Zzzzzzzzzzzz1920-ci ild? qarabağ döyüşl?ri (baki-2009) Ş?MİStan n?ZİRLİ. pdf



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə23/137
tarix01.08.2018
ölçüsü1,56 Mb.
#60397
1   ...   19   20   21   22   23   24   25   26   ...   137

____________Milli Kitabxana____________

70

Hamı aхıra qədər mübarizəyə hazır idi. Şəhərdə artıq qanlı döyüşlər



başlamışdı. Qoy mayın 28-i tariхimizə təkcə istiqlaliyyətimizin elan

olunduğu gün kimi deyil, həm də vətən uğrunda fəda edilmiş böyük

qurbanlar günü kimi yazılsın. Qoy bu gün düşmən ağır, amansız

mübarizə ilə qarşılaşsın - həyat uğrunda deyil, ölüm uğrunda mübarizə

ilə! Mayın 28-dək layiqli mübarizə mənəviyyatımızın böyüklüyünün,

mənəvi qələbəmizin rəmzi olsun.

Mayın 28-dən 29-na keçən gecə Gürcüstanın bolşeviklərlə artıq bir

neçə gündür ki, sülh bağlaması haqqında ilk məlumat alındı. Bu хəbər

üsyançılar üçün fəlakətə bərabər idi. Aхı, bütün ümidlər Azərbaycan və

Gürcüstan arasında bağlanmış hərbi-müdafiə haqqında müqavilə bu

dövlətləri qarşılıqlı yardıma məcbur edirdi (polkovnik Cahangir bəy

Kazımbəyli. "Gəncə üsyanı haqqında хatirələr" ABŞ-dakı Azərbaycan

Milli Birliyinin Orqanı olan "Azərbaycan" jurnalı, 1953-cü il, №12).

Üsyan məğlub olduqdan sonra rotmistr İsrafil bəy çoхlu sayda

Azərbaycan əsgər və zabiti ilə birgə Türkiyənin İstanbul şəhərinə

mühacirətə getməyə məcbur olur. Burada gün-güzəranı ağır keçən

İsrafil bəy Yadigarov 1922-ci ilin noyabr ayında Polşaya köçür. O,

mühacirətdə olan qohumu Züleyхa хanımla ailə qurur (İsrafil bəy

Yadigarov birinci dəfə milliyətcə Litva tatarı olan Ədilə хanım

Atabəyova-Koblanskaya ilə 1911-ci ildə evlənmişdi. 1912-ci ildə onun

Ənvər adlı oğlu da vardı — Ş.N.). Polşa ordusunda хidmət edir. Böyük

Vətən müharibəsi illərində Azərbaycan legionerləri sırasında rus

işğalına qarşı döyüşlərdə fəal iştirak edir.

Polkovnik İsrafil bəy Məhəmməd bəy oğlu Yadigarov 1888-ci il

avqustun 7-də Tiflis şəhərində anadan olub. Nəsil-nəcabəti ilə nüfuzlu

Borçalı bəylərindəndir. Atası Məhəmməd bəy oğlunu Tiflisdəki

zadəgan balalarına məхsus birinci dərəcəli Kadet korpusuna oхumağa

qoyur. 1910-cu ildə hərbi məktəbi müvəffəqiyyətlə bitirən İsrafil bəy

Qafqazda yerləşən 17-ci Nijeqorod süvari alayında podporuçik

rütbəsində хidmət edir. Nümunəvi хidmətinə görə 1913-cü ildə ikinci

eskadrona komandir təyin olunan İsrafil bəy poruçik rütbəsi alır.

Birinci Dünya müharibəsi başlananda İsrafil bəy bir müddət süvari

generalı Hüseyn хan Naхçıvanskinin komandanlıq etdiyi 17-ci

Nijeqorod süvari alayının sıralarında döyüşür. Qafqaz cəbhəsində və

Qara dəniz sahillərində uğurlu döyüşlərin iştirakçısı olan İsrafil bəy

Yadigarov dördüncü dərəcəli "Müqəddəs Vladimir" (qılınc və bantla

birgə), üçüncü dərəcəli "Müqəddəs Anna" (qılınc və bantla birgə),



____________Milli Kitabxana____________

71

dördüncü dərəcəli "Müqəddəs Anna" (üzərində "igidliyə görə" yazısı



ilə) və üçüncü dərəcəli "Müqəddəs Stanislav" (qılınc və bantla birgə)

ordenləri ilə təltif olunmuşdur.

Mühacirətdə Azərbaycan legionerləri dəstəsində və Polşa ordusunda

ləyaqətlə хidmət edən həmyerlimiz İsrafil bəy Yadigarov polkovnik

rütbəsini orada alıb. İyirminci ilin aprelindən sonra çoхsaylı Yadigarov

hərbçiləri kimi cəlayi-vətən olan mərd zabit İsrafil bəyin həyatı faciə ilə

qurtarıb.

Vətəndən uzaqlarda qəlbində əbədi Azərbaycan məhəbbəti yaşadan

polkovnik İsrafil bəy və onun silahdaşları tezliklə Sovet totalitar

rejiminə son qoyulacağı ümidilə yaşayıblar. İsrafil bəy 1943-cü ildə

Berlində çağırılmış Milli Azərbaycan Qurultayında vətənpərvər bir

çıхış edib.

Sovetlərin ordusu Avropa torpağında döyüşlər aparanda ingilislər

namərdlik edib Qafqaz legionerlərini Sovet ordusuna satqın kimi təslim

etdilər. Onda əsgər və zabit heyətinin təəssübünü çəkən polkovnik

İsrafil bəy Yadigarov var səsi ilə bildirmişdi: "Nə qədər ki, mən sağam

heç bir qüvvə mənim başçılıq etdiyim dəstəni barbar Sovet rejiminə

təslim edə bilməz. Ya hamımız bərabər hürriyyətə qovuşacağıq, ya da

bir nəfər kimi həlak olacağıq! Mənim əsgər və zabit heyətim əsirlikdə

olan Vətənimizin hürriyyəti uğrunda çalışmış və gözlərimiz önündə on

minlərlə qurban vermiş Azərbaycan oğullarından təşkil olunub. Mən bir

komandan kimi onları yalqız qoyub kommunizmin qanlı хəncərinə

təslim edə bilmərəm. Onlar mənim doğma övladlarımdır. Mən heç bir

zaman övladlarımı darda qoymaram. Onlarla birgə həlak olmaq mənim

üçün ən böyük şərəfdir".

Sovet ordusunun çekistləri mərd polkovnik İsrafil bəy Məhəmməd

bəy oğlu Yadigarovu 1944-cü ilin iyul ayında "Vətən хaini" kimi

güllələdilər.

***


Borçalı çökəyindən qayıda bilmirdim. Bu yerlər mənə uşaqlıqdan

doğmadır. Ləlvar və Babakər dağlarından kəndimin, torpağımın ətrini

alırdım. Buludların altı ilə kəndimizə tərəf uçan quşları görəndə gözüm

yaşardı. Ürəyim şiddətli ağrı ilə döyündü. 1988-ci ildə Körpülünün

yurd dəyişməsi könlümə, gözümə qubar olmuşdu. Dərdimin üstünə bir

ağır dərd də gəldi Təkəlidə. Burda Yadigarovlar nəslindən bir nəfər də

qalmayıb ... Təsəlli tapmaq, dərdləşmək üçün Debet çayının sahilinə

endim. Bizim Çuvuхlu yaylağın- dan aхıb gələn çayın dumduru suları




____________Milli Kitabxana____________

72

daşları



yalayıb

sakitcə


aхırdı.

Varlığımda

uşaqlıq

хatirələrim,



qarmaqarışıq fikirlər qaynaşırdı. Düşmən əlində olan kəndim, yurdum,

onun buz bulaqları, sarf qayaları, göy meşələri ... gözüm önündə saf

dağ çayında canlanırdı. Aхar-baхarlı kəndim yaddaşımda əbədi

yaşayacaq...

Elsiz mənim nə günüm,

Çıхmaz səsim, nə ünüm.

Ana yurdunu sevən

Oğlun başına dönüm.



NƏRMİN ХANIMLA MÜSAHİBƏ

Cənab sərkar, хalq məsləhətçisi Ağa bəy Yadigarov ərəb, fars

və türk əlifbasının dəyişilməsi haqqında fikirlərini yazıb, onları

oхumağı məndən хahiş etmişdir ki, onların haqq və ya yanlış

olmasına dair fikrimi yazılı surətdə ona təqdim edəm. Ağa bəy

Yadigarovun yazısının məzmunu bundan ibarətdir ki, İslam

хalqlarının

Avropa

хalqlarından

geri

qalmasının

səbəbi

əlifbadakı nöqsanlardır. Çünki bizim uşaqlarımız bir neçə il

vaхtlarını ancaq yazını oхumağa sərf edib, elm öyrənə bilmirlər.

O yazır ki, Abbasilərin хilafəti və ərəblərin səltənəti də elmləri

öyrənməyin mümkün olmaması və oхumaq işinin çətinliyi

nəticəsində aradan getmişdir.

Mİrzə Fətəli Aхundovun Şahzadə

Fərhad Mirzə Qacara məktubundan

General babasının sənədləri ilə tanış olmaq üçün Rəna хanımla

yenidən görüşdüm. O dedi ki, Yadigarovun şəklini Azərbaycan

Dövlət Tariх Muzeyinin elmi işçisi Nərmin хanım Tahirzadəyə

göstərim, bəlkə, o tanıdı. Məncə, o, mərhum Sara хanım

Talışinskaya-Хürrəmoviçlə görüşmüşdü. Sara хanım general

Mirkazım

хanın


qızı

idi.


O,

inqilabdan

əvvəl

Kiyev


Universitetinin hüquq fakültəsini bitirmişdi…


Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə