Зящмят шащвердийев



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə20/51
tarix15.07.2018
ölçüsü4,61 Mb.
#56013
1   ...   16   17   18   19   20   21   22   23   ...   51

55
yaratdılar. Lakin dağ-mədən departamenti ticarət evinin duz istehsalını 100 min pudla məhdudlaşdırdı. Hacı
Xudadat xanın duz istehsalını 200 min puda çatdırmaq haqqında dağ-mədən departamentinə dəfələrlə yazdığı
xahiş  ərizələri heç bir nəticə vermədi. Burada əsas məqsəd ticarət evinin şəxsində xəzinəyə qarşı rəqibin
meydana çıxmasına yol verməmək idi.
 34
 Yalnız 1911-ci ildə Ticarət və Sənaye Nazirliyi duz istehsalındakı
mövcud məhdudiyyəti ləğv etdi. 1912-ci ildə isə Cənnət kəndi yaxınlığında Əlixanov mədənlərində (bu üçüncü
duz mədəni idi) duz çıxarılmasına başlandı.
 35
 T.Vəliyevin tərtib etdiyi cədvəldən 1900-1917-ci illərdə xəzinə
mədənlərində və «Kəlbalıxanov qardaşları və K
0
» ticarət evi mədənlərindən hasil edilən duzun miqdarı da aydın
olur. Cədvəldən görünür ki, xəzinə mədənlərindən ən çox duz 1905, 1912 və 1914-cü illərdə, müvafiq olaraq
504.000, 461.352 və 456.162 pud hasil edilmişdi. «Kəlbalıxanov qardaşları və K
0
» ticarət evinin mədənlərindən
isə 1911-ci ildə 304.261, 1912-ci ildə isə 249.474 pud duz istehsal edilmişdi. 1913-cü ildən sonra həmin
mədənlərdə duz istehsalı azalmış, 1913-cü ildə 92.765, 1915-ci ildə 4.690, 1914-cü ildə isə 156.045 pud təşkil
etmişdi.
36
 Bir arxiv materialında isə Süst və Naxçıvan kimi iki mədəndə duz istehsal edildiyindən bəhs edilir və
qeyd olunur ki, 1908-ci ildə ümumi duz istehsalı 1285 pud, 1910-cu ildə 350.000 pud, 1915-ci ildə 160.000 pud
olmuşdu.
37
 Digər tədqiqatlarda da 1911-1913-cü illərdə Naxçıvanda duz istehsalının yüksək səviyyəyə çatdığı,
bununla birlikdə tələbata nisbətən az olduğu qeyd edilir: «Bütövlükdə duz istehsalı da özüün inqilaba qədərki ən
yüksək inkişaf pilləsinə 1911-1913-cü illərdə çatmışdı. Lakin bu dövrdə duzun ümumi istehsal səviyyəsi
mövcud tələbata nisbətən xeyli aşağı idi. Belə ki, Birinci dünya müharibəsi ərəfəsində Zaqafqaziyanın duza olan
orta illik tələbatı 4 milyon pud hesab olunur. Halbuki 1903-1913-cü illərdə cəmi 2,7 milyon pud duz çxarılmışdı
ki, bu da Zaqafqaziyanın duza olan bir illik orta tələbatından 1,5 dəfə az idi. İnqilabdan əvvəl ən məhsuldar il
olan 1912-ci ildə Naxçıvan ərazisinin bütün mdənlərindən 9 min ton və ya Zaqafqaziyanın bir illik ümumi
tələbatından 4,2 dəfə az duz çıxarılmışdı».
38
Duz istehsalı ilə birgə Naxçıvanda dağ-mədən sənayesinin spesifik bir sahəsi – dəyirman daşı hasilatı və
emalı da təşəkkül tapmışdı. Dəyirman daşı mədənləri Daşkəsən dağında (Culfa yaxınlığında) yerləşirdi.
Dəyirman daşı hasilatı xəzinə tərəfindən icarəyə verilirdi. 1886-1900-cü illərə dair rəsmi məlumata görə
Naxçıvan qəzasında bu işlə məşğul olan 2 müəssisə fəaliyyət göstərirdi. 1886-1892-ci illərdə burada 4, 1899-cu
ildə 40-a qədər adam çalışırdı. İllik məhsuldarlıq 1866-1887-ci illərdə 600 man., 1900-cü ildə isə 12.000 man.
təşkil etmişdi. Belə ki, müvafiq dövrdə fəhlələrin sayı 10 dəfə, istehsal məbləği 20 dəfə çoxalmışdı.
39
Naxçıvan bölgəsində yeyinti sənayesi unüyütmə, düyütəmizləmə, yağ çalınması, qismən şərabçılıqla
təmsil olunurdu. XIX əsrin birinci yarasına aid məlumatlar içərisində unüyütmə müəssisələrinin – dəyirmanların
sayından daha çox dəyirmançıların sayından bəhs edilir. 1848-1849-cu illərdə Azərbaycanın beş  şəhərində,
Bakı, Şamaxı, Lənkəran, Nuxa və Naxçıvanda birlikdə 72-73 dəyirmançı olduğu qeydə alınmışdı. 1864-1865-ci
illərdə, bilavasitə Naxçıvan və Ordubad şəhərlərində 20-21 dəyirmançı var idi.
40
 Akademik Ə.Sumbatzadə XIX
əsrin ikinci yarısında dəyirmançılardan bəhs edərkən göstərir ki, bir qayda olaraq xırda, xüsusən su dəyirmanları
və çəltiyi təmizləmək üçün dinglər çar statistika orqanları tərəfindən qeydə alınmırdı. Lakin elə illər olurdu ki,
onları unüyütmə müəsisələri kimi «fabrik və zavodlar»ın sırasına daxil edirdilər. Bunun nəticəsində bəzi
qəzalarda elə illər olurdu ki, unüyütmə müəssisəsi göstərilmirdi, elə il də olurdu ki, onların sayı yüzlərlə qeyd
edilirdi. Bu fikrin təsdiqi üçün göstərilən faktlar içərisində Naxçıvan bölgəsi də qeyd edilir. Belə ki, 1890-cı
ilədək burada yalnız əsil dəyirmanlar qeydə alınmışdı. XIX əsrin 70-ci illərinin ikinci yarasında Naxçıvanda 30-
dək fəhləsi və ildə 15 min man. istehsal göstəricisi olan 2-3 dəyirman qeydə alınmışdı. 1880-cı illərdə isə 15
fəhləsi və illik istehsal gücü 1000 man. olan bir dəyirmandan bəhs edilir. Ordubad şəhərində 1889-cu ildə 9
fəhləsi və 1620 man. istehsal gücü olan 6 unüyütmə müəssisəsindən söz açılır. 1870 və 80-cı illərdə Naxçıvan
qəzası kəndlərindəki dəyirmanlar qeyddən kənarda qalır. 1890-cı illərə aid məlumatlarda isə yüzlərlə unüyütmə
müəssisələrindən bəhs olunur. XIX əsrin 90-cı illərində Naxçıvanda orta hesabla hər müəssisəyə 2 fəhlə olmaqla
12 dəyirman, Ordubadda isə 5-6 dəyirman fəaliyyət göstərirdi. Naxçıvanın kəndlərində isə orta hesabla ildə 283
dəyirman olduğu qeyd edilirdi.
41
Bir arxiv məlumatına görə XX əsrin əvvəllərində Naxçıvan qəzasında 291 unüyütmə dəyirmanı, Şərurda,
Dərələyəz ilə birlikdə 353 unüyütmə və düyü təmizləmə dəyirmanı var idi.
42
Naxçıvan qəzasında 1870-ci illərdə orta hesabla 13, 1880-cı illərdə isə 10, 1890-cı illərdə 25 yağ zavodu
fəaliyyət göstərmiş, bu müəssisələr xırda əmtəə istehsalı xarakteri daşımışdı.
43
Naxçıvanda üzümçülüyün inkişafı ilə  əlaqədar olaraq burada şərab istehsalı da var idi. 1891-ci ildə
Naxçıvan qəzasında 580 desyatin torpaqda üzüm əkilmiş, 25.000 pud üzüm yığılmış, 18.000 vedrə  şərab
çəkilmişdi.
44
 XX əsrin əvvəllərində Naxçıvan qəzasında şərab istehsalı artmışdı. 1900-cu ildə burada 108.000,
1901-ci ildə 36.000, 1902-ci ildə 35.000, 1903-cü ildə 81.000, 1904-cü ildə 77.000, 1906-cı ildə 79.000, 1907-ci
ldə 93.105, 1908-ci ildə 75.000, 1909-cu ildə 68.000, 1910-cu ildə 84.000, 1911-ci ildə 45.320, 1913-cü ildə
351.000, 1914-cü ildə 59.000 vedrə  şərab istehsal edilmişdi.
45
  Lakin bütün bunlara baxmayaraq Naxçıvan
qəzasının Azərbaycan üzrə şərab istehsalında payı cüzi idi (1900-cü ildə 8%, 1901-ci ildə 3 % və i.a.).
Naxçıvan bölgəsində sənaye istehsalının digər bir mühüm sahəsi yüngül sənaye idi. Bölgədə yügül
sənaye daha çox  ipək sənayesi və pambıq təmizləmə ilə təmsil olunmuşdu.


Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə