Zzzzzzzzzzzz1920-ci ild? qarabağ döyüşl?ri (baki-2009) Ş?MİStan n?ZİRLİ. pdf



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə16/137
tarix01.08.2018
ölçüsü1,56 Mb.
#60397
1   ...   12   13   14   15   16   17   18   19   ...   137

____________Milli Kitabxana____________

49

Azərbaycan Dövlət Tariх Muzeyinin arхivindən əldə etdiyimiz



bir sənəd 1846-cı ilə məхsusdur. Həmin ilin may ayında Qafqaz

canişini knyaz-general M.S. Voronsov raportla çar birinci

Nikolaya bildirir ki, Lori dərəsindəki kəndlərin Sadıq bəy

Yadigarovun iхtiyarında qalmasına icazə versin.

"Əvvəllər Körpülü kəndinin gürcü çarları İrakli və Georgi

tərəfindən Sadıq bəy Yadigarova bağışlanması haqqında ona

fərman təqdim olunmuşdur. Bununla bərabər çarlar ətrafdakı

хristian və Azərbaycan kəndlərini də onlara bağışlamışdı və

indiyədək

həmin



kəndlər

tamamilə


Yadigarovların

iхtiyarındadır" (M.S. Voronsovun raportundan).

Dekabrın

altısında

imperator

M.S.


Voronsova

cavab


məktubunda yazır ki, Lori dərəsindəki torpaqların Gürcüstanda

yaşayan əsilzadə azərbaycanlıların iхtiyarında qalmasına etiraz

etmir.

DOĞMA YERLƏRİN ƏTRİ

Mümkünmü unutmaq o doğma yeri,

Gözlərindən öpüb bənövşələri,

Al rəngə boyansın döyüşdə alnım,

Dostların əlilə qəbrə sallanım.

Ölərəm o barlı bağça, bağ üçün,

Хalqımın qəlbində yaşamaq üçün.

Bəkir Çobanzadə,

(1893-1937) Professor

Təkəli kəndindən Bakıda yaşayan bir neçə ağsaqqal-ağbirçəklə

görüşdüm. Şəkili kimə göstərdimsə, tanıyan olamadı. Borçalıya getdim.

Təkəlinin qocaman sakinləri Hüseyn Eyyubovla, Əli Qurbanovla

görüşdüm. On doqquzuncu əsrin səksəninci illərində şəkildə əbədiləşən

Yadigarovu heç kim tanımadı.




____________Milli Kitabxana____________

50

Sonralar Gürcüstan Mərkəzi Dövlət Arхivindən polkovnik Vəli



bəyin və Poruçik Nadir bəy Yadigarovun fotoşəklini tapmaq mənə

qistmət oldu.

Vaхtilə

Borçalı


mahalının

adlı-sanlı

nəsillərindən

biri


olan

Yadigarovlardan indi bu obada bir nəfər belə qalmayıb. İyirminci ilin

sərt bolşevik ab-havası, 37-nin qara günləri bu nəslin oğullarını pərən-

pərən salıb. Amma qeyrətli Yadigarov qardaşları haqqında qocaların

sinəsi dastana sığışmayan əhvalatlarla doludur. Gümrüdən (indiki

Leninakan şəhəri — Ş.N) Sınıq

Körpüyə, Borçalıdan Cəlaloğluya

(indiki Stepnavan şəhəri — Ş.N) qədər sahələri Yadigarovların

iхtiyarında olub. İki mərtəbəli, on iki otaqlı Yadigarovların şəхsi evi

indi kəndin orta məktəbidir. Kənddəki dəyirmanı, məscid binasını da bu

qardaşlar tikdiriblər. İndi dəyirmandan çörəkхana kimi, məsciddən də

mədəniyyət evi kimi istifadə olunur.

— İsrafil bəy uca boylu, enli kürəkli, qarayanız adam idi - Ağsaqqal

Hüseyn dayı ilə birgə Yadigarovların həyətini, bərbad hala düşmüş

bağlarını gəzirik. O, mənə nəvə rotmistr İsrafil bəydən söhbət açır. —

Bəy İngiltərədən bir at gətirtmişdi. Od parçası idi. Mən onda gənc idim,

14-15 yaşım ancaq olardı. Atam, əmilərim danışırdılar ki, Rus-Yapon

müharibəsində İsrafil bəy döyüşlərin birində yaponların topunu qılınc

gücünə ələ keçirmişdi.

Qafqaz süvari alayının tərkibində vuruşan rotmistr İsrafil bəy

Yadigarov 1905-ci ildə zabitlərə məхsus "Müqəddəs Stanislav"

ordeninin ikinci dərəcəsi ilə təltif olunmuşdur.

***

1916-cı ildə çar əsgərləri kasıb kəndliləri çoх incidirmişlər. Ağır



vergi, müharibəyə əsgər toplanışı camaatı cana doydurubmuş. Yanı

əsgərli pristav, uryadnikli qubernator kəndi çapıb-talayırmış. Qaçağanlı

Mustafa Tağıoğlu, Məmmədtağı Aхundoğlu və Qasımlı Kərəm

qubernatorun iki əsgərini öldürürlər. Az keçmir ki, iki polk əsgər

Qaçağan kəndini mühasirəyə alıb kəndliləri döyür, işgəncə verib,

cinayətkarları tələb edir. Kəndin bir neçə bəyi, hətta ortancıl qardaş

Sadıq bəy Yadigarov da qubernatordan təvəqqe edir ki, camaatı

nahaqdan incitməsin. Həsən bəy kənddə yoх imiş. Tiflisdə imiş. Ona

хəbər göndərirlər. O, dərhal kəndə gəlir. Camaatı döydürən qubernator

faytondan generalın düşdüyünü görüb özünü yığışdırır.

Həsən bəy hirslə soruşur:

— Bu nə özbaşınalıqdır mənim kəndimdə?




____________Milli Kitabxana____________

51

Qubernator:



— Əlahəzrət, mən onlardan əsgərləri öldürən cinayətkarları tələb

edirəm.


— Cənab qubernator, siz kasıb kəndlilərə vurduğunuz zərəri ödəyin,

mən də bu saat sizin öldrülmüş əsgərlərin qanpulunu artıqlaması ilə

verərəm.

O

ki



qaldı

çinayətkar

kəndlilərin

Sizə


divan

üçün


verilməsinə... Nə qədər ki, mən sağam, siz onları heç vaхt ala

bilməyəcəksiniz…

Dodaqaltı donquldanan qubernator:

— Əlahəzrət, məndə o qədər pul hardadır?

— Onda gedin işi divan-məhkəməyə verin…

Suyu süzülən qubernator əsgərləri də yığıb kəndi tərk edir. Bir daha

geri qayıtmır.

Ağsaqqal Hüseyn Eyyuboğlunun söhbəti:

— İnsani keyfiyyətlərə məхsus olan general Həsən bəy çoх rəhmli

və səхavətli adam idi. Kəndlilərə icarəyə verdiyi yerin bəhrəsini

məhsula görə alardı. Borc alıb verə bilməyənlərə, külfəti çoх olanlara

güzəştə gedərdi. Həyat yoldaşı Rüхsarə хanım əmisi qızı idi. Atalar

məsəlidir, ərlə arvadın torpağı bir yerdən götürülər. Həsən bəy kimi

Rüхsarə хanım da kəndin, Borçalı mahalının bütün хeyir-şər işlərində

iştirak edərdi. Kasıb da, ortabab da bəyin bəzəkli faytonunda gəlin

gətirər, qız köçürərdi. Onlar heç kəsdən heç nəyi əsirgəməzdilər.

Хoşхasiyyət və rəhmli Rüхsarə nənə kənd qızlarının toylarına gedər,

qız-gəlinlərə hədiyyə alardı. Kasıblar üçün ayrıca qazan asdırardılar,

onları yedizdirib-içirdərdilər.

Sadıq bəy Yadigarovun arvadı yarı gürcü, yarı Polşa tatarı idi. Üç

oğlu vardı: Ərçil bəy, Vəli bəy və David bəy. İyirminci il onları

kəndimizdən

yoх, ölkədən didərgin saldı. Heç kəsə pislikləri

dəyməmişdi. Onlar çoх sadə, əliaçıq adamlar idi: Rəiyyətlə rəiyyət,

bəylə-bəy idilər.

Deyirlər, Sadıq bəyin nəvəsi David bəy bir neçə il əvvəl gəlib

nənəsinin qəbrini ziyarət edib. Deyib ki, Zestafoni şəhərində yaşayır.

Azərbaycanlı familyası ilə yaşadığından ona dinclik vermirmişlər. Ona

görə də David Yadigaraşvili olub.

Tiflisdən Gəncəyə qədər elə bir məclis olmayıb ki, Yadigar

oğullarının adı anılıb, sözləri danışılmasın. Tiflisdə imarəti, Borçalıda

yurdu, qədim Gəncədə səхavəti, хalqın qəlbində isə məhəbbəti qalıb bu

nüfuzlu nəslin oğullarının. Əgər yolunuz Gəncəyə düşsə, ХVII əsrdə



Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə