hesablanmış köhnəlmə 
məbləği, əmlakın satışından əldə edilən pul məbləği və onun silinməsi ilə əlaqədar 
mümkün yaxud satış qiymətləri ilə daxil olmuş material qiymətlərinin dəyəri əks 
etdirilir. 
47№-li «Əsas vəsaitlərin satışı və sairə xaricolmaları» hesabı üzrə debet (zərər), 
yaxud kredit (gəlir) qalığı cari hesabat dövründə 80 №-li «Mənfəət və zərər» 


29 
hesabına, əvəzsiz olaraq verilməsi hallarında isə müəssisənin xüsusi vəsaitlərini uçota 
alan hesablara silinir. 
Əsas vəsait obyektləri əskik gəldikdə, yaxud xarab olduqda onların ilk dəyəri 47 
№-li «Əsas vəsaitlərin satışı və sair xaricolmalar» hesabının kreditindən və 84 №-li 
«Sərvətlərin əskik gəlməsi və xarabolmasından itkilər» hesabının debetinə silinməli 
və sonra həmin məbləğ 73 N -li «Sair əməliyyatlar üzrə işçi heyəti ilə hesablaşmalar» 
hesabının debetinə («Maddi zərərin ödənilməsi üzrə işçi heyəti ilə hesablaşmalar» 
subhesabı), əskikgəlmələrin və ya xarabolmaların konkret günahkarı müəyyən 
olunmadıqda isə 80 №-li «Mənfəət və zərər» hesabının debetinə yazılır. 
47 №-li «Əsas vəsaitlərin satışı və sair xaricolmaları» hesabı üzrə analitik uçot 
xaric olan əsas vəsaitlərin ayrı-ayrı inventar obyektləri üzrə aparılır.
Post-sovet ölkələrindən Azərbaycan, Gürcüstan, Qırğızıstan və Rusiyada ali 
audit qurumu birbaşa heç bir təşkilatIn tabeçiliyində deyil. Qazaxıstanda ali audit 
qurumu prezidentə, Ukraynada isə parlamentə tabedir. Azərbaycan, Gürcüstan, 
Ukrayna və Rusiyada ali audit qurumu parlamentə, QazaxIstanda prezidentə, 
Qırğızıstanda isə həm prezidentə, həm də parlamentə hesabat verir. Hesablama 
Palatasının nüfuzuna görə (burada Hesablama Palatası icra Hakimiyyətindən 
müstəqilliyi, sədrin vəzifədən azad edilməsi proseduru, yoxlama aparmaqda 
sərbəstlik, büdcənin adekvatlığı və milli təhlükəsizlik sektorunun auditini həyata 
keçirmək üçün Hesablama Palatasının ştatında xüsusi auditorların mövcudluğu 
nəzərdə tutulur) üzrə 2010-cü il Açıq Büdçə indeksinə görə MDB ölkələri arasında 
birinci yerdə 100 baldan 77 bal toplayan Rusiyadır. İkinci yerə 63 bal toplayan 
Ukrayna, üçüncü yerdə isə 53 balla Gürcüstan olmuşdur. Qırğızıstan bu hesabatda 47 
bal, Qazaxıstan 43 bal, Azərbaycan isə 20 bal toplamışdır. Aşağıdakı diaqramdan 
göründüyü kimi, 2006-10-cü illər ərzində Hesablama Palatasının nüfuzu Gürcüstanda 
71 baldan 53 baladək və Ukaynada 73 baldan (2008-ci il) 63 baladək azalmış, 
Azərbaycanda 0-dan 20-dək, Qazaxıstanda 33-dən 43-dək, Qırğızıstanda 37-dən 
(2008-ci il) 47-dək, Rusiyada isə 58-dən 77-dək artmışdır 


30 
Diaqram 1. Hesablama palatasının nüfuzu (11,32-42) 
Azərbaycan, Gürcüstan, Ukrayna və Rusiyada Hesablama Palatasının sədri parlament 
tərəfindən, Qazaxıstan və Qıröızıstanda prezident tərəfindən vəzifəyə təyin edilir. 
Cədvəl 3. Hesablama Palatasının sədri, sədr müavini və üzvləri kim tərəfindən 
təyin və azad edilir(12,555). 
Ölkələr 
Sədr 
Sədr müavinləri 
Üzvlər 
Azərbaycan 
Parlament
Parlament
Parlament
Gürcüstan 
Parlament
Sədr 
Sədr 
Qazaxıstan
Prezident 
Müavinlər yoxdur 
Prezident 
Ukrayna
Parlament
Parlament
Parlament
Qırğızıstan
Prezident 
Müavinlər yoxdur 
Parlament
Rusiya
Parlament
Parlament
Parlament
Beləliklə yalnız Gürcüstanda Hesablama Palatası sədrinin müavinləri və 
Hesablama Palatasının üzvlərini təyin və azad etmək səlahiyyətləri var ki, bu da 
hesablama Palatasının fəaliyyətini artırır. Azərbaycan, Ukrayna və Rusiyada 


31 
Hesablama Palatası sədrinin üzvləri və müavinləri təyin və azad etmək səlahiyyəti 
yoxdur. Gürcüstanda isə Hesablama Palatası sədrinin üzvləri və müavinləri təyin və 
azad etmək səlahiyyəti vardIr. Hesablama Palatasının vəzifələri. Azərbaycan və 
Rusiyada Hesablama Palatası Dövlət büdcəsinin həm gəlirlərinə, həm xərclərinə 
nəzarət edir. Gürcüstan və Ukraynada Hesablama PalatasI yalnIz dövlət xərclərinə, 
QazaxIstan və Qırğızıstanda isə yalnIz dövlət gəlirlərinə nəzarət edir. Büdcədənkənar 
fondların nəzarəti Gürcüstan və Ukraynadan başqa digər baxılan ölkələrdə həyata 
keçirilir. Daxili nəzarətin auditi isə yalnız Gürcüstanda nəzərdə tutulub.
Hesablama Palatasının büdcə prosesində rolu. 
Qazaxıstandan başqa baxılan ölkələrin hamısında ilkin nəzarət (yəni büdcə 
layihəsi hazırlandığı zaman gəlir və xərclərin əsaslandırılması) həyata keçirilir. Cari 
nəzarət Qırğızıstandan başqa bütün baxılan ölkələrdə, sonrakı nəzarət baxılan 
ölkələrin hamısında, səmərəliliyinə nəzarət isə Azərbaycandan başqa digər baxılan 
ölkələrdə həyata keçirilir. Səmərəliliyin qiymətləndirilməsi. Azərbaycandan başqa 
digər baxılan ölkələrdə Hesablama Palatası büdcə vəsaitlərinin səmərəliliyinin 
qiymətləndirilməsini həyata keçirir. 
Cədvəl 4. Hesablama Palatasının vəzifələri (24,6) 
Ölkələr 
Gəlirə 
nəzarət 
Xərclərə 
nəzarət 
Ilkin 
nəzarət 
Operativ 
nəzarət 
Sonrakı 
nəzarət 
Bödcədən 
kənar 
fondlar 
Səmərəlilik 
Qiymətləndi
rmə 
Daxili
audit 
Azərbaycan Var
Var 
Var 
Var 
Var 
Var 
Yoxdur
Yoxdur 
Gürcüstan 
Yoxdur Var 
Var 
Var 
Var 
Yoxdur 
Var 
Var
Qazaxıstan Var 
Yoxdur 
Yoxdur 
Var 
Var 
Var 
Var 
Yoxdur 
Ukrayna
Yoxdur Var 
Var 
Var 
Var 
Yoxdur 
Var 
Yoxdur 
Qırğızıstan Var 
Yoxdur 
Var 
Yoxdur 
Var 
Var 
Var 
Yoxdur 
Rusiya
Var
Var
Var 
Var
Var 
Var 
Var 
Yoxdur 
Yuxarıdakı cədvəldən göründüyü kimi, post-sovet ölkələrinin ali audit 
institutlarının mövcud olan ən ciddi çatışmazlıqlarından biri məhz daxili audit 
sisteminin və prosedurların olmamasıdır. Hesablama Palatasının effektivlik və 


32 
hesabatların açıqlıq indeksinə görə baxılan ölkələr arasında 2012-ci ildə ən yüksək 
bal Rusiya və Ukrayna qazanmışdır. Bu ölkələrdə Hesablama Palatasının 
hesabatlarının açıqlıq indeksi 77 və 63 olmuşdur, bununla da onlar əhəmiyyətli 
dərəcə aşıq hesab olunub. 
Aşağıdakı cədvəl 5-də isə Hesablama Palatalarının kənar nəzarətinin effektivliyi 
qeyd edilmişdir. 
Cədvəl 5. Hesablama Palatalarının kənar nəzarətinin effektivliyi (21,9) 
Ölkələr 
Bal (maksimum 100 olmaqla) 
Rusiya 
77(əhəmiyyətli) 
Ukrayna 
63(əhəmiyyətli) 
Gürcüstan
53(qismən) 
Qırğızıstan
47(qismən) 
Qazaxıstan
43(qismən) 
Türkiyə
37(qismən) 
Azərbaycan
20(minimal) 
Cədvəldən göründüyü kimi Gürcüstan, Qırğızıstan, Qazaxıstan və Türkiyədə
Hesablama Palatasının hesabatları qismən açıqdır və müvafiq olaraq 53, 47, 43 və 37 
bal təşkil edir. Post-sovet məkanInda ali audit qurumunun daha effektiv və hesabatlı 
çalışdığı ölkə Rusiya və Ukrayna olub. Azərbaycanda isə ali audit qurumunun 
müstəqil kənar nəzarəti problemli qiymətləndirilib.

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə