Zeynalova lalə VĠdadġ qızı “Audit xidməti sahibkarlığın növü kimi”



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə4/32
tarix25.05.2022
ölçüsü1,48 Mb.
#87892
1   2   3   4   5   6   7   8   9   ...   32
audit-son

Tədqiqatın praktiki əhəmiyyəti
.
Tədqiqat işində təklif olunan tədbirlər audit sisteminin təşkili, fəaliyyət risklərinin 
azaldılması və düzgün monitorinqi üçün böyük imkanlar yaradır. 
Tədqiqatın elmi yeniliyi: 
Tədqiqatın elmi yeniliyi kimi aşağıdakılardan 
ibarətdir: 
-Müasir biznesdə auditin tətbiqinin nəzəri aspektləri öyrənilmişdir; 
- Azərbaycanda auditin xidmətinin formalaşması və inkişafının konseptual əsasları 
izah edilmişdir; 
 



-Auditin xidmətinin təşkili və yekun hesabatların rəsmiyyətə salınması yolları 
göstərilmişdir; 
- Audit sisteminin səmərəliliyinin qiymətləndirilməsində reytinq göstəriciləri təhlil 
edilmişdir;
- Bank sistemində auditin təşkili üzrə idarəetmə alətlərinin qiymətləndirilmişdir; 
- Audit sisteminin təkmilləşdirilməsi istiqamətləri göstərilmişdir. 
Dissertasiya iĢinin strukturu: 
Dissertasiya işi Giriş, 3 Fəsil, Nəticə və 
Ədəbiyyat siyahısından ibarətdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 



FƏSĠL I. AUDĠT XĠDMƏTĠNĠN FORMALAġMASININ NƏZƏRĠ ƏSASLARI 
 
 
1.1.Auditin xidmətininn məzmunu və əsas vəzifələri 
 
Auditor ixtisasının bir neçə yüz illərdən artıq inkişaf tarixi vardır. Hələ bizım 
eradan əvvəl, təxminən 200-cü ildə Rim imperiyasi dövründə maliyyə və məhkəmə 
işlərini aparan vəzifəIi şəxslər dövlət mühasiblərinin fəaliyyəti üzərində nəzarət 
edirdilər. 
Nəzarət xidmətini yerinə yetirən vəzifəli şəxsiərin hesabatları Rimə göndərilıir 
və dinlənilirdi. Belə təcrübə ilə əlaqədar olaraq «auditor» termini yaranmışdır ki, bu 
da latinca «dinləyici» mənasını ifadə edir. 
Amerikada auditor yoxlaması formasında ilk əməliyyat 1631-ci lidə 
Hollandiyadan ABŞ-ın Plimuta, Massaqusets ştatına mühasib göndərilmiş və 
ödənilməmiş borcların vəziyyəti yoxlanılmışdır, Lakin auditin qanunvericilik vətəni 
Böyük Britaniya hesab olunur ki, 1844-cü ildə şirkətlər haqqında bir sira qanunlar 
qəbul olunmuşdur. Həmin qanunlara görə şirkətlər ildə bir dəfədən az olmayaraq 
xüsusi mütəxəssislər - dəvət etməklə mühasibat əməliyyatlari üzrə yoxlamalar təşkil 
etməlı və onun nəticələrini xüsusi hesabatla səhmdarların yığıncağında müzakirə 
etməli idilər. 
Bütün dünya ölkələrinin təcrübəsi göstərir ki, təsərrüfatdaxili iqtisadi nəzarət 
yeni idaretmə sistemində mühüm vasitələrdən hesab olunur. Tarixi baxımdan iqtisadı 
əməliyyatların aparılmasında idarə etmədə nəzarətin böyük roluna həmişə diqqət 
verilmişdir. Tarixçilərin təsdiq etdiyinə görə insanlar hesabatın müxtəlif formaları ilə 
6000 il bundan əvvəl tanış olmuşlar, 
Bir sıra fundamental iqtisadi proseslərin həllində uçot və iqtisadi nəzarətin 
vacibliyi orta əsr alimləri tərəfindən qeyd olunmuşdur. Hətta belə fikirlərdə Platonun 
və Aristotelin adları çəkılır. O vaxtlar uçot və iqtisadi nəzarət haqqında müəyyən 
fikirlər olmasına baxmayaraq az yazılar dərc olunmuşdur. 
Auditor haqqında ilk sənəd Avropanın digər məkanında müəyyən olunmuşdur. 



İngilisdilli ölkələr içərisində auditor fəaliyyətinə aid olan məlumatlar, alimlərin 
müəyyən etdiyinə görə 1130-cu ildə İngiltərə və Şotlandiyanin «Xəzinə» adlanan 
arxivində saxlanılan sənədlər içərisində aşkar edilmişdir. 
Bununla əlaqədar olaraq qeyd olunmalıdır ki, 24 mart 1324-cü ildə İngiltərənin 
Kralı II Eduard özünün xüsusi fərmanı ilə üç şəxsi dövlət auditoru təyin etmişdir. 
Düzdür, o vaxtlar həmin şəxslər hazırda bizım düşündüyümüz auditor keyfiyyətinə 
malik olmamışlar. Lakin elan olunmuş Kral fərmanından müəyyən olunur ki, həmin 
şəxslər auditor vəzifələrini icra etmişlər(9,372). 
Müasir dövrdə idarəetmə sistemində nəzarət elə bir sahədir ki, ondan geniş 
istifadə edilməsi əsasında ölkə iqtisadiyyatının hansı sahəsindən asılı olmayaraq, istər 
müəyyən müəssisə və şirkətin təsərrüfat-maliyyə fəaliyyətinə aid olsun, istərsə də 
dövlət quruluşu və iqtisadiyyatı ilə əlaqədar məsələlər olsun, ondan istifadə olunması 
ilə mövcud fakt və dəqiq vəziyyət araşdırıla və öyrənilə bilir, fəaliyyətin daha da 
inkişafı, təkmilləşməsinə dair düzgün, real qərarlar qəbul edilməsinə əsas verir. 
Müasir şəraitdə ölkə iqtisadiyyatının inkişafında audit nəzarətinin xüsusi 
əhəmiyyəti və rolu qeyd olunmalıdır. Hazırda bütün dünya öikələrində audit xidməti 
geniş şəkildə inkişaf etmiş və iqtisadiyyatın bütün sahələrində özünün nəzarətedici 
mövqeyini əsaslı şəkildə möhkəmləndirmişdir. Qərb ölkələrində auditin 150-ildən 
artıq inkişaf tarixi vardır. 
Ümumiyyətlə, dünya öikələrində audit fəaliyyətinin əsaslı inkişafı audit üzrə 
transmilli şirkət və firmaların yaradılmasına, onların fillallarının təşkilinə imkan 
vermişdir. Firmaların auditor xidmətləri çox yüksək səviyyədə qiymətləndirılır. 
Bunun nəticəsidir ki, 1988-ci ildə dünya ölkələrində olan auditor firmalarının gəliri 
6,5 milyon ABŞ dolları həcmində olmuşdur. 
Qeyd etmək lazımdır ki, mühasib-auditorlar Böyük Brilaniyada XIX əsrin 
ortalarında fəaliyyətə başlamışdır. 1862-ci ildə İngiltərədə, 1867-ci ildə Fransada və 
1937-ci ildə ABŞ-da auditin labüdlüyü haqqında qanun qəbul edilmişdir. 
Azərbaycan Respublikası iqtisadiyyatının hazırkı inkişaf mərhələsi nəzarət 
sisteminin daha da genişlənməsi və onun bütün imkanlarından tam istifadə edilməsini 



qarşıya qoyur. Respublikamızda ixtisaslaşdırılmış müstəqil nəzarət funksiyasını 
yerinə yetirən audit xidmətindən daha geniş və səmərəli istifadə olunmalıdır. 
Onu da nəzərə almaq lazımdır ki, audit üzrə Beynəlxalq Sıandartların müəyyən 
etdiyi qaydalara görə bütün dünya ölkələrində hər bir müəssisə və şirkətin illik 
mühasibat uçotu və hesabatı audit yoxlamasından keçdikdən, ona audit rəyi 
verildikdən sonra həmin hesabat ölkənin maliyyə vergi orqanları və kənar şəxsləri 
tərəfindən hesabat hüququnda qəbul olunur. Audit yoxlamasından keçməyən 
mühasibat hesabatı qanuni hesabat kimi qəbul oluna bilməz.
Auditor müəssisə təsərrüfat- maliyyə fəaliyyətini yoxlamaq və onun 
göstəricilərinin etibarlı olduğunu muəyyən etməklə yanaşı, xərclərin düzgün sərf 
olunması,mənfəətin artırılması və təsərrüfat fəaliyyətinin yaxşılaşdırılması üçün 
konkret tədbirlər planı tərtib edir. Auditi müəyyən mənada sahibkarlıq fəaliyyətinin 
ekspertizası adlandırmaq olar. Göstərilən vəzifənin həlli auditorun iqtisadi subyekt ilə 
bağladığı müqavilə əsasında yerinə yetirilir. Ona görə də auditor yüksək biliyə malik 
olan mütəxəssis olmaqla yanaşı, səriştəli və müstəqilliyini tə'min etmə xarakterinə 
malik olan şəxs olmalıdır. 
Azərbaycan Respublikasında auditor fəaliyyətinin təşkili və onun həyata 
keçirilməsi respublikanın 16 sentyabr 1994-cü il tarixli «Auditor xidməti haqqında» 
Qanunun qəbul olunması ilə başlanmışdır. Həmin Qanuna əsasən Azərbaycan 
Respublikasının Auditorlar Palatası yaradılmışdır. Auditorlar Palatası respublikada 
auditor xidmətinin dövlət tənzimlənınəsini və inkişafını təşkil edən, mülkiyyətçilərin 
əmlak hüquqlarını, dövlətin və təsərrüfat sistemlərinin, auditorların mənafelərini 
müdafiə edən, sərbəst auditorların və auditorlar təşkilatlarının fəaliyyətinə nəzarət 
edən müstəqil maliyyə orqanıdır. 
Auditorlar Palatası haqqında qanunda deyildiyi kimi, «Audit əmtəə isıehsalı və 
satışı, xidmət göstərilməsi ilə məşğul olan təsərrüfat subyektlərinə mühasibat 
uçotunun dəqiq və dürüst aparılmasının mühasibat və maliyyə hesabatlarının müstəqil 
yoxlanılmasıdır». Audit xidməti sahibkarlıq fəəliyyəti olmaqla, sifarişçiyə xidmət 
göstərilməsi, sifarişçinin maliyyə vəziyyətinin yaxşılaşdırilması vəzifələrini yerinə 



yetirir. 
Audit fəaliyyətinin həyata keçirilməsi və təkmilləşdirilməsi sahəsində keçən 
dövr ərzində müəyyən işlər görülmüşdür. 1999-cu ilin iyun ayında respublikamızda 
ABŞ-ın Daxili Auditorlar Institutunun «Audit-Azərbaycan» bölməsinin acılması da 
aparılan işlərin nəticəsidir. Nəzərə almaq lazımdır ki, ABŞ-da fəaliyyət göstərən 
Daxili Auditorlar İnstitutu dünyanın hər yerində fəaliyyət göstərən auditorları 
təşkilatlandırır və bu peşəni daha da inkişaf etdirmək üçün köməkliklər göstərir. 
ABŞ-da yüksək ixtisaslı mütəxəssislər hazırlamaq imkanına malik olan daxili 
auditorlar təşkilatı 1941-ci ildə yaradılmış və Daxili Auditorlar İnstitutu adlanmışdır. 
İnstitut özünün beynəlxalq mərkəzini 1970-ci ilin əvvəllərindən Florida Ştatına 
köçürülmüşdür. 
Hazırda İnstitut dünya ölkələrində fəaliyyətdə olan auditorlar təşkilatları 
içərisində özünün yüksək səviyyəli mütəxəssisliyi ilə fərqlənir. İnstitutun ABŞ-da 
bölmələrindən başqa həmin ixtisas profili üzrə Avstraliyada, KXR-da, Hindistanda, 
Izraildə, Yaponiyada, Malayziyada, Yeni Zellandiyada, Cənubi Amerikada, Böyük 
Britaniyada və Şımali İrlandiyada milli İnstitutlar vardır. İnstitut özünün fəal İşi ilə 
daxili auditorların fəaliyyətini əlaqələndirməklə, ümumi təhsilin genişləndirilməsi ilə 
yanaşı, auditor təcrübəsi ilə əlaqədar olan məsələlərə aid müəyyən normaların tərtib 
olunmasını həyata keçirir. 
Bununla yanaşı, respublikamızda auditorlar fəaliyyətinin daha da genişlən-
məsinə ehtiyac vardır. Xüsusilə respublikamızda nazirlik, komitə və başqa mərkəzi 
icra hakimiyyəti orqanlarında mövcud olan nəzarət-təftiş qruplarının ləğv olunması 
auditor xidmətinin hərtərəfli genişlənməsi üçün şərait yaratmışdır, Audit xidmətindən 
sahibkarlıq fəaliyyəti ilə məşğul olan müəssisələrlə yanaşı, bütün idarə, müəssisələrdə 
və şirkətlərdə istifadə olunmalıdır. Respublikada audit xidmətinin daha da 
genişləndirilməsi məqsədilə «Audit xidməti haqqında» qanunda müəyyən əlavələr 
edilməsinə ehtiyac vardır(12,75). 
Dünya ölkələrinin audit təcrübəsindən istifadə edərək və qəbul olunmuş 
Beynəlxalq Audit Slandartlarına uyğun olaraq respublikadakı sahibkarlıq fəaliyyəti 


10 
ilə məşğul olan müəssisələrin, şirkətlərin, dövlət müəssisələrinin audit 
yoxlamalarından keçmələri və onların illik maliyyə hesablarına auditor rəyinin 
verilməsinin labüdlüyünün həll olunması məqsədəuyğun olar və həmin müəs-
sisələrin qarşılarında qoyulmuş vəzifələrin yerinə yetirilməsində nəzarəti təmin 
etmiş olardı. Qeyd etmək lazımdır ki, hazırda bəzi dövlət müəssisələrində illik 
təsərrüfat-maliyyə fəaliyyətinin təftişinin təğv olunması, onların fəaliyyətində ciddi 
çatışmazlıqların əmələ gəlməsi ilə nəticələnməsi məlum məsələlərdəndir. 
Beləliklə, göstərilənlər belə nəticəyə əsas verir ki, bazar iqtisadiyyatına keçid 
şəraitində təsərrüfatdaxili nəzarət, audit nəzarəti və təsərrüfatın idarə olunması ilə 
əlaqədar olan digər nəzarət formaları hərtərəfli genişlənməli və təkmilləşdirilməlidir. 
Nəzarət - idarəetmədə ən vacib vasitələrdən biridir. Heç bir idarəetmənin onun 
fəaliyyətinə aid olan qaununçuluğun düzgün yerinə yetirilməsinə nəzarət olmadan 
faydalı hesab etmək olmaz. Nəzarətsizliyin hərc-mərcliklə nəticələnməsini sübut 
etməyə ehtiyac yoxdur. 
Auditor fəaliyyətinin əsas məqsədi iqtisadi subyektlərin mühasibat (maliyyə) 
hesabatlarının düzgünlüyünü və onların apardıqları maliyyə və təsərrüfat 
əməliyyatlarının mövcud olan qanunvericiliyə və normativ aktlarda uyğunluğunu 
müəyyən etməkdir. 
Beləliklə, audit yoxlamasının məqsədi maliyyə hesabatlarının yoxlanması ilə, 
hesabatların düzgünlüyünün təsdiqi və ya onların qeyri-düzgün olmasının müəyyən 
olunması, yoxlanılan dövrdə məsrəflərin, gəlirlərin və müəssisə fəaliyyətinin maliyyə 
nəticələrinin uçotda və hesabatda tam, düzgün və dəqiq əks etdirilməsinin 
yoxlanılması, mühasibat uçotunun və hesabatlarının təşkili və tərtibi qaydalarını 
tənzımləyən qanunvericiliyə və normativ sənədlərə əməl olunmasına nəzarət və 
müəssisə əmlakının daha səmərəli istifadə imkanlarının müəyyən olunmasıdır. 
Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında Əsasnamənin 13-cü 
maddəsində sərbəst auditorlar və auditor təşkilatlarının vəzifələrİ aşağıdakı qaydada 
müəyyən olunmuşdur. 
• auditin aparılmasında Azərbaycan Respublikası qanunvericiliyini tələblərinə 


11 
hökmən rlayət etmək; 
• auditor yoxlamalarını və digər xidmətlərini keyfiyyətli həyata keçirmək; 
• yoxlanmalı müəssisədə şəxsi əmlak mənafeyi, yoxlanılan müəssisənin rəh-
bərliyindən hər hansı, şəxslə birbaşa qohumluq əlaqəsi, müəssisənin təsisçisi, 
mülkiyyətçisi və ya səhmdar olduqda, müəssisədə bundan əvvəl öz peşə fəaliyyəti ilə 
bağlı xidmətlər göstərdikdə auditorlara həmin müəssisələrdə audit aparmaq 
qadağandır və bu barədə sifarişçiyə xəbər verilməlidir; 
• sifarişçinin mühasibat uçotunun və hesabatının vəziyyətinin düzgünlüyünü, 
qüvvədə olan qanunlara və normativ aktlara uyğunluğunü yoxlamaq; 
• auditin aparılması zamanı aşkar edilmiş bütün pozuntular, mühasibat uçotunun 
aparılması və hesabatların tərtibi llə bağlı pozuntular haqqında sifarişçinin 
rəhbərliyinə məlumat vermək; 

sifarişçinin tələbi ilə aparılan audit zamanı əldə edilən məlumatı (məhkəmə 
orqanlarının tələb etdiyi hallar olmaqla) məxvi saxlamaq

yoxlama gedişində alınmış və ya tərtib edilmiş sənədlərin qorunub saxan-
masını təmin etmək. 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə