Zeynalova lalə VĠdadġ qızı “Audit xidməti sahibkarlığın növü kimi”



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə16/32
tarix25.05.2022
ölçüsü1,48 Mb.
#87892
1   ...   12   13   14   15   16   17   18   19   ...   32
audit-son

Qabaqcadan
ödəmə formasında icra olunan 'hesablaşma formasında alıcı ilə 
satıcı müəssisə arasında bağlanmış müqaviləyə uyğun olaraq buraxılacaq məhsulun 
dəyəri alıcı müəssisə tərəfindən əvvəlcədən ödənilir. 
Ġnkasso formasında hesablaĢmada 
bankın müştərisinin tapşırığı ilə, ona 
təqdim olunan hesablaşma sənədləri əsasında satıcı müəssisədən alıcının ünvanına 
göndərilmiş əmtəə-material dəyərini pul ifadəsində onun bankdakı hesablaşma 
hesabına ödənməsi üçün ödəmə tələbnaməsinin göndərilməsidir. 
Akkredetiv formasında 
hesablaşmada alıcı ilə satıcı müəssisə arasında 
bağlanmış müqavilə əsasında razılaşdırılmış şərtlərə uyğun olaraq bankdan müəyyən 
pul vəsaitini almaq hüququdur. Belə halda müəyyən bank, onun banka verdiyi pul 
məbləği əsasında, həmin pulun müəyyən dövr ərzində ölkənin başqa bankından 
alınması üçün verilən adı sənəddir. 
Akkredetiv formasında hesablaşmada bank zəmanət verir ki, akkredetiv açılmış 
olduğu bankdan vəsaitin daxil olub-olmamasından asılı olmayaraq akkredetivdə 
göstərilən məbləği ödəyəcəkdir. 
Mal mübadiləsi və ya barter əməliyyatları formasında 
əməliyyatlar ölkə 
dixilində və ölkədən kənar xarici ticarət əlaqələrində geniş istifadə olunur. Bu 
əməliyyatların genişlənməsinə əsas səbəb bir sıra müəssisələrin hesablaşma 
hesablarında valyuta vəsaitinin olmaması ilə əlaqədardır. 
Barter və ya mal mübadiləsi valyutasız, lakin vahid müqavilə (konkret) üzrə 
tərtib olunan, qiymətli qoyuluş və tarazlaşdırılan mal mübadiləsidir. Barter 


46 
əməliyyatları zamanı qarşılıqlı iradlar üzrə hesablaşmalar bir qayda olaraq əlavə mal
göndərilməsi və ya göndərilən malın həcminin azaldılması yolu ilə həyata 
keçirilir. 
Mal mübadiləsi və ya barter əməliyyatları dəyəri ödənilmədən satışa yola sa-
lınmış məhsullara (mallara), yaxud təhvil verilmiş iş və xidmətlərə görə həyata 
keçirildikdə müvafiq satış hesablarının kreditində və 62 №-li «Alıcılar və sifarişçilərə 
hesablaşmalar», yaxud 76 №-li «Müxtəlif debetor və kreditorlarla hesablaşmalar» 
hesabının debetində əks etdirilir. Eyni zamanda müvafiq satış hesablarının debeti 
satışa yola salınmış malların, əsas vəsaitlərin və sair əmlakların və yerinə yetirilmiş iş 
və xidmətlər maya dəyərini uçota alan hesablarla müxabirləşir. Göstərilən 
əməliyyatlar üzrə Maliyyə nəticələri 80 №-li «Mənfəət və zərər» hesabına silinir. 
Göstərilən hesablaşma formalarının düzgün və normativ sənədlər üzrə yerinə 
yetirilməsi auditor tərəfindən ətraflı yoxlamalı və nəticə müəyyənləşdirilməlidir. 
Auditor yoxlama dövründə onu da xatırlatmalıdır ki, xarici iqtisadi əməliyyatlar 
aparan müəssisələr satışdan daxil olan pul vəsaiti satılmış malların yükləndiyi günün 
məzənnəsi ilə uçotda əks etdirilir. 
Əgər əməliyyatlar ikitərəfli barter vasitəsilə həyata keçirilirsə, mühasibat 
uçotunda vəsait gömrük bəyannaməsində göstərilən məbləğ əsasında əks etdirilir. 
Əgər məhsul qaimə ilə daxil olubsa, bu halda təhvil - qəbul aktı tərtib edildiyi günə 
olan məzənnə fərqi ilə uçotda əks etdirilir. 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə