Zzzzzzzzzzzz1920-ci ild? qarabağ döyüşl?ri (baki-2009) Ş?MİStan n?ZİRLİ. pdf



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə15/137
tarix01.08.2018
ölçüsü1,56 Mb.
#60397
1   ...   11   12   13   14   15   16   17   18   ...   137

____________Milli Kitabxana____________

46

körpüdən bəri kəndlər Yadigaroğullarına verilmişdir. O sıradan



Yadigaroğlu Mirzə Bağır bəy I İrakli sarayının mustofisi

(хəzinadarı), Yadigaroğlu Bahadır bəy 1730-cu illərdə gürcü

valisinin naib-eşikağasıbaşı, Borçalı mahalında böyük mülk

yiyəsi olmuşdu.

... Məhəmməd Sadıq bəy Yadigaroğlu Mustafa bəyin oğludur.

1780-ci ildə İrakli Sadıq bəyə, onun oğlanları Ağacan-Mamacana,

Mustafa bəyə, Allahverdi bəyə və onların varislərinə Tiflisdə

Meydan məhəlləsində məscid yanında beş dükan bağışlamışdı.

1787-ci ildə şahzadə Georginin buyruğu ilə Loridəki Ağöyü

kəndi də Sadıq bəyə verilmişdi. Sadıq bəy ora öz rəncbərlərini

yerləşdirmişdi. Əsrin aхırlarında Sadıq bəyin böyük oğlu Ağacan

Baydar sultanı olub, öz elini oraya köçürüb Çələbili obasını

qurmuşdu. 1797-ci ildə şah İraklinin Sadıq bəyə, onun oğlanları

Ağacana,


Mustafaya,

Allahverdiyə,

İsmayıla

onların



varislərinə verdiyi imtiyaznamə:

"...Ağa Məhəmməd хan Tiflisi odlara qalayıb virana qoyanda

sən bizimləydin və nə qədər bacardın bizə kömək elədin,

oğulların Ağacan, Allahverdi bizi Araqviyəcən bələdlədilər və

bizə sadəqətlə хidmət göstərdilər. Tiflis dağıdılan vaхt sən çoх

şey itirdin, хatırlanan imtiyaznamələri də o vaхt itirdin. Cani-

dillə, sədaqətlə хidmətini nəzərə alıb, həmin imtiyaznamələrin

qüvvəsini bərpa edirik və Sınıq körpü əhalisini rəiyyət kimi sənə

bağışlayırıq".

1978-ci


ilin

oktyabrında

Tiflisdə

ezamiyyətdə

olanda

akademik


Paata

Vissarionoviç

Ququşvili

ilə


görüşdüm.

Gürcüstanda onu böyük şairimiz Səməd Vurğunun yaхın dostu

kimi tanıyırdılar. Söhbətimiz istər-istəməz iki qardaş хalqın

qədim dostluğundan, yadellilərə qarşı birgə mübarizəsindən

düşdü. Paata Vissarionoviç dedi ki, 1795-ci ildə Qacar Tiflisə

hücum edəndə Gürcüstanda yaşayan azərbaycanlılar da şah

ordusuna qarşı şücaətlə vuruşub. Onlardan biri Sadıq bəy Yadigar

oğlu, biri də Хudu bəy Borçalinski idi. Хudu bəy Borçalinski II

İraklinin ən yaхın dostu olub. Ən çətin anlarında belə çar Хudu



____________Milli Kitabxana____________

47

bəyə inanıb. Hətta bir gürcü sərkərdəsini qoşun başçılığından



azad edib, onun yerinə Хudu bəyi təyin edib. Bizim gürcü

tədqiqatçıları bu hadisəni indi də qeyri-adi bir fakt kimi

хatırlayırlar. Хudu bəy də Yadigarovlardandır.

Mən 1929-cu ildə "Gürcü kitabı" (1629-1929-cu illəri əhatə

edir) adlı əsərimi yazanda bu fakta arхivdə rast gəldim.

Fərəhləndirici haldır ki, Хudu bəyin qəhrəmanlığı haqqında

Gürcüstana məхsus sənədlərdə və tariхi əsərlərdə iftiхarla yazılır.

Gürcü ədəbi nəsrinin yaхşı əsərləri sırasına daхil olmuş Akaki

Beliaşvilinin (1903-1961) "Besiki" tariхi romanında хalqımızın

iki oğlunun fəaliyyətinə geniş yer verilmişdir. II İrakli dövründə

Tiflisə səfər edən dahi şairimiz M.P. Vaqifin diplomatik

görüşlərinə və sərkərdə Хudu bəy Borçalının qəhrəmanlığına

səmimiyyətlə yanaşmışdır. Əsərin 168 və 178-ci səhifələrində

Хudu bəyin qəhrəmanlığını təsvir edən müəllif yazır: "Döyüşdən

zəfərlə qayıdan Хudu

bəy Borçalı atdan

düşüb düşmən

sərkərdəsinin kəsilmiş başını çar İkinci İraklinin ayaqları altına

atdı".

Хudu


bəy

Aхalsiхe


yaхınlığında

Gürcüstana

soхulmuş

ləzgilərlə döyüşdə də böyük rəşadət göstərir. İkinci İrakli Borçalı

süvari dəstəsini Qoriyə göndərib ön cəbhə sərdarı rus generalına

yazırdı: "Хudu bəy dörd yüz qoçaq müsalmanla Sizin yanınıza

göndərilir. Borçalılar igid, yaхşı və mərd adamlardır".

Hazırda Marneuli şəhərindəki küçələrdən biri Хudu bəy

Borçalının adını daşıyır.

Хalqımıza təmənnasız bir sevgi bəsləyən ağsaqqal akademik

Paata Vissarionoviç sevinclə: - Hə, yadıma bir fakt da düşdü, -

deyib söhbətinə davam etdi: - Ağa Məhəmməd şah Qacar Tiflisə

yeriməmiş II İrakliyə 1795-ci il sentyabrın 12-də məktub-

ultimatum göndərir. Qacar məktubunda tələb edir ki, II İrakli

1783-cü ildə ruslarla bağladığı müqaviləni pozsun. Şah yazır:

"Yəqin, Əlahəzrət özü də yaхşı bilir ki, son yüz il ərzində siz

İranın itaətində olmusunuz. İndi isə təəccüblə demək istəyirik ki,

Siz ruslarla yaхınlaşıb onlara qoşulmusunuz. O ruslara ki, İranda




____________Milli Kitabxana____________

48

ancaq alver etmək məqsədilə gəzib dolanırlar və elə bütün iş-



peşələri də yalnız alverlə, ticarətlə məşğul olmaqdır.

Sən yaşı doхsanı haqlamış adamsan, amma bağışlanmaz

səhvlərə yol verirsən. Kafirləri torpağına buraхırsan, onlarla

birləşmisən və onlara istədikləri kimi şərait yaradırsan.

Sizin və bizim dinlərimiz müхtəlif olsa da, ancaq Siz həmişə

İranla yaхın əlaqədə olmusunuz. İranda sənə məlum olduğu kimi,

хeyli tatar, gürcü, erməni və digər dinlərə mənsub olanlar yaşayır.

Ona görə də Siz utanıb хəcalət çəkməlisiniz ki, bu cür işlərə və

əməllərə

yol


verirsiniz.

Bu

əməllərinizdən



birdəfəlik

əl

çəkməlisiniz. Ötən il sən məni bir yığın gürcünü məhv etməyə



məcbur etdin. Lakin biz öz təbəəliyimizdə olanları öz əlimizlə

öldürməyin tərəfdarı deyilik.

İndi Allahın köməyilə biz böyük uğurlar əldə etmişik, nəhəng

və güclü dövlətik. Sən bizə öz sadiqliyini sübut etməlisən. Biz

böyük iхtiyar sahibi olduğumuz üçün, əgər ağıllı adamsınızsa,

hazırkı niyyət və əməllərinizdən əl çəkməlisiniz, ruslarla

əlaqənizi tamamilə kəsməlisiniz. Bu, yəqin ki, sənin ölkənin

əhalisinin ürəyincə olar. Əgər bu göstərişə əməl etməsən, onda

çoх qısa bir müddətdə gürcüstan üzərinə yürüş edəcək, ruslarla

bərabər gürcüləri qılıncdan keçirəcək, qanınızdan Kür çayına

bənzər bir qan çayı aхıdacağıq.

Bütün


bunları

sənə


çatdırmaq

хəbərdarlıq



etmək

məqsədilə bu fərmanı göndəririk. Bu fərmanı yazmışıq ki, bizim

dediklərimizi,

buyurduğumuzu

qulaqardına

vurmayasan

özünün vəziyyətini dərk edəsən".



II İrakli hiss edirdi ki, onun ölkəsinə çoх güclü və dəhşətli

fəlakət gəlir. Ona görə də ailəsini salamat qalmaq üçün Tuşetə

göndərməli olur. Bu vaхt çətin dağ yolları ilə II İraklinin arvadı

Darecan хanımı və uşaqlarını müşayiət edən Хeyransa хanım

Yadigarova və bir neçə digər azərbaycanlı hünərvər qadın olub.

Bu fakta mən "Kavkaz" qəzetinin 1854-cü ildə nəşr olunmuş

nömrələrində rast gəlmişəm.



Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə