Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Kollegiyasının 8 noyabr 2018-ci IL tarixli 6/1 nömrəli



Yüklə 178,21 Kb.
səhifə1/6
tarix29.11.2023
ölçüsü178,21 Kb.
#142922
  1   2   3   4   5   6
umm-esasname (1)


Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyi Kollegiyasının
8 noyabr 2018-ci il tarixli 6/1 nömrəli
Qərarı ilə təsdiq edilmişdir.

Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin

NÜMUNƏVİ ƏSASNAMƏSİ


UŞAQ MUSİQİ, İNCƏSƏNƏT VƏ RƏSSAMLIQ MƏKTƏBLƏRİNİN

NÜMUNƏVİ ƏSASNAMƏSİ




I. ÜMUMİ MÜDDƏALAR



    1. Uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri (bundan sonra- Məktəb) uşaq, yeniyetmə və gənclərin bədii-estetik zövqünü formalaşdıran, mədəniyyət və incəsənət sahəsində təhsil verən dövlət müəssisəsidir.

    2. Məktəb Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin (bundan sonra-Nazirlik) tabeliyindədir və Məktəbin fəaliyyətinə birbaşa nəzarət aidiyyəti üzrə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Regional Mədəniyyət İdarəsi (bundan sonra-İdarə) tərəfindən həyata keçirilir.

    3. Məktəb Nazirliyin mərkəzləşdirilmiş büdcəsindən maliyyələşdirilir və ştampa, dairəvi möhürə və blanka malikdir.

    4. Məktəb öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Nazirliyin əmr və qərarlarını, kollegiya qərarlarını, İdarənin əmr və sərəncamlarını digər normativ-hüquqi aktları və bu Əsasnaməni rəhbər tutur.

    5. Bu Əsasnaməyə əlavə və dəyişikliklər yalnız Nazirlik tərəfindən edilir.

    6. Məktəb hər il Nazirliyə və İdarəyə statistik və Məktəbin fəaliyyətinə dair müvafiq hesabatlar verir.



II. MƏKTƏBİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ





    1. Məktəb:

  • uşaq, yeniyetmə və gənclərə musiqi, rəssamlıq və xoreoqrafiya sahəsində ibtidai və orta təhsil verir, Azərbaycan xalq, klassik və dünya mədəniyyəti və incəsənətinin ən yaxşı nümunələri əsasında onların estetik zövqünü formalaşdırır;

  • uşaq, yeniyetmə və gənclərin qabiliyyətinin aşkar olunmasına və onların istedadının inkişaf etdirilməsinə şərait yaradır;

  • böyüməkdə olan nəslin mənəvi, bədii- estetik tərbiyəsini gücləndirmək məqsədilə digər təhsil müəssisələri ilə daim təmasda olur;

  • ən istedadlı və qabiliyyətli şagirdləri təhsillərini davam etdirmək məqsədilə müvafiq ixtisaslar üzrə orta ixtisas və ali təhsil müəssisələrinə qəbul olunmaq üçün hazırlayır.

    1. Məktəbdə təhsil müddəti 4, 5, 7 və 11 ildir;

    2. Uşaq musiqi məktəbində musiqi, rəssamlıq məktəbində rəssamlıq, incəsənət məktəbində musiqi, rəssamlıq, xoreoqrafiya üzrə tədris aparılır və müvafiq olaraq məktəblərdə aşağıdakı şöbələr açıla bilər:

  • musiqi üzrə: fortepiano (fortepiano-caz təmayüllü, sintezator), simli alətlər, nəfəs və zərb alətləri, xalq çalğı alətləri, xanəndəlik, vokal, estrada oxuma, xor, eyni zamanda 11 illik təhsildə ixtisas sinfi kimi nəzəriyyə, bəstəkarlıq və caz- improvizə, xor dirijorluğu və s;

  • rəssamlıq üzrə: rəssamlıq şöbəsi;

  • xoreoqrafiya üzrə: xoreoqrafiya şöbəsi.

Məktəbdə solfecio və musiqi ədəbiyyatı fənləri üzrə nəzəriyyə şöbəsi yaradılır. Bu şöbəyə musiqi savadı və musiqi dinləmə, xor və digər aidiyyəti üzrə fənlər daxil edilə bilər.
Şöbədə 3 nəfər müəllim olarsa, şöbə müdiri təyin edilir (5, 7 və 11 illik təhsil üzrə ayrılıqda və ya ümumi). Azsaylı şöbələrin yaradılmaması məqsədilə musiqi üzrə uyğun şöbələr birləşib bir şöbə kimi fəaliyyət göstərə bilər.
Rəssamlıq və xoreoqrafiya şöbələrində 3 nəfərdən az sayda müəllim olarsa, şöbəyə rəhbərlik direktorun əmri ilə ictimai əsaslar üzrə qabaqcıl müəllimlərdən birinə həvalə olunur.

    1. Məktəbin maddi-texniki bazası imkan verərsə Nazirliklə razılaşdırılmaqla İdarənin əmri ilə Məktəbin filialı açıla bilər. Filialın pedaqoji və digər işçiləri direktor tərəfindən Məktəbin əməkdaşlarından komplektləşdirilir. Filialda tədris işinə nəzarət direktorun əmri ilə Məktəbin qabaqcıl müəllimlərindən birinə həvalə olunur. Filial Məktəbin ümumi şagird kontingenti çərçivəsində açılır. Filial üzrə şagird qəbulu ümumi qaydada qəbul üçün müəyyən olunmuş vaxtda Məktəbə ayrılan şagird qəbulu planı çərçivəsində keçirilir.

    2. Məktəbdə müxtəlif ixtisaslar üzrə ödənişli təhsil həyata keçirilə bilər. Ödənişli təhsilin bütün fəaliyyəti bu Əsasnaməyə uyğun qaydada Məktəb rəhbərliyi tərəfindən idarə olunur. Məktəb ödənişli təhsil üzrə xəzinə və bank hesablarına malikdir. Ödənişli təhsildə maliyyə imkanları yol verərsə, ümumi qaydalar üzrə şöbə müdirləri təyin edilə bilər.

Ödənişli təhsildə şöbələrin yaradılması mümkün olmadıqda, bu təhsil üzrə bütün siniflərin fəaliyyəti ödənişsiz təhsilin şöbələrinin iş planı üzrə təşkil edilir. Ödənişli təhsil üzrə qrupların yaradılması mümkün olmadıqda şagirdlər ödənişli əsaslarla ödənişsiz təhsil üzrə qruplarda təhsil ala bilər. Bu halda qruplar ödənişsiz əsaslarla təhsil alan şagirdlərdən təşkil edilir və ödənişli təhsil ilə bağlı həftəlik dərs saatlarının hesabı cədvəli tərtib edilərkən yaradılması mümkün olmayan qrup halında tədris olunan ixtisas və digər fənlər üzrə dərs saatlarının hesabı bu cədvəldə göstərilmir və tarifləşmə cədvəlində bu fənlərin tarifləşməsi aparılmır.
2.6.Ödənişli təhsil üzrə dərslər uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin Tədris planlarına əsasən təşkil edilir. Direktor ödənişli təhsil üzrə Tədris planında göstərilən müəyyən fənləri ixtisar və ya Tədris planına digər fənlər əlavə edə bilər. Həmçinin ixtisas və digər fənlər üzrə həftəlik dərs saatlarının miqdarını azalda və ya artıra bilər. 4,5,7 və 11 illik ödənişli təhsil sistemlərinin Tədris planları üzrə ixtisas, muğam, qarmon, saz və nağara sinifləri üzrə not, solfecio, Azərbaycan musiqi ədəbiyyatı, xarici ölkələrin musiqi ədəbiyyatı, harmoniya, musiqi əsərlərinin təhlili, polifoniya, kamera ansamblı, konsertmeyster sinfi, dirijorluğun əsasları, orkestr dirijorluğu, səhnə hazırlığı, dirijorluq, xor partiturasının oxunuşu, bəstəkarlıq, caz- improvizə və nəzəriyyə, bəstəkarlıq, caz- improvizə şöbəsində Azərbaycan xalq musiqisinin əsasları fənlərinin tədrisi mütləqdir.
2.7. Məktəbdə ödənişli təhsil üzrə müxtəlif müddətli kurslar açıla bilər. Kurslara qəbul tədris ili ərzində direktorun müəyyən etdiyi vaxtlarda aparılır. Kurslara qəbul olmaq üçün qəbul imtahanı keçirilmir. Kurslar konkret ixtisas və ayrı-ayrı fənlərin tədrisi üzrə təşkil edilə bilər. Kurslar üzrə təhsil haqqının məbləği və ödəniş qaydası, tədris olunan fənlər və bu fənlər üzrə dərs saatlarının miqdarı, qrup fənləri üzrə qruplarda şagirdlərin sayı (qrup halında tədris olunan ixtisaslar və fənlər təhsilalanın arzusu ilə onun bu dərslərlə bağlı bütün xərcləri ödəməsi hesabına fərdi şəkildə tədris edilə bilər) və digər məsələlər Məktəb rəhbərliyi tərəfindən müəyyən edilir.
Ödənişli kurslarda 5 yaşından etibarən yuxarı yaş həddinə məhdudiyyət qoyulmadan təhsil almaq arzusunda olan şəxslər müəyyən olunmuş müddətlər üzrə müqavilə bağlanılması yolu ilə təhsil ala bilərlər.
2.8. Musiqi, rəssamlıq və xoreoqrafiya sahəsində istedadlı uşaq, yeniyetmə və gəncləri Məktəbə cəlb etmək məqsədilə digər təhsil müəssisələrində onların rəhbərliyinin razılığı ilə təbliğat işi aparıla bilər.
2.9. Məktəb əlavə gəlir əldə etmək məqsədi ilə qanunvericiliyə uyğun olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.



Yüklə 178,21 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə