Zeynalova lalə VĠdadġ qızı “Audit xidməti sahibkarlığın növü kimi”


Kassanın və kassa əməliyyatlarının auditi



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə13/32
tarix25.05.2022
ölçüsü1,48 Mb.
#87892
1   ...   9   10   11   12   13   14   15   16   ...   32
audit-son

Kassanın və kassa əməliyyatlarının auditi 
Pul vəsaitləri ilə əlaqədar olan əməliyyatların auditor yoxlamasında kassa, bank 
və valyuta əməliyyatlarının yoxlaması aparılır. Burada əsas məqsəd pul vəsaitləri ilə 
aparılan əməliyyatların mövcud olan qanunvericiliyə uyğunluğu, doğru, düzgün və 
məqsədəuyğun aparılması və İcra olunmuş əməliyyatların mühasibat uçotunda 
düzgün əks olunmasını müəyyən etməkdən ibarətdir. 
Pul vəsaitlərinin və hesablaşma əməliyyatlarının həcmi əksər müəssisələrdə 
böyük uçot göstəricilərini əhatə etməsinə baxmayaraq, aparılan əməliyyatların 
yoxlaması mürəkkəb proses deyildir. Lakin mühasibat uçotunda əks olunmuş bu 
əməliyyatların yoxlaması auditorlardan çox böyük diqqət tələb edir. Çünki, təcrübə 
göstərir ki, müəssisələrdə baş verən əsas qanunçuluq pozğuntuları, əmlakın 
mənimsənilməsi halları və vəzifəli şəxslərin öz vəzifələrinə sui-istifadə halları 
bilavasitə kassa və digər hesablaşma əməliyyatlarının icrası ilə əlaqədar olaraq baş 
verir. 
Bir qayda olaraq pul vəsaitləri və hesablaşmalarla əlaqədar əməliyyatların 
auditini aparılmasının kassa əməliyyatlarından başlanması məqsədəuyğundur. 
Müəssisələrdə nağd pul vəsaitinin qəbulu, saxlanması və buraxılması Azərbaycan 
Respublikasının Milli Bankının 06 aprel 1993-cü il 9 №-li «Xälq təsərrüfatında kassa 
əməliyyatlarının aparılması qaydasının təsdiq olunması barədə» qərarı və digər 
normativ aktlarla tənzimlənir. Həmin sənəd nağd pulu qəbul qəbul etmək, vermək və 


36 
kassa sənədlərini tərtib etmək, kassa kitabında qeydiyyat aparılması və pulun 
saxlanması, kassanın təftiş edilməsi və kassa intizamına əməl olunmasına nəzarət 
qaydalarını müəyyən etmişdir. 
Kassanın və kassa əməliyyatlarının auditi zamanı ilk növbədə müəssisənin baş 
mühasibi və kassirin iştirakı ilə kassada nağd pul qalığının inventarlaşması aparılır. 
Müəssisədə bir neçə kassa olduqda auditor kassada müəyyən olunacaq pul məbləğini 
başqa kassa hesabına bağlanmasına imkan verməmək üçün digər kassaları 
möhürləyir. 
Kassir yoxlama başlamazdan əvvəl son kassa hesabatı tərtib edir və yazılı qəbz 
verir ki, bütün mədaxil və məxaric sənədləri inventarlaşmaya qədər oıan dövr üçün 
hesabata əlavə olunmuş və sənədsiz buraxılmış pul vəsaiti yoxdur. 
Bundan sonra kassir baş mühasibin və auditorun iştirakı ilə qalıqda olan pul 
məbləğlərini diqqətlə sayır və qalığı müəyyənləşdirir. 
Auditor xatırlamalıdır ki, kassa yoxlanılarkən kassa məxaric orderindən başqa 
heç bir sənəd (qəbz, öhdəçilik və s.) qəbul olununur. Qalıqda sənədsiz olaraq 
müəyyən olunmuş pul vəsaiti artıfq məbləğ hesab olunur və müəssisə xeyrinə 
mədaxil olunur. 
Kassada olan digər qiymətli vəsaitlər də, yəni qiymətli kağızlar, pul sənədləri də 
yoxlanmalıdır. 
Müəssisə kassasında aparılan inventarlaşma nəticəsi auditor, baş mühasib və 
kassirin imzası ilə aktla rəsmiyyətə salınır. 
Aparılan inventarlaşma nəticəsində pul vəsaitinin artıqlığı, əksik olması müəy-
yən olunduqda kassirdən yazılı İzahat alınmalıdır. Kassada böyük məbləğdə pul 
vəsaitinin çalışmamazlığı müəyyən olunduqda auditor müəssisə qarşısında kassirin 
tutduğu vəzifədən azad olunması məsələsini qoya bilə 
Kassa yoxlanılarkən auditor kassirin təyin olmasına dair əmrin olmasını onunla 
maddi məsuliyyətə dair müqavilə bağlanmasını müəyyənləşdirməlidir. 
Kassada inventarizasiya qurtardıqdan sonra auditor aparılan kassa əməliy-
yatlarının Azərbaycan Respublikasının Milli Bankının «Xalq təsərrüfatında kassa 


37 
əməliyyatlarının aparılması qaydaları»nın (6 aprel 1993-cü il N9) tələblərinə 
uyğunuğunu müəyyən etməlidir. Bununla əlaqədar olaraq aşağıdakılar yoxlanmalıdır. 
«Bankdan alınmış pul vəsaitlərinin vaxtında mədaxil olunması. Bu yoxlama 
bilavasitə bank çıxarışları əsasında müəyyənləşdirilir. Əgər sənədlərdə pozma, 
düzəltmə halları müyyən olunarsa, bankda həmin sənədlər üzrə qarşılıqlı yoxlama 
aparılmalıdır; 
• Kassa mədaxil və məxaric orderlərinin düzgün tərtib olunması və sənəd-
ləşdirilməsi, mədaxil və məxaric orderlərinin qeydiyyat jurnalında əks olunması; 
• Kassa kitabının düzgün aparılması və hər günün sonunda qalıqda olan pul 
vəsaitinin müəyyənləşdirlməsi; 
• Əmək haqqının ödənilməsi cədvəllərinin yekunlarının düzgün hesablaşması; 
• Deponentləşmiş əmək haqqı sənədlərinin düzgün aparılması; 
• Nağd pul qalığı limitləri həddində pul vəsaitinin saxlanılması və onun düzgün 
təyinatı üzrə istifadə olunması; 
• Pul vəsaitinin saxlanması və daşinması zamanı onun salamatlığını təmin
etmək barədə tövsiyələrin yerinə yetirilməsi; 
• Müəssisə rəhbərinin pul vəsaiti və dəyərlər banklardan gətirilərkən yaxud ora 
təhvil verilərkən kassirə mühafizəçi və lazım gəldikdə nəqliyyat vəsaitinin ayrılması; 
―Kassa binalarının texniki cəhətdən möhkəmləndirilməsi və yanğından mü-
hafizə siqnalizasiyası vasitələri ilə təchiz olunmasına dair tədbirlərin icrası və s. 
Yuxarda göstərilən məsələnin yoxlamasından sonra kassa əməliyyatlarının 
düzgün aparılması yoxlanmalıdır. Yoxlama dövrünü əhatə edən bütün mədaxil və 


38 
məxaric kassa sənədləri ətraflı yoxlanılmalıdır 
Kassa əməliyyatlarını yoxlayarkən auditor xüsusilə nağd pul vəsaitinin mədaxil 
olunmasının düzgün, vaxtında və tam sənədləşdirilməsinə diqqət verıməlidir. 
Pul vəsaiti kassaya banklardan, müəyyən xidmətlə əlaqədar olaraq müəssisə 
işçilərindən, hazır məhsul satışından, şəxslərdən və s. mənbələrdən daxil ola bilər. 
Auditor xüsusilə bankdan daxil olmuş pul vəsaitinin vaxtında mədaxil olunmasını 
diqqətlə yoxlamalıdır. Hazır məhsul satışdan, köməkçi təsərrüfatlardan, mənzil-
kommunal xidmətindən daxil olan pulların sənədləşdirilməsi və mədaxil olunmasının 
da ətraflı yoxlanması vacibdir. 
Kassaya nağd pul vəsaitinin daxil olması ilə əlaqədar olaraq kassa kitabı ilə 
kassa mədaxil orderlərində əks olunmuş göstəricilər bank çıxarışları və satılmış 
məhsulların (işiərin, xidmətlərin) qainələri və hesab-fakturaları ilə qarşılıqlı 
yoxlamalıdır. Auditor bilməlidir ki, hazırki şəraitdə bəzi müəssisələrdə vergidən 
yayınmaq məqsədilə pul gəlirlərinin gizlədilməsi halları müşahidə olunur. Belə ki, 
kassaya daxil olan nağd pul məbləği 50 №-li «Kassa» hesabının debeti və 76 №-li « 
Müxtəlif debetorlar və kreditorlarla hesablaşmalar», 71 №-li «Təhtəlhesab şəxslərlə 
hesablaşmalar», 20 №-li «Əsas isıehsal», 88 №-li «Bölüşdürülmüş mənfəət» 
(ödənilməmiş zərər)» və sairə hesabların kreditində əks olunur. Belə halda göstərilən 
hesablar üzrə debet yazılışları 46 №-li «Məhsul (iş, xidmət) satışı» hesabının 
kreditində aparılan yazılışlarla müqayisə olunmalıdır. Əgər 46 №-li hesabın 
kreditində həmin məbləğlərin yazılışı olmazsa, bu vergi ödənilməsinin gizlədilməsini 
göstərir. Belə halda auditor təcili olaraq müəyyən olunmuş faktla əlaqədar müəssisə 
rəhbərinə məlumat verməli və bu barədə tədbir görülməsinin bildirməlidir. Bu eyni 
zamanda müəssisə mühasibat (maliyyə) hesabatının etibarsızlığına şübhə yaradır ki, 
belə hal auditor yoxlamasında qəbul edilməz haldır. 
Müəssisə kassasından nağd pul vəsaitin məxaric olunmasına yoxlayarkən 
auditor xatırlamalıdır ki, bu kimi əməliyyatlar kassa məxaric orderi, ödəniş cədvəli, 
ərizə və s. sənədlər əsasında icra olunur. Pul vəsaitinin buraxılmasına aid olan 
sənədlər müəssisə rəhbəri, baş mühasib və digər onları əvəz etmək hüququ olan 


39 
vəzifəli şəxslər tərəfindən imzalanmalıdır. Yoxlama aparılarkən auditor kassadan 
ödənən pul vəsaiti sənədlərinin hüquqi əsaslandırılmasını (işçi heyətinin 
mükafatlandırılmasına dair əmr, maddi yardımın olunmasına dair sənəd, icra 
vərəqələrinin ödənilməsi) müəyyən etməlidir. Eyni zamanda məqsədli ödəmələr üzrə 
bankdan çeklə alınmış pul məbləğinin əmək haqqı, müxtəlif yardıtmlar üzrə 
ödəmələr, ezamiyyə, təsərrüfat xərcləri və s. ödənişlər, kassa limitinin gözlənilməsi 
yoxlanılmalıdır. 
Belə ciddi yoxlama ona görə vacibdir ki, bəzi hallarda müəssisə kassasından 
böyük məbləğdə pul vəsaiti əməliyyata-təsərrüfat xərcləri, nümayəndəliyin 
saxlanması adı ilə verilir və bu pul məbləği saxta sənədlərlə tədavül xərclərinə silinir. 
Digər misal olaraq göstərmək olar ki, 50 №-li «Kassa» hesabının kreditindən heç bir 
əsas olmadan sosial sığorta üzrə yardımları, birdəfəlik maddi yardım üzrə pul 
məbləği ödənilərək istehsal məsrəfləri və ya tədavül xərcləri hesabına silinir və bunun 
nəticəsində məhsulların, işlərin, xidmətlərin maya dəyəri əsasız olaraq alınır. 
Beləliklə auditor kassa əməliyyatlarının yoxlanılması apararkən tərtib etdiyi 
auditor proqramına aşağıdakılar mütləq qaydada nəzərdə tutulmalıdır; 
- kassada pul vəsaiti və digər qalıqların inventarlaşması, onların saxlanması 
vəziyyətinin yoxlaması; 
- kassaya daxil olan pul vəsaitinin vaxtında və tam mədaxil olunması; 
- məxaricə silinən pul məbləğinin düzgün silinməsinin öyrənilməsi və təhlili; 
- kassa və maliyyə intizamına əməl olunması vəziyyətinin yoxlaması; 
- mühasibat uçotu hesablarında kassa əməliyyatlarının düzgün əks olunmasının 
yoxlaması; 
- aparılan audit nəticəsi ilə əlaqədar olaraq təkliflər və nəticələrinin müəyyən 
olunması. 


40 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə