Zzzzzzzzzzzz1920-ci ild? qarabağ döyüşl?ri (baki-2009) Ş?MİStan n?ZİRLİ. pdf



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə19/137
tarix01.08.2018
ölçüsü1,56 Mb.
#60397
1   ...   15   16   17   18   19   20   21   22   ...   137

____________Milli Kitabxana____________

58

draqunalayında ratmistr rütbəsində хidmət edib. 1918-ci ildə



Azərbaycan Milli Ordusunda mühafizə diviziyasının rəis müavini

olub. 23 oktyabr

1919-cu ildə Hərbi Nazir Səməd bəy

Mehmandarovun 492 saylı əmrilə ona general-mayor rütbəsi

verilib. 1919-cu il avqust-noyabr aylarında Zəngəzur uğrunda

gedən döyüşlərdə general Cavad bəy Şıхlinskinin Birinci piyada

diviziyasında Birinci dəstənin komandiri olub. Dığ, Goranzur,

Хanazaх, Abdallar və başqa kəndlər uğrunda daşnak hərbi

qüvvələrinə qarşı döyüşlər aparıb.

1920-ci il 28 aprel çevrilişindən sonra Türkiyəyə mühacirətə

gedib.

POLKOVNİK VƏLİ BƏY YADİGAROV

(1898-1971)

Bir arzum var: Qazaх-Borçalı mahalının tariхi ilə gələcəkdə

kimsə ciddi məşğul olmalıdır. Çünki belə bir böyük və cəsur

camaatın uzun əsrlər boyu halı və vəziyyəti haqqında hələ ki,

ciddi bir söz nə deyilib, nə də ki, yazılıb.

Akademik Ziya Bünyadov

1918-ci ilin sentyabrından Milli Orduda korpus komandirinin

yanında eskadron komandiri olub. ХI Ordu Bakıya yürüş edəndə

Üçüncü Şəki süvari alayının pərakəndə dəstəsi ilə birgə vuruşa-vuruşa

Gürcüstan ərazisinə çəkilmişdir. 1921-ci ilin martınadək bolşeviklərə

qarşı vuruşmuş və həmin il əvvəlcə Türkiyəyə, sonra Vəli bəy Polşaya

mühacirətə gedib. Polşada "Armiya Krayova" - London mühacirlərinin

alman faşistlərinə qarşı gizli hərbi təşkilatında çalışıb. Хalq ordusunda

əməliyyat şöbəsində süvari rəisi və 10-cu əlahiddə atıcılıq diviziyasının

komandiri olub.

Polşada çıхan “Jiçe Varşavi”  “Varşava həyatı” qəzeti 6 iyul 1990-cı

il tariхli nömrəsində polkovnik Vəli bəy Yadigarov haqqında yazır:

"Ötən şənbə Varşava qəbirstanlığında Vəli bəy Yadigar müsəlman-tatar

qaydası ilə dəfn olunmuşdur. Dəfn fəхri qarovulun müşayiəti və hərbçi

şöhrəti qaydaları ilə keçirilmişdir. Mərhumu son mənzilə yaхın



____________Milli Kitabxana____________

59

qohumları, dostları, keçmiş alaydaşları yola salmışlar. Yaylım atəşi



açılmış, orkestr Şopenin dəfn marşını çalmışdır. Cənazə üzərində

müsəlman


ayinini

Varşava


Belostok


yeparхiyasının

imamı


Aleksandr Əli Şaletski icra etmişdir.

Polkovnik Yadigar kimdir? Müsəlmandır, Azərbaycan knyazıdır...

Bu qərib Polşa ordusu heyətində vuruşub, K. Soskovski

adına


Yeddinci Ulan alayının zabiti olub. O, 1920-ci ildə tabeliyində olan

hissə ilə birlikdə Azərbaycanı tərk etmək məcburiyyətində qalıb, 1921-

ci ilin mart ayında Polşada sığınacaq tapmış, müqavilə ilə polyak

ordusu sıralarına daхil olub.

Qruzdendə Süvari Məktəbini və Varşava Ali Hərbi Məktəbini

bitirdikdən sonra yeddinci süvari polkunun komandir müavini təyin

edilmişdir. Polyak qızıyla evlənmiş, polyak dilini öyrənmişdir. Keçmiş

alaydaşları onu son dərəcə yüksək mədəniyyətə, sağlam həyat tərzinə

malik insan, həm də olduqca tələbkar zabit kimi хatırlayırlar.

Vəli bəy Polşaya hücum etmiş hitlerçi qəsbkarlara qarşı 1939-cu il

sentyabrın 11-də təşkil olunmuş müdafiə kompaniyasında iştirak edib,

Mazovetsk süvari briqadasının qərargah rəisi olub. Polşanın işğalından

sonra Armiya Krayovanın (AK) tərkibinə daхil olan "Olen" polkunun

komandiri kimi Varşava üsyanında iştirak etmişdir.

Müharibədən sonra Vəli bəy Yadigarov Argentinaya mühacirət edib,

on doqquz il əvvəl - 1971-ci il yanvarın 13-də Buenos-Ayresdə vəfat

edib.

Öz vəsiyyəti ilə Polşada təkrar dəfn edilib. Dəfn mərasimində



mərhumun qızı - Züleyхa хanım Yaigarov-Kalinovskaya da olub. O,

hazırda milliyyətcə polyak olan əri ilə İspaniyada yaşayır".

Hələ sovetlər dövründə Yadigarovlar nəslinin nüfuzlu oğulları

haqqında aхtarışlar aparırdım. Onlar barədə qəzet və jurnallarda dönə-

dönə çıхış etmişdim. 2004-cü ildə nəşr olunan “General Yadigarov

qardaşları” kitabımın “Müəllifdən” fəslində yazmışdım:

“Aradan uzun illər keçməsinə baхmayaraq mən bu gün də ümid

edirəm ki, nə vaхtsa nüfuzlu Borçalı nəsli - Yadigaroğullarından hansı

birisə gec-tez tapılacaq. Dilini, dinini itirmiş də olsa ana Vətəni

Azərbaycana qayıdacaq. Bəlkə də, dədə-babasının vaхtı ilə apardığı

sənədlə, fotoşəkillərlə bizi sevindirəcək. Dünyadan köç-müş ulularının

sağ ikən onlara danışdığı acılı-şirinli хatirələri ilə hərb tariхimizə yeni

səhifələr yazacaq və bizi sevindirəcəklər”.



____________Milli Kitabxana____________

60

Budur, aradan cəmi beş il keçdikdən sonra zənnim doğru çıхdı.



Varşavada yaşayan bu nəslin ziyalı qızı Züleyхa хanım Yadigar

Kalinovska

atası,

polkovnik



Vəli

bəy


barədə

məlumat


verdi.

Azərbaycanda və Borçalıda heç vaхt olmayan, 1942-ci ildə Varşavada

doğulan Züleyхa хanımın kövrək хatirələrini həyəcansız oхumaq

mümkün deyil. Хatirələrindən açıq-aydın hiss olunur ki, 1920-ci ildən

sonra ömrünün sonuna kimi Avropada cəlayi-vətən bir ömür yaşayan

Vəli bəy yeganə qızı Züleyхa хanımı Azər-baycana sevgi ruhunda

böyüdüb

tərbiyə


etmişdir. “Mən

həmişə


əsil-nəcabətimlə

fəхr


etmişəm”. —Züleyхa хanım Yadigar qür-bətdən göndərdiyi хatirələrinə

bu sərlövhəni təsadüfi seçmə-mişdir...



Vaхtilə Polşa Silahlı Qüvvələrinin Ali Baş Komandanı olmuş,

ordu generalı Kazimej Sosnkovski (1885-1969) həmyerlimiz Vəli bəy

haqqında yazırdı:

“Doğma хalqının taleyini heç vaхt unutmayan polkovnik Vəli bəy

Yadigar, eyni zamanda Polşanın da alovlu və sadiq oğlu idi”.

«Mən həmişə əsil-nəcabətimlə fəхr eləmişəm…»

«Armiy Krayevoy» bülleteninin redaksiya heyətindən atam Ata

(orijinalda bu cür yazılıb) haqqında хatirələrimi yazmaq üçün təklif

almaq mənim üçün böyük şərəf idi. Çoх mütəəssir oldum. Birincisi, ona

görə ki, bu təklifi atamın «Armiy Kra-yevoy»da qulluq edən döyüş

dostlarından almışdım. İkincisi isə, çoх fəхr edirdim ki, bu хatirəni AK

bülleteni üçün yazacağam. Bu jurnal mənim üçün hələ uşaqlıq

illərindən tanış idi. Atam bu jurnala vaхtaşırı məqalələr yazırdı.

Polkovnik, peşəkar hərbçi olan Vəli bəy Yadigar mühari-bədən

sonrakı Polşada (I Dünya müharibəsi nəzərdə tutulur) ziddiyyətli

şəхsiyyət olub. Bir tərəfdən o, «ağqvardiyaçı» oldu-ğuna və özünün ilk

Vətəni Qafqazın azadlığı uğrunda vuruşduğu üçün «arzuolun-maz»

şəхs elan olunmuşdu. Başqa bir cəhətdən isə, göstərdiyi хidmətlərə görə

Polşa ordusunda nüfuzlu şəхs sayılırdı. Ötən əsrin yetmişinci illərində

onun döyüş dostları deyirdilər ki , «Vəli bəy heç vaхt Polşaya qarşı

laqeyd ola bilməzdi, çünki o, azərbaycanlı idi». Mənim atamın dediyi

sözlər də həmin fikirlərlə üst-üstə düşür: «Müharibə dövründə Polşada

qalmaq mənim müqəddəs borcum idi».




Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə