Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt neft və SƏnaye universiteti-nin


Şəkil II. Üçbucaqlar üsulu ilə qurulmuş struktur xəritə



Yüklə 0,64 Mb.
səhifə3/4
tarix15.04.2023
ölçüsü0,64 Mb.
#105656
1   2   3   4
Yerin sahəvi öyrənilməsi

Şəkil II. Üçbucaqlar üsulu ilə qurulmuş struktur xəritə
Üçbucaqlar üsuluna xas olan məhdudiyyətləri minimuma endirmək üçün tədqiqatların aparılmasında aşağıdakı tələbləri diqqətdə saxlamaq lazımdır:
- xəritəalmadan öncə strukturda layların yatma qanuna-uyğunluğu, onun oxunun istiqaməti və s. haqqında ümumi məlumatlar əldə olunmalıdır;
-strukturun tədqiqində aparılmış seysmik kəşfiyyatın və struktur qazıma məlumatlarının kompleks tədqiqatlarının nəticələri nəzərə alınmalıdır;
- strukturun müxtəlif qanadlarında qazılmış quyuların məlumatlarını üçbucağın tərtibatında istifadə etmək olmaz;
- struktur xəritənin qurulmasında sahənin faktiki quyu məlumatları ilə əhatəolunma dərəcələri nəzərə alınmalıdır: bu proses strukturda quyuların daha çox yerləşdiyi zonalardan tədricən onların sayı nisbətən az olan hissələrinə keçməlidir.
Profillər üsulu. Tektonik quruluşu mürəkkəb olan strukturların xəritəalınmasında bir qayda olaraq profillər üsuluna üstünlük verilir. Bu kimi struktur xəritələrin tərtibində öyrənilən sahənin uzununa bir, eninə isə bir neçə geoloji profillərin seçilməsi vacibdir.
Tərtib olunmuş profillərdə struktur xəritə üçün qəbul olunmuş kəsmə yüksəkliyinə əsasən horizontal xətlər çəkilir. Üfüqi müstəvilərin lay ilə kəsişdiyi nöqtələr profil xəttinə köçürülür. Layın qırılmalar müstəvisi ilə kəsişmə nöqtələri də uyğun olaraq profil xəttinə köçürülür. Profil xətlərində alınmış qiymətlər plana köçürülür və eyni adlı qiymətlər izohipslər ilə birləşdirir və struktur xəritə alınır (şək.IIİ).


Şəkil IIİ Profillər üsulu ilə struktur xəritənin qurulması (M.A.Jdanova görə)



Plan 2
Geoloji-riyazi üsullar
Geoloji xəritələr hər hansı bir göstəricinin ikiölçülü koordinant sistemində dəyişməsini əks etdirir. Belə xəritələrin tərtibində riyazi üsulların imkanları daha genişdir. Belə ki, ənənəvi üsullarla xəritəalmaya daha çox vaxt sərf olunur və bir mənalı nəticələr alınmır. Bu onunla izah olunur ki, xəritəni tər ibt edərkən tədqiqatı aparan hər bir mütəxəssisin subyektiv yanaşmaları olur ki, bu da strukturun əks edilməsinə öz təsirini göstərir. Odur ki, eyni bir struktur üçün eyni məlumat bazası əsasında müxtəlif mütəxəssislərin tərtib etdiyi xəritələrdə fərqlilik müşahidə olunur: layın yatma dərinliklərinin dəyişməsinin ümumi konfiqurasiyası fonunda lokal təzahürlər fərqli əks etdirilir. Buna misal olaraq, Abşeron yarımadasında olan yataqların struktur xəritələrini göstərmək olar. Burada, quyu məlumatlarının olduqca genişliyi şəraitində belə, ayrı-ayrı mütəxəssislərin vaxtaşırı tərtib etdikləri xəritələrdə, bir qayda olaraq, yeni struktur elementləri aşkar edilir.
Riyazi üsulların tətbiqi isə xəritəalmanın göstərilən çatışmamazlığını aradan qaldırmağa imkan verir. Odur ki, son vaxtlar belə üsulların istifadəsinə daha çox yer verilir. Onların xüsusi alqoritmlər əsasında kompüter həlli mütəxəssislərin subyektiv yanaşmalarını aradan qaldırmaqla qısa vaxtda obyektiv xəritələ rin tərtibini təmin edir. Bu üsullardan daha çox tətbiq olunanları aşağıdakılardır.

Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə