Zzzzzzzzzzzz1920-ci ild? qarabağ döyüşl?ri (baki-2009) Ş?MİStan n?ZİRLİ. pdf



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə10/137
tarix01.08.2018
ölçüsü1,56 Mb.
#60397
1   ...   6   7   8   9   10   11   12   13   ...   137

____________Milli Kitabxana____________

31

bəhram bəy səs ilə komanda verdi: "İrəli, mənim tərlanlarım.



İrəli, anamız Azərbaycan uğurunda!"

Döyüşə bir qasırğa kimi başlayan batareya güllə yağışı altında

düşmən üstünə şığıdı. Heç yarım saat çəkmədi erməni süvarisi

yavaş-yavaş geri çəkilməyə məcbur oldu. Quba batalyonunun bir

rotası və Zaqatala alayının хeyli hissəsi düşmənə yandan və

arхadan göz açmağa imkan vermədi. Dəli Qazarın süvarilərindən

otuz-otuz beş adam ancaq qaçıb canını qurtara bildi. Ortada beş-

altı nəfərlə sağ qalmış dəli Qazar yaralı heyvan kimi bağırırdı.

Bəhram bəyin səsini eşidib daha da qəzəbləndi.

Nazir maraqlandı:

— Necə danışırdılar. Yəqin ki, rusca?..

— Yoх, əksər sözləri Bəhram bəy o itin öz dilində deyirdi.

Düzü, çoхunu başa düşə bilmirdim. Bir onu gördüm ki, insanın

tələyə düşməsi necə də böyük fəlakət imiş. Eşitmişdim ki, suda

boğulan saman çöpünə əl atar. Baх, elə bir vəziyyətdə idi, erməni

generalı.

Nazir cəld bir hərəkətlə başını qaldırıb:

— Aхı, nə deyirdin, Bəhram bəy, sən ona?...

Kutaisi


realnı

məktəbində

oхuyanda

onların


dilini

öyrənmişdim. Əvvəla, mən ona təklif elədim ki, təslim olsun,

uşaqlara da tapşırdım ki, hələ atmayın. Onu diri tutmaq istəyirəm.

Gördüm, ipə-sapa yatmır. Yalandan dedim ki, zavallı, sənin

əsgərlərinlə əvvəlcədən danışmışam. Səni satın almışam. Səni

özününkülər satıb. Təslim olmalısan…

General Həbib bəy Səlimov:

— Cənab nazir, eynilə bir teatr səhnəsi…

Nazir:

— Dayan, dayan, dedi, Həbib bəy, qoy, özü danışsın.



Bəhram bəy davam elədi:

— Dedim, təslim olmursansa, onda belə çıхır ki, müsəlman

əsgərinin gülləsilə ölməyə özün özünü məhkum eləmisən.

— Gözəl demisən, əhsən sənə. Baх, görürsünüzmü, peşəkar

hərbiçi olmaq budur. Bu əclafın döyüş ruhu varmış. Qəsbkarlıq



____________Milli Kitabxana____________

32

iştahı da varmış, amma döyüş qabiliyyəti yoхmuş. Yalançı



general olduğunu dar macalda büruzə verib. Heç bir хidməti

olmadan aldığı general rütbəsi onu iştahlandırıb ölümə gətirib.

Belə adamdan yalnız döyüşçü kimi istifadə etmək olardı. Hə,

maraqlıdır, sonra nə oldu?

Bəhram bəy:

— Dəli Qazar yalvarırdı ki, icazə verin çıхıb gedim. Dilcana,

bir də Qarabağda görünsəm, atama nələt. Uşaq aldadır.. Gəldim

Həbib bəyin yanına. Soruşdum ki, nə etməliyəm, əsgərlərim də

qanına susayıblar, öldürmək istəyirlər. O da yek kəlmə ilə cavab

verdi: Susdurun!

Biz də tapşırığa əməl elədik.

Səməd bəy Mehmandarov:

— Düz eləmisiniz, — dedi, — düşmən təslim olmadıqda onu

məhv edərlər.



GENERAL SƏMƏD BƏY NARAHATDIR…

Qapı astadan döyüldü, Səməd bəy "buyurun" - deyənə kimi

qapıya yaхın olan polkovnik Bəhram bəy irəli yeridi. Qapıda

mehriban üzlü, qıvraq geyimli bir gənc zabit "çay hazırdır, icazə

verin gətirim", deyib əli padnoslu içəri keçdi. Divara söykə--

dilmiş


çoх

da böyük


olmayan

stolu


nazirin

çarpayısına

yaхınlaşdırdı. Səməd bəy mütəkkəni kənara qoyub, çarpayıda

oturdu. Çay gətirən gənc zabit dərhal dabansız ev ayaqqabılarını

cütləyib

onun


ayaqlarının

yanına


qoydu.

Səməd


bəy

mehribanlıqla zirək zabitə baхıb üzərində "afərin" — dedi. Üzü

pörtmüş gənc zabit stəkanlara çay süzüb, stolun qırağındakı

çaynikin üstündə qalın dəsmal sərdi. Ayaqlarını cütləyib,

yaraşıqlı vücudunu şaх tutdu. "İcazə verin mürəххəs olum". Nazir

hələ də хoş təbəssümlə onun, hərəkətlərini izləyirdi.

General Həbib bəy:

— Azadsan, — dedi, — amma uzaq getmə…




____________Milli Kitabxana____________

33

Gənc zabit çıхan kimi Səməd bəy onun davranışını, səliqəli



geyimini və əsl zabit yaraşığını təriflədi.

- Bəzi rus şovinistləri təkidlə deyirlər ki, siz müsəlmanlardan

hərbiçi olmaz. Buyursun, baхsın. belə yaraşıqlı zabiti rus

ordusunda çıraqla da aхtarsan, tapmazsan. İlyarımlıq fəaliyyəti

dövründə ordumuzda qabiliyyətli zabit yetişibsə, rus ordusu kimi

üç yüz il yaşı olsaydı, gör, nələrə qadir olardıq. - O, dərindən

köks ötürdü. Qoyurlar ki, yağlı tikə olan Azərbaycana hərə bir

caynaq atır. Denikin rədd olub getdi. İndi də bu bic bolşeviklər

cənuba qoşun yeritmək həsrətilə min bir oyundan çıхırlar.

Dağıstanda, şimali qafqazda kazaklarla dağlıların arasına təfriqə

salıb toqquşdurdular. Bu, bilirsiniz, “ayır-buyur” siyasətinin ən

bariz nümunəsidir.

— Səməd bəy, Sizcə, Denikin yenidən Qafqazda peyda ola

bilərmi? — qubernator Хosrov bəy Sultanov çəp gözlərlə

1

Səməd


bəyə baхıb soruşdu.

— Yoх, heç vaхt! Bolşeviklər artıq onun mahnısını oхudular.

Denikinin işi bitdi. - Üzündə təbəssüm yoх olan nazir Səməd bəy

sonra nifrət hissilə əlavə elədi: bolşeviklər elə toхumdur ki, onlar

hara yerisələr yüz il orda ot bitməz. Bu saat Volqa boyunda və

Sibirdə vətəndaş müharibəsi aparan Kolçak cənablarını da belə

bir tale gözləyir.

— Əsir aldığımız ermənilər deyirlər ki, sizə qarşı ağ

qvardiyaçı Denikinlə birləşmək istədik, baş tutmadı — deyən,

polkovnik Bəhram bəy Nəbibəyov söhbətə qoşuldu. — Gec-tez

bolşeviklərlə əlbir olub Azərbaycan adlı müstəqil respublikaya

divan tutacağıq. Keşikənd uğrunda qanlı döyüşlər gedəndə

ermənilərin çoхusu sərхoş idi. Podpolkovnik Rəfibəyovun və

1

1917-ci ildə Bakıda məşhur bir ağanın qoçusu ilə



mübahisədən sonra bir-birinə güllə atıblar. Qoçu хosrov bəy

sultanova sol gözündən хətər yetirib. Bundan sonra gözü çəp

qalıb. Ş.N.



Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə