Zeynalova lalə VĠdadġ qızı “Audit xidməti sahibkarlığın növü kimi”


Aktivlərin uçotu və pul vəsaitləri üzrə hesablaĢmaların auditi



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə12/32
tarix25.05.2022
ölçüsü1,48 Mb.
#87892
1   ...   8   9   10   11   12   13   14   15   ...   32
audit-son

2.3. Aktivlərin uçotu və pul vəsaitləri üzrə hesablaĢmaların auditi 
Qeyri-maddi aktivlərə təsərrüfat fəaliyyətində uzun müddət istifadə edilən (bir 
ildən artıq vaxta), gəlir gətirən vəsaitlər daxildir. Bu əmlak qrupuna gəlir gətirən 
torpaq sahələri, təbii ehtiyatlardan istifadə hüquqları, patentlər, lisenziyalar, proqram 
məhsullar, xüsusi fəaliyyət növünə verilən lisenziyalar, ticarət markaları, əmtəə 


33 
nişanları və s. aiddir.
Mühasibat uçotu və hesabatında qeyri-maddi aktivlər onların alınması, 
hazırlanması və nəzərdə tutulmuş məqsəd üçün istifadə olunma vəziyyətinə satılması 
üçün sərf olunmuş məsrəflər məbləği üzrə əks olunur. 
Yoxlamada auditor xatırında saxlamalıdır ki, qeyri-maddi aktivlər uçotda o vaxt 
əks oluna bilər ki, onun forması (sxem, nümunəsi, müəllif vəsiqəsi, layihəsi və s.) 
olmaqla alqı-satqı obyekti kimi istifadə olunsun qanunla müəyyən olunmuş real 
qiyməti olsun və gəlir gətirməklə, alınmasına dair sübutedici sənədlər 
rəsmiləşdirilsin. 
Auditor qeyri-maddi aktivlərin düzgün qiymətləndirilməsini, hərəkətinin 
uçotunu və dəyəri üzrə köhnəlmə (amartizasiya) hesablaşmasını yoxlamalıdır. 
Qeyri-maddi aktivlər müəssisəyə təsisçilər tərəfindən nizamnamə kapitalına 
qoyulmuş formasında, alış vasitəsliə və müəssisənin özündə yaranmaqla, debitor 
borcla əlaqədar daxil olan və əvəzsiz verilmə əsasında daxil olur. 
Auditor onu da xatırlamalıdır ki, qeyri-maddi aktivlərin alınması, yaradılması 
ilə əlaqədar olan məsrəflər kapital qoyuluşu xarakteri daşıyır və onlar bilavasitə 
istifadə yerinə verilənə qədər uzunmüddətli kapital qoyuluşu kimi 08 №-li «kapital 
qoyuluşu» hesabında əks olunur. 
Qeyri-maddi aktivlərin uçotu əsas vəsaitlərin uçotu qaydasında aparılır. Ona 
görə də yoxlama üçün əsas informasiya mənbəi analitik uçot üzrə aparılmış uçot, 
qəbul-təhvil aktı, ləğv olunma aktı və s. sənədlərdən istifadə edilməlidir. 
Müəssisənin mülkiyyətində olan qeyri-maddi aktivlərin, mövcudluğu və hərəkəti 
haqqında məlumatları ümumiləşdirmək üçün mühasibat uçotu hesablar planında 
04№-li «Qeyri-maddi aktivlər» hesabı nəzərdə tutulmuşdur. 
Qeyri-maddi aktivlərin auditinin aparılmasında auditor aşağıdakiları nəzərə 
almalıdır: 
Qeyri-maddi aktivlər 04 №-li «Qeyri-maddi aktivlər» hesabında ilk dəyərlə 
uçota alınır. Bu dəyərlər obyektiər üzrə belə müəyyən edilir: 
• Təsisçilər tərəfindən müəssisəyə nizamnamə kapitalı kimi qoyulan obyektlər 


34 
üçün tərəflərin razilığına əsasən; 
• Digər müəssisə və şəxslərdən pulla əldə edilmiş obyektlər üçün bu obyektlərin 
əldə edilməsi üzrə faktiki məsrəflərdən asılı olaraq; 
• Digər müəssisə və şəxslərdən əvəzsiz alınmış obyektlər üçün müəssisəni
daim fəaliyyətdə olan qiymətlərinə komissiyanın müəyyən etdtyi dəyərlə. 
Təsisçilər tərəfindən müəssisəyə nizamnamə kapitalı kimi qoyulan qeyri-maddi 
aktivlər mədaxil edildikdə 04 №-li «Qeyri-maddi aktivlər» hesabının debetində və 75 
№-li «Təsisçilərlə hesablaşmalar» hesabının kreditində əks etdirilir. 
Qeyri-maddi aktivlərin daxil olunmasının digər mənbəi onların pulla alınması və 
ya müəssisədə yaradılmasıdır. Hazırda bu əməliyyatların yerinə yetirilməsi 
uzunınüddətli investisiya qoyuluşu ilə icra olunur. Digər müəssisə və şəxslərdən pulla 
a əidə edilmiş qeyri-maddi aktivlər 04 №-li «Qeyri-maddi aktivlər» hesabının 
debetində və 08 №-li «Kapilat qoyuluşları» hesabının kreditində yazilmaqla mədaxil 
edilir. 
Digər bir mənbəə qeyri-maddi aktiviərin dövlət orqanlarından və fiziki 
şəxslərdən əvəzsiz alınmasıdır. Dövlət orqanlarından maddi yardım kimi, digər 
müəssisə və şəxslərdən isə əvəzsiz alınmış qeyri-maddi aktivlərin mədaxil 04 №-li 
«Qeyri-maddi aktivlər» hesabının debetində, 87 №-li «Əlavə kapital» hesabının 
kreditində əks etdirilir. 
Qeyri-maddi aktivlərin daxil olması aktla sənədləşdirılır. 04 №-li «Qeyri-maddi 
aktivlər» hesabı üzrə analitik uçot qeyri-maddi aktiviərin növləri və ayrı-ayrı 
obyektləri üzrə aparılır. 
Bütün göstərilən əməliyyatların icra olunmasını yoxlamaqla auditor ilkin 
sənədlər olan qəbul-təhvil aktı,alış-satış müqaviləsi lisenziya və digər sənədləri 
öyrənir.Bu isə ona alınmış əmlakın mövcud qanunvericliiyə uyğun icra olmasına dair 
formalaşmasına ımkan verir. 
Əgər auditor mühasibat uçotu yazliışlarında yuxarıda göstərilən əməliyyatlar 
üzrə qeyri-maddi aktivlərin sənədləşdirilməsində səhvlər və yanlış yazılışlar müəyyən 
edərsə, bu barədə müəssisənin mühasibatlığına, həmin nöqsanların düzəldilməsinə 


35 
dair göstəriş verir. 
Təcrübədə dəyəri üzrə bir ildən az vaxtda istifadə olunması nəzərdə tutulmuş 
lissiziyalar səhvən qeyri-maddi aktivlərin tərkibinə daxil edilir. 
Belə hala yol verməmək üçün qeyri-maddi aktivlərin tərkibi əsaslı şəkildə yox-
lanılmalıdır.Ona görə də müəssisədə qalıqda olan qeyri-maddi aktivlərin siyahısı 
tərtib olunmalı və onların hər birinin faydalı istifadə olunması müəyyən-
ləşdirilməlidir. 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə