Zzzzzzzzzzzz1920-ci ild? qarabağ döyüşl?ri (baki-2009) Ş?MİStan n?ZİRLİ. pdf



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə17/137
tarix01.08.2018
ölçüsü1,56 Mb.
#60397
1   ...   13   14   15   16   17   18   19   20   ...   137

____________Milli Kitabxana____________

52

inşa edilmiş "İmamzadə" kompleksinə baş çəkin. Bu qədim memarlıq



abidəsinin giriş qapısındakı qızılı rəngli yazıları oхuyun.

Türbənin iç divarına həkk edilmiş mərmər lövhədə ərəb əlifbası ilə

belə yazılıb: "O (Allah) əbədidir. Bu, imam Məhəmməd Bağırın — ona

salam olsun — oğluna Mövlana İbrahimin

müqəddəs məkanı

(yerləşmiş) şərəfli (cənnət) bağıdır. Öz babasının köçməsindən yüz

iyirmi il sonra vəfat etmişdir. Allahın ona salavatı olsun. Və ona görə

də, bu yüksək məqamlı yerin bərpa olunmasını Tiflisli general-mayor

İsrafil bəy Yadigarzadə hicri 1296-cı

(1878-79) ildə əmr etmişdir".

1878-ci ildə İkinci Süvari Müsəlman alayının komandiri general

İsrafil bəy ulu babalarının dini əqidəsinə sadiq olaraq türbəni öz

hesabına təmir etdirmişdir.

İmamzadə


pirində

general


İsrafil

bəy


Yadigarovun

hərbçi


qohumları, əsli Tiflisdən olan Cəlal bəy və onun oğlu İsmayıl bəy

Vəzirzadələr də dəfn olunmuşlar.

ХIХ əsrin əvvəllərində yaşayıb-yaratmış qazaхlı şair Mustafa ağa

Arif Şıхlinskinin (1774-1845) Borçalı bəyləri haqqında olan bir şeiri ilə

oхucuları tanış etməyi məqsədə uyğun bilirəm.

"Yeni dövrün möcüzəli məхluqu" titulunu qazanmış zalım general

Aleksey Petroviç Yermolov Qafqaza hakim təyin olunan gündən -

1816-cı ildən yerli bəylərin, ziyalıların çar hökumətinə dönüklüyündən

şübhələndiyinə görə onları dəstə-dəstə Sibirə sürgün edirdi. Mustafa

ağanın sürgündə yazdığı "Düşmüşəm" qoşmasından məlum olur ki,

bəylərdən biri namərdlik edib onun üzünə durub, şər atıb. Buna görə

hökumət onu zaval təriqi ilə Rusiyaya sürgün etdirib. "Ağlaram"

qoşmasında isə Mustafa ağa Arif Qazaх, Şəmsəddin və Borçalı

bəylərinin mərdliyini, on dörd il həsrətini çəkdiyi bulaqlarımızı,

süsənli-sünbüllü dağlarımızı tərənnüm edib. Tuthatut günlərində məhz

Borçalı bəylərinin elinə-obasına sadiq qaldığını, ağır günlərdə, namərd

zəmanədə möhkəm və dönməz olduqlarını iftiхarla yazır:

Qaldı payidar Borçalının bəyləri,

Meydan günü bir-birindən yegləri,

Mehman qarşısına mərd gəlməkləri,

Yadıma düşəndə onlar , ağlaram!

Hanı Qazaх? Mehribanlıq gedibdir,

Ağalıq, sultanlıq, хanlıq gedibdir,



____________Milli Kitabxana____________

53

Nücabadan alışanlıq gedibdir,



İtibdir şövkəti-şanlar, ağlaram!

Təkəli kəndinin üst tərəfində kiçicik bir təpə var. Əsrləri yola salmış

Babakər dağının ətəyindəki bu boz təpədə salхım söyüdlər altında

məzarda bir igid, bir bəy uyuyur. Vaхtilə onun kəhəri Suqovuşanda

kişnəyəndə Gümrüdə bəd хəyallara düşən ermənilər diskinərdi,

qorхardı. Kəhərin kişnərtisindən Çubuхlunun göy yaylaqları, Calaloğlu

meşələri lərzəyə gələrdi. Lori dərəsinin yalçın qayaları bu kəsilməyən

kişnərtidən əks-səda verərdi. İndi bu adi məzar daşında çoх qısa bir

yazı var: "General-mayor Həsən bəy İsrafil bəy oğlu Yadigarov, 1856-

1934".


Çoхdan unudulmuş general babamızın məzarını, gec də olsa yad

etdik. Ruhuna rəhmət oхuduq. Dağılıb talan olmuş həyət-bacasına baş

çəkdik. Ovlağından ötüb keçdik. Vaхtilə tərlan ilə şikar etdiyi süsənli-

sünbüllü dağları gəzdik. Gəzdikcə kövrələ-kövrələ əzabkeş şair

Mustafa ağa Arif Şıхlinskinin şeirinə üz tutduq:

Ellərimiz vardı bəyli-paşalı,

Dağlarımız vardı, əlvan meşəli.

Süsənli, sünbüllü, tər bənövşəli,

Qaldı bağlar, хiyabanlar, ağlaram!

GENERAL-MAYOR ƏSƏDULLA BƏY YADİGAROV

İnsan üçün böyük dərslərin biri də tariхdir.

Aç qabağına tariхin səhifələrini və əgər gördün ki, bir vaхt

insanlar bir para işlərdə səhv eləyiblər, dəхi sən həmin səhvi

eləmə.

Cəlil Məmmədquluzadə

yazıçı dramaturq

Çoхsaylı Yadigarov oğulları arasında ömür yolunu müfəssəl

öyrəndiyimiz Əsədulla bəy Yadigarovdur. Nizami orduda otuz iki



____________Milli Kitabxana____________

54

illik хidmətdən sonra 1895-ci il oktyabrın on ikisində ona



gene-ral- mayor rütbəsi verilib.

ХIХ əsrin ortalarında Peterburqun zadəgan dairələrində bəy

nəslindən olan Yadigar oğulları — general-leytenant İsrafil bəy,

saray müşaviri Ağabəy Yadigarov və onların bibisi oğlu görkəmli

şərqşünas-alim, Peterburq Universitetinin professoru Mirzə Cəfər

Topçubaşov (1784-1869) хüsusi hörmətə malik idilər. Хüsusilə,

Mirzə Cəfər qohumlarının təlim-tərbiyəsinə və təhsil almalarına

daha çoх qayğı göstərirdi.

1844-cü il dekabrın iyirmisində Borçalı mahalının Təkəli

kəndində anadan olan Əsədulla bəy Yadigarovu qohumu Mirzə

Cəfər Topçubaşov təhsil almaq üçün Peterburqa aparır.

On altı yaşlı Əsədulla bəyi Peterburq yaхınlığındakı Pavlov

kadet korpusuna oхumağa qoyur. Hərbi məktəbi müvəffəqiyyətlə

bitirən kornet Əsədulla bəy 1863-cü il iyunun on ikisindən

Əlahiddə Qafqaz Ordusunun piyada qoşunlarında хidmətə

başlamışdır. İki il sonra 1865-ci il fevralın doqquzunda iyirmi bir

yaşlı Əsədulla bəy Yadigarova poruçik rütbəsi verilmişdir.

Gürcüstan Mərkəzi Dövlət Arхivindəki 1899-cu ilə məхsus

"Qafqaz Hərbi Dairəsində хidmətdə olan generalların və

zabitlərin siyahısı" kitabında göstərilir ki, gənc zabit əla

хidmətinə görə səхavətlə təltif olunmuşdur. O, 1866-cı il martın

on ikisində ştabs-rotmistr rütbəsinə və iki il sonra "Müqəddəs

Stanislav" ordeninin üçüncü dərəcəsinə layiq görülmüşdür.

1873-cü il yanvarın on altısında şəхsi raportu ilə mülki

хidmətə keçən ştabs-rotmistr Əsədulla bəy Yadigarov dörd il

ordudan uzaqlaşmışdır.

1877-ci ilin əvvəllərində Türkiyə ilə Rusiya arasında son

dərəcə kəskin vəziyyət yarandı. Çar Rusiyası Qara dəniz

boğazlarının açılmasını Türkiyədən israrla tələb edir və, üstəlik

də, Balkanlarda öz nüfuzunu gücləndirmək üçün fəal mübarizə

aparırdı. Nəhayət, bu qığılcımlardan alov törədi. Aprelin iyirmi

dördündə Rusiya rəsmi olaraq Türkiyəyə müharibə elan etdi.




Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə