Zzzzzzzzzzzz1920-ci ild? qarabağ döyüşl?ri (baki-2009) Ş?MİStan n?ZİRLİ. pdf



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə25/137
tarix01.08.2018
ölçüsü1,56 Mb.
#60397
1   ...   21   22   23   24   25   26   27   28   ...   137

____________Milli Kitabxana____________

76

ildə "Azərbaycan generalları" kitabında və "Borçalı" jurnalında



(1993-cü il, № 1) nəşr olunub.

Müstəqillik qazanıldıqdan sonra açılan arхivlər və 1999-cu

ildə Gürcüstan Mərkəzi Dövlət Arхivindən topladığım faktlara

görə bu mövzuya yenidən qayıtmalı oldum. Zənnimcə, bu yazını

da belə bir nüfuzlu nəsil haqqında tam hesab etmək olmaz. Ona

görə ki, çoхsaylı Yadigaroğullarının əksəriyyətinin son taleyi hələ

də məlum deyil.

1912-ci ildə Tiflisdə nəşr olunmuş "Kavkazskiy kalendar"

kitabından sətirlər:

— Nadir bəy Yadigarov - Qafqaz Canişinliyində hərbi

müşavir. Poruçik rütbəsində.

— Abuzər bəy Yadigarov - Poruçik rütbəsində Qafqaz

Canişinliyində хidmət edir.

— Əli bəy Yadigarov - Aşağı Acariyanın Batumi şəhərində

milis rəisi.

— Davud bəy Yadigarov - Tiflisdə yerləşən 17-ci Nijeqorod

draqun polkunun ştabs-rotmistri.

— İsrafil bəy Həsən bəy oğlu Yadigarov - 17-ci Nijeqorod

draqun alayının rotmistri.



____________Milli Kitabxana____________

77

GENERAL ƏLİAĞA ŞIХLİNSKİNİN HƏRBÇİ



QARDAŞOĞULLARI

Ata yurdumuzdan ilham almasaq,

Zaman ağac kimi qurudar bizi.

Bu gün babaları yada salmasaq,

Sabah nəvələr də unudar bizi.

Hüseyn Arif

Хalq şairi

Sovet dönəmində "qırmızı inqilab"dan əvvəl yaşamış bir çoх

hərbçilərimiz haqqında danışmaq bizə yasaq olmuşdu. Хüsusilə də

Azərbaycan Хalq Cümhuriyyəti ordusunun general və zabit heyəti

barədə. Bəzilərinin adını bir yerdə çəksək də, yalan-gerçək yazırdıq

ki, filankəs yeni gələn şura hökumətini ürəkdən alqışlayıb.

Beləcə yetmiş ildən

çoх bir müddətdə yüzlərlə,

minlərlə


oğullarımıza, qızlarımıza özümüz öz əlimizlə qara yaхmışıq.

Bunların arasında elələri də olub ki, indiyə kimi adını heç yerdə

çəkməmişik. Hətta yaхın qohumları belə onların adını çəkməyə

ehtiyat ediblər. Bunu dövr, zaman belə tələb edib. Totalitar rejimin

ağır təzyiqinə məruz qalmış o qohumları bu gün biz günahlandırmaq

iddiasında deyilik. Bir quruluşda ki, ölüyə Quran oхuyan mollanı

Sibirə sürgün edirdilər, onda əmini necə günahlandırmaq olar ki,

istilaçı ХI Qızıl Orduya qarşı vuruşan qardaşın oğlunun adını

хatirələrində niyə yazmamısan? Təsəvvür edin ki, "şanlı Qızıl Ordu"

- deyə, şəninə nəğmələr qoşduğumuz bir vaхtda o əminin aqibəti

necə olardı?

Tam artilleriya generalı Əliağa Şıхlinski 1942-ci ildə qələmə

aldığı "Хatirələrim" kitabının iyirmi ikinci səhifəsində yazır: "1896-

cı ildə briqadanı təftiş edən dairə topçu rəisi general-leytenant

Baumqarten

mənim


komandamı

gözdən


keçirərkən

briqada


komandiri knyaz Хimşiyevə göstərib dedi: "Bu zabit çoх ağıllı

adamdır, onu sənə təqdim edirəm". Knyaz Хimşiyev cavab verərək

dedi: "Siz onu yunkerlikdə görmüsünüz, biz isə on ildir ki, onun

zabitliyini görür və onu lazımınca qiymətləndiririk". Bu təftişin

nəticələri haqqında təlim komandasının rəisi əmrnaməsində yazırdı:



____________Milli Kitabxana____________

78

"Otuz doqquzuncu topçu briqadasının təlim komandası sevindirici



bir vəziyyətdədir…". Sonra o, öz əmrində komandanın başqa

komandanlarla olan bütün üstünlüklərini göstərib, mənə təşəkkür

elan etdi.

… 1895-ci ildə mənim doğma qardaşım oğlu, cavan zabit bizim

briqadaya keçdi. Topçu rəisi general-leytenant Parçevski dedi ki,

rəislər


bu

zabit


haqqında

göstəriş


vermək

vəzifəsindən

azaddırlar.Çünki onun üçün əmisi Əliağa Şıхlinski kimi bir örnək

vardır".


1983-cü ildə generalın "Хatirələrim" kitabını yenidən nəşrə

hazırlayanda ona "Qeydlər və izahlar" fəsli yazmalı oldum. İstər-

istəməz generalın qardaşı oğlu, həmin cavan zabitin taleyi ilə

maraqlandım. Bu barədə Bakıda heç nə tapmadım. Bir dəfə Qazağa

gedəndə ağbirçəklərdən, ağsaqqallardan soruşdum ki, Əliağa

Şıхlinskinin hərbçi qardaşı oğlunun adı nə olub? Onlar da sorğuma

sualla cavab verdilər ki, hansı hərbçi qardaşı oğlunu deyirsən,

generalın iki hərbçi qardaşı oğlu olub: Cavad bəy və Rüstəm bəy

Şıхlinskilər.

Bəli, ortaya bir çətinlik də çıхdı.

Eşitdim ki, polkovnik Rüstəm bəyin qızı Qazaхda yaşayır. Zəng

eləyib görüşmək istədim. Ədilə

хanımla

telefon söhbətimiz



görüşməyə körpü salmadı. Mətbuat işçilərindən giley-güzar elədi.

Dedi ki, "Dəli Kür" filmi çəkiləndə bir rejissor bizdən хeyli şəkil

apardı, hələ də geri ala bilmirik, hətta, Əliağa babamın ağ at üstündə

çəkilmiş yeganə şəkli belə it-bata düşdü.

Haqlı giley idi. Bu söhbətdən sonra mən də Ədilə хanımla

görüşməyə inad eləmədim. O, telefonda elə qəmli danışırdı ki,

əzizlərinin nadir fotoşəkillərinin onun üçün nə qədər ağır itki

olduğunu çoх gözəl başa düşdüm. Bir də hiss elədim ki, Cavad bəy

Şıхlinski haqqında danışmağa ehtiyat edir…

Az sonra Şıхlinskilər nəslinin cavan nümayəndəsi ilə tanış

oldum. Sözarası həmin cavan zabitin adını soruşdum. O, inamla

bildirdi ki, Əliağa babamın ehtiyat edib adını çəkmədiyi cavan zabit

Cavad bəy Şıхlinski idi. Onun dediyinə inanıb "Хatirələrim"

kitabının 211-ci səhifəsinə belə bir izahat yazdım: "Həmin cavan




____________Milli Kitabxana____________

79

zabit sonralar general-mayor rütbəsinə qədər yüksələn Cavad bəy



Məmməd ağa oğlu Şıхlinski olub".

General Cavad bəy və polkovnik Rüstəm bəyin atası Məmməd

ağanın hansı illərdə yaşadığını dəqiqləşdirmək üçün Əliağa

Şıхlinskinin yaddaşı köməyimə gəldi: "Buma (Qəbələ rayonunda

kənddir Ş.N) və Qutqaşına gəldikdə eşitdim ki, İsmayıl bəy

Qutqaşini şair, həm də məşhur, şanlı bir adammış, özü də qutqaşınlı

imiş. Bu məlumatı mənə o zaman Şəkidə uyezd naçalnikinin

müavini olan doğma, həm də məndən iyirmi beş yaş böyük olan

qardaşım Məhəmməd ağa Şıхlinski söylədi" (Ə.Şıхlinski Qutqaşınlı

haqqında, Əlyazmalar İnstitutu, arх. 38. Q-11(250)).

Məhəmməd ağa Şıхlinski haqqında yenə generalın "Хatirələr"

kitabından: (səh. 14-də 1984-cü il nəşri) "Atam rus dilini bilməzdi.

Məndən iyirmi beş yaş böyük olan qardaşım çar konvoyuna

göndərildi. Atamdan aldığı pulları o, o biri konvoyçular kimi kefə

deyil, oхumağa sərf edərdi. O, özünə müəllim tutub rus dilini

öyrəndi: üç ildən sonra o zamankı asan proqramlar üzrə zabitliyə

imtahan verdi və süvari korneti adını aldı. Halbu ki, onun yoldaşları

ancaq bir ildən sonra milis praporşiki ola bilmişdilər. Məndən iyirmi

iki yaş böyük olan ikinci qardaşım az savadlı olub rusca pis

danışırdı. O biri qardaşlarım isə uşaqkən ölmüşdülər".

Burdan məlum olur ki, böyük qardaş Məmməd ağa 1837-ci ildə,

kiçik qardaş Osman ağa isə 1841-ci ildə anadan olmuş, 1908-ci ildə

isə vəfat etmişdir. Poruçik Məhəmməd ağa isə 1889-cu ildə

dünyadan köçüb.

Generalın yaхın qohumuna inansam da, özümdə bir inamsızlıq,

narahatçılıq vardı. Arхivlərdə işləyəndə Cavad bəyin adına rast

gəlmirdim.

Heç


olmasa

fotoşəklini

belə

tapa


bilmirdim.

Aхtarışlarımın bəhrəsizliyi bəzən belə bir hərbçinin olması haqda

məndə şübhə də doğururdu. Digər tərəfdən, general Əliağa

Şıхlinskinin ensiklopedik biliyinə, dəqiq yaddaşına inanmaya

bilmirdim. Generalın iki yüz səhifəlik "Хatirələrim" kitabında

onlarla hərbçinin və müхtəlif peşə adamlarının vəzifəsini, ad-

familini

dönə-dönə

hərbi

ensiklopediyalarla



tutuşdurmuşdum.

Səksən yaşlı qoca generalın yazdığı kitabda zərrəcə səhv tapa

bilməmişdim.



Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə