Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt neft və SƏnaye universiteti-nin



Yüklə 0,64 Mb.
səhifə1/4
tarix15.04.2023
ölçüsü0,64 Mb.
#105656
  1   2   3   4
Yerin sahəvi öyrənilməsi




AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE
UNİVERSİTETİ-nin
nəzdində
BAKI NEFT – ENERGETİKA KOLLECİ

“Neft-mədən geologiyası və yataqların işlənməsi-1”fənnindən




Təqdimat
Yataqların sahəvi öyrənilməsi

İxtisas:040503 Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı


Qrup: 130/1
Tələbə: Ələnur Sahib
Müəllim: Cəlilova Səadət

Bakı 2023

Mündəricat

  1. Giriş......................................................................................səh.3

  2. Plan

1.Plan1: Geoloji-struktur üsullar..........................................səh.4
2.Plan2: Geoloji-riyazi üsullar.............................................səh.6

  1. İstifadə olunan ədəbiyyat siyahısı.....................................səh.8

Giriş
Qeyd edildiyi kimi, məhsuldar çöküntü komplekslərinin öyrənilməsi onun kəsilişi ilə yanaşı sahəsində də gedən bütün struktur-fasial, tektonik və s. dəyişmələrin aşkar edilmə sini tələb edir.


Çoxlaylı yatağın sahəvi öyrənilməsi müəyyən ardıcıllıqla getməlidir: kəsilişin bütün laylarının sahə üzrə yatma dərinliyi, struktur forması, qırılmalarla bölünmə xüsusiyyətləri və s. tədqiq olunmalıdır. Qoyulan məsələnin effektli həlli üçün belə öyrənil mələr əvvəlcə reper laylar üçün aparılmalıdır. Məhz reper layların sahəvi tədqiqi, onlardan altda və üstdə yatan laylar üçün də analoji öyrənilmələr daha əsaslı aparıla bilər.
Qeyd edək ki, korrelyasiya sxemləri və profillərin əsasında qurulacaq struktur xəritələrin tərtibatında reper layların strukturları qalan layların strukturları üçün əsas kimi götürülür. Kompüterdə müasir proqramlarda bu reper layların struk turu yuxarı layların strukturları üçün trend kimi götürülür.
Layların sahəvi dəyişmələrini öyrənmək üçün onların tavan və dabanına görə struktur xəritələr qurulmalıdır.
Struktur xəritə topoqrafik xəritələr kimi tərtib olunur. Fərq yalnız ondadır ki, topoqrafik xəritələr geodeziya və aero - kosmik ölçü qiymətləri vasitəsilə yer səthinin formasını tam əks etdirir; hər hansı bir layın struktur xəritəsi isə onun səthinin quyu qiymətlərinə görə forması-nın təsvir edilməsini nəzərdə tutur. Onu da qeyd etmək vacibdir ki, hərgah müasir topoqrafiya xəritələri ilə yer səthinin modeli onun sahəvi dəyiş mələrini tam əks etdirirsə, layın struktur xəritələrində bu tip nəticələrin alınması nəzəri cəhətdən belə mümkün deyildir. Burada layın yatma dərinliyinin qiymətləri onun yalnız müəyyən sahələrində qazılmış quyulardan alınır. Bu qiymətlər isə layın yatımının bütövlükdə deyil, yalnız onun müxtəlif nöqtələrin dəki dərinliyini əks etdirir. Təbii ki, quyuların sayının artması müşahidə nöqtələrinin artımı deməkdir. Bu da yatağın strukturunun öyrənilmə dərəcəsinin yüksəlməsinə gətirir. Lakin quyuların sayını sonsuz artırmaq mümkün olmadığından layın yatma formasını da tam təsvir etmək mümkün olmur.
Daha bir məqama diqqət yetirək.
Qeyd edildiyi kimi, lay səthini keçən quyular onun həmin nöqtədə yatma dərinliyinin qiymətini göstərir. Qalan sahədə bu dərinliyi əks etdirmək üçün ekstrapolyasiya üsullarından istifadə edilir. Bu səbəbdəndə qurulan xəritələr lay səthini müəyyən ehtimallıqla əks etdirir. Odur ki, lay səthinin öyrənilməsi iki baxımdan həyata keçirilməlidir.
• Geoloji-struktur üsullar geoloji tədqiqatlarda geniş istifadə edilmiş və layların yatma şəraitlərinin öyrənilməsində önəmli rol oynamışdır.
• Geoloji-riyazi üsullar yataqların öyrənilməsində ehtimallı yanaşmanı əsas götürür. Bununla əlaqədar olaraq ehtimal nəzə riy yəsinin və riyazi statistikanın müvafiq üsullarını cəlb etməklə struktur modellərin yaradılmasını təmin edir.

Plan 1


Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə