Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt neft və SƏnaye universiteti-nin



Yüklə 0,64 Mb.
səhifə2/4
tarix15.04.2023
ölçüsü0,64 Mb.
#105656
1   2   3   4
Yerin sahəvi öyrənilməsi

Geoloji-struktur üsullar


Bu üsullar neft və qaz yataqlarının öyrənilməsində son vaxtlara kimi geniş tətbiq olunmuşdur. Layların yatım relyeflərini horizontlarla təsviri onun struktur xəritələrinin tərtib edilməsinə imkan verir.
Belə xəritələr işlənilmə prosesində daha çox istifadə olunur və aşağıdakı üsullarla tərtib edilir (şək. I).
Üçbucaqlar üsulu. Bu xəritəalma üsulu əsasən sadə geoloji quruluşlu yataqların öyrənilməsi üçün tətbiq olunur və bunun üçün aşağıdakı əməliyyatlar ardıcıl yerinə yetiril məlidir:
- sahədə qazılmış bütün quyuların geoloji-geofiziki kəsiliş əril ətraflı öyrənilir;
- korrelyasiya üsulları ilə layların yatma şəraitləri müəyyən olunur;
- reper laylar aşkar edilir; onların bütün quyularda yatım dərinlikləri, qalınlıqları, litofasial tərkibləri haqqında məlumatlar müqayisəli təhlil edilir.
A lınan nəticələr müvafiq sxem və cədvəldə əks olunmalıdır: sxemdə quyuların planda yeri göstərilməlidir, cədvəldə isə həmin quyuların reper layın tavanına qədər olan həqiqi yatım dərinliyi göstərilməlidir. Quyuların planda yerini müəyyən etmək üçün quyu ağzından laya qədər əyilmə intervallarını da nəzərə almaq lazımdır.
Şəkil I. Struktur xəritənin köməyi ilə layın yeraltı relyefinin təsviri
Beləliklə, quyuların yerləşdiyi nöqtələr düz xətlərlə birləşdirilir və bu xətlər də üçbucaqlar sistemini əmələ gətirir.
Sonra qəbul olunmuş kəsmə yüksəkliyinə görə quyular arasında xətti interpolyasiya aparılır və qiymətləri eyni olan yatma dərinlikləri birləşdirilir və izohipslər əmələ gəlir. Buna struktur xəritə deyilir. Əlbəttə, qurulan xəritənin dəqiqlik dərəcəsi quyuların sayından asılıdır: onların sayı çox olduqda yaranmış üçbucaqların ölçüləri kiçik olur və bu halda dəyişmələrin aşkar edilməsi nisbətən asan olur və əksinə- quyuların sayı az olduqda isə tərtib olunmuş üçbucaqların ölçüləri böyük olur və informasiya dolğunluğu zəifləyir (şək. II.).
1 - quyular: surətdə - quyu nömrəsi, məxrəcdə - mütləq yatma dərinlyi, m;
2- xəritəalma səthinin qiymətləndirmə nöqtələri, m;
3- izohipslər.

Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə