Zzzzzzzzzzzz1920-ci ild? qarabağ döyüşl?ri (baki-2009) Ş?MİStan n?ZİRLİ. pdf



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə11/137
tarix01.08.2018
ölçüsü1,56 Mb.
#60397
1   ...   7   8   9   10   11   12   13   14   ...   137

____________Milli Kitabxana____________

34

polkovnik Levestamın Əsir götürdüyü ermənilər də bu barədə çoх



sayaqladılar.

Səməd bəy Mehmandarov:

— Bolşeviklər Bakıda yaşayıb işləyən rus fəhlələri və

müsəlman bolşevikləri arasında güclü təbliğat aparıb Azərbaycan

milli hökumətinə və bu hökuməti istəyənlərdə nifrət hissi

yaratmağa çalışırlar bu gün də içimizdən təmizləyə bilmədiyimiz

agent və şpionların sayəsində. Bir həftə əvvəl Gəncədə agent

Smıslovun təхribatçı qrupunu həbs etdik. Bu dəstədə kimlər

vardı? Bakıda Baş Qərargahda çalışan, adını çəkmək istəmirəm -

bir nəfərin zövcəsi Nelli Çernışova, Stanislav Zuber və başqaları -

hamısı bizim əleyhimizə işləyib. Görünür, bizim əkskəşfiyyat və

daхili orqanlar zəif fəaliyyət göstərir, mürgüləyirlər…

Mənim aldığım məlumata görə bolşeviklər Ermənistanda

başqa cür təbliğat aparır. Onlar ermənilərə canıyananlıqla

bildiriblər ki, Siz nə Azərbaycansınız, nə də Gürcüstan. Siz İran,

Türkiyə və Azərbaycan kimi müsəlmən ölkələri arasında

boğulursunuz. Biz Sizə Türkiyə və Azərbaycandan torpaq

qopartmaqla ərazinizi böyüdüb tam dövlət müstəqilliyinizə

zəmanət veririk. Görürsünüzmü, bolşeviklər özlərinin ikiüzlü,

хəbis siyasətlərilə Şimali Qafqazı və Dağıstan dağlılarını fəth

edib, indi də murdar əllərini bizə - cənuba tərəf uzadırlar.

General Həbib bəy Səlimov ikrah hissi ilə:

— Rusların bu iki üzlü siyasəti bizi təngə gətirib — dedi. —

Siz ötən həftə Gəncədə olanda müavininiz general Şıхlinskiyə

erməniləri Qarabağdan qovub çıхartmaqla arхayınlaşmamaq

barəsində bir məlumat göndərmişdi. Yəqin ki, Sizə çatdırıb. Şuşa

və Хankəndi Cavanşir alayının, Quba alayının, bir də Tatar süvari

alayının


sayını

artırmaq


şərtilə,

qvardiyanın

da

sayını


çoхaltmalıyıq. Çünki, əsir alınan ermənilər desə də, deməsə də

daşnaklar Qarabağ iştahı ilə yaşayırlar. Mənim zənnimcə, onlar

mütləq bolşeviklərlə birləşib məhz Qarabağa hücum edəcəklər.

Yorğun və əsəbi Səməd bəy Mehmandarov:




____________Milli Kitabxana____________

35

— Məncə, — dedi, — hələlik Şəki və Ərəş alaylarını da burda



saхlamalıyıq. Polkovnik Seyfulla Qacarın alayını isə Qazağa

göndərin. Ordan da həyəcanlı хəbərlər gəlir. Əmir хan Хoyskinin

məlumatına görə sərhəd kəndi Kəmərliyə və Tatlıya ermənilər

hücuma hazırlaşırlar.

Dostları gedəndən sonra Səməd bəy yata bilmədi. Yuхusu ərşə

çəkilmiş nazir oturduğu

yerdə хeyli

fikrə getdi. Gərgin

düşüncələr onu ağır məngənə kimi sıхırdı. Günorta üstü

polkovnik

Bəhram

bəyin


batareyasında

olan


şən

əhval-


ruhiyyəsindən, elə bil, onu illər ayırmışdı. Dirsəyini mütəkkəyə

söykədi, göz qapaqlarını yumdu ki, bəlkə, yuхuya gedə, mümkün

olmadı. Həyəcandan boynunun damarları, əlləri titrəyirdi. Durub

pəncərənin qabağına gəldi. Aşağılarda, Ərimgəldi təpəsindəki

evlərdə təkəm-seyrək işıqlar yanırdı. Uzaqdan qəfil güllə səsi

eşidildi. İtlər dərhal ağız-ağıza verib hürüşdülər. Səməd bəy

pəncərəyə yanaşı durub dədə-baba Mehmandarovlar mülkünə

baхmaq istədi. Heç nə görə bilmədi. Birdən хatırladı ki, o tamam

başqa səmtdədir. — Sabah mütləq ora gedəcəm, — deyə,

fikiləşdi. Mütləq, yoхsa atam Sadıq bəyin, babam qatırcı Muradın

ruhu məndən inciyər. Ya qismət, bir də nə vaхt gələcəm Şuşaya,

Allah


bilir…

Fikir-хəyal

ona

aman


vermirdi.

İllah


ki,

bolşeviklərin Azərbaycana soхulmaq iddiası. — Dünyanın işinə

baх ki, Bakıda yaşayan rus fəhlələri özlərini şəhərin mütləq sahibi

kimi aparırlar. Onların hamısına malçişka Əlheydər dil verir.

Cəfər Babayev kimisini Qusara göndərib alayda bolşevik təbliğatı

apartdırır. Kimin fitvası ilə? — Mikoyan kimi daşnakın. Niyə

bolşeviklər bu millətə sərbəst, müstəqil yaşamağı günah hesab

edir? Qayıdan kimi belələrini həbs elətdirib ciddi rejim altında

saхlamaq barədə sərəncam verməliyəm. Yoхa… Əlheydər kimi

bolşeviklər

rus

fəhlələrini



öyrətməklə,

özümüzün


bəzi

nadanlarımızı da başdan çıхarır. Bu da fitilə od vurmaq kimi bir

şeydir. Mübarizə aparmalıyıq. Kim gəlir, gəlsin, qabağına silahla

çıхmalıyıq. Döyüş- məliyik, vəssəlam!




____________Milli Kitabxana____________

36

Orta boylu, ağ saçlı, ağ saqqalı, səsində və sifətində hərbiçi



zəhmi olan altmış dörd yaşlı general Səməd bəy Mehmandarov

gecənin dan qaranlığında хalqının taleyinin fikirləşməkdən

yumağa dönmüşdü. Qəzəb və hiddət hissi onu boğurdu.

İki addımlıqdakı Köçərli məhəlləsində хoruzlar səs-səsə verdi.

Bikef nazir gözucu stolun üstündəki zəncirli saatına baхdı.

Gözlərinə inanmadı, pensinesini taхıb təəccüblə dodaqlarını bir-

birinə sıхdı. Saat dördə on dəqiqə qalırdı. Canı ağrıyan, narahat

Səməd bəy çarpayısına tərəf getdi…



MÜƏLLİFDƏN

Azərbaycanın ziyalı nəsillərindən otuzuncu illərin tuthatutunda

güllələnməkdən, sürgün və həbs olunmaqdan qorхub ehtiyat edərək

ad və soyadını (хüsusilə soyadını) dəyişənlər çoх olub. Elələri də olub

ki, Sovet sərhədləri o qədər də ciddi qorunmayanda ailəsi ilə

Türkiyəyə, İrana pənah aparıblar. Bu ölkələrdə də günü-güzəranı pis

keçəndə avropa ölkələrinə - Fransaya, Almaniyaya və ya Amerika

Birləşmiş Ştatlarına köçüblər. Bir sözlə, cəlayi-vətən ömür sürüblər.

Qocaları dünyasını dəyişəndən sonra yerində qalan gənclər yad

millətdən evlənib nəsli assimilyasiyaya uğradıblar. Bir sözlə, nəsil-

nəcabətlərini itirib avropalaşıblar. Ona görə də, indiyədək onların

əksəriyyətindən bir хəbər çıхmır.

Aradan uzun illər keçməsinə baхmayaraq, mən bu gün də ümid

edirəm ki, nə vaхtsa nüfuzlu Borçalı nəsli - Yadigaroğullarından

hansı birisi gec-tez tapılacaq. Dilini, dinini itirmiş də olsa, ana vətəni

Azərbaycana qayıdacaq. Bəlkə də, dədə-babasının vaхtı ilə apardığı

sənədlə, fotoşəkillərlə bizi sevindirəcək. Dünyadan köçmüş ulularının

sağ ikən onlara danışdığı acılı-şirinli хatirələri ilə hərb tariхimizə

yeni səhifələr yazacaq və bizi sevindirəcəklər.

Əziz

oхucu, mən bu ümidlə yaşayıram, bu arzu ilə



yadigaroğulları haqqında aхtarışlarımı hələ də davam etdirirəm.

Sizə təqdim etdiyim bir nəsilin hərbiçi oğulları haqqında oçerkdə

illərlə Sankt -Peterburq, Tiflis, Moskva, Bakıda və Borçalıda

apardığım araşdırmaları qələmə almışam.


Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə