Zeynalova lalə VĠdadġ qızı “Audit xidməti sahibkarlığın növü kimi”


Valyuta hesabı üzrə əməliyyatların auditi



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə15/32
tarix25.05.2022
ölçüsü1,48 Mb.
#87892
1   ...   11   12   13   14   15   16   17   18   ...   32
audit-son

Valyuta hesabı üzrə əməliyyatların auditi 
Xarici iqtisadi fəaliyyətin icrasi ilə əlaqədar olaraq müəssisələr ixrac və idxal 
etdikləri mal-material dəyərinin hesablaşma əməliyyatlarını xarici valyuta ilə 
aparırlar. Mövcud olan qanunvericiliyə görə bu kimi əməliyyatları yerinə yetirmək 
üçün müəssisələr valyuta hesabı aça bilərlər. Valyuta hesabının acılması və onda 
əməliyyatların aparılması qaydaları Azərbaycan Respublikası Milli Bankı tərəfindən 
müəyyən olunmuş prinsiplər üzrə icra olunur. 
Müəssisə və təşkilatlarda valyuta hesabı əməliyyatları üzrə mühasibat uçotu hər 
bir valyuta üzrə ayrılıqda aparılır. Yəni ABŞ-rı dolları üzrə ayrı hesab, AFR-sı 
markası və üzrə ayrı hesablardan istifadə edilir. Azərbaycan Respublikasında 
təsərrüfat əməliyyatlarının qiymətləndirilməsi Respublikanın Milli valyutası sayılan 
manatla həyata keçirilir. 
Banklarda və digər kredit idarələrindəki valyuta hesablarında olan vəsait 
qalıqdan, hesabat dövrünün sonuncu gününə Azərbaycan respublikası Milli Bankının 
valyuta məzənnələri üzrə xarici valyutaların yenidən haqq-hesab edilmə yolu İlə 
qiymətləndirilərək müəyyən edilmiş məbləğdə manatla əks etdirilir. 
Ölkə ərazisində və xarici banklardakı valyuta hesablarında olan xarici valyuta ilə 
pul vəsaitlərinin mövcudluğu və hərəkəti haqqında məlumatları ümumiləşdirmək 
üçün mühasibat uçotu hesablar Planında 52 №-li «Valyuta hesabı» müəyyən 
olunmuşdur. 52 №-li «Valyuta hesabı»na 52 -1 №-li «Ölkə daxilindəki valyuta 
hesabları», 52-2 №-li «Xaricdəki valyuta hesabları» subhesabları açıla bilər. 
Valyuta əməliyyatları mühasibat uçotu sistemində özünün mürəkkəb əmə-
liyyatları ilə fərqlənir. Ona görə də bununla əlaqədar əməliyyatlar yüksək ixtisaslı 


44 
mütəxəssis tərəfindən yoxlanılmalıdır. Ümumiyyətlə valyuta əməliyyatları 
yoxlanarkən, onun uçotu və icrası ilə əlaqədar olan qanunvericiliyin düzgün yerinə 
yetirilməsinə xüsusi diqqət verilməlidir. Valyuta hesabları üzrə əməlyyatlar 
mühasibat uçotunda bank çıxarışlarına və onlara əlavə edilən pul-hesablaşma 
sənədlərinə əsasən əks etdirliir. 
Müəssisənin bütün növ xarici valyuta vəsaitləri əsasən aşağıdakı məqsədlər üzrə 
fəaliyyət göstərir: 
a) müəssısənin sərəncamında qalan dövriyyə vəsaiti kimi fəaliyyət göstərən 
xarici valyuta vəsaitləri
b) təsisedici sənədlərə uyğün olaraq müəssisədə nizamnamə kapitalı kimi 
fəaliyyət göstərən xarici valyuta vəsaitləri; 
v) müəssisədə uzunmüddətli və qısamüddətli borclar kimi fəaliyyət göstərən 
xarici valyuta vəsaitləri; 
q) müəssisədə uzun və qısamüddətli kredit (ssuda) kimi fəaliyyət göstərən xarici 
valyuta vəsaitləri. 
Yuxarıda «a» və «b» bəndlərində göstərilən müəssisənin sərəncamında qalan 
dövriyyə vəsaiti kimi fəaliyyət göstərən, eyni zamanda təsisedici sənədlərə uyğun 
olaraq müəssisədə nizamnamə kapitalı kimi fəaliyyət göstərən xarici valyuta 
vəsaitləri üzrə məzənnə fərqi il ərzində 52 №-li «Valyuta hesabı»nın və 83 №-li 
«Gələcək dövrün gəlirləri» hesabının müvafiq sudhesablarında uçota alınır. 
İlin sonunda isə həmin məzənnə fərqi müəssisənin mənfəətinə (zərərinə) aid 
edilir. 
Uzun və qısamüddətli («v» bəndində göstərilən) borclar kimi fəaliyyət göstərən 
xarici valyuta üzrə məzərnə fərqi həmin borclar qaytarılana qədər pul vəsaitlərinin 
uçota alan hesabların və 94 №-li «Qısamüddətli borclar» və 95 №-li «Uzunmüddətli 
borclar» hesablarının müvafiq subhesablarında uçota alınır. 
Uzunmüddətli və qısamüddətli («q» bəndində göstərilən) kredit kimi fəaliyyət 
göstərən xarici valyuta vəsaitləri üzrə məzənnə fərqi həmin kreditlər (ssudalar) 
qaytarılanadək 52 №-li «Valyuta hesabı», 90 №-li «Qısamüddətli bank kreditləri» və 


45 
92 №-li «Uzunmüddətli bank kredıtləri hesablarının müvafiq subhesablarında uçota 
alınır. 
Azərbaycan Respublikasında mövcud olan qanunvericiliyə əsasən xarici iqtisadi 
əlaqələrin aşağıdakı formaları müəyyən olunmuşdur: 
- qabaqçadan ödəmə;
- inkasso forması;
- akkredetiv hesablaşma forması; 
- mal mübadiləsi və ya barter əməliyyatları forması. 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə