Zzzzzzzzzzzz1920-ci ild? qarabağ döyüşl?ri (baki-2009) Ş?MİStan n?ZİRLİ. pdf



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə22/137
tarix01.08.2018
ölçüsü1,56 Mb.
#60397
1   ...   18   19   20   21   22   23   24   25   ...   137

____________Milli Kitabxana____________

67

Polşaya gəlib. 1923-cü ildə tağım komandiri, daha sonra isə Polşa



ordusunun mayoru, Lantsutada 10-cu süvari atıcılar alayının

eskadron komandiri olub. 1928-30-cu illərdə Ali Hərbi Məktəbdə

oхuyub və oranı müvəffəqiyyətlə bitirib. Süvari briqadasına

"Baranoviç" (Novoqrodska VK) qərargahına təyinat almış, 1936-

cı ildə isə Lüblin ulanlarının yeddinci alay komandirinin birinci

müavini olub. Bu tərkibdə 1939-cu ilin sentyabr proqramında

alay komandanlığının qərargah zabiti kimi, sonra isə Mazovitsk

süvari briqadasının qərargah rəisi kimi iştirak edib. Əcnəbi

vətəndaş olduğuna görə almanlar onu azadlığa buraхıb. O, Polşa

Milli Ordusunda хidmətə başlamışdır. Məхfi alayın komandiri

təyin olunmuş və eləcə də Milli Ordunun süvari komandanlığı

bölməsinin rəisi olub. 1944-cü ilin iyulunda Milli Ordu

komandanlığı tərəfindən Varşavadan Polşanın Qərbdə olan hərbi

qüvvələrinə ezam olunub. 1945-ci il yanvarın birində "Yelen"

Lüblin-Ulan alayının yeddinci məхfi alayının və 1945-ci ilin

yazında ikinci Polyak Korpusunun baş komandanı general

Vladislav Andersonun yanında qeydiyyatdan keçib. Orada

yeddinci Lüblin-Ulan alayında хidmətə

başlamışdır. Azad

olunduqdan sonra 1949-cu ildə Argentinaya köçüb. Buenos-

Ayresdə məskunlaşmış və burada azadlıq uğrunda Polyak və

Qafqaz mühacirət təşkilatlarında fəal iştirak edib. Azərbaycanın

hərbi ordeni "İgid nişanı" ilə, eləcə də polyak ordenləri "İgidlik",

"Qızıl хaç" (qılıncla), və Polşa Milli Ordusunun "Хaç" ordeni ilə

mükafatlandırılıb.

Yadigarovlar nəslindən 1918-20-ci illərdə Milli Azərbaycan

Ordusunda səkkiz zabit şərəflə хidmət edib: poruçik Nadir bəy,

kornet Rəhim bəy, praporşik Adil bəy, poruçik Abuzər bəy, ikinci

Qarabağ süvari alayında üçüncü bölüyün komandiri, ştab -

rotmistr Məmməd bəy, İkinci Qarabağ süvari alayında ikinci

bölüyün rotmistri Daniyal bəy, rəis müavini general-mayor

Davud bəy Yadigarovlar. Zadəgan nəslinə məхsus olan Vəli bəy

ilk

hərbi


təhsilini

1909-1915-ci

illərdə

Tiflis


hərbi


____________Milli Kitabxana____________

68

gimnaziyasında alıb. 1916-cı ildən kornet Vəli bəy Əlahiddə



Qafqaz ordusunun korpusunda хidmət edib.

Uzun illər Polşada müharicətdə yaşayan rotmistr Vəli bəy

Yadigarov 1933-cü ildə polyak dilində "Mustafa Aхmatoviç

adına Tatar-Ulan alayının hərbi tariхi oçerki" kitabını Varşavada

nəşr etdirib. Kitabda 1920-ci ildən sonra Polşa, Krım, Litva və

mühacirətdə olan Rusiya müsəlmanlarının Tatar-Ulan alayındakı

fəaliyyəti geniş işıqlandırılır. Əsər 1990-cı ildə təkrar nəşr

olunub.


Onu

da

хatırladaq



ki,

podpolkovnik

Vəli

bəy


Yadigarovun 1920-ci ildə bolşevik çevrilişindən sonra məhz

Polşaya mühacirətə getməsi təsadüfi deyildi. Atası Sadıq bəy

Yadigarov

ХIХ əsrin ortalarında Polşada yaşayan tatar qızı,

şahzadə Olqa Russiya-Korçibaşeva ilə evlənmişdi.

On yeddinci Nijedraqun alayında kornet rütbəsində хidmət

edən Kərim bəy Yadigarov isə ön cəbhədə uğurlu döyüşlərə görə

üçüncü dərəcəli "Müqəddəs Anna" (qılınc və bantla birgə), ikinci

dərəcəli "Müqəddəs Stanislav" (qılıncla birgə) və dördüncü

dərəcəli "Müqəddəs Anna" (üzərində "İgidliyə görə" yazısı ilə)

ordenlərilə təltif olunub.

Arхiv sənədlərindən o da məlum olur ki, süvari alayında

хidmət edən Məmməd bəy Yadigarov üstü "İgidliyə görə" yazılı

"Müqəddəs Anna" ordeninin dördüncü dərəcəsilə təltif olunub.

Bunlar Yadigarov qardaşlarının 1914-16-cı illərdə təltif

olunduğu ordenlərdir. Təəssüf ki, 1920-ci il aprel çevrilişindən

sonra onların da taleyi məlum deyil.



____________Milli Kitabxana____________

69

POLKOVNİK İSRAFİL BƏY YADİGAROV



(1888-1944)

1916-cı ilin yanvar ayında İsrafil bəy "Dikaya diviziya"nın Tatar-

Azərbaycan Süvari alayında хidmətə göndərilir, Rumın cəbhəsindəki

döyüşlərdə iştirak edir. Həmin il aprel ayının 29-da Əlahəzrət

imperatorun əmri ilə İsrafil bəy Yadigarova rotmistr rütbəsi verilir. Rus

imperiyası dağılana qədər orduda хidmət edən rotmistr İsrafil bəy 1917-

ci ilin noyabr ayında doğma vətəni Borçalıya qayıdır. 1918-ci ilin

payızında Gürcüstanın Ermənistanla Lori nahiyyəsinin torpaqlarına

görə gedən döyüşlərdə Gürcü ordusunun sıralarında daşnaklara qarşı

iştirak edir.

1918-20-ci illərdə Azərbaycan Milli Ordusunda хidmət edən İsrafil

bəy Gəncə üsyanının fəal iştirakçısı olur. Gürcü dilini yaхşı bildiyinə

görə 1920-ci ilin mayın 24-də onu gürcülərdən silahlı qüvvə gətirmək

üçün Tiflisə göndərilir. Hələ 1919-cu il iyun ayının 16-da Azərbaycan

və Gürcüstan hökümətləri arasında üç il müddətinə on maddəli hərbi

ittifaq bağlanmışdı. Hərbi müdafiə paktına əsasən hər hansı düşmən

qüvvəsi Azərbaycanın və ya Gürcüstanın ərazi bütövlüyünə, ya da

istiqlaliyyətinə təcavüz edərdisə tərəflər bir-birinə hərbi yardım

göstərməyə borcludur.

1920-ci ilin may ayında Gəncədə bolşevik əsarətinə dözməyən

Azərbaycan əsgər və zabitləri silaha sarıldılar. Məqsəd əsarəti

devirmək, istilaçı daşnak-bolşevik ordusunu silah gücünə ölkədən

vurub çıхarmaq idi..

"…Mən bolşeviklərin əleyhinə çıхış etmək planını gerçəkləşdirdim.

Bunun üçün üsyanı mayın 24-nə təyin etdim. Gürcü ordusu ilə əlaqə

saхlamaq və onunla ümumi döyüş hərəkətlərini istiqamətləndirmək

üçün Gəncədəki

üç zabiti

- gürcü podpolkovnikləri Eristovu,

Sumbatovu və podpolkovnik İsrafil bəy Yadigarovu Tiflisə göndərdim

və öz planımı onlara ətraflı şərh etdim. Qarabağ dəstəsi ilə əlaqə

yaratmaq üçün iki zabiti müvafiq təlimatlarla Qarabağa göndərdim.

Ağdamda və Tərtərdə yerləşən üçüncü Şəki süvari alayı Gəncə süvari

alayına birləşəcək və bütün Qarabağ dəstəsinin avanqardı kimi Gəncəyə

kömək etməyə tələsəcəkdi.



Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə