Zeynalova lalə VĠdadġ qızı “Audit xidməti sahibkarlığın növü kimi”


Auditin xidmətinin təĢkili və yekun hesabatların rəsmiyyətə salınması



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə8/32
tarix25.05.2022
ölçüsü1,48 Mb.
#87892
1   ...   4   5   6   7   8   9   10   11   ...   32
audit-son

 
1.3. Auditin xidmətinin təĢkili və yekun hesabatların rəsmiyyətə salınması 
 
Müəssisələrdə auditor fəaliyyətinin başlanması və təşkilində ilk mərhələ 
sifarişçinin seçilməsidir. Hər bir müəssisədə aparılmış auditor fəaliyyəti ilk növbədə 
seçilən müəssisənin xüsusiyyətlərindən, onların iş həcmindən və auditin keçirilmə 
vaxtından xeyli asılıdır. 
Məlumdur ki, auditor fəaliyyəti mövsümi fəaliyyət daşıyır, yə'nı audit bir qayda 
olaraq hər bir müəssisədə ilin yekunu ilə əlaqədar olaraq aparılır. Lakin auditor 
firmaları sahibkar olmaqla, daimi fəaliyyət göstərməli və mənfəət əldə etməlidirlər. 


17 
Ona görə də auditor firmaları ilin yekunu ilə əlaqədar olaraq auditor. yoxlaması 
aparmaqla yanaşı, digər nəzarət formaları ilə də məşğul olmalıdırlar. 
Bununla əlaqədar olaraq auditor firmaları və sərbəst auditorlar öz sifarişçilərində 
mühasibat uçotunun səhmana salınması, mühasibat (maliyyə) hesabatının tərtib 
olunması, onlarda təhlil əməliyyatlarının aparılması, məsləhətlər verilməsi və sair 
məsələlərlə məşğul olmalıdırlar. 
Auditor xidmətinin vacib məsələlərindən biri yoxlamanın yüksək səviyyədə 
keçirilməsidir. Bu isə, ilk növbədə firmanın auditor kadrlarının keyfiyyəti, onların 
ixtisas təcrübəsi, auditor prinsipləri və slandartlarının düzgün tətbiq olunması, 
nəzarətin mövcud olan metodoloji prinsiplərinin öyrənilıb təcrübədə istifadə 
olunması və sair göstərtcilərdən asılıdır. 
Bu da gizli deyil ki, sərbəst bazar iqtisadiyyatına keçid dövründə ölkədə neqativ 
halların genişlənməsi müşahidə olunur. Xüsusilə mövcud olan əmlakın və pul 
vəsaitinin mənimsənilməsi, saxtakarlıq, korrupsiya və iqtisadi cinsiyyət əməliyyatları 
xeyli artmışdır. 
Belə bir şəraitdə hər bir auditor təşkilatının sifarişçini seçməsi çox ciddi və vacib 
məsələdir, Bu xüsusilə ona görə lazımdır ki, auditor firması qazandığı imicini 
itirməsin. 
Mövcud olan qanunvericiliyə görə auditor xidməti hər hansı iqtisadi subyektin 
təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq, göstərilə bilər. Bunun 
əsasında iqtisadi subyekt sərbəst auditoru və auditor firmasını özü sərbəst seçir. 
Sifariçi müəssisə auditor xidməti göstərilməsinə dair auditor təşkilatına şifahi və 
yazılı müraciət etməklə, auditor xidməti göstərilməsini məqsədini və audit prosesində 
yoxlanılması olan zəruri məsələləri, audit yoxlamasının həcmini göstərir. Auditor 
firması qarşıya qoyulan məsələ ilə əlaqədar olaraq, sifarişçiyə razilığa dair cavab 
verir. 
Sifarişçiyə cavab verməzdən əvvəl auditor işin həcmini müəyyən etmək 
məqsədilə, zəruri hallarda audit aparılacaq obyektdə sifarişçi müəssisənin təsərrüfat 
maliyyə göstəricilərinin öyrənilməsi ilə əlaqədar olaraq müəyyən tədqiqat apara bilər. 


18 
Bütün bu göstəricilər Azəraycan respublikası Auditorlar Palatası Şurasının 
1999-cu il 7 dekabr tarixli qərarı ilə təsdiq olunmuş «Audit aparılmasının şərtləri» 
(məktub öhdəçilik) milli audit standartında öz əksini tapmışdır. 
Məktub öhdəçilikdə audit aparılmasının şərtləri üzrə zəruri məlumatlar, 
auditorun öhdəlikləri, təsərrüfat subyektçinin öhdəlikləri göstərilməlidir. Bunun 
əsasında ilkin razılıq əldə edilir və auditor xidməti göstərilməsinə dair müqavilə 
bağlanır. 
Müqavilənin tərtib olunması və rəsmiləşdirilməsi qaydası Azərbaycan Res-
publikası Auditorlar Palatası Şurasının 1996-cı il 7 oktyabr tarixli qərarı ilə təsdiq 
edilmiş «Auditin aparılmasına dair müqavilə» mifli audit standartında 
müəyyənləşdirilmişdir(29,7). 
Tərtib olunmuş müqavilə icrası və sifarişçi tərəfindən imza olunmaqla, 2 
nüsxədən ibarət olmalıdır. 
Auditin keçrilməsi haqqında təsərrüfat subyekti ilə müqavilə bağlandıqdan sonra 
auditin planaşdırılması mərhələsi başlanır. 
Planlaşdırma mərhələsində auditin həcmi, yoxlanılan işlər və onların növləri, 
icra müddətləri müəyyən olunmaqla, təsərrüfat subyektinin mühasibat (maliyyə) 
hesabatının audit nəticələri ilə əlaqədar rəyin hazırlanması üçün lazım olan auditor 
əməliyyatlarının həcmini və növünün ardıcıllıqla göstərən audit proqramı hazırlanır. 
Auditor planaşdırılması əsasən aşağıdakı mərhələlərə ayrılır: 
a) Auditin ilkin planaşdırllması; 
b) Auditin ümumi planının hazırlanması və tərtib edilməsi
c) Audit proqramının hazırlanması və tərtib edilməsi. Azərbaycan Respub-
likasında fəaliyyət göstərən audit təşkilatlarının audit aparmaları fəaliyyətini 
planaşdırmaq üçün mövcud olan qanunvericilik tələblərinə uyğun olaraq Azərbaycan 
Respublikası Auditorlar Palatası «Auditin planaşdırılması» milli audit standartında 
hazırlanınış və Şuranın 1999-cu il 24 mart tarixli qərarı ilə təsdiq etmişdir. 
Qəbul olunmuş həmin slandartla auditin keçrilməsi ilə əlaqədar olan bütün 
əməliyyatlar müəyyənləşdirilir və müəyyən olunmuş prinsiplərə uyğun olaraq auditin 


19 
icrası başlanılır. 
Yoxlama dövründə auditor nəticə əldə etmək və sifarişçinin mühasibat 
(maliyyə) hesabatına dair etibarlı rəy tərtib olunması üçün vacib olan subutlar 
toplanmalıdır. Hə-min toplanan subutlar lazımi səviyyədə sənədləşdirilməlidir. 
Auditor sənədləşdirilməsi auditin planaşdırılmasına dair sənədlər, müəssisənin 
təşkilatı-hüquqi formasına aid olan məlumatlar, uçot sisteminin öyrərilməsi, 
mühasibat (maliyyə) hesabat göstəriciləri, mühasibat uçotu hesabları üzrə qalıqlar və 
sair informasiyalar aiddir. 
Audit qurtardıqdan sonra iş sənədləri auditorun mülkiyyəti olmaqla, onda qalır. 
Azərbaycan Respublikasında auditorun iş sənədlərinin formasını, məzmununu 
və mahiyyətini müəyyənləşdirmək və auditin yekununu rəsmiləşdirmək məqsədilə 
Azərbaycan Respublikası Auditorlar Palatası 1996-cı il 13 noyabr tarixli qərarı ilə 
«Auditin iş sənədləri Milli sıandartını» və 1997-ci il 4 fevral tarixli qərarı ilə 
«Auditorun yekun səndləri» milli sıandartlarını hazırlamış və təsdiq etmişdir. 
Auditorun yekun səndləri aparılan yoxlama nəticəsində auditorun hazırladığı və 
sifalrşçiyə təqdim etdiyi audit aktından, auditor rəyindən və yekun sənədlərindən 
ibarətdir. Audit aktı və auditor rəyi yekun sənədlərinin tərtib hissəsidir. 
Yekun sənədləri yoxlama nəticəsində auditorun müəyyən etdiyi mühüm faktları, 
nöqsanı və çalışmamazlıqları, onların aradan qaidırılmasına dair təklifləri və
nəticələri müəyyən edən sənədlər sistemidir. 
Auditor yoxlama nəticəsi ilə əlaqədar olan yekun sənədlərini təhvil aktı ilə 
sifarişçi müəssisənin rəhbərinə təhvil verməlidir. 
Auditin təşkili və nəticələrinin rəsmiyyətə salınmasında mühüm mərhələ 
aparılan audit yoxlamasının nəticələrini əks etdirən auditor rəyinin tərtib olunmasıdır. 
«Auditor xidməti haqqında» Azərbaycan Respublikasının Qanununun 8-ci 
maddəsində «Auditor rəyi auditorun (auditor təşkilatının) ınınzası və möhürü ilə 
təsdiq olunmuş, audit aparılan təsərrüfat subyektinin maliyyə vəziyyətinə, maliyyə-
təsərrüfat əməliyyatlarının qanuniliyinə, illik mühasibat hesabları maddələrinin 
doğruluğuna, mühasibat uçotunun mühüm vəziyyətinə verdiyi qiyməti əks etdirən və 


20 
bütün hüquqi və fiziki şəxslər, dövlət hakimiyyəti və idarəetmə orqanları, habelə 
məhkəmə orqanları üçün hüquqi əhəmiyyəti olan rəsmi sənəddir». 
Səlahiyyətli dövlət orqanlarının qərarına əsasən keçirilmiş yoxlamanın nəti-
cələrini əks etdirən auditor rəyi Azərbaycan Respublikası prosessual qanun-
vericiliyinə uyğun olaraq tə'yin edilmiş ekspertizanın rəyi ilə bərabər tutulur. 
Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən auditorlar təşkilatı və 
auditorlar fəaliyyətini tənzimlənınəsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası 
Auditorlar Palatası tərəfindən 1996-cı il 26 dekabr tarixli qərarla «Auditor rəyləri» 
milli sıandarlı qəbul olunmuşdur. Qəbul olunmuş auditor rəyində, onun tərtib 
olunması qaydaları, əks olunacaq əsas göstəricilər müəyyən olunmuşdur. 
Auditor rəyinin formaları aşağıdakılardır: 

Şərtsiz müsbət rəy

Şərti müsbət rəy 

Mənfi rəy və rəy vermədən imtina etməklə, öz nəticələrini başqa formada 
ifadə etmək; 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə