Azərbaycan döVLƏt aqrar universiteti İnformasiya texnologiyalari, aqrar müHƏNDİSLİk və energetika faküLTƏSİ



Yüklə 1,04 Mb.
səhifə1/14
tarix17.10.2017
ölçüsü1,04 Mb.
#5204
  1   2   3   4   5   6   7   8   9   ...   14


AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ
İNFORMASİYA TEXNOLOGİYALARI, AQRAR MÜHƏNDİSLİK VƏ ENERGETİKA FAKÜLTƏSİ
HƏYAT FƏALİYYƏTİNİN TƏHLÜKƏSİZLİYİ və BƏDƏN TƏRBİYƏSİ
kafedrası

ƏMƏK MÜHAFİZƏSİ

MÖVZU 1: ƏMƏK MÜHAFIZƏSININ HÜQUQI VƏ TƏŞKILATI

ƏSASLARI
MÖVZUNUN PLANI
1. Ədəbiyyat.

2. Əmək mühafizəsində istifadə edilən terminlər.

3. Giriş. Əmək mühafizəsinin məzmunu, başqa fənlərlə əlaqəsi.

4. Əmək təhlükəsizliyinin standartlar sistemi (ƏTSS),

5. İnsan-maşın-heyvan- istehsalat mühiti sistemi.

6. Təhlükəli və zərərli istehsalat amilləri, onların normalaşdırılması prinsipi və

təsnifatı.

7. İnsanlarda psixofizoloji, hal, psixoloji amillər və onların əməyin təhlükəsizli-

yinə təsiri.

8. Əmək xasarətlərinin əsas səbəbləri.



Ə D Ə B İ Y Y A T
1. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı – 2002.

2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi. Bakı “Hüquq ədəbiyyat” 2008.

3. İstehsalatda bədbəxt hadisələrin təhqiq edilməsi və yçota alınması. “Bakı, hü-

quq ədəbiyyatı” 1998.

4. Həsənov B.A. Əmək mühafizəsi. Bakı, Maarif, 1986.

5. Tağızadə T.H. Meliorasiya t/tında əmək mühafizəsi. Bakı. “Maarif” 1990.

6. Əfəndiyev R.İ. Heyvandarlıqda təhlükəsizlik texnikası. Bakı. Azərnəşr 1987.

7. Канашев Ф.М и др. Охрана труда. М.; 1988.

8. Луковников А.В. Охрана труда. М.; «Колос»1989.

9. Денисенко Г.Ф. Охрана труда. М.; «Высшая школа» 1989.

10. Шурин Е.Т. Пожарная безопасности на животноводческих фермах. М.;

1984.


2. Əmək mühafizəsində istifadə edilən terminlər.

Təhlükəsizlik texnikası.

İstehsalat santariyası.

Əmək təhlükəsizliyi.

Təhlükəli istehsalat amilləri.

Zərərli istehsalat amilləri.

İstehsalat proseslərinin təhlükəsizliyi.

İstehsalat avadanlıqlarının təhlükəsizliyi.

Elektrik təhlükəsizliyi.

Elektrik qurğuları.

Elektrikin cərəyanının gövdə ilə qapanması.

Elektrik cərəyanının torpaqla qapanması mühafizə (torp) yerlə birləşdirmə.

Mühafizədən açılma.

Elektrikdən mühafizə vasitələri.

İşçilərin mühafizə vasitələri.

Fərdi mühafizə vasitələri.

Kollektiv mühafizə vasitələri.

İstehsalatda bədbəxt hadisələr.

İstehsalat xəsarəti.

Peşə xəstəlikləri.

Yanğın təhlükəsizliyi.
3. Giriş. Əmək mühafizəsinin məzmunu, başqa fənlərlə əlaqəsi.

“Əmək mühafizəsi” 4 müstəqil bölməni əhatə edən elmi, sosial-texniki fəndir.

1. “Əmək mühafizəsinin hüquqi və təşkilati əsasları” bölməsində işçilərin zədə-lənmə və peşə xəstələnmələrinin aradan qaldırılmasına yönəldilmiş kompleks hüquqi-təşkilati tədbirlər öyrənilmir.

2. “Əmək gigiyenası və istehsalat sanitariyasının” əsasları bölməsində işçilərə zərərli istehsalat amillərinin (səs-küy, toz, qaz, şüalanma və s) zərərli təsirinin qar-şısını alan təşkilati, gigiyena, texniki-sanitariya tədbirləri və vasitələri öyrənilir.

3. “Təhlükəsizlik texnikasının əsasları” bölməsində işçilərə təhlükəli istehsalat amillərinin təsirinin qarşısının alan təşkilati-texniki tədbir və vasitələr sistemi öyrə-nilir.

4. “Yanğın profilaktikasının əsasları” bölməsində əmək təhlükəsizliyini, xüsusi və dövlət əmlakını mühafizə etməyə yönəldilmiş yanğından mühafizə tədbir və vasi-tələri öyrənilir.

“Əmək mühafizəsi” fənninin metodiki əsasını kənd təsərrüfatında əmək şəra-itinin, maşınların, istifadə edilən kübrə və zəhərli maddələrin elmi təhlili nəticəsində təhlükə və zərərlərin aşkara çıxarılmasını təşkil edir.

“Əmək mühafizəsi” kursu istehsalatda tam təhlükəsizliyi, zərərsiz əmək şəraitini və yanğına qarşı mübarizə tədbirlərini öyrənir.

Əmək mühafizəsi insanın əmək prosesində təhlükəsizliyini, sağlamlığını və işgü-zarlığını təmin edən, qanunvericilik aktları, sosial-iqtisadi, təşkilati-texniki, sanitari-ya -gigiyena tədbir və vasitələri sistemidir.

Əmək mühafizəsinin məqsədi istehsalatda sağlam, təhlükəsiz əmək şəraiti yara-dılması ilə fəhlə, (kolxozçu) və qulluqçuların zədələnmə və xəstələnmələrinin qarşı-sını almaqdır.

Rusiyada 1-ci təhlükəsizlik texnikası üzrə elmi-tədqiqat işi aparan M.V.Lomo-nosov olmuşdur. 1742-ci ildə onun yazdığı (“metallurgiya” yaxud) mədən işlərinin əsasları əsərində keçidlərdə nərdivanlardan istifadə edilməsi, torpaq, dağ və mədən işlərində təhlükəsizlik və sanitar qaydalarını göstərmişdir.

1882-ci ildə prof. V.L.Kirpiçev ictimai-texniki qurultayda təhlükəsizlik texnikası üzrə çıxışında maşın və intiqallara xidmət işində ehtiyatlılıq tədbirlərini göstərmişdir.

Fizioloq İ.M.Secenov 1901-ci ildə yazdığı insanların iş hərəkəti oçerki kitabında bir sıra əmək gigiyenası haqqında olan məsələləri göstərmişdir. (oçerki kitabında bir sıra əmək gigiyenası haqqında olan məsələləri göstərmişdir).

Birinci dəfə əmək gigiyenası haqqında olan “sağlamlıq və sənaye” jurnalını sani-tar həkim A.V.Poqojev 1902-ci ildə yazmışdır. Bizim ölkədə əmək mühafizəsi prob-leminin elmi həlli ancaq 1929-cu ildən sonra həyata keçirilmişdir. 1929-cu ildən təh-lükəsizlik texnikası və əmək mühafizəsi bütün ali məktəblərdə həyata keçirilmişdir. 1966-cı ildən o, əmək mühafizəsi adlanır.

Əmək mühafizəsi elminin inkişafında S.İ.Vavilovun böyük xidməti olmuşdur. Belə ki, onun rəhbərliyi altında insanın görməsinə müsbət təsir göstərən günüz işıq lampası hazırlanmışdır. N.D.Zelinskiy (1913). Böyük alim fizioloq İ.P.Pavlov insanın ali sinir orqanı ilə xarici mühit arasında əlaqə olduğunu söyləmişdir. N.E.Jukovski erodinamiki nəzəriyyə əsasında ventilyator və ventilyasiya sisteminin hesabatını ver-mişdir. Elmi-tədqiqat işləri ilə V.F.Maksimov, E.Ya-Yudin, Q.M.Nikitin, T.H.Tağı-zadə, F.Ə.Şıxəliyev və b. məşğul olur.

Yanğın preofilaktikası əmək mühafizəsi ilə sıxı əlaqəlidir, çünki yanğını yalnız qiymətli materiallara deyil eyni zamanda insan sağlamlığına da zərər verir. Əmək mühafizəsi gigiyena, fiziologiya və əməyin psixologiyası, istehsalat estetikası və əməyin elmi təşkili ilə əlaqədardır. (Əmək mühafizəsi fənni tam təhlükəsizliyi, zərər-siz əmək şəraitini və yanğına qarşı mübarizə tədbirlərini öyrənir).

Keçmiş SSRİ-də YİHİMŞ-ın 6 elmi tədqiqat əmək mühafizəsi institutu, 15 əmək gigiyenası və peşə xəstəliyinə qarşı institutu, 4 sanitar gigiyena institutu fəaliyyət göstərərək müxtəlif tədbirlər işləyib hazırlayır və bu tədbirlər insan sağlamlığını tə-min edir. 1970-ci il iyun ayında keçmiş SSRİ Ali Soveti “Əmək haqqında SSRİ və respublika ittifaqının əsas qanunçuluğunu” qəbul etmişdir. Bu qanunda əsas başlıq əmək mühafizəsi üçün nəzərdə tutulmuşdur. Əmək mühafizəsi üzrə qanunçuluq Azərbaycan Respublikasında 1992-ci il dekabr ayında təsdiq edilmişdir.
ZOOBAYTARLAR KURSU ÜÇÜN
Zoomühəndis heyvandarlıqda texnoloq hesab edilir. Onun işi həmişə yem isteh-salı və yemin hazırlanması, heyvandarlıq fermasında su təchizatı, inəklərin sağılması, qoyunların qırxılması və s. ilə əlaqədardır.

Ona görədə maşın və avadanlıqların istismarında təhlükəsizlik texnikası, hey-vanların saxlanılması və onlara qulluq işlərində təhlükəsizlik qaydalarını bilməsi zo-omühəndisin gündəlik işi hesab edilir. Zoomühəndis nə inki, özü təhlükəsizlik texni-kası qayda və tələblərini, onlara riayət edilməsini bilməsi, həmçinin mütəxəssis rəh-bər kimi heyvandarlıqda təhlükəsizlik texnikası və əmək mühafizəsi vəziyyətinə düz-gün riayət edilməsinə, habelə vaxtaşırı təlimat aparılmasına və heyvandarların nəzəri birliyinin iş yerlərində yoxlanılmasına cavabdehdir.

Hal-hazırda baytar həkiminin böyük heyvandarlıq birliyində və texniki avadan-lıqların qrup halında istifadə edilməsi şəraitində öz işini düzgün aparması lazım gəlir. Ona görədə belə şəraitdə müxtəlif xəstəliklərin ləğv edilməsi və öz vaxtında dezi-feksiya, dezinseksiya, dezinseksiya, deratizasiya, dezodorasiya işlərinin yerinə yetiril-məsi və eyni zamanda yoluxucu və qeyri yoluxucu xəstəliklərin qarşısının alınması böyük əhəmiyyət kəsb edir.
1.4. Əmək təhlükəsizliyinin standartlar sistemi (ƏTSS).

Son illərdə ölkəmizdə müxtəlif normativ sənədlərindəki (qayda, norma, təlimat) əmək təhlükəsizliyi tələbləri Əmək Təhlükəsizliyinin Standartlar Sistemi (ƏTSS) şəklinə salınmışdır.

Bu Standartlar Sisteminin 4 kateqoriyası vardır.

1. Ümumittifaq dövlət standartları (DÜİST)

2. Sahə standartları (SST)

3. Respublika standartları (RST)

4. Müəssisə standartları (MST)

Buraxılan bütün məhsullar mütləq standartlara cavab verməlidir.

Hal-hazırda bütün Dövlət Ümumittifaq standartlarına maşın, avadanlıq və başqa məhsulların istehsalat təyinatına əmək mühafizəsi mütləq daxil edilir və bu məhsulla-rın təhlükəsiz buraxılmasını təmin edir.

Dövlət Ümumittifaq standartlarının 5 fevral 1974-cü ildə təsdiq etdiyi 351- № -li qərarına müvafiq olaraq Əmək Təhlükəsizliyinin Standartları Sistemi 1974-cü il iyulun 1-dən qüvvədədir. (Məsələn Dövlət Ümumitifaq Standartları DÜİST 12.0.004-89) burada 12- əmək mühafizəsi üzrə standartlar sinfini;

0- standart qrupunun nömrəsini,

004- standart qrupunun ardıcıllıq nömrəsi,

89- standartın qeydə alınma ilini göstərir.

Hazırda ƏTSS-nin vaxtında və tam tətbiqi istehsalat birlikləri və təşkilatlarının mühüm vəzifələrindən biri sayılır. Bu standartların tətbiqi qaydaları xüsusi metodik göstərişlərdə verilmişdir.

Əmək təhlükəsizliyinin standartlar sisteminin tətbiqinə ümumi rəhbərlik təşkila-tın rəhbərinə və baş mütəxəsisə həvalə olunur. Bu sahədə təşkilati- metodik işləri isə müəssisənin standartlaşdırma xidməti ilə birlikdə əmək mühafizəsi xidməti yerinə yetirir. Təşkilatın rəhbəri standartların siyahsını və tətbiqi qaydasını əks etdirən mü-vafiq əmr verməlidir.

Müəssisələrdə standartların tətbiqini təşkil etmək üçün aşağıdakı heyətdə komis-siya yaradılır: baş (mühəndis) mütəxəsis, (sədr), standartlaşdırma şöbəsinin rəisi, əmək mühafizəsi şöbəsinin rəisi, həmkarlar ittifaqı komitəsinin nümayəndəsi, baş tex-noloq və b. mütəxəssislər.


1.5. Əmək mühafizəsinin nəzəri əsasları.

“İnsan- maşın- istehsalat mühiti sistemi.” İnsan- maşın- istehsat mühiti sistemi erqonomika adlanır. Erqonomika yunan sözü olub; erqo- iş, nomos- isə qanun demək-dir. Deməli, erqonomika iş haqqında qanundur. Onun başlıca vəzifəsi insan, maşın və istehsalat mühiti arasındakı qarşılıqlı əlaqəni tədqiq etməkdir.







İnsanı öyrənən bütün elmlər, texniki elmlər, sosiologiya bilavasitə erqonomika ilə bağlıdır və insan- maşın- istehsalat mühiti sistemində fəaliyyət göstərən qanunla-rın araşdırılmasına xidmət edir. Elmlər kompleksindən ibarət olan erqonomika, psixo-logiya, fiziologiya, gigiyena, pedaqoqika, sosiologiya və digər sahələrin əldə etdiyi nəticələri ümumiləşdirir və onlardan istifadə edir. Bundan əlavə gibernetika, fizika, riyaziyyat, biologiya, iqtisad elmləri habelə texnikanı öyrənən elmlərdə erqonomika-da özünə məxsus yer tutur.

Adları çəkilən elm sahələr ilə erqonomikanın başlıca fərqi ondan ibarətdir ki, er-qonomika ayrılıqda insanı, ayrılıqda iş şəraitini, ayrılıqda maşın sistemini deyil, on-larla daxili əlaqəyə girərək əmələ gətirdiyi mürəkkəb bir sisitemi tədqiq edir.

Məsələn, psixologiya qavrayışı, təsəvvürü, yaddaşı, diqqəti, hafizəni və s. anla-yışları öyrənərkən onların maşınla əlaqəsini əsas götürməyədə bilər.

Erqonomika isə fəaliyyətdə olan insanın xüsusiyyətlərini bir tərəfdən konkret iş şəraiti, digər tərəfdən isə maşınla daxili əlaqədə tədqiq edir.

Müasir insan özünün istehsalat funksiyasını mürəkkəb sistemin işlədiyi şəraitin-də yerinə yetirir.

İnsan fiziki işin mühüm hissəsini texnikaya sərf edərək, özü böyük həcmli mü-rəkkəb zehni psixoloji fəaliyyəti qəbul edir.

O, bu gün mürəkkəb biotexniki sistemləri proqlamlaşdırır, onlara nəzarət edir, eyni zamanda müxtəlif texnoloji obyektləri uzaq məsafədən idarə edir.

Təkcə onu xatırlatmaq kifayətdir ki, sürücünün sükan arxasındakı diqqəti ilə çay içdiyi zaman özünü göstərən diqqəti arasında xeyli fərq vardır. Deməli maşın insanın qarşısına xüsusi tələblər qoyur və həmin tələblərin ödənilməsi zəruri hal alır.

Erqonomika müəyyənləşdirmişdir ki, əmək vasitələri və şəraiti, hər şeydən əvvəl insanın xüsusiyyətləri baxımından qiymətləndirilməlidir. İ.M.İ mühiti sistemində kompanentlər arasında zəruri uzlaşma olmadıqda, yəni texnika və şərait insanın xüsu-siyyətlərinə uyğun gəlmədikdə, eləcədə insan idarəetdiyi maşının ‹‹dilini›› yaxşı bil-mədikdə, şəraitə yaxşı uyğunlaşmadıqda bir sıra bədbəxt hadisələr baş verir. Adicə bir fakta nəzər salaq Q.E.Panov yazır ki, dünya miqyasında texnika ilə onu idarə edən insan arasındakı uyğunsuzluq nəticəsində təkcə 1900-1950-ci illər arasında, yəni 50 il ərzində 250 milyon adam həlak olmuşdur, halbuki həmin dövrdə müharibələr vur tut 90 milyon adamın ölümünə səbəb olmuşdur.

İndi maşınla əlaqədar olaraq dünya miqyasında hər gün təxminən 350 min adam həlak olur ki, bununda 250 mini avtomobil qəzası ilə bağlıdır.

Erqonomikanın qarşısında duran problemlərdən biri məhz bu cür bədbəxt hadi-sələrin qarşısını almaq üçün elmi tövsiyələr işləyib hazırlamaqdan ibarətdir.

Sübut olunmuşdur ki, iş gününün ilk 1 saatı ərzində iş qabiliyyəti yüksələn xətt üzrə gedir, 2 saat sabit qalır və son 1 saat ərzində aşağı düşür.


1.6. Təhlükəli və zərərli istehsalat amilləri onlarin normalaşdirilmasi prin-

sipi və təsnifi.

DÜİST 12.0.003-79- ƏTSS-ə müvafiq olaraq təhlükəli və zərərli istehsalat amil-ləri təsirinə görə fiziki, kimyəvi, bioloji və psixoloji olurlar.



Fiziki amilllər qrupuna maşın-mexanizmlərin hərəkət edən və mühafizə edilmə-yən hissələri; iş sahələrində havanın tozluluğu və qazlılığı; iş sahələrində havanın tempraturasının yuxarı və aşağı olması; səs-küyün, infra səsin, ultrasəsin, titrəyişin, ionlaşdırıcı və elektromaqnit şüalarının, statiki elektrikləşmənin, ulturabənövşəyi və infraqırmızı şüaların səviyyəsinin çoxalması, elektrik və maqnit sahə gərginliyinin yüksəlməsi və müxtəlif işıq normalarının dəyişməsi və s. daxildir.

Kimyəvi amillər qrupu orqanizmə təsir xarakterinə görə ümumi toksiki, qıcıqlamdırıcı və s. olur. Bunlar orqanizmə tənəffüs yolları, həzm sistemi və dəri örtüyü vasitəsilə daxil olur.

Bioloji amillər qrupuna mikro və makro orqanizmlər aiddir. Bunların təsiri ilə xəstələnmə və zədələnmə yaranır. Bu orqanizmləri viruslar, göbələklər, bakteriyalar bitkilər və heyvanataləmi isə makrocisimlər əmələ gətirir.

Təhlükəli və zərərli istehsalat amililəri fiziki və zehni-psixoyorğunluğa ayrılır.

Fiziki yorğunluğa, insanın (fiziki) statiki, dinamiki və hipodinamiki (məhdudlaş-ma) artıq yüklənməsi daxildir.

Zehni-psixoyorğunluğa isə zehni gərginlik (yorucu əmək) və emosional artıq yüklənmə daxildir. Göründüyü kimi istehsalat şəraitində zərərli və təhlükəli amillər kompleks təsir göstərir.

Bunların çoxu fəhlənin peşə xususiyyətindən asılıdır və ona görədə alınan xəs-arətlər peşə xəstəliyi adlanır.

Təhlükəli və zərərli amillərə maşının hərəkət edən hissəsi, alətlərin nasazlığı, elektirik cərəyanı, aşındırıcı mayelər, partlayışa təhlükəli maddələr və s. daxildir. Bunlar fəhlədə xəsarət əmələ gətirə bilir ki, bunlara xəsarət yaradıcı amillər deyilir.

(İstehsalat) Təhlükəli və zərərli istehsalat amillərinin insana uzunmüddət təsiri nəticəsində əmələ gələn xəstəliklər çox vaxt fəhlənin əmək qabiliyyətinin qismən və ya tamamilə itirilməsi ilə nəticələnə bilir. Fəhlənin iş yeri daima nəm olarsa, o za-man yel xəstəliyi əmələ gəlir.

Səs-küy çox olan sexlərdə və başqa sahələrdə çalışan fəhlələr tədricən kar olma, əsəbi və s. bu kimi xəstəliklərə səbəb ola bilirlər.

Elektrik qaynağı ilə iş görən zaman şüadan qorunmaq üçün müəyyən vasitələr olmadıqda, fəhlələr görmə qabiliyyətini itirir və nəticədə iş qabiliyyətini itirmiş olur-lar. Xəstəliklər çox vaxt hava mühitinin pozulması ilə də özünü göstərə bilir. Məsələn iş yerində havanın hərarətinin sürətinin, rütubətinin tez-tez dəyişməsi, mühitin tozlan-ması və s. bu kimi amillər orqanizmə uzun müddət təsir etdikdə peşə xəstəlikləri törə-dir. Bunun nəticəsində fəhlə iş qabiliyyətini itirmiş olur. Ona görədə istehsalatda xəs-təlik törədən amillər həmişə normada saxlanılmalıdır. Normal iş şəraitində insan or-qanizmdə sabit istilik mübadiləsi gedir və bu halda bədənin temperaturu bir səviy-yədə qalır. Orqanizmdəki intensiv oksidləşmə proseslərindən xeyli istilik ayrılması ilə əlaqədar olaraq ağır fiziki iş zamanı temperaturun yüksəlməsi və rütubətin çoxal-ması nəticəsində orqanizmin normal istilik tənzimi pozulur.

Mühitin temperaturu yüksək olduqda qan damarları genişlənir və bədənin səthinə paylanan qanın miqdarı artır. Bu zaman bədən səthinin istilik verməsi artır və orqanizmlər ifrazına sərf etdiyi istilik itkisi hesabına soyuyur. Bundan başqa iş yerindənki havanın hərəkəti sürəti də orqanizmdə istiliyin tənzim olunmasına təsir göstərir. İş yerinin havası çox qızdıqda, onun həcm çəkisi azalır, yuxarı zonaya və ya xaricə havanın hərəkət etmə sürəti isə bir o qədər artmış olur. Havanın hərəkət sürəti 3 m/san-dən artıq olduqda soyuğun pis təsiri hiss olunur və soyuq dəymə xəstəliyinə səbəb olan hava cərəyanı əmələ gəlir.

Havanın yüksək hərarəti və rütubətli olması ürək-damar sisteminə və tənəffüs orqanlarına pis təsir göstərir, bunun nəticəsində nəbz tez-tez burur, qan təzyiqi artır və qan dövranı pozulur. Belə əlverişsiz şərait uzun müddət davam etdikdə baş ağrısı, ümumi zəiflik, ayaqlarda ağrı, bəzən ürək bulanma, qusma yaranır. Həddən artıq bədənin qızması nəticəsində isə qəflətən ürək getmə müşahidə edilir.

Hərarətin aşağı, nisbi rütubəti isə yüksək olan böyük sürətli havada bədənin temperaturu aşağı düşə bilir ki, buda orqanizmdə ümumi zəiflik yarada bilər. Orqanizmin soyuması zamanı yuxarı tənəffüs yollarının ağ ciyərin xəstələnməsi və əzələ revmatizmin inkişafı üçün əlverişli şərait yaranır, açıq havada işləyən zaman bədən həddən artıq soyuduqda isə donma halları baş verir. İstehsalat sahələrində toplanan tozlar orqanizmə olduqca pis təsir göstərərək nəinki bir sıra xəstəliklərin törənməsinə, həmin istehsal edilən məmulatın keyfiyyətinə, avadanlığın vaxtından qabaq sıradan çıxmasına bəzi hallarda isə partlayış baş verməsinə səbəb olur. İstehsalatda toplanan tozun təsirindən çox vaxt fəhlələr vərəm və başqa xəstəliklərə tutulur. Toz nəinki fəhlənin tənəffüs yollarının tutulmasına səbəb olur, hətta gözə, buruna, qulağa və dişlərədə çox pis təsir edir və bəzi hallarda dəri xəstəlikləri əmələ gətirir.

İş yerlərində bir sıra zərərli maddələrin qarışıqlarının DÜİST 12.1.005-76- ƏTSS-ə müvafiq olaraq buraxıla bilən normaların aşağıda göstərilmişdir.



Maddələrin adı



Qarışıqların bura-xıla bilən norması mq/m3

Ammonyak

Aseton


Benzin buxarı

Heksoxloran

Qurğusunun və onun birl

Kükürd turşusu

Tütün tozu

Xlor


Çay tozu

Taxıl tozu

Asbest tozu

Gil, sement tozu

DDT

Kömür tozu



Karbon qazı

Metil spirti



20

200


100

0,1


0,01

1

3



4

3

4



2

6

0,1



10

20

50


İşçilərin əmək qabiliyyətinin daima normada olmasına nail olmaq üçün havanın meteoroloji tərkibini aşağıdakı normalarda saxlamaq lazımdır.Yüngül iş şəraitində havanın temperaturası 18-220S, ağır iş şəraitində 14-160S olmalıdır. Havanın nisbi nəmliyi 40-60%-dən (heyvandarlıq fermasında isə 75%-dən, temperatur 10-120S az olmamalıdır) çox olmamalıdır.

Hava axının sürəti yaşayış binalarında 0,1÷0,3 m/san. İstehsalat binalarında isə 0,5-1 m/san-dən artıq olmamalıdır.

Havada zərərsiz tozların miqdarı hər kub metr havada 10 mq, zərərli tozların miqdarı isə 2 mq-dan artıq olmamalıdır.


1.7. İnsanlarda psixofizioloji hal, psixofizioloji amillər və onlarin əməyin

təhlükəsizliyinə təsiri.

Kənd təsərrüfatında bədbəxt hadisələrin yaranmasına təsir göstərən amillər müx-təlif xarakterdə olur. Bu amillər istehsalat təhlükəsi ilə eyni zamanda icraçı fəhlənin əhvali-ruhiyyəsindən də asılıdır.

İstehsalatda zədə alanların yarıdan çoxu istehsalat proseslərinin yerinə yetirilmə-sində buraxdıqları kobud səhvlərin nəticəsində olur.

Fizioloji tələbatın əsas xarakterindən asılı olaraq əməyin aşağıdakı formaları vardı. Fiziki əmək; əməyin mexanikləşdirilmiş forması; avtomatlaşdırılmış və yarım avtomatlaşdırılmış forması; axımlı yaxud qrup halında əmək; zehniəmək.



Zehni əmək. Bu növ əməklə insan istehsalat proseslərinin idarə olunmasında yaradıcılıqla məşğul olur. Burada əsas məqsəd alınmış məlumatların (informasiya) yenidən işlənib, həll edilməsidir. Berilən məlumatların qəbulu əsasən görmə və eşitmə ilə həyata keçirilir. Bu ali psixi funksiya, yaddaş, diqqət və zehni fəaliyyət kimi daxil edilir. Müxtəlif növ əməyin əsas xüsusiyyətləri həyacanlı gərginliyin artması yorucu əmək və əzələ aktivliyinin azalmasıdır.

Fiziologiya göstərir ki, təmiz fiziki əmək və təmiz zehni əmək yoxdur. Hər bir fiziki əməkdə zehni əməyin elementləri və hər bir zehni əməkdə isə fiziki əməyin ele-mentləri olur.

Zehni əməyin sinifləşdirərkən onun gərginlik xüsusiyyətləri nəzərə alınmalıdır. Əməyin gərginliyi hər şeydən əvvəl diqqət funksiyasına hansı təlabatın qoyulmasın-dan asılıdır.

Zehni əməyin gərginliyi görüləcək işin xüsusiyyətlərindən vaxtın azlığından, işin tez yerinə yetirilməsindən və s. asılıdır.

Zehni əməyin gərginlik dərəcəsi aşağıdakı düsturla ifadə edillir.

burada, R – verilən məlumatların miqdarını, bit/san;

S – buraxma xüsusiyyətlərinin miqdarını bit/san ilə göstərir.

Burada bit verilən məlumatın minimum vahididir və iki kodla (0 və 1) işarə edilir.

Fiziki əmək. Bu əmək istehsalatda hər hansı bir işi yerinə yetirərkən müəyyən enerji sərfi ilə həyata keçirilir. Fiziki işlər dinamiki və statiki olur.

Dinamiki iş. Burada yüklər yuxarı, aşağı və horizontal vəziyyətdə yerləşdirilir. İşin fiziki ağırlığını hesablamaq üçün aşağıdakı düsturdan istifadə edilir.

burada A – görüləcək işin miqdarını, kqm-lə;

P – yerləşdirilmiş yükün kütləsini, kq-la

H – yükün qaldırma hündürlüyünü m-lə;

ℓ - yüklərin horizontal yerləşmə məsafəsini, m-lə;

H1 – yükün düşürmə məsafəsini, m-lə;

K - əmsal olub, qiyməti 6-tı götürülür.



Statiki iş. Burada hərəkət etmədən əl və ya ayaqla mühitdə görülən işidir. Statiki işi, dinamiki işə nisbətən daha çox yorucudur. Belə işdə əzələnin gərginlik vaxtı fasiləsiz uzanır, dinamiki işidə isə fasilə yaranır və bu vaxt mərkəzi sinir sistemi əzələyə impuls göndərmir yəni istirahət edir.

DÜİST 12.1.005-76 ƏTSS (SSBT)-nə müvafiq olaraq bütün fiziki işlər üç dərəcəyə bölünür.

1. Yüngül fiziki işlər. Burada heç bir fiziki gərginlik tələb edilməyən oturaq və ya ayaq üstə aparılan işdir. Bu zaman 172 coul/san-ə qədər enerji sərf edilir.

2. Orta ağırlıqlı fiziki işlər. Bu 10 kq-a qədər yükqaldırma tələb olunan oturaq yaxud ayaq üstə aparılan işlərdir. Burada172-232 coul/san-ə qədər enerji sərf edilir.

3. Ağır fiziki işlər. Bu fiziki gərginlik tələb edən və 10 kq-dan artıq yükün qaldı-rılması yaxud aparılması tələb olunan işlərdir. Burada 293-528coul/san-ə qədər enerji sərf edilir.

Fiziki iş (dərəcəsi) yalnız enerji sərfi ilə deyil eyni zamanda sinir gərginliyi ilə istehsalat mühiti şəraitində yerinə yetirilir.

Ağır və orta ağırlıqlı fiziki işlərdə işləyərkən istilik vermə və buxarlanma artır. Hava qızdıqda və su buxarları ilə doymuş olduqda insanın ağ ciyərindəvə dərisinin səthində olan nəmliyin buxarlanması çətinləşir, nəticədə insanda tez yorulma və zəif-ləmə müşahidə edilir.

İstehsalat və heyvandarlıq binaları aşağıdakı meteroloji və sanitar-gigiyenik amillərlə əhatə olunurlar:

İş zonları (hava mühiti ilə) temperatura t, 0S; nisbi nəmlik φ, %; havanın hərəkət sürəti V, m/san; barometrik təzyiq P, Пa;

Sanitar-gigiyenik amillər: qazlılıq və tozluluğu, mq/m3; səs və səs təzyiqinin səviyyəsi, db; titrəmə sürəti, m/san, titrəmə təcili, m/san2.

İstehsalatda qəflətən baş verən və insanların zədələnməsinə səbəb olan bədbəxt hadisələrə əmək xəsarətləri deyilir.

Əmək xəsarətləri ağırlıq dərəcəsinə görə aşağıdakı qruplara bölünür:

1.Yüngül xəsarət. Burada ilk tibbi yardımdan sonra işə qayıdır, yaxud əmək qabiliyyətini cüzi itirir.

2. Az ağır dərəcəli bədən xəsarəti. Burada əmək qabiliyyətini hissəsindən az olmaqla uzun müddət itirir.

3. Ağır bədən xəsarəti. Burada əmək qabiliyyətini hissəsindən çox olmaqla uzun müddət itirmiş olur.

4. Qrup halında xəsarət. Burada iki nəfərdən çox əmək xəsarəti almış olur. Bu zaman Tədqiqi Dövlət Əmək Müfəttişliyi tərəfindən aparılır hər bir adam üçün ayrılıqda İZ formalı istehsalat zədələnməsi haqqında 5 nüsxədən ibarət akt tərtib edilir.

5. Ölüm hadisəsi. Burada 1 nəfərdən artıq ölüm olduqda bunu təhqiq etmək üçün Dövlət Əmək müfəttişliyi komissiya təyin edir. İki həfərdən çox (2-4 nəfər) olduqda isə bunu təhqiq etmək üçün Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi komissiya təyin edir.


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə