Fənn:İqtisadiyyat Müəllim: Talıbov Axilles



Yüklə 30,4 Kb.
səhifə1/6
tarix23.12.2023
ölçüsü30,4 Kb.
#155218
  1   2   3   4   5   6
Serbest iş İqtisadi Nəzəriyyənin predmenti və metodu


Azərbaycan Texniki Universiteti
Ad:Ağanəzər
Soyad:Abdulov
Fakultə:Nəqliyyat və logistika texnologiyaları mühəndisliyi
Qrup:161a1
Fənn:İqtisadiyyat
Müəllim:Talıbov Axilles
Mövzu:İqtisadi nəzəriyyənin predmenti və metodu
Plan
1.İqtisadi nəzəriyyənin predmenti
2.İqtisadi nəzəriyyənin metodu
Hər bir elmin predmetini müəyyən çərçivə daxilində öyrənib aşkara çıxarmadan, onun funksiyalarını də başa düşmək çətindir. Göstərdik ki, iqtisadi nəzəriyyənin öyrənidiyi obyekt iqtisadiyyatıdır. Lakin iqtisadi həyat elə bir mürəkkəb canlı orqanizmdir ki, burada insanların iqtisadi fəaliyyəti başqa fəaliyyət növlərilə - ideoloji, siyasi, mədəni, inzibati və s. fəaliyyətlərlə çulğaşır və təsir göstərirlər. başqa sözlə, cəmiyyətdə iqtisadi münasibətlər “xalis” şəkildə deyil, başqa münasibətlərlə qarışıq bir sistemdə özünü göstərir. İqtisadi nəzəriyyənin də vəzifəsi bu sistemdə insanın iqtisadi fəaliyyət formalarını, iqtisadi münasibətlərini seçib götürmək və araşdırmaqdır. Bununla da iqtisadi nəzəriyyə elmi üsullarla öz predmetini və funksiyalarını müəyyənləşdirir. Bu elmin klassiklərinin nəzəri prinsiplərindən çıxan ümumi nəticəyə görə iqtisadi nəzəriyyə cəmiyyətin iqtisadi münasibətlərini və onların inkişaf qanunauyğunluqlarını öyrənən elmdir.
1.İqtisadi nəzəriyyənin predmenti.
İqtisadi münasibətlər insanların şüurlu, məqsədli fəaliyyət sahələrini əhatə edən münasibətlərdir. Bu münasibətlər insanların yaşaması və həyat sürməsi üçün bir zərurətdir. Bu həyatdan, insandan uzaq, quru və mücərrəd bir formul da deyildir. Buna görə insanı iqtisadi münasibətlərdən kənarda qalan və fəaliyyət göstərən bir varlıq kimi təsəvvür etmək də çətindir.
İqtisadi nəzəriyyə heç də quru, çətin, cansıxıcı, qəliz söz və ifadələrlə doldurulmuş elm sahəsi deyil. O, əksinə, içərisində yaşadığımız iqtisadi, ictimai mühitin başlıca cəhətlərini, burada insanın davranış tərzini, məqsəd və arzularını təhlil edən, açıq göstərən maraqlı bir elm sahəsidir. Bu elm iqtisadi həyat, onun keçidiyi ardıcıl inkişaf mərhələləri, günümüzün iqtisadi gerçəkliyi və imkanları haqqında biliklər verən bir “romantikadır”. Buna görə də ixtisasından asılı olmayaraq bu elmin öyrənilməsində bəzi çətinliklərdən qorxmamalı, iqtisadi həyatla hər kəsin bağlılığını nəzərə alıb onu sevməli və öyrənməlidir.
İqtisadi nəzəriyyə bir humanitar elm kimi insanı, onun iqtisadi fəaliyyətini, həyat tərzini, davranışını öyrənməlidir və öz predmetinə daxil etməlidir. Bu baxımdan iqtisadi nəzəriyyənin predmetinə və öyrəndiyi obyektə müxtəlif mövqelərdən yanaşılır. Klassiklərdən başlamış bu günə qədər iqtisadi nəzəriyyənin predmetinə və öyrəndiyi obyektə dair müxtəlif nəzəri fikirlər irəli sürülmüşdür. Hələ iqtisad elminin olmadığı və natural təsərrüfatın üstünlük təşkil etdiyi orta əsrlərdə yaşayan Şərq mütəfəkkirləri də iqtisadi münasibətləri təhlil etmiş və onları iqtisadi fikrin öyrənidiyi obyekt hesab etmişlər. Böyük Azərbaycan alimi N.Tusi (XIII əsr) və əsr sosioloqu İbn Xəldun (XIV əsr) insanın iqtisadi fəaliyyətini cəmiyyətin inkişafının təməli hesab etmişlər. N.Tusi iqtisadiyyatın öyrənilməsini “İctimaiyyət” adlandırdığı elmin obyekti hesab edir və yazır ki, “Bu elmin obyekti (mövzusu) ictimai əməklə birləşən və beləliklə, istehsalı ən kamil təşkil edən insanlar münasibəti sistemidir. Hamı bu elmi öyrənməyə səy etməlidir ki, fəzilət sahibi olmağı bacarsın, - rəftar və davranışında səhvlərə yol verməsin” (Əxlaqi-Nasiri, səh. 210).

Yüklə 30,4 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə