12 mart 2017-ci il, bazar
7
Azərbaycanın zəngin təbiətə malik Qarabağ bölgəsi
qədim dövrlərdən insanların məskunlaşdığı ərazilərdən olmuşdur.
Burada minilliklər boyu bir-birini əvəz edən mədəniyyətlərin,
dövlətlərin izlərini yaşadan çoxlu abidə mövcuddur. Azərbaycan
ərazisində ilk arxeoloji tədqiqatlar da məhz Qarabağdan başlanıb.
Təəssüf ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistan
silahlı qüvvələri tərəfindən bu qədim diyarımızın xeyli hissəsinin
zəbt edilməsi ilə buradakı tarixi, arxeoloji abidələrimiz də işğal
altında qalmışdır.
Qarabağda, Füzuli rayonu yaxın-
lığındakı Quruçay dərəsində aşkar
olunmuş paleolit dövrünə aid Azıx
mağara düşərgəsində Məmmədəli
Hüseynovun rəhbərliyi ilə apa-
rılan ardıcıl arxeoloji tədqiqatlar
Azərbaycan ərazisində ibtidai insan-
ların hələ iki milyon il bundan əvvəl
məskunlaşdığını sübut etmişdir. Arxe-
oloq alimlərimizdən İdeal Nərimanov,
Qüdrət İsmayılzadə, Rəşid Göyüşov,
Hidayət Cəfərov, Əsədulla Cəfərov,
Arif Məmmədov, Təvəkkül Əliyev
uzun illər boyu Qarabağda tədqiqatlar
aparmışlar. Bu tədqiqatlar nəticəsində
Neolit, Eneolit, Tunc, İlk Dəmir,
Antik və Orta əsrlərə aid yüzlərlə
abidə qeydə alınmış, arxeoloji araş-
dırmalarla tariximizin bir çox qaranlıq
səhifələri işıqlandırılmışdır.
Obyektiv səbəblərə görə XX əsrin
90-cı illəri və XXI əsrin ilk illərindəki
fasilədən sonra Qarabağ bölgəsində
arxeoloji araşdırmalar son illərdə
yenidən canlanmışdır. Azərbaycan
Respublikasının Prezidenti cənab
İlham Əliyevin imzaladığı 5 fevral
2008-ci il və 26 aprel 2012-ci il tarixli
sərəncamlar Azərbaycan arxeologiya-
sının, o cümlədən Qarabağın arxeoloji
baxımdan öyrənilməsinin yeni inkişaf
mərhələsinə qədəm qoymasına zəmin
yaratmışdır.
2008-ci ildə yaradılmış “Qa-
rabağ” arxeoloji ekspedisiyası və
2010-cu ildə yaradılmış “Qarabağ
Neolit-Eneolit ekspedisiyası”nın qar-
şısına qoyulmuş əsas vəzifə Qarabağ
bölgəsinin arxeoloji abidələrinin, ilk
növbədə isə Neolit və Eneolit dövrü
abidələrinin elektron qeydiyyatının
həyata keçirilərək xəritələşdirilməsi,
bu abidələrin “Məlumat bazası”nın
yaradılması idi.
Ekspedisiya hələ XX əsrin 50-
80-ci illərində aşkar edilərək elmi
dövriyyəyə daxil edilmiş abidələrlə
yanaşı, bir sıra yeni abidələri qeydə
almışdır. Yeni abidələrdə kəşfiyyat və
artıq məlum olan abidələrin moni-
torinqi Ağdam rayonunun işğaldan
kənarda qalmış ərazisini, onunla
həmsərhəd olan Ağcabədi, Bərdə və
Tərtər rayonlarının bir hissəsini əhatə
etmişdir.
2012-2013-cü illərdə Qarabağ
düzənliyində mövcud olan arxeo-
loji abidələrin elektron qeydiyyatı
və xəritələşdirilməsi işinin nəticəsi
olaraq Azərbaycan Respublikası Pre-
zidenti yanında Elmin İnkişafı Fondu-
nun ayırdığı qrant çərçivəsində “Qa-
rabağın arxeoloji abidələri xəritəsi”
tərtib edilmişdir. Mövcudluğu
dəqiqləşdirilmiş 170-ə yaxın abidədən
125-nin erkən əkinçi-maldar tayfalara
aid yaşayış yerləri olması müəyyən
edilmişdir. Bunların əsasında “Qara-
bağın arxeoloji abidələr toplusu”nun
birinci cildi hazırlanaraq nəşr edil-
mişdir. Bu cild 2010-2013-cü illərdə
Qarabağ düzənliyi ərazisində aparılan
arxeoloji kəşfiyyat işləri nəticəsində
əvvəldən də məlum və yeni aşkarla-
nan abidələrin xəritələşdirilməsi işinin
təkmilləşdirilməsinə, vahid “Coğrafi
məlumat bazası”nın yaradılmasına
imkan vermişdir.
Qarabağın erkən əkinçi-maldar
tayfalarına məxsus Eneolit dövrü
yaşayış yerlərində stasionar arxeo-
loji qazıntı işləri aparılır. 2009-cu
ildən Ağdam rayonu ərazisindəki
Əhədtəpə, Kəlbə Hüseyntəpə,
Şomulutəpə, Çardaxlıtəpə, habelə,
İsmayılbəytəpə yaşayış yerlərində
arxeoloji qazıntı işlərinə start veril-
mişdir. Bu abidələrin öyrənilməsi ilə
nəinki Azərbaycanın, ümumilikdə
Qafqazın Neolit və Eneolit dövrünün
problem məsələlərinin öyrənilməsi
üçün zəngin maddi artefaktlar aşkar
edilmişdir.
Qafqaz arxeologiyasın-
da vaxtilə görkəmli alim İdeal
Nərimanov tərəfindən kəşf edilən
Leylatəpə mədəniyyətinin araşdı-
rılması gündəmdə duran prioritet
istiqamətlərdəndir. Yeni aşkar
olunmuş abidələrlə bu mədəniyyətin
Azərbaycanda yayılma arealı nəzərə
çarpacaq dərəcədə genişlənmiş,
xronoloji dövrləşməsi ilə bağlı yeni
fikirlər irəli sürülmüşdür. Son dövrdəki
axtarışlarla bu tip abidələrin say tərkibi
artmışdır. Artıq məlumdur ki, Cənubi
Qafqazda Leylatəpə mədəniyyəti
abidələrinin çox hissəsi – bütövlükdə
üçdə ikisi Azərbaycanın payına düşür.
Son vaxtlar Qarabağda araşdırılmasına
başlanan bu dövr mədəniyyət abidələri
sırasında Fərmantəpə yaşayış yeri
diqqəti cəlb edir.
Neolit-enolit dövrü ilə bağlı yeni
araşdırmalar sırasında Azərbaycan
– Almaniya beynəlxalq arxeoloji
ekspedisiyasının düzən Qarabağda –
Ağcabədi rayonu ərazisində yerləşən
Kamiltəpə yaşayış məskənində apar-
dığı tədqiqatlar xüsusi yer tutur. Bu-
rada son Neolit dövrünə – təxminən
8 min il əvvələ aid çiy kərpicdən
mürəkkəb quruluşlu tikili qalıqları
açılmışdır.
Azərbaycan–Almaniya
beynəlxalq ekspedisiyası Mil-
Qarabağ düzündəki abidələrin
qeydə alınması və xəritələşdirilməsi
istiqamətində də işlər aparır. Burada
xronoloji baxımdan Neolit dövründən
orta əsrlərə qədərki geniş tarixi
mərhələni əhatə edən 180-ə yaxın
abidənin koordinatları müəyyən edil-
miş, yerüstü materiallar toplanmış,
bəzi abidələrdə isə yoxlama şurfları
qoyulmuşdur.
Arxeologiya və Etnoqrafiya
İnstitutunun təşkil etdiyi xüsu-
si dəstə 2013-cü ildən Qarabağın
dağlıq hissəsində – Xocavənd rayonu
ərazisində yerləşən, hələ XX əsrin 50-
ci illərində tanınmış alim A.A.İyesse
tərəfindən qeydə alınan çoxtəbəqəli
Nərgiztəpə yaşayış yerində tədqiqatlar
aparılır. İlkin araşdırmalar göstərir
ki, bu çoxtəbəqəli abidə orta
tunc dövründən başlamış qədim
Azərbaycan dövləti olan Albaniyanın
həm Antik, həm də Erkən Orta əsrlər
tarixinin öyrənilməsində mühüm
əhəmiyyət kəsb edir.
AMEA Arxeologiya və Etnoq-
rafiya İnstitutunun “Qarabağ arxe-
oloji ekspedisiyası” 2009-cu ildən
Ağdam rayonunun cəbhə xəttində
yerləşən Mirəşelli kəndi yaxınlığın-
dakı Palıdlı nekropolunda arxeoloji
qazıntı işləri aparır. Heç bir yerüstü
əlamətə malik olmayan nekropolda
e.ə. XII-XI əsrlərə aid 36 torpaq
qəbir tədqiq edilmişdir. Maraqlıdır
ki, Qarabağın ilkin tədqiqatlarından
keçən 125 ildən artıq bir dövrdə bu
tip qəbir abidələrinə ilk dəfə təsadüf
olunur. Artefaktlar zəngin çeşidli
keramika nümunələrindən, metal
bəzək əşyalarından, tunc və dəmir
silahlardan, Yaxın Şərqlə əlaqələri
sübut edən nümunələrdən ibarətdir.
Tapıntılar Azərbaycanda dəmirdən
istifadənin e.ə. XII-XI əsrlərdən
başlanmasını sübut edir. Xocalı-
Gədəbəy mədəniyyətinə aid tapıntılar
nekropolda müxtəlif sosial təbəqədən
olan insanların dəfn olunduğunu,
qazıntı aparılan ərazidə Son Tunc və
İlk Dəmir dövründə davamlı yaşayış
olduğunu, sənətkarlığın müxtəlif
sahələrinin, dulusçuluğun yüksək
inkişafını göstərir. 2016-cı ildə
tədqiqatların gedişində nekropolla
sinxron dövrə aid eyni adlı yaşayış
yeri qeydə alınıb.
Bərdə arxeoloji ekspedisiyası son
illər Bərdə şəhərinin 5 kilometrliyində
yerləşən Şortəpə və Balatəpə adlı
abidələrdə tədqiqatlar aparır. Şortəpə
yaşayış məskəni əsasən Antik və
İlk Orta əsrlər dövrünü, Balatəpə
abidəsi isə Erkən Tunc dövründən
Antik dövrə qədərki böyük bir tarixi
mərhələni əhatə edir. Balatəpədə
möhrə divarın bir hissəsi açılmış,
metal qalıqları, dən daşları, gildən
zoomorf fiqurlar, buğda qalıqları və s.
əldə edilmişdir.
Mil-Qarabağ arxeoloji ekspedisi-
yasının Qalatəpə dəstəsi 2008-ci ildən
Ağcabədi rayonu ərazisində, Qarqar-
çayın sağ sahilində yerləşən Qalatəpə
antik və orta əsr şəhər məskənini
tədqiq edir. Burada 500 kvadrat-
metr sahədə qazıntı işləri aparılmış
və 10 metrə yaxın mədəni təbəqə
öyrənilmişdir. Araşdırmalar abidənin
əsasən iki təbəqədən (Antik və Orta
əsrlər) ibarət olduğunu göstərir. Antik
təbəqədə hündürlüyü 6 metrə çatan və
çiy kərpicdən tikilən mükəmməl is-
tehkam qurğularının, ictimai binaların
qalıqları açılmış, antik dövr memar-
lığı üçün səciyyəvi daş sütun altlığı
aşkarlanmışdır.
Qalatəpə Azərbaycanın qədim
dövlətlərindən olan Albaniyanın Uti
vilayətində mövcud olmuş mühüm bir
şəhər məskəni kimi böyük əhəmiyyət
kəsb edir. Bu şəhər məskəninin yanın-
dakı Antik nekropolda 15-ə qədər küp
və torpaq qəbir öyrənilmişdir.
Arxeologiya və Etnoqrafi-
ya İnstitutu Qarabağ abidələrinin
tədqiqi ilə bağlı bir sıra müştərək
layihələr həyata keçirmişdir. 2011-
ci ildən Azərbaycan Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin
“Azərbərpa” Elmi-Tədqiqat İnstitutu
ilə birgə Füzuli rayonu ərazisində
yerləşən Şeyx Babı xanəgahında
arxeoloji qazıntı, bərpa-konservasiya
işləri aparılmışdır. Füzuli arxeoloji
ekspedisiyası tərəfindən 2011-2012-ci
illərdə təxminən 2700 kvadratmetr
sahədə qazıntı işləri aparılmaqla
xanəgah kompleksi tamamilə üzə
çıxarılmış, onun XIII əsrə aid olduğu
müəyyənləşdirilmişdir.
İnstitutun bir qrup əməkdaşı
tərəfindən hazırlanan “Dağlıq Qara-
bağda Nərgiztəpə arxeoloji abidələr
kompleksi” adlı layihə Azərbaycan
Respublikasının Prezidenti ya-
nında Elmin İnkişafı Fondunun
beynəlxalq xarakterli 2-ci “Şuşa
qrantı” müsabiqəsinin qalibi olmuş-
dur. Layihənin həyata keçirildiyi
müddətdə (2014-2015) Xocavənd
rayonu ərazisindəki Nərgiztəpə
kompleksinə daxil olan abidələrin
xarakteri, xronoloji çərçivəsi və regio-
nun digər həmdövr abidələri sırasında
yeri müəyyən edilmişdir.
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin 7
iyul 2011-ci il tarixli sərəncamı ilə
təsdiq edilmiş “Azərbaycan gəncliyi
2011-2015-ci illərdə” Dövlət Proqra-
mına uyğun olaraq həyata keçirilən
layihələrdə institutumuzun gənc
alimləri fəal iştirak etmişlər. Bu ba-
xımdan, “Virtual Qarabağ” İnforma-
siya-Kommunikasiya Texnologiyaları
Mərkəzi ilə əməkdaşlıq səmərəli ol-
muşdur: “Qafqaz Albaniyasının xris-
tian abidələri” adlı ingilis dilli sənədli
arxeoloji-tarixi film çəkilmişdir.
Arxeologiya və Etnoqrafiya İns-
titutunun "Virtual Qarabağ" İnforma-
siya-Kommunikasiya Texnologiyaları
Mərkəzi ilə əməkdaşlığı çərçivəsində
hazırlanmış layihələrdən biri də
“Qarabağın Dövlət əhəmiyyətli tarixi
abidələrinin elektron xəritəsi" olmuş-
dur. Elektron xəritənin əsas məqsədi
interaktiv xəritə üzərində Qarabağda
mövcud olan abidələrin GPS ko-
ordinatları ilə birlikdə pasportlaş-
dırılması, abidələrin Azərbaycana
məxsusluğunun nümayiş etdirilməsi,
gənclərin Qarabağ abidələri haqqında
məlumatlılığının artırılmasıdır. Layihə
çərçivəsində Qarabağda yerləşən 200-
dən çox arxeoloji, tarixi, memarlıq
abidəsinin pasportu hazırlanmış,
onların GPS koordinatları müəyyən
edilmiş və hər bir abidəyə ayrıca
tarixi arayış yazılmışdır. Elektron
xəritə vasitəsilə Qarabağda olan 120-
dən çox memarlıq abidə – mülklər,
saraylar, imarətlər, məscidlər, qədim
qəbiristanlıqlar, karvansaraylar,
hamamlar, kilsələr, monastırlar, qala
divarları, qəsrlər haqqında və 80-dən
çox arxeoloji abidə – mağaralar,
yaşayış məskənləri, qədim və orta
əsr şəhərləri, kurqanlar və s. barədə
məlumatlar əldə etmək olar.
2008-ci ildən başlayaraq
Azərbaycan Respublikası ərazisində
aparılan çöl tədqiqatlarının illik
nəticələri “Azərbaycanda arxeoloji
tədqiqatlar” adlı məcmuələr şəklində
nəşr olunur. Hər biri 23-25 çap vərəqi
həcmində olan bu toplularda Qarabağ
bölgəsində aparılan araşdırmalar da
öz geniş əksini tapmışdır. Bundan
əlavə institutda ardıcıl olaraq çöl
tədqiqatlarının yekunlarına həsr olu-
nan illik sessiyalar keçirilir, onların
materialları, o cümlədən Qarabağın
arxeoloji abidələri ilə bağlı yeniliklər
dərc edilir.
AMEA Arxeologiya və Etnoq-
rafiya İnstitutu Qarabağ abidələrində
aparılan tədqiqatlarla bağlı nəticələri
beynəlxalq elmi ictimaiyyətə çatdır-
maq üçün kompleks tədbirlər həyata
keçirir. Vaxtaşırı ölkəmizdə nüfuzlu
əcnəbi tədqiqatçıların iştirakı ilə
beynəlxalq konfranslar təşkil olunur.
2010-cu ildə Azıx mağarasının kəşf
edilməsinin 50 illiyinə həsr olunmuş
“Qarabağ daş dövründə”, 2011-
ci ildə “Qafqazın erkən əkinçilik
mədəniyyətləri”, 2016-cı ilin sonunda
“Qarabağın arxeoloji irsi” mövzusun-
da keçirilən konfransları buna misal
göstərmək olar.
Qarabağ abidələrindən toplanan
materiallar Arxeologiya və Etnoqrafi-
ya İnstitutunun nəzdindəki Arxeoloji
Fondda mühafizə olunur. Hazırda bu
fondda uzun illər Azərbaycan ərazisində
aparılan arxeoloji qazıntılar zamanı
əldə edilən 500 minə yaxın maddi
mədəniyyət qalıqları saxlanılır. fond,
eyni zamanda, ölkəmizin müxtəlif
bölgələrindəki rayon diyarşünaslıq
muzeylərini də yeni materiallarla təmin
edir. Bundan başqa, son illərdə Qara-
bağda aparılan tədqiqatlar nəticəsində
aşkar edilən bir çox yeni nümunələrlə
Arxeologiya və Etnoqrafiya İnstitutu-
nun İçərişəhərdə yerləşən və ən müasir
elmi standartlara cavab verən Elmi
Ekspozisiya Muzey-Sərgisində də tanış
olmaq mümkündür.
Müasir dövrdə arxeoloji araş-
dırmalarla demək olar ki, bütün
Azərbaycan ərazisi əhatə olunmuş-
dur. Bütün bölgələrimizdə sistemli
və davamlı tədqiqatlar aparılır.
Lakin biz hesab edirik ki, başqa
bölgələrimizi də unutmadan, əsas
diqqətimizi ağrılı-acılı yerimiz olan
Qarabağa yönəltməliyik. Bunu bizdən
vətəndaşlıq borcumuz tələb edir.
Maisə RƏHIMOVA,
AMEA Arxeologiya və Etnoqrafiya Institutunun direktoru,
tarix üzrə elmlər doktoru, professor
Müstəqillik illərində
Q
arabağda arxeoloji tədqiqatlar
Kamiltəpə Neolit dövrü yaşayış məskənində (Ağcabədi rayonu) açılan
kərpic platformanın bir hissəsi.
Kamiltəpə yaxınlığındakı Neolit dövrü yaşayış məskənində qazıntı işləri.
Şeyx Babı xanəgahında arxeoloji qazıntı işləri.
Şeyx Babı xanəgahı.
Şortəpə abidəsinin rekonstruksiyası.
Kamiltəpədən toplanmış maddi mədəniyyət nümunələri.
Karateçilərimiz “Baku open” turnirinin ilk
günündə 3 qızıl, 2 gümüş medala sahib olublar
Bakı Idman Sarayında keçirilən karate üzrə VIII beynəlxalq “Baku
open” turnirinin martın 11-də açılış mərasimi olub.
Turnirin açılış mərasimində
Azərbaycanın dövlət himni səsləndirilib.
Azərbaycan Karate Federasiyası-
nın (AKF) prezidenti Yaşar Bəşirov
turnirdə iştirak edən müxtəlif ölkələrdən
olan idmançıları salamlayıb və onlara
uğurlar arzulayıb. Y.Bəşirov bildirib ki,
AKF artıq 20 ildir Dünya Karate Fede-
rasiyasının üzvüdür. Federasiya bu illər
ərzində bir çox mühüm uğurlara imza
atıb, karateçilərimiz mötəbər beynəlxalq
turnirlərdə qələbələr qazanıblar.
Y.Bəşirov karateçilərimizin qarşı-
dan gələn yarışlarda - “Dubay open”
turnirində, IV İslam Həmrəyliyi Oyun-
larında və 2020-ci il XXXI Tokio Yay
Olimpiya Oyunlarında da Azərbaycanı
layiqincə təmsil edərək ölkəmizə medalla
qayıdacaqlarına əminliyini bildirib.
Sonra yarışda təmsil olunan xari-
ci ölkələrin müvafiq federasiyalarının
təmsilçilərinə diplom və medalları təqdim
edilib.
Açılış mərasimindən sonra turnirin fi-
nal oyunlarına start verilib. Final qarşılaş-
malarını da uğurla başa vuran Azərbaycan
idmançıları – Asiman Qurbanlı (84 kq),
Pənah Abdullayev (84 kq-dək), Fəridə
Əliyeva (68 kq) qızıl medallara sahib
olublar. Finalda Asiman Qurbanlıya udu-
zan Şahin Atamov (84 kq), eləcə də Zaur
Məmmədli (84 kq-dək) turniri gümüş
medallarla başa vurublar.
Azərbaycanın bir çox regionların-
dan, eləcə də Türkiyə, İran, Səudiyyə
Ərəbistanı, Ukrayna, Qazaxıstan, Slova-
kiya, Gürcüstandan ümumilikdə 360 id-
mançının iştirak etdiyi beynəlxalq turnirə
martın 12-də yekun vurulacaq.
AZƏRTAC
“Brexit”in başlanma
tarixi məlum olub
Martın 14-də Böyük Britaniyanın Baş naziri
Tereza Mey rəsmi olaraq ölkəsinin Avropa Ittifaqından
çıxma proseduruna start verə bilər.
APA-nın
“The Daily
Telegraph”
qəzetinə
istinadən verdiyi
xəbərə görə,
buna səbəb kimi
Nazirlər Kabi-
netinin təkidi
göstərilir.
Martın
13-də Böyük Britaniyanın İcmalar Palatası Lordlar Palatası-
nın “Brexit”lə bağlı qanun layihəsinə daxil etdiyi dəyişiklikləri
müzakirə edəcək.
Qeyd edək ki, ötən il keçirilən referendumda britaniyalıların
51,9 faizi krallığın Avropa İttifaqının tərkibindən çıxmasına səs
verib. Fevralın 1-də Britaniya parlamentinin İcmalar Palatası “Bre-
xit” prosedurunun başlanmasına səs verib.
Cəbhənin müxtəlif
istiqamətlərində sutka ərzində
atəşkəs rejimi 110 dəfə pozulub
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif
istiqamətlərində snayper tüfənglərindən və 82 millimetrlik mi-
naatanlardan (20 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs
rejimini, ümumilikdə 110 dəfə pozublar.
Müdafiə Nazirliyindən AZƏRTAC-a bildiriblər ki,
Ermənistanın Noyemberyan rayonunun Barekamavan, Voskevan,
İcevan rayonunun Vazaşen kəndlərində və adsız yüksəkliklərdə
yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Quşçu Ay-
rım, Bala Cəfərli kəndlərində, Berd rayonunun Ayqedzor, Çinari
kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu,
Ağbulaq, Koxanəbi kəndlərində, Krasnoselsk rayonu ərazisindəki
adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu
ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə
tutulub.
Tərtər rayonunun işğal altında olan Yarımca, Göyarx, Ağdam
rayonunun Mərzili, Nəmirli, Qaraqaşlı, Sarıcalı, Baş Qərvənd,
Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun
Qorqan, Aşağı Veysəlli, Cəbrayıl rayonunun Mehdili kəndləri ya-
xınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Xocavənd, Füzuli
və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən
mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.