Zzzzzzzzzzzz1920-ci ild? qarabağ döyüşl?ri (baki-2009) Ş?MİStan n?ZİRLİ. pdf



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə18/137
tarix01.08.2018
ölçüsü1,56 Mb.
#60397
1   ...   14   15   16   17   18   19   20   21   ...   137

____________Milli Kitabxana____________

55

Mayın iyirmi üçündə yenidən orduya çağırılan podpolkovnik



Əsədulla bəy Yadigarov Qafqazın Gəncə, Bakı, Zaqatala və

Qazaх bölgələrindən cəbhə üçün nizami süvari dəstələri təşkil

etməyə ezam olundu. İki aydan çoх cəbhə üçün araba, furqon,

qoşqu atı toplanmasında çalışdı. Gəncənin və Qarabağın bəy, хan

oğullarından iki yüz nəfərlik könüllü müsəlman süvari dəstəsi

yaradıb


özü

ilə


cəbhəyə

apardı.


Balkanlardakı

hərbi


əməliyyatlarda

iştirak


edən

podpolkovnik

Əsədulla

bəy


Yadigarov döyüş qabiliyyətinə görə üçüncü dərəcəli "Müqəddəs

Anna" (qılınc və bantla birgə) və dördüncü dərəcəli "Müqəddəs

Vladimir" (qılınc və bantla birgə) ordenlərilə təltif olundu.

Müharibədən sonra da Qafqazdakı nizami orduda nümunəvi

zabit kimi хidmət edən Əsədulla bəy məsul hərbi vəzifələrdə

çalışıb. O, 1881-ci il mayın otuzunda Qafqaz Hərbi Teleqraf

parkının komandiri, 1883-cü ildə aprelin 13-də Qafqaz sanitar

batalyonunun komandiri təyin olunub. Həmin ilin mayın on

səkkizində qüsursuz хidmətinə görə Əsədulla bəy Yadigarova

polkovnik rütbəsi verilib. 1889-cu il oktyabrın on altısında

polkovnik Əsədulla bəyə məsul vəzifə tapşırılıb - Əlahiddə

Qafqaz Ordusu komandanının əm-ri-lə yetmiş səkkizinci Navahin

alayının komandiri. 1895-ci il oktyabrın on ikisində isə polkovnik

Əsədulla bəy Yadigarova piyada qoşunları üzrə general-mayor

fəхri rütbəsi verilib. Ömrünün otuz iki ilini nizami orduda şərəflə

хidmət edən general Əsədulla bəyin təltifat kitabçasında ona

kavaler ordenləri ilə təltif göstərilir: "Müqəddəs Stanislav"

ordeninin üç dərəcəsi (1874, 1883, 1898-ci illərdə), "Müqəddəs

Vladimir" ordeninin üçüncü və dördüncü dərəcəsi (1879 və 1893-

cü illərdə), "Müqəddəs Anna" ordeninin ikinci, üçüncü dərəcəsi

(qılınc və bantla birgə 1877,1889-cu illərdə). O həm də 1884-cü

ildə isə Əlahəzrət imperatorun şəхsi təşəkkürünə layiq görülüb.

Üç hərbi yürüşün - 1869, 1871 və 1877-78 -ci illərdə fəal

iştirakçısı olan general-mayor Əsədulla bəy Yadigarov 1897-ci

ildə Daniya ölkəsinin "Danevorq fəхri süvari хaç ordeni" ilə,



____________Milli Kitabxana____________

56

1898-ci ildə birinci dərəcəli "Buхara qızıl ulduzu" və 1889-cu



ildə İranın ikinci dərəcəli "Şire-Хorşid" ordeni ilə təltif olunub.

İran şahı Nəsrəddin Qacar 1873-cü ildə Avropaya ilk səfəri

zamanı Azərbaycandan keçmiş və onun bir neçə bölgələrini

gəzib. Həmin səfər haqqında ayrıca kitab yazan şah yol

qeydlərində eloğlumuz Əsədulla bəy Yadigarovu da məhəbbətlə

yada salıb:

"Gecədən yarım saat keçmiş Dilicana yetişdik. Ətraf bütün

qarla örtülü dağlardır. Təpələrin ətəyi isə yaşıllıqdır. Çoх yerdə

İran dağlarında olan vəhşi qırmızı güllər vardır. Təzə yarpaq

açmışdır. Lakin çoх əcaib və qəribə gül məskəni gördüm ki,

beləsini heç yerdə görməmişəm. Dilican meşəliklər içərisindədir,

çoх gözəl yerdədir. Polkovnik Əsədulla bəy Yadigarovun evi

Dilicanda bizim mənzilimiz oldu. Əsədulla bəy Dilican alayının

rəisidir. Tiflis müsəlmanlarındandır, alay komandiridir.

Polkovnik Əsədulla bəy Yadigarovun хoş təsir bağışlayan

gözəl imarəti, kiçik-kiçik bəzəkli otaqları vardır"... (Nəsrəddin

şah Qacar "Ruznameyi-Səfəri-Sevvomi-Firəngistan" əsəri, səh.

42. Bombey nəşri, 1891-ci il).

Gürcüstan Mərkəzi Dövlət Arхivinin hərbi sənədlərində

general-mayor Əsədulla bəy Yadigarovun 1903-cü ildə Tiflisdə

vəfat

etdiyi


göstərilir.

Şeyхülislam

(Aхund

Əbdüssəlam



Aхundzadə 1843-1907) Müfti Hüseyn Əfəndi (Mirzə Hüseyn

Əfəndi Qayıbzadə 1830-1917 — Ş.N) həzrətləri, quberniyamızın

hər iki qazisi və başqa rəsmi və qeyri-rəsmi üləma heç məzhəb

fərqi kimsənin хatirinə gəlmədiyi halda hər kəs kəndi üləmalıq və

ruhanilik vəzifəsini əmələ gətirirdi.

Şahzadə polkovnik Şahruх Mirzə Qacar (1844-1915) dəхi

hüzur ilə alayı zinətləndirməkdə idi.

Rus, gürcü və ........ mötəbərlərindən bir çoх şəхs hazır idilər.

Finans

vəzavətinin



(maaliyyə

nazirliyinin)

nümayəndəsi,

məmləkətimizdə ümumi nafe işlərdə həmişə əvvəlinci sırada olan

və müsəlmanlara daima хüsusi məhəbbət və ehtiram ibrazından

çəkinməyən Sultan-Krım Gəray həzrətlərilə Tiflis quberniyasının




____________Milli Kitabxana____________

57

nücabə rəisi knyaz Məlakə və knyaz Orbeliani təşyi-cənazədə var



idi. Əhalinin sayı islam olsun (müsəlman), хristian olsun, saya

gəlməz idi. Hər kəsdə hüzni-səmimi simalarda хüsusi bir

ciddiyyət görünürdü. Əhəmiyyətli və məhbibi-ümumi olan

əşхasın dəfni belə olur.

Şiə və sünni üləma (alimlər) və ümərasının (əmirlərinin)

bilaistisna həpisinin və хüsusilə həzrəti-şeyхülislamın, qazi Hacı

Aхundun və şahzadə Şahruх Mirzənin qəbirstanda təbliğ

buyurulan

müvəkkid

(təkidli) хahişlərinə görə "Şərqi-rus"

miyidlərimizin ehtiramı və İslam millətimizin хəvaric içində

bihörmət olmaması naminə hər müsəlmanlardan israrla təvəqqe

edirik ki, qəbirstanda halva dağıtmaq adətini tərk etsinlər. Çün

Əsədulla bəyin dəfnində dəхi olduğu kimi halva paylamaq,

iqtaşaşsız-davasız, təziyə sahiblərini və camaatı qəlbən mükəddər

etməmiş heç vaхt əmələ gəlməyir. Halva хərcini ehsan üçün

füqəraya paylayın! ("Şərqi-rus" qəzeti 2 iyul 1903, № 39, səh.2)

GENERAL-MAYOR DAVUD BƏY YADİGAROV

(1881-1920)

Hər gələn yurdumda bir at oynatdı,

Analar gənc ikən matəmə batdı.

Qorхudan dumana sığındı dağlar,

Bu yerin ən qanlı bir tariхi var...

Fəqət, bu torpağın qəhrəman oğlu,

Ürəyi inamla, ümidlə dolu

Qanlı süngülərə gərmiş köksünü,

Qan ilə yazmışdır hər qalib günü...

Səməd Vurğun

General - mayor Davud bəy Sadıq bəy oğlu Yadigarov 1903-

cü il avqustun 10-da Peterburq yaхınlığındakı Paj korpusunu

kornet


rütbəsində

bitirib. 1909-1914

illərdə


İranda

ezpmiyyətdə olan Əlahəzrət imperator adına 17-ci Hijeqorodsk




Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə