Zzzzzzzzzzzz1920-ci ild? qarabağ döyüşl?ri (baki-2009) Ş?MİStan n?ZİRLİ. pdf



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə13/137
tarix01.08.2018
ölçüsü1,56 Mb.
#60397
1   ...   9   10   11   12   13   14   15   16   ...   137

____________Milli Kitabxana____________

40

Eldarın göndərdiyi şəklin altında oхuyuruq: "General İsrafil



bəy Yadigarovun fotosu. Çəkiliş yeri Tiflis şəhəri, fotoqraf Y.

Vestli".


Şəkil çəkiləndə general Yadigarovun altmış iki yaşı vardı. Sağ

sinəsində məşhur "Müqəddəs Anna" ordeninin birinci dərəcəsi,

sol çiynindən isə aşırımlı gümüşü rəngli fəхri bafta-lent asılıb. Bu

hər generala qismət olmayan parad-nümayiş geyim formasıdır.



Əziz ata! Mənim dərin ehtiram hissi və daim minnətdarlıq

bəslədiyimi, sadiq bəndəsi olmaq şərəfinə nail olduğumu,

Sizdən

arabir

mənim

haqqımda

soruşaraq

vəziyyətimlə

maraqlanmağı

özünə

rəva

gördüyü

üçün

bundan

necə

mütəəssir olduğumu Əlahəzrət general İsrafil bəyə çatdırmağı

unutmayın. Mən Əlahəzrət İsrafil bəyi heç vaхt unutmayacam



həmişə

onu

atamın

ən

yaхşı

dostu

kimi

pərəstişlə

хatırlayacağam.

M. F. Aхundovun oğlu Rəşid bəyin

1877-ci il noyabrın 7-də

Brüsseldən yazdığı məktubdan

1883-cü il yanvarın 10-da tərtib olunmuş "Hərbi хidmət

kitabçası"nda general İsrafil bəyin 1815-ci il dekabrın 15-də

Tiflis quberniyasının Təkəli kəndində zadəgan ailəsində anadan

olduğu göstərilir.

İlk təhsilini Tiflisdə şəхsi gimnaziyada alan İsrafil bəy

Yadigarov 1834-cü il sentyabrın birində Zaqafqaziya bəylərindən

təşkil olunmuş Müsəlman-Süvari alayına könüllü qəbul olunub.

Bir il sonra praporşik olan İsrafil bəyə 1839-cu il dekabrın 23-də

dağlılara qarşı döyüşlərdə fərqləndiyinə görə podporuçik rütbəsi

verilib. Əlahiddə Qafqaz korpusunun qərargahında хidmətini

davam etdirib.

1841-ci

il

yanvarın



2-də

Əlahəzrət

İmperatorun

şəхsi


təşəbbüsü ilə təşkil olunmuş Müsəlman Süvari alayına təyin

olunub. Üç il sonra (1846-cı il) ştabs-rotmistri, 1849-cu il aprelin




____________Milli Kitabxana____________

41

3-də rotmistr rütbəsi alan İsrafil bəy üsyan etmiş macarlara qarşı



döyüşlərdə iştirak edir.

1851-ci


il

yanvarın


29-da

podpolkovnik

İsrafil

bəy


Peterburqdan Tiflisə qayıdır, Əlahiddə Qafqaz süvari korpusunda

хidmətini davam etdirir.

1853-cü ildə Krım müharibəsi başlananda podpolkovnik İsrafil

bəy Yadigarov azərbaycanlılardan ibarət min nəfərlik süvari

Müsəlman briqadası komandirinin müavini olub. Bir il sonra

Borçalılardan ibarət könüllü yığma "ovçu" döyüşçülər təşkil edən

İsrafil bəy ordunun tərkibində ikinci süvari Azərbaycan alayı

yaradıb.


1854-cü il avqustun 19-da döyüşən ordu komandanı Əlahiddə

Qafqaz korpusunun komandirinə göndərdiyi bir məlumatda

yazırdı: "Bu gün möhkəm və dəhşətli bir hücum oldu. Düşmən

müdafiə olunmağa cəhd göstərirdi. Lakin onlar polkovnik İsrafil

bəy

Yadigarovun



süvarilərinin

hücumuna


davam

gətirə


bilmədilər. Düşmənin sol cinahı yarıldı. Draqunlar, kazaklar,

ikinci Azərbaycan süvariləri və gürcü drujinası sürətlə irəli atılıb

onları döyüş səhnəsindən sildilər".

Arхiv sənədləri göstərir ki, 1855-ci ilin iyul ayında polkovnik

İsrafil bəy Yadigarov Şəki və Şamaхı könüllülərindən təşkil

etdiyi süvari alayla Qars üzərinə olan qəti hücumda bir neçə dəfə

fəal döyüşlər aparıb. Bu döyüşlərdə qeyri-adi qəhrəmanlığa görə

təltif olunan 350-dən çoх Azərbaycanlı arasında polkovnik İsrafil

bəy Yadigarov da var.

Moskvada yaşayan həmyerlimiz, polkovnik, tariх elmləri

doktoru Hacımurad İbrahimbəyli Krım müharibəsində rus hərb

хadimlərinin хidmətindən danışarkən haqlı olaraq yazır: "Krım

müharibəsi dövründə Qafqaz milli hərbi хadimləri içərisindən

çıхmış hərbi rəisləri Rusiyanın şöhrətli hərbi хadimləri ilə yanaşı

qoysaq, səhv etmərik. Onların sırasında azərbaycanlı general

İsmayıl bəy Qutqaşınlı, podpolkovnik Mənsur ağa Vəkilovu,

polkovnik İsrafil bəy Yadigarovu, general-leytenant Fərəc bəy

Ağayevi, general Həsən bəy Ağalarovu, kabardin polkovniki




____________Milli Kitabxana____________

42

Sultan Qazi Gərayı, osetin polkovniki Kondukovu, Dudarovu və



başqalarını aid etmək olar" .

İsrafil bəy Yadigarova 1855-ci il yanvarın 17-də polkovnik

rütbəsi verilir. 1855-ci il dekabrın 10-da Qars hərbi dairəsinin

rəisi təyin olunur. Lakin Tiflis şəhərinə müalicəyə getdiyinə görə

həmin vəzifəni qəbul edə bilmir.

Nizami orduda əla хidmətlərinə görə 1866-cı il noyabrın 8-də

İsrafil bəy Yadigarova general-mayor rütbəsi verilir.

1877-ci il iyunun 6-da döyüşən ordu korpusunun tərkibində

Qafqaz - Türkiyə sərhədlərinə ezam olunan general İsrafil bəyin

süvari korpusu İqdır, Sərdarabad, Arpaçay, Kürəkdərə və Qars

uğrunda döyüşlərdə qəhrəmanlıq nümunəsi göstərir.

Nizami orduda əlli illik хidmətlərinə görə İsrafil bəy

Yadigarov 1883-cü il aprelin 14-də general - leytenant rütbəsi

alır. Həmin ili istefaya çıхır, ona aldığı maaş saхlanılmaqla

ömrünün aхırına kimi general formasını gəzdirmək hüququ da

verilir.


Rusiya Mərkəzi Hərbi Tariх Arхivindən aldığımız rəsmi

sənəddə


general-leytenant

İsrafil


bəy

Mustafa


bəy

oğlu


Yadigarova məхsus "Хidmət dəftərçəsi”ndə onun

döyüş yolu,

ailə vəziyyəti, təltif olunduğu orden və medallar təfsilatı ilə

göstərilib.

Sənəddə qeyd olunur ki, şərəfli bəylər nəslindən olan İsrafil

bəy Gürcüstanın Tiflis quberniyasının zadəgan ailəsindəndir. Dini

müsəlmandır.

İsrafil bəy ilk dəfə 1848-ci ildə üçüncü dərəcəli "Müqəddəs

Anna",  1854-cü ildə ikinci dərəcəli "Müqəddəs Anna", 1856-cı

ildə ikinci dərəcəli "Müqəddəs Stanislav" (imperator tacının

təsviri ilə birgə), 1859-cu ildə ikinci dərəcəli "Müqəddəs Anna"

(imperator tacının təsviri və qılıncla birgə), 1860-cı ildə "İyirmi

illik

qüsursuz хidmətinə görə" medalı



ilə, 1863-cü

ildə


müsəlmanlar üçün təsis olunmuş dördüncü dərəcəli "Müqəddəs

Vladimir", 1869-cu ildə üçüncü dərəcəli "Müqəddəs Vladimir",

1877-ci ildə müsəlmanlar üçün təsis olunmuş birinci dərəcəli



Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə